1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   13   14   15   16   17   18   19   20   ...   70


qüvvədə olan qanuna və ya qərara dəyişikliklər və əlavələr edilməsi haqqında layihə təklif edə 
bilər; 

qüvvədə olan qanunun və ya qərarın qüvvədən düşməsi haqqında layihə təklif edə bilər; 

Milli  Məclisdə  baxılan  qanuna  və  qərar  layihəsinə  dəyişiklik  və  əlavə  edilməsi  haqqında 
təkliflər irəli sürə bilər. 
 
4.  Deputatın  sorğu  hüququ.  Deputat  mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanlarına,  məhkəmə 
hakimiyyəti  orqanlarına,  Baş  Prokurora,  yerli  özünüidarə  orqanlarına,  Milli  Bankın  İdarə 
Heyətinə,  Hesablama  Palatasına  sorğu  verə  bilər.  Deputat  sorğusu  deputat  tərəfindən  fərdi 
qaydada və ya iclasda yazılı şəkildə verilir. Bu sorğuya müvafiq orqanlar və ya vəzifəli şəxslər 
bir ay müddətində rəsmi surətdə yazılı cavab verməlidir. 
5.  Deputatın  məlumat  almaq  və  ya  yaymaq  hüququ.  Deputat  öz  fəaliyyəti  ilə  əlaqədar  zəruri 
materialları  və  sənədləri  almaq  üçün  müvafiq  orqanlara  müraciət  edə  bilər.  Həmin  orqanlar 
materialları və sənədləri 10 gün müddətində deputata təqdim etməlidirlər. 
6.  Deputatın  toxunulmazlığı.  Bu  hüquq  deputatın  evinin,  mənzilinin,  əşyalarının  şəxsi  və  xidməti 
nəqliyyat  vasitələrinin,  istifadə  etdiyi  rabitə  vasitələrinin,  ona  məxsus  sənədlərin,  yazışmaların 
toxunulmazlığını əhatə edir. 
7.  Deputatın şahid qismində ifadə verməkdən imtina etmək hüququ. 
8.  Deputatın 
vəzifəli 
şəxslər 
tərəfindən 
təxirə 
salınmadan 
qəbul 
edilmə 
hüququ. 
Deputat 
müvafiq 
dövlət 
orqanları, 
təşkilatları 
tərəfindən təxirə salınmadan qəbul olunmalıdır. 
9.  Deputatın öz çıxışlarının mətni ilə tanış olmaq hüququ. 
Qanuna görə deputatın vəzifələrinə aşağıdakılar daxildir: 

deputat  öz  vəzifələrini  icra  edərkən  vətəndaşların  hüquq  və  azadlıqlarını,  Azərbaycan 
Respublikasının  mənafelərini  qorumalı,  konstitusiya  və  qanunları  rəhbər  tutmalı,  deputat 
etikasını gözləməlidir; 

deputat  Milli  Məclisin  iclaslarında  və  üzvü  olduğu  komissiyanın  iclaslarında  iştirak  etməlidir. 
Üzürsüz  səbəbdən  30  dəfə  iclaslarda  iştirak  etməyən  deputat  63  səs  çoxluğu  ilə  deputat 
mandatından məhrum edilə bilər; 

deputat qanunazidd hərəkətlərə, adına xələl gətirə biləcək davranışa, insanın şərəf və ləyaqətini 
alçaldan  kobud,  təhqiramiz  sözlər  və  hərəkətlərə  yol  verməməli,  başqalarını  bu  cür  hərəkətlər 
etməyə çağırmamalıdır. 
Deputatlıq  fəaliyyətinin  təminatlarından  danışdıqda  birinci  növbədə  immunitet  və  indemniteti  qeyd 
etmək lazımdır. İmmunitet dedikdə, deputatın toxunulmazlığı başa düşülür. Konstitusiyanın 90-cı maddəsinə 
görə,  səlahiyyət  müddəti  ərzində  deputatın  şəxsiyyəti  toxunulmazdır.  Deputat  səlahiyyət  müddəti  ərzində 
cinayət başında  yaxalanma  hallarından  başqa,  cinayət  məsuliyyətinə  cəlb  edilə  bilməz,  tutula  bilməz, onun 


barəsində  məhkəmə  qaydasında  inzibati  tənbeh  tədbirləri  tətbiq  edilə  bilməz,  axtarışa  məruz  qala  bilməz, 
şəxsi  müayinə  edilə  bilməz.  Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatı  cinayət  başında 
yaxalanarkən tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu 
barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir. 
Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatının  toxunulmazlığına  yalnız  Azərbaycan 
Respublikası  Baş  prokurorunun  təqdimatına  əsasən  Azərbaycan  Respublikası  Milli  Məclisinin  qərarı  ilə 
xitam verilə bilər. Nizamnamədə göstərilir ki, bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 
gün  müddətində  baxır,  təqdimat  intizam  komissiyasına  göndərilir  və  komissiyada  bu  məsələyə  baxılır. 
Komissiya təqdimata dair rəy qəbul edir. Rəydə deputat toxunulmazlığına xitam verilib-verilməməsi barədə 
intizam komissiyasının qənaəti söylənilir. İşə həmin deputatın  iştirakı  ilə  baxılır. Tələb olunan səs çoxluğu 
ilə deputat toxunulmazlığına xitam verilir. 
İndemnitet termini iki mənada başa düşülür: 
Birinci  mənada,  indemnitet  -  deputatın  öz  fəaliyyətinə,  səsverməyə  və  söylədiyi  fikrə  görə 
məsuliyyət  daşımaması  və  şahid  qismində  ifadə  verməkdən  imtina  etməsidir.  Bu,  Konstitusiyanın  91-ci 
maddəsində öz əksini tapıb. 
İkinci  mənada,  indemnitet  -  deputatın  fəaliyyətinə  görə  əmək  haqqı  almasıdır.  Əmək  haqqının 
məbləği Milli Məclisin qərarı ilə müəyyən olunur. 
Milli  Məclisin  Daxili  Nizamnaməsinin  45-ci  maddəsində  deputatın  parlamentdaxili  məsuliyyətə 
cəlbolunma əsasları göstərilir: 
1)  Milli Məclis və onun komissiyalarının iclaslarının aparılmasına mane olduqda; 
2)  Milli Məclis və onun komissiyalarının iclaslarında çıxış edənlərin sözünü kəsdikdə; 
3)  Milli Məclis və onun komissiyalarının iclaslarında sakitliyi və iş qaydasını pozduqda; 
4)  Milli  Məclis  və  onun  komissiyalarının  iclaslarında  insanın  şərəf  və  ləyaqətini  alçaldan  kobud, 
təhqiramiz sözlərə və hərəkətlərə yol verdikdə; 
5)  deputat adına xələl gətirən hərəkətlər etdikdə; 
6)  Milli Məclis və onun komissiyalarının iclaslarında üzürsüz səbəbdən iştirak etmədikdə. 
Bu əsaslara görə aşağıdakı intizam tədbirləri tətbiq oluna bilər: 
1)  xəbərdarlıq; 
2)  sözkəsmə; 
3)  iclas salonundan çıxarma; 
4)  töhmət; 
5)  deputat səlahiyyətlərinin itirilməsi. 
1996-cı  il  17  may  qanununda  deputatın  müalicə  olunması  və  istirahət  etməsi  üçün  iki  aylıq  əmək 
haqqı məbləğində pul təminatı nəzərdə tutulur. Qanuna görə deputat, səlahiyyət müddəti qurtardıqdan sonra 
işə düzələnədək  bir  il  müddətində deputatın əmək haqqının 80%-i  məbləğində pul təminatı alır. Səlahiyyət 
müddəti  qurtardıqdan  sonra  təqaüd  yaşına  çatmış  deputat,  əmək  haqqının  80%-dən  az  olmayan  məbləğdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə