1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   14   15   16   17   18   19   20   21   ...   70

təqaüd alır. Qanuna əsasən deputatın dövlət icbari sığortası nəzərdə tutulur. 
3. Qanunvericilik prosesi 
Qanunvericilik,  hüquqyaratma  fəaliyyətinin  əsas,  ən  mühüm  formasıdır.  Qanunvericilik  fəaliyyəti 
dedikdə, ali dövlət hakimiyyəti orqanının qanunlar qəbul etməyə yönəldilmiş fəaliyyəti başa düşülür. 
Qanunvericilik  fəaliyyəti  qanunvericilik  prosesi  vasitəsilə  reallaşır.  Parlament  qanunvericilik 
fəaliyyətini  yerinə  yetirərkən  qanunvericilik  prosesinə  ciddi  əməl  edir,  çünki  qanunvericilik  prosesinin 
pozulması qəbul edilmiş qanunun qeyri-legitimliyinə səbəb olur. 
Qanunvericilik prosesi, istənilən hüquqi proses kimi aşağıdakı mərhələlərdən ibarətdir: 
1)  Qanun layihəsi və ya qanun təklifinin verilməsi (qanunvericilik təşəbbüsü); 
2)  Qanun layihəsinə parlament palataları və komitələrində (komissiyalarında) baxılması; 
3)  Qanunun qəbul edilməsi; 
4) 
Qanunun 
sanksiyalaşdırılması, 
promulqasiya 
və 
dərc 
edilməsi. 
Bəzən sonuncu mərhələni iki yerə bölürlər: 
1)  Qanunun sanksiyalaşdırılması və dövlət başçısı tərəfindən imza edilməsi; 
2)  Rəsmi dərc etmə ilə promulqasiya (elanetmə). 
Qanunvericilik   prosesinin   ilkin   mərhələsi   qanunvericilik   təşəbbüsüdür. 
Qanunvericilik  təşəbbüsü  -  səlahiyyətli  subyektin  qanun  layihəsi  və  ya  qanuna  dair  təkliflərin 
parlamentin səlahiyyətli orqanına rəsmi surətdə təqdim edilməsidir. Qanun  layihəsi  və qanuna dair  təkliflər 
arasında fərq hərfi mənada özünü göstərir. Belə ki, qanun layihəsi gələcək qanun olduğu üçün qanunun bütün 
atributlarına - preambulaya, maddələrə, bəndlərə, normaların dəqiq formulalarına və s. malikdir. Qanuna dair 
təklif isə - gələcək qanun barəsində ideya, bəzən nəzəri konsepsiya şəklində olur.  
Subyektin  qanunvericilik  təşəbbüsü  hüququna  malik  olması  o  deməkdir  ki,  parlament  həmin  subyekt 
tərəfindən  təklif  olunmuş  qanun  layihəsinə  mütləq  baxmalıdır.  Onun  qəbul  edilməsi  isə  zəruridir.  Parlament 
müvafiq  olan  qanun  layihəsini  olduğu  kimi  qəbul  etməyə  borclu  deyildir  və  ola  bilər  ki,  onu  bütünlüklə  və 
digər formada qəbul etsin. Konstitusiyanın 96-cı maddəsinə əsasən Azərbaycan Respublikasında qanunvericilik 
təşəbbüsü  hüququ  (qanun  layihələrinin  və  başqa  məsələləri  Azərbaycan  Respublikası  Milli  Məclisinin 
müzakirəsinə  təqdim  etmək  hüququ)  Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatlarına,  Azərbaycan 
Respublikasının  Prezidentinə,  Azərbaycan  Respublikasının  Ali  Məhkəməsinə,  Azərbaycan  Respublikası 
Prokurorluğuna  və  Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisinə  mənsubdur  və  onlar  tərəfindən 
qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun 
və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və iki ay ərzində səsə qoyulur. 
Qanunvericilik  təşəbbüsü  hüququna  malik  olanlar  sistemində  Azərbaycan  Respublikasının  Milli 
Məclisinin  deputatları  xüsusi  yer  tutur.  Belə  ki,  deputat  mandatını  qazanmış  hər  bir  şəxs  xalqın  adından 
danışır  və  səs  verir,  xalqın  hakimiyyətini  ifadə  edir.  Lakin  bir  şeyi  də  nəzərdən  qaçırmaq  olmaz  ki, 
hakimiyyətin digər budaqları -  icra və  məhkəmə  hakimiyyəti də  xalqın  içərisindən, xalqın  iradəsi  əsasında 
təşkil edilir. Prezident istər seçki vasitəsilə, istər sadə parlament tərəfindən seçilsin, fərqi yoxdur. Çünki o, hər 


iki  halda  xalqın  nümayəndəsidir.  Lakin  subyektiv  olaraq  parlamentarilərin  qanunvericilik  təşəbbüsü 
hüququnu  digərlərindən  daha  önəmli  hesab  edirik.  Çünki  digər  hakimiyyət  orqanları  parlamentin  qəbul 
etdiyi qanun və qərarlar əsasında  fəaliyyət göstərir. Lakin bu icra hakimiyyətinin qanunvericilik prosesində 
rolunu azaltmır. 
Digər  dövlətlərdə  isə  qanunvericilik  təşəbbüsü  hüququna  əsasən  hökumət  və  parlament  malikdir. 
Amerika Birləşmiş Ştatlarında qanunvericilik təşəbbüsü hüququna yalnız parlamentin üzvləri malikdir; təkcə 
büdcənin  layihəsini  prezident  təqdim  edir.  Bir  çox  dövlətlərdə  bu  hüquqa  -  ali  dövlət  orqanları,  mərkəzi 
dövlət təsisatları, parlamentdaxili orqanlar, parlamentin orqan və təsisatları, seçki qrupları malikdir. 
Qeyd etdiyimiz kimi Azərbaycan Respublikası Konstitusiyasının 96-cı, «Azərbaycan Respublikasının 
Milli  Məclisi  deputatlarının  statusu  haqqında»  qanunun  4-cü  və  9-cu  maddələrinə  əsasən  deputatın 
qanunvericilik  təşəbbüsü  hüququ  vardır.  «Azərbaycan  Respublikası  Milli  Məclisi  deputatlarının  statusu 
haqqında»  qanunun  9-cu  maddəsinə  əsasən  deputat  qanunvericilik  təşəbbüsü  hüququnu  aşağıdakı 
formalarda həyata keçirir: 

yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını təklif edə bilər; 

qüvvədə olan qanuna və ya qərara dəyişikliklər və əlavələr edilməsi haqqında layihə təklif edə 
bilər; 

qüvvədə olan qanunun və ya qərarın qüvvədən düşməsi haqqında layihə təklif edə bilər. 
Qanunvericilik  prosesinin  digər  mərhələsi  qanunların  müzakirəsi  mərhələsidir.  Qanunların 
müzakirəsi  mərhələsi qanunvericilik prosesinin sistemində çox  mühüm  yer tutur. Qanunvericilik təşəbbüsü 
hüququ  ilə  daxil  olmuş  qanun  layihəsi  parlament  tərəfindən  müzakirəyə  çıxarılır.  Onu  da  qeyd  etmək 
lazımdır  ki,  qanunların  müzakirəsi  mərhələsi  qanunvericilik  prosesinin  ən  geniş  mərhələsidir.  Bu  prosesdə 
parlament  iclaslarında  və  komissiyalarında  qanun  layihəsi  üzərində  işlənilir.  Palataların  plenar  iclasları  və 
komitələri  (komissiyalar)  müxtəlif  qanun  layihəsini  müzakirə  etməyə  borcludur.  Palataların  plenar 
iclaslarında qanun layihəsinin müzakirəsi, çox vaxt layihənin oxunması adlanır. Qanunun oxunması termini 
bir  çox  parlamentlərdə  saxlanılır.  Bu  zaman  layihə  üç  oxunuşdan  keçir.  Hər  bir  ölkədə  bu  mərhələnin  öz 
xüsusiyyətləri vardır, ümumiyyətlə, o, aşağıdakı mərhələlərdən ibarətdir. 
İlk  oxunuşda  məqsəd,  ümumiyyətlə,  belə  qanunun  qəbul  edilməsinə  ehtiyacın  olub-olmaması 
məsələsi  həll  edilir.  Parlament,  adətən  qanun  layihəsini  təqdim  edənin  məruzəsini  dinləyir,  layihəyə 
konseptuallıq  baxımından  qiymət  verilir:  qanun  layihəsinin  predmetinin  varlığına  qanunvericilikdə  ehtiyac 
varmı?  Bu  mənada  qanun  layihəsinin  əsas  ideyasına  qiymət  verilir;  mövcud  problemləri  müvəffəqiyyətlə 
həll edib-etməməsi məsələsinə baxılır. Əgər parlament üzvlərinin böyük əksəriyyəti, ikisindən biri müəyyən 
suallara  rədd  cavabı  verirsə,  qanun  layihəsi  növbəti  oxunuşa  verilmir.  Əgər  suallara  qənaətbəxş  cavab 
verilirsə,  qanun  layihəsi  birinci  oxunuşda  qəbul  olunur  və  növbəti  mərhələyə  hazırlanır.  Layihənin  ikinci 
oxunuşa hazırlanması üçün parlamentin və ya palatanın sədri onu müvafiq komissiyaya göndərir və ya bununla 
bağlı xüsusi komissiya yaradır. 
Qanun  layihəsi  ilk  oxunuşda  qəbul  olunana  qədər  layihənin  təşəbbüskarı  tərəfindən  layihə  geri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə