1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   22   23   24   25   26   27   28   29   ...   70


Naxçıvan Muxtar Respublikasının Prokurorluğu; 

rayon (şəhər) prokurorluqları; 

hərbi və nəqliyyat ixtisaslaşdırılmış prokurorluqları; 

tədris-elm  müəssisələri,  mətbuat  orqanları,  mətbəə,  sosial  məişət,  təsərrüfat  təyinatlı  digər 
qurumlar. 
Prokurorluq qanunda nəzərdə tutulmuş hallarda və qaydada: 

cinayət işi başlayır və ibtidai istintaq aparır; 

ibtidai istintaqa prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir; 

təhqiqat  və  əməliyyat-axtarış  orqanlarının  fəaliyyətində  qanunların  icra  və  tətbiq  olunmasına 
nəzarət edir; 

məhkəmədə iddia qaldırır (ərizə verir), mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında 
iddiaçı kimi iştirak edir; 

məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını müdafiə edir; 

məhkəmə qərarlarından protest verir; 

məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak edir. 
«Prokurorluq  haqqında»  qanunun  5-ci  maddəsinə  görə,  prokurorluğun  fəaliyyətinin  əsas  prinsipləri 
aşağıdakılardır:  qanunçuluq;  hər  kəsin  qanun  qarşısında  hüquq  bərabərliyi;  fiziki  şəxslərin  hüquq  və 
azadlıqlarına,  hüquqi  şəxslərin  hüquqlarına  əməl  və  hörmət  edilməsi;  obyektivlik,  qərəzsizlik  və  faktlara 
əsaslanma; vahidlik və mərkəzləşdirmə, ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasının 
Baş prokuroruna tabe olması; siyasi bitərəflik. 
Azərbaycan  Respublikası  Prokurorluğu  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  xarici  ölkələrin 
müvafiq  orqanları  və  beynəlxalq  təşkilatlarla  əlaqə  yaradır  və  öz  səlahiyyətləri  çərçivəsində  Azərbaycan 
Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdən  irəli  gələn  məsələlərin  həllində  iştirak  edir.  Hər 
hansı  şəxs  tərəfindən,  hər  hansı  səbəbdən  bilavasitə,  yaxud  dolayı  yolla  prokurorluğun  qanuni  fəaliyyətinə 
məhdudiyyət  qoyulması,  təsir,  hədə,  qanunsuz  müdaxilə  edilməsi,  habelə  prokurorluğa  hörmətsizlik 
göstərilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə 
səbəb olur. 
 
 
 
 
 
 
 
 


MÖVZU 4.      MÜLKİ HÜQUQUN  PREDMETİ VƏ 
MÜLKİ HÜQUQ MÜNASİBƏTLƏRİ. 
P L A N 
1. Mülki hüququn anlayışı və sistemi. Mülki qanunvericilik. 
2. Mülki hüquq münasibətlərinin anlayışı, növləri və məzmunu. 
3. Mülki hüquq münasibətlərinin subyektləri və obyektləri. 
4. Əqdlər. 
5. İddia müddəti. 
 
1. Mülki hüququn anlayışı və sistemi. Mülki qanunvericilik. 
Mülki  hüququn anlayışı və sistemi. Mülki hüquq -  milli  hüququn  mühüm  bir sahəsi 
olub,  əmtəə-pul  və  digər  əmlak  münasibətlərini,  habelə  bunlarla  əlaqədar  olan  şəxsi  qeyri-
əmlak münasibətlərini tənzim edir. Bu münasibətlər mülki-hüquqi tənzimetmənin predmetini 
təşkil edir. 
Mülki hüququn tətbiqi sferası çox genişdir. O, yalnız əmtəə-pul münasibətlərini deyil, 
həm  də  mülkiyyət  münasibətlərini,  dövriyyə  iştirakçılarının  alqı-satqı,  əmlak  kirayəsi,  borc, 
podrat,  habelə  komissiya,  tapşırıq,  saxlama  və  s.  bu  kimi  müqavilə  münasibətlərini  nizama 
salır.  Bura,  həmçinin,  vurulmuş  zərərin  əvəzinin  ödənilməsi,  əsassız  varlanma  nəticəsində 
əldə edilənlərin qaytarılması, əqli mülkiyyət, vərəsəliklə bağlı münasibətlər də aiddir. Bütün 
bunlar  indiki  dövrdə  -  bazar  iqtisadiyyatına keçid dövründə  mülki  hüququn rolunun  daha da 
artmasına səbəb olur. 
Göstərilən  ictimai  münasibətlərin  mülki-hüquqi  tənziminin  özünəməxsus  metodu  var. 
Hüquq nəzəriyyəsindən məlum olduğu kimi hüququn ictimai münasibətlərə təsiri üsulları və 
vasitələri  hüquqi  tənzimetmənin  metodu  adlanır.  Bu  və  ya  digər  hüquq  sahəsinin  metodu 
həmin  sahə  ilə  tənzimlənən  ictimai  münasibətlərin  xarakterindən,  cəmiyyətdəki  sosial-
iqtisadi  və  siyasi  vəziyyətdən,  müvafiq  ictimai  münasibətlərin  iştirakçılarının  vəziyyətindən 
asılıdır.  Hüquqi  tənzimləmə  məqsədlərinə  uyğun  olaraq  subyektlərin  lazımi  davranışını 
təmin  edən  bu  vasitələrin  məcmusu  bu  və  ya  başqa  hüquq  sahəsinin  metodunu 
səciyyələndirir.  Mülki  hüququn  metodu  -  ictimai  münasibətləri  mülki-hüquqi  tənzimetmə 
metodudur. 
İctimai  münasibətləri  mülki-hüquqi  tənzimetmə  metodu  dedikdə,  mülki  münasibətləri 
tənzim  edən  normalarda  nəzərdə  tutulan  forma,  üsul  və  fəndlərin  məcmusu  başa  düşülür. 
Mülki hüququn (predmeti də daxil olmaqla) digər hüquq sahələrindən fərqləndirilməsi məhz 
bu metodun aşağıdakı xüsusiyyətləri ilə səciyyələnir: 
1)  Tərəflərin bərabərliyi; 
2)  Tərəflərin münasibətin məzmununu müəyyən edən sərbəstliyi (dispozitivliyi); 
3)  Tərəflərin təşəbbüskarlığı; 
4)  Münasibətlərin bir qayda olaraq iddia qaydasında müdafiəsi; 
5)  Tərəflərin əmlak məsuliyyəti. 
Subyektlərin  hüquq  bərabərliyinə  əsaslanan,  əmlak  və  şəxsi  qeyri-əmlak 
münasibətlərini  tənzim  edən  mülki  hüquq  normaları  nizamsız  vəziyyətdə  deyil,  müəyyən 


sistemdə  düzülmüşlər.  Mülki  hüquq  institutlarının  müəyyən  məntiqi  ardıcıllıqla  düzülüşünə 
mülki  hüququn  sistemi  deyilir.  Mülki  hüquq  institutu  dedikdə  isə,  eyni  cinsli  münasibətləri 
tənzim edən hüquq normalarının məcmusu başa düşülür. Məsələn, mülkiyyət münasibətlərini 
tənzim edən hüquq normalarının məcmusu mülkiyyət hüququ institutu adlanır. 
Mülki  hüququn  sistemi  obyektiv  surətdə  formalaşmışdır  və  mülki  hüququn  predmetinə 
daxil  olan  ictimai  münasibətlərin  spesifik  xüsusiyyətlərinə  əsaslanır.  Digər  müstəqil  hüquq 
sahələri kimi mülki hüququn sistemi də iki hissədən - ümumi və xüsusi hissələrdən ibarətdir. 
Mülki  hüququn  predmetinə  daxil  olan  saysız-hesabsız  ictimai  münasibətlərin  ümumi 
xüsusiyyətləri  onların  hüquqi  tənzimləmə  vahidliyini,  bu  münasibətlərin  konkret  növlərinin 
spesifik  əlamətləri  isə  onların  hüquqi  tənzimləmə  differensasiyasını  qabaqcadan  müəyyən 
edir. 
Ümumi hissəyə elə normalar və müddəalar daxildir ki, onlar ümumi xarakter daşıyır və 
bütün  hüquq  institutları,  yaxud  onların  çoxuna  eyni  dərəcədə  tətbiq  edilir.  Buraya  mülki 
hüququn  predmetini,  vəzifələrini,  onun  əsas  prinsiplərini,  mülki  hüquq  üzrə  hüquq 
münasibətlərini  müəyyən  edən  bölmələr,  habelə  şəxslər  (fiziki  və  hüquqi),  əşya  hüququ,  o 
cümlədən  mülkiyyət  hüququ,  əqdlər,  müddətlər  və  öhdəliklər  haqqında  ümumi  müddəalar 
daxildir.  Mülki  hüququn  ümumi  hissəsinin  normaları  sayəsində  fiziki  və  hüquqi  şəxslər 
arasında,  habelə  onların  öz  aralarında,  fəaliyyətin  bütün  sahələrində  -  sənaye,  nəqliyyat, 
tikinti,  ticarət,  məişət,  kənd  təsərrüfatı,  sahibkarlıq,  əqli  fəaliyyət  və  digər  sahələrdə  əmlak 
münasibətlərinin eyni cür tənzimlənməsi həyata keçirilir. 
Mülki  hüquqla  tənzim  olunan  ictimai  münasibətlərin  ayrı-ayrı  növlərini  və  qruplarını 
nizama  salan  normalar  mülki  hüququn  xüsusi  hissəsini  təşkil  edir.  Xüsusi  hissə  özündə 
məzmunca  müxtəlif  mülki  hüquq  normalarını  birləşdirir.  Bu  normalar  mülki  hüquq 
institutlarında  qruplaşdırılır.  Mülki  hüquq  institutu  özündə  müəyyən  növ  ictimai 
münasibətlərin yalnız bir hissəsini tənzim edən normaları birləşdirir. 
Xüsusi  hissəyə  müqavilələrdən  əmələ  gələn  öhdəliklər  -  alqı-satqı,  dəyişmə, 
bağışlama,  əmlak  kirayəsi,  icarə,  borc,  lizinq,  podrat,  tapşırıq,  və  s.;  qanundan  əmələ  gələn 
öhdəliklər - özgə işlərini tapşırıqsız aparma, əsassız varlanma; mülki hüquq pozuntularından 
(deliktlərdən)  əmələ  gələn  öhdəliklər,  habelə  vərəsəlik  hüququnu  müəyyən  edən  bölmələr 
daxildir.  Bura,  həmçinin,  yaradıcılıq  fəaliyyətinin  nəticələrinə  olan  hüquqlar  -  müəlliflik 
hüququ,  kəşf  hüququ,  ixtira,  səmərələşdirmə  təkliflərinə  və  sənaye  nümunələrinə  olan 
hüquqları əks etdirən normalar aiddir. 
Beləliklə, mülki hüquq normalarının sistem halında qruplaşmasının, nəinki nəzəri, həm 
də  hüquqyaradıcı  və  hüquqtətbiqedici  orqanlar  üçün  mühüm  praktiki  əhəmiyyəti  vardır. 
Məzmunu  mülki  hüquq  normalarından  ibarət  olan  yeni  normativ  aktların  qəbul  edilməsi 
zamanı  onların  mövcud  olan  hüquq  normalarına  uyğunluğunu  müəyyənləşdirmək  lazımdır. 
Mülki  hüquq  normalarının  müəyyən  sistemdə  qruplaşması  bu  işi  xeyli  asanlaşdırır.  Əks-
təqdirdə,  mülki  hüquq  normalarının  nizamsız  vəziyyətdə  olması  qəbul  edilən  qanunların 
onlara  uyğunluğunun  müəyyənləşdirilməsində  olduqca  çətinliklər  yaradardı.  Mülki  hüquq 
normalarının  müəyyən  meyarlara  görə  sistemləşdirilməsi  bu  normaların  konkret  hadisələrə 
uyğun olaraq axtarılıb-tapılması və tətbiq edilməsini xeyli asanlaşdırır. 
Mülki  qanunvericilik  (mülki  hüququn  mənbələri).  Mülki  hüquq  normalarının, 
vahidliyi  və  differensasiyası  nəzərə  alınmaqla  qruplaşdırılması  öz  ifadəsini  mülki  hüququn 
mənbələri hesab edilən müxtəlif hüquqi normativ aktlarda tapır. Özündə əmlak və şəxsi qeyri-
əmlak münasibətlərini tənzim edən, mülki hüquq normalarmı əks etdirən aktların məcmusuna 
mülki qanunvericilik deyilir. 
Mülki  Məcəllənin  2-ci  maddəsinə  əsasən,  Azərbaycan  Respublikasının  mülki 
qanunvericiliyi  Azərbaycan  Respublikasının  Konstitusiyasına  əsaslanır  və  bu  Məcəllədən, 
digər  qanunlardan  və  onların  əsasında  qəbul  edilən,  mülki  hüquq  normalarını 
müəyyənləşdirən başqa normativ-hüquqi aktlardan ibarətdir. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə