1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   23   24   25   26   27   28   29   30   ...   70

Mülki  qanunvericilik  mülki  hüquq  münasibətləri  subyektlərinin  hüquqi  vəziyyətini, 
mülkiyyət  hüququnun  və  başqa  əmlak  hüquqlarının  əmələ  gəlməsi  əsaslarını  və  həyata 
keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair 
əmlak  münasibətlərini  və  onlarla  bağlı  olan  şəxsi  qeyri-əmlak  münasibətlərini  tənzimləyir. 
Ailə,  əmək  münasibətləri,  təbii  ehtiyatlardan  istifadə,  ətraf  mühitin  mühafizəsi,  müəlliflik 
hüququ və əlaqəli hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmlak, torpaq, təbiəti mühafizə, 
müəlliflik  və  digər  xüsusi  qanunvericilikdə  ayrı  qayda  nəzərdə  tutulmayıbsa,  mülki 
qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. 
Mülki  hüququn  mənbələri  içərisində  ən  mühüm  və  əsas  yeri  Azərbaycan 
Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyası tutur. Konstitusiyada mülkiyyət və onun 
formaları, vətəndaşların mülkiyyət və əqli mülkiyyət hüququ, şəxsi və mənzil toxunulmazlığı, 
sağlamlığın  qorunması,  şərəf  və  ləyaqətin  müdafiəsi,  azad  sahibkarlıq,  zərərin  ödənilməsini 
tələb etmək və s. hüquqları, həmçinin, onların həyata keçirilməsi təminatlarını müəyyən edən 
məsələlər öz əksini tapmışdır. 
Konstitusiyadan sonra mülki hüququn mənbələri içərisində Azərbaycan Respublikasının 
2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəlləsi başlıca yer tutur. 74 fəsildən və 
1325  maddədən  ibarət  olan  bu  Məcəllənin  ümumi  hissəsində  (1-566-cı  maddələr)  mülki 
hüququn  ümumi  və  prinsipial  müddəaları  təsbit  olunmuş,  xüsusi  hissədə  (567-1325-ci 
maddələr)  isə  öhdəlik  hüququnun  bütün  növləri  müvafiq  ardıcıllıqla  verilmiş,  vərəsəlik 
hüququnun ümumi və xüsusi hissəsini tənzim edən normalar sistemləşdirilmişdir. 
Vəzifələri  mülki  hüquq  subyektlərinin  əmlak  və  şəxsi  qeyri-əmlak  münasibətlərini 
tənzimləməkdən,  onların  hüquqlarını  və  qanuni  mənafelərini  müdafİə  etməkdən,  fiziki 
şəxslərin  şərəfini,  ləyaqətini,  işgüzar  nüfuzunu,  şəxsi  həyatının  və  şəxsi  toxunulmazlığının 
müdafiəsi  hüququnu  qorumaqdan,  mülki  dövriyyəni  təmin  etmək,  sahibkarlıq  fəaliyyətini 
dəstəkləmək  və  sərbəst  bazar  iqtisadiyyatının  inkişafına  şərait  yaratmaqdan  ibarət  olan  bu 
Məcəllənin  əsas  məqsədi  üçüncü  şəxslərin  hüquqlarına  xələl  gətirmədən  mülki  dövriyyənin 
azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. 
Mülki  hüququn  mənbələrinə  həm  də  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 
qərar və sərəncamları da daxildir. Lakin Nazirlər Kabinetinin qəbul etdiyi bütün aktlar deyil, 
yalnız  mülki  münasibətlər  sahəsində  qəbul  etdiyi  qərar  və  sərəncamlar  mülki  hüququn 
mənbəyini  təşkil  edir.  Bu  aktlarla  əsasən,  təşkilatlar  arasındakı  əmlak  münasibətləri  nizama 
salınır.  Bundan  başqa,  digər  dövlət  orqanlarının  verdiyi  aktlar  da  mülki  hüququn  mənbəyi 
sayılır  və  mülki  münasibətləri nizama salır. Məsələn, Milli Bankın  instruksiyası ilə kredit və 
hesablaşma münasibətləri, Nəqliyyat Nazirliyinin qaydaları və başqa aktları ilə sərnişinlərin və 
yüklərin daşınması və s. münasibətlər nizama salınır. 
Mülki  hüquq  normaları,  həmçinin,  yerli  icra  hakimiyyəti  və  bələdiyyə  orqanlarının 
qərarlarında öz əksini tapır. 
Azərbaycan  Respublikasının  bütün  qanunları  kimi  mülki  qanunlar  da  dərc  edildiyi 
gündən  qüvvəyə  minir  (əgər  qanunda  başqa  müddət  göstərilməyibsə).  Mülki  qanunların 
geriyə  qüvvəsi  yoxdur,  yəni  mülki  qanunlar  ondan  əvvəl  yaranan  münasibətlərə  tətbiq 
edilmir. Mülki Məcəllənin 7-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmuş hallarda 
mülki qanunvericiliyin  geriyə qüvvəsi ola  bilər. Mülki  hüquq subyektlərinə  ziyan  vurarsa  və 
ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Mülki 
hüquq  normaları,  onların  ləğv  olunması  və  ya  qanun  qaydasında  dəyişdirilməsi  ilə  öz 
qüvvəsini itirir. 
Azərbaycan Respublikasının mülki qanunları respublikanın bütün ərazisində qüvvədədir. 
Mülki  qanunvericilikdə  nəzərdə  tutulan  hüquqlar  Azərbaycan  Respublikasının  bütün 
ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. 
Mülki  qanunvericilik  Azərbaycan  Respublikasının  ərazisində  fəaliyyət  göstərən  bütün 
fiziki  və  hüququ  şəxslər  üçün  qüvvədədir.  Mülki  qanunvericiliklə  müəyyənləşdirilmiş 


qaydalar,  əgər  qanunda  ayrı  hal  nəzərdə  tutulmayıbsa,  əcnəbilərin,  vətəndaşlığı  olmayan 
şəxslərin  və  xarici  hüquqi  şəxslərin  iştirak  etdiyi  münasibətlərə  də  tətbiq  olunur.  Xarici 
vətəndaşların və hüquqi şəxslərin Azərbaycan Respublikası ərazisindəki hüquqi vəziyyətinin 
müəyyən edilməsində beynəlxalq müqavilələrin böyük əhəmiyyəti var. 
Məhkəmələr  tərəfindən  qəbul  edilən  aktlar  heç  bir  hüquq  norması  yaratmadığı, 
dəyişdirmədiyi və xitam etmədiyi üçün mülki hüququn mənbəyi də hesab edilmir. Bu aktların 
ən böyük əhəmiyyəti ondan ibarətdir ki, onlar mülki qanunvericilikdəki boşluğu doldurur və 
qərarların  qanuna  uyğun  qəbul  edilməsini  təmin  edir.  Mülki  qanunvericilikdə  boşluq  o 
deməkdir ki,  müəyyən  məsələ  hüquq vasitəsilə  həll edilməlidir, lakin qanunvericilikdə onun 
hüquqi cəhətdən həlli nəzərdə tutulmayıb. 
Məhkəmə  mübahisəli  məsələni  həll  edərkən  qanunvericilikdəki  boşluğu  aşkar  edərsə, 
özü onu  həll edə bilməz. Bu  halda o, qanunverici orqana yeni norma qəbul etmək  haqqında 
müvafiq  təqdimat  verməlidir.  Qanunla  müəyyən  edilmiş  hallarda  məhkəmə  konkret  işi 
qanunun  analogiyası  (yunanca  analogia  -  uyğunluq,  oxşarlıq),  yaxud  hüququn  analogiyası 
əsasında həll edə bilər. 
Mülki  Məcəllənin  11-ci  maddəsinə  əsasən,  mülki  hüquq  münasibətləri  mülki 
qanunvericiliklə  və  ya  tərəflərin  razılaşması  ilə  birbaşa  tənzimlənmədikdə  və  onlara  tətbiq 
edilə  bilən  işgüzar  adət  olmadıqda  həmin  münasibətlərə,  əgər  bu,  onların  mahiyyətinə  zidd 
deyildirsə,  oxşar  münasibətləri  tənzimləyən  mülki  qanunvericilik  normaları  tətbiq  edilir 
(qanunun analogiyası). 
Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və 
vəzifələri  mülki  qanunvericilik  prinsipləri  əsas  götürülməklə  tənzimlənir  (hüququn 
analogiyası).  Hüququn  analogiyası  tətbiq  edilərkən  ədalət,  insaf  və  mənəviyyat  tələbləri 
nəzərə alınmalıdır. Mülki hüquqları məhdudlaşdıran və ya məsuliyyət müəyyənləşdirən mülki 
qanunvericilik normalarının analogiya üzrə tətbiqinə yol verilmir. 
 
2. Mülki hüquq münasibətlərinin anlayışı, növləri və məzmunu 
Mülki  hüquq  münasibətlərinin  anlayışı  və  xüsusiyyətləri.  Müxtəlif  səpkili  normativ 
aktlarda ehtiva olunan mülki hüquq normalarının tənzim etdiyi əmlak və şəxsi qeyri - əmlak 
xarakterli  ictimai  münasibətlər  mülki  hüququn  predmetini  təşkil  edir.  İctimai  münasibətlərin 
mülki-hüquqi  tənzimetmə  mexanizminin  açılmasında  mülki  hüquq  münasibətlərinin  anlayışı 
mühüm rol oynayır. 
İctimai  münasibətlərin  mülki  hüquq  normaları  ilə  tənzim  edilməsi  nəticəsində  onlar 
hüquqi  forma  əldə  edir  və  mülki  hüquq  münasibətləri  təşəkkül  tapır.  Mülki  hüquq 
münasibətləri - mülki hüquq normaları ilə nizama salınan bu və ya digər münasibətlər deyil, 
məhz  həmin  ictimai  münasibətlərdir.  Mülki  hüququn  predmetinə  həm  əmlak,  həm  də  şəxsi 
qeyri-əmlak  münasibətləri daxildir. Əmlak  münasibətlərinin  mülki  hüquqla  tənzim edilməsi 
nəticəsində  mülki  əmlak  hüquq  münasibətləri  əmələ  gəlir.  Şəxsi  qeyri-əmlak  hüquq 
münasibətləri də, bu  münasibətlərin  mülki hüquq normaları ilə nizama salınması nəticəsində 
formalaşır. 
Mülki  hüquq  normaları  ilə  nizama  salınan  ictimai  münasibətlərə  mülki  hüquq 
münasibətləri  deyilir.  Eyni  anlayış  şəxsi  qeyri-əmlak  münasibətləri  üçün  də  xasdır.  Hüquqi 
tənzimetmə  hər  hansı  bir  yeni  ictimai  münasibətin  əmələ  gəlməsinə  deyil,  mülki  hüquq 
münasibətlərinin  növlərindən  biri  olan  və  artıq  mövcud  olan  şəxsi  qeyri-əmlak 
münasibətlərinə müəyyən forma verməsinə səbəb olur. 
Mülki  hüquq  münasibətlərini  digər  ictimai  münasibətlərdən  fərqləndirən  bir  sıra 
spesifik xüsusiyyətlər vardır. Bu xüsusiyyətlər aşağıdakılardır: 
1)  Mülki  hüquq  münasibətlərinin subyekt çoxluğunun olması  və bu subyektlərin bir-
birinə qarşı münasibətdə bərabər olması; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə