1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   20   21   22   23   24   25   26   27   ...   70

Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini isə Azərbaycan Respublikası Prezidenti təyin 
edir.  Naxçıvan  MR  məhkəmələrinə  hakim  vəzifəsinə  namizədlərin  seçilməsində  Naxçıvan  MR  Ali 
Məclisinin  sədri  iştirak  edir.  Azərbaycan  Respublikasında  Azərbaycan  Respublikası  Konstitusiya 
Məhkəməsi  hakimləri  15  il,  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi,  Azərbaycan  Respublikası  Iqtisad 
Məhkəməsi, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsi, Naxçıvan MR Ali Məhkəməsi hakimləri 10 
il, digər məhkəmələrin hakimləri isə 5 il müddətinə təyin edilirlər. 
Müasir  dövrün  konstitusiyalarının  hakimlərin  statusu  ilə  bağlı  nəzərdə  tutduğu  mühüm  prinsip 
hakimlərin  dəyişilməzliyidir.  Azərbaycan  Respublikası  Konstitusiyasının  127-ci  və  «Məhkəmələr  və 
hakimlər  haqqında»  qanunun  97-ci  maddəsinə  görə  hakimlər  səlahiyyət  müddətində  dəyişilməzdirlər.  Bu 
prinsipə  uyğun  olaraq  hakim  vəzifəsinə  təyin  olunmuş  şəxslər  qanunla  nəzərdə  tutulmuş  əsaslar  istisna 
olmaqla  özlərinin  razılığı  olmadan  vəzifədən  kənarlaşdırıla,  daha  yüksək  və  ya  daha  aşağı  vəzifəyə  təyin 
oluna bilməzlər. 
Azərbaycan Respublikası Konstitusiyasının 127-ci və «Məhkəmələr və hakimlər haqqında» qanunun 
100-cü  maddəsinə  görə  hakimlər  müstəqildirlər  və  yalnız  Azərbaycan  Respublikası  Konstitusiyasına  və 
qanunlarına  tabedirlər.  Qanunun  100-cü  maddəsinə  görə  hakimlərin  müstəqilliyi  onların  səlahiyyəti 
dövründə  siyasətsizləşdirilməsi,  dəyişilməzliyi  və  toxunulmazlığı  ilə,  vəzifəyə  təyin  olunmasının, 
məsuliyyətə  cəlb  edilməsinin,  səlahiyyətlərinə  xitam  verilməsinin  və  vəzifədən  kənarlaşdırılmasının 
məhdudlaşdırılması  ilə,  məhkəmə  hakimiyyətinin  müstəqil  fəaliyyət  göstərməsi  və  ədalət  mühakiməsinin 
qanunda  nəzərdə  tutulmuş  qaydada  həyata  keçirilməsi  ilə  məhkəmə  icraatına  hər  hansı  şəxs  tərəfindən 
məhdudiyyət  qoyulmasının  və  müdaxilə  edilməsinin  yolverilməzliyi  ilə,  hakimlərin  şəxsi  təhlükəsizliyinin 
təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun sosial təminatlar verilir. 
Hakimlərin statusunu müəyyən edən mühüm prinsiplərdən biri hakim vəzifəsi ilə bir araya sığmayan 
fəaliyyətlə məşğul olmamaq hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinə görə 
hakimlər heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən 
başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə 
məşğul  ola  bilməz  və  siyasi  partiyalara  üzv  ola  bilməzlər,  vəzifə  maaşından,  habelə  elmi,  pedaqoji  və 
yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər. 
Konstitusiyada  hakimlərin  statusunu  müəyyən  edən  digər  mühüm  prinsip  məhkəmə  immunitetidir. 
Məhkəmə  immuniteti  dedikdə,  məhkəmə  hakimiyyətini  həyata  keçirən  vəzifəli  şəxslərin  -  hakimlərin 
toxunulmazlığı və məsuliyyətə cəlb edilməsinin qanunla nəzərdə tutulmuş xüsusi qaydada həyata keçirilməsi 
başa düşülür. 
Azərbaycan Respublikası Konstitusiyasının 128-ci və «Məhkəmələr və hakimlər haqqında» qanunun 
101-ci maddəsinə görə hakimlər toxunulmazdır. Hakimlərin toxunulmazlığı həmçinin, onların mənzillərinə, 
xidməti  otaqlarına,  nəqliyyat  və  rabitə  vasitələrinə,  poçt,  teleqraf  yazışmalarına,  şəxsi  əmlakına  və 
sənədlərinə də şamil olunur. 
Hakim  cinayət  məsuliyyətinə  cəlb  oluna,  tutula,  həbs  edilə  bilməz,  onların  barəsində  məhkəmə 


qaydasında  inzibati  tənbeh  tədbirləri  tətbiq  edilə  bilməz,  onlar  axtarışa,  şəxsi  müayinəyə  və  gətirilməyə 
məruz  qala  bilməzlər.  Cinayət  törətməkdə  şübhə  edilən  şəxs  qismində  saxlanılmış  hakim  şəxsiyyəti 
müəyyənləşdirildikdən  sonra  dərhal  azad  edilməli,  bu  barədə  Azərbaycan  Respublikası  Baş  prokuroruna 
dərhal  yazılı  məlumat  verilməlidir.  Əgər  hakimlərin  əməllərində  cinayət  tərkibinin  əlamətləri  varsa,  onlar 
vəzifədən  kənarlaşdırıla  bilərlər.  Hakimlərin  vəzifədən  kənarlaşdırılması  təşəbbüsü  ilə  Azərbaycan 
Respublikası Prezidenti Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi əsasında Azərbaycan Respublikası 
Milli Məclisi qarşısında məsələ qaldıra bilər. Hakimlər vəzifədən kənarlaşdırıldıqdan sonra Ali Məhkəmənin 
razılığı və Azərbaycan Respublikası Baş prokurorunun qərarına əsasən, cinayət məsuliyyətinə cəlb edilə və 
həbs oluna bilər. 
 
7. Azərbaycan Respublikasının məhkəmə sistemi: məhkəmə müdafiə hüququ və məhkəmə 
üsulunun formaları 
Konstitusiya  hər  kəsin  hüquq  və  azadlıqlarının  məhkəmədə  müdafiəsinə  təminat  verir.  Azərbaycan 
Respublikası  Konstitusiyasının  60-cı  maddəsinin  II  hissəsinə  əsasən  hər  kəs  dövlət  orqanlarının,  siyasi 
partiyaların,  həmkarlar  ittifaqlarının  və  digər  ictimai  birliklərin,  vəzifəli  şəxslərin  qərar  və  hərəkətlərindən 
(yaxud  hərəkətsizliyindən)  məhkəməyə  şikayət  edə  bilər.  Hər  kəsin  onun  işinə  qanunla  müəyyən  edilmiş 
məhkəmədə baxılması hüququ vardır (Azərbaycan Respublikası Konstitusiyası, maddə 62). 
Hal-hazırda  Azərbaycan Respublikasında  həyata keçirilən  məhkəmə  hüquq  islahatları  vətəndaşların 
məhkəmə müdafiə hüququnun genişlənməsinə səbəb oldu. Bu islahatların mühüm cəhətlərindən biri də xalq 
iclasçıları  (şeffenlər)  institutunun  ləğv  edilməsi  və  andlı  iclasçılar  institutunun  qanunvericiliyə  gətirilməsi 
oldu. 
Vətəndaşların  ədalət  mühakiməsinin  həyata  keçirilməsində  iştirakının  andlı  iclasçılar  forması 
şeffenlər  formasından  daha  çox  demokratikliyi  ilə  fərqlənir.  Belə  ki,  şeffenlər  sistemində  xalq  iclasçıları 
cinayət  və  mülki  işlərin  bütün  məsələlərini  andlılar  məhkəmələrində  olduğu  kimi  müstəqil  deyil,  peşəkar 
hakimlərlə  bir  kollegiyada  həll  edirdilər.  Bununla  da  onlar  peşəkar  hakimlərin  təsirilə  öz  müstəqilliklərini 
itirir, faktiki olaraq dekorativ rol oynayırdılar. 
Azərbaycan  Respublikası  Cinayət  Prosessual  Məcəlləsinin  359-cu  maddəsi  konkret  işlərə  hansı 
hallarda andlılar məhkəmələrində baxılmasını müəyyən edir. Həmin maddəyə görə hakim aşağıdakı hallarda 
andlı iclasçıların iştirakı ilə məhkəmə baxışını təyin edir: 
1.  Təqsirləndirilən  şəxsin  məhkəməyə  verildiyi  cinayətə  görə  cinayət  qanununun  norması  ilə 
ömürlük azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi imkanı nəzərdə tutulduqda; 
2.  Xüsusi  təhlükəli  cinayətə  görə  məhkəməyə  verilmiş  təqsirləndirilən  şəxslərdən  heç  olmasa  biri 
ona elan edilmiş ittihamla məhkəmədə andlı iclasçıların iştirakı ilə baxılması haqqında arzusunu bildirdikdə. 
Beləliklə,  yalnız  xüsusilə,  ağır  cinayətlərdə  ittiham  edilən  şəxslərə  münasibətdə  andlılar 
məhkəmələrinin tətbiq olunmasını onunla  izah etmək olar ki, bu zaman  həmin  şəxslərin  həyatı  həll olunur. 
Ona görə də belə məsələni 1 və ya 3 hakimə deyil, xalq içərisindən seçilmiş və öz vicdanının səsinə qulaq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə