1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   28   29   30   31   32   33   34   35   ...   70

eyni zamanda əmələ gəlir. Hüquqi şəxslər xüsusi hüquq qabiliyyətinə malikdirlər. Bu onunla 
izah edilir ki, hüquqi şəxs öz əsasnaməsi (nizamnaməsi) dairəsində fəaliyyət göstərir. Hüquqi 
şəxsin  fəaliyyət  qabiliyyəti  dedikdə,  onun  mülki  dövriyyədə  müstəqil  olaraq  çıxış  edəbilmə 
qabiliyyəti  başa  düşülür.  Qanunvericiliyə  əsasən,  hüquqi  şəxsin  fəaliyyət  qabiliyyəti  faktiki 
cəhətdən onun orqanlarının  yaradılması  ilə əmələ  gəlir. Hüquqi şəxslərin  orqanları  vahid  və 
kollegial olmaqla iki qrupa bölünür. Dövlət hüquqi şəxsləri vahid rəhbərlik prinsipi əsasında 
təşkil edilir və adətən bir orqanları olur. Vahid rəhbərliyə hüquqi şəxs olan idarə, müəssisə və 
təşkilatın direktoru, rəisi və s. misal ola bilər. Kollegial orqanlardan fərqli olaraq onlar təyin 
edilirlər. Kooperativ, ictimai və digər hüquqi şəxslər isə kollegial orqanlara malikdir. Bu cür 
tipli  hüquqi  şəxslərin  orqanları  onların  ümumi  yığıncağı  tərəfindən  təyin  edilir.  Kollegial 
orqanlara ümumi yığıncaqdan əlavə, yuxarı orqana tabe olan icra orqanı, nəzarət orqanı olan 
- təftiş komissiyası və s. misal ola bilər. 
Hüquqi  şəxsin  orqanı  onun  tərkib  hissəsidir.  Orqanın  nizamnamə  ilə  müəyyən  edilən 
fəaliyyəti  həyata  keçirməsi  hüquqi  şəxsin  fəaliyyəti  kimi  qiymətləndirilir  və  onun  üçün 
hüquq və vəzifələr yaradır. 
Hüquqi şəxsin fəaliyyət qabiliyyəti, həmçinin onun nümayəndəlikləri  vasitəsilə  həyata 
keçirilir. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil 
və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda 
yerləşən  və  onun  funksiyalarının  hamısını  və  ya  bir  hissəsini,  o  cümlədən,  nümayəndəlik 
funksiyalarmı həyata keçirən ayrıca bölməsi filial sayılır. 
Nümayəndəliklər  və  filiallar  hüquqi  şəxs  deyildirlər  və  hüquqi  şəxsin  təsdiq  etdiyi 
əsasnamələr  üzrə  fəaliyyət  göstərirlər.  Nümayəndəliklərin  və  filialların  rəhbərləri  hüquqi 
şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. 
Hüquqi şəxslərin əmələ gəlməsinin üç üsulu (qaydası) vardır: 
1)  sərəncam; 
2)  icazə; 
3)  təqdimedici normativ üsul. 
Sərəncam  qaydasında  dövlət  hüquqi  şəxsləri  əmələ  gəlir.  Bunun  mahiyyəti  ondan 
ibarətdir  ki,  hüquqi  şəxsin  yaranması  üçün  səlahiyyətli  dövlət  orqanlarının  xüsusi  inzibati 
sərəncamı lazımdır. 
İcazə  qaydasında  yeni  hüquqi  şəxsin  yaradılması  təşəbbüsü  təşkilatçılara  -  fiziki  və 
yaxud  hüquqi  şəxslərə  aiddir.  Belə  hüquqi  şəxsin  yaradılmasında  dövlət  orqanının  iştirakı 
həmin  hüquqi  şəxsin  yaradılmasına  icazə  verməsində  ifadə  olunur.  Burada  icazə  ya  dövlət 
orqanları,  ya  da  buna  səlahiyyəti  çatan  kooperativ  və  ictimai  təşkilatlar  tərəfindən  verilir. 
İcazə qaydasında yaranan hüquqi şəxslərə həmkarlar ittifaqlarını, idman cəmiyyətlərini və s. 
misal göstərmək olar. 
Təqdimedici normativ qaydada hüquqi şəxsin əmələ gəlməsi üçün dövlət orqanlarının 
sərəncamı  və  icazəsi  lazım  deyildir.  Belə  hüquqi  şəxslərin  əmələ  gəlməsi  onunla  izah  edilir 
ki, onların  yaradılması qabaqcadan xüsusi hüquq normalarında  müəyyən olunmuşdur. Dövlət 
orqanı isə belə hüquqi şəxsin yaradılmasında hüquq normalarına əməl olunmasını yoxlamaq 
səlahiyyətinə  malikdir.  Hüquqi  şəxslərin  əmələ  gəlməsinin  belə  qaydası  istər 
respublikamızda, istərsə də xarici ölkələr-də daha çox yayılmışdır. 
Mülki qanunvericilikdə hüquqi şəxsin xitammm iki qaydası gö-stərilir: 
1)  yenidən təşkiletmə; 
2)  təsviyyə, yəni ləğvetmə. 
Hüquqi şəxsin  yenidən təşkili onun təsisçilərinin (iştirakçılarının) və  ya  hüquqi şəxsin 
nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.  
Yenidən təşkiletmə qaydasında universal (ümumi) hüquq varisliyi tətbiq olunur, yəni bu 
zaman hüquq və vəzifələr tam həcmdə yeni təşkil edilmiş hüquqi şəxsə keçir. 
Hüquqi  şəxsin  ləğvi  onun  mövcudluğuna  və  fəaliyyətinə  hüquq  və  vəzifələri  hüquq 


varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 
Hüquq  ədəbiyyatında  hüquqi  şəxslərin  sərəncam,  könüllü  və  məcburi  qaydada  xitam 
edilmələri  göstərilir.  Sərəncam  qaydasında  bir  qayda  olaraq  dövlət  hüquqi  şəxsləri  xitam 
edilirlər.  Bu,  onları  təşkil  edən  dövlət  orqanlarının  qərarı  ilə  həyata  keçirilir.  Məcburi  və 
könüllü  qaydada  isə  kooperativlər,  ictimai  təşkilatlar  və  s.  xitam  edilirlər.  Könüllü  qaydada 
hüquqi  şəxsin  ləğvi  həmin  təşkilatın  ümumi  iclasının  qərarı  ilə,  məcburi  qaydada  hüquqi 
şəxsin  ləğvi  isə  buna  səlahiyyəti  olan  dövlət  orqanlarının  qərarı  ilə  həyata  keçirilir.  Hüquqi 
şəxsin mövcudolma  müddəti qurtardıqda, o, fəaliyyət həddini aşdıqda, dövlətin  mənafelərinə 
zidd  olaraq  fəaliyyət  göstərdikdə  və  s.  hallarda  qanun  həmin  hüquqi  şəxsin  ləğv  olunması 
haqqında məcburedici tədbirlər nəzərdə tutur. 
Hüquq ədəbiyyatında hüquqi şəxslər bir sıra əsaslara görə növlərə bölünürlər. 
Mülkiyyət  formasından  asılı  olaraq  hüquqi  şəxslər  dövlət  və  xüsusi  (qeyri-dövlət) 
hüquqi şəxslərə bölünür. 
Fəaliyyət  məqsədlərindən  asılı  olaraq  kommersiya  və  qeyri-kommersiya  təşkilatları 
fərqləndirilir. 
Təşkiletmə qaydasına görə hüquqi şəxslər könüllü (təsisçilərin iradəsi ilə) və sərəncam 
qaydası ilə (mülkiyyətçinin və ya idarəetmə orqanının qərarı üzrə) yaradılan hüquqi şəxslərə 
bölünürlər. 
Hüquqi  vəziyyətinə  görə  hüquqi  şəxslər  milli  və  xarici  hüquqi  şəxslərə  bölünürlər. 
Ölkə  daxilindəki  hüquqi  şəxslər  milli  qanunvericiliyə  uyğun  olaraq  yaradılır  və  fəaliyyət 
göstərirlər.  Xarici  hüquqi  şəxslər  isə,  xarici  ölkələrin  qanunvericiliyinə  əsasən,  yaradılırlar. 
Lakin onlar öz fəaliyyətlərini milli qanunvericiliyə əsasən, həyata keçirirlər. 
Mülki  Məcəllənin  43-cü  maddəsinin  3-cü  və  4-cü  bəndlərinə  əsasən,  Azərbaycan 
Respublikası və bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi 
iştirak  edirlər.  Bu  hallarda  onların  səlahiyyətlərini  onların  hüquqi  şəxslər  olmayan  orqanları 
həyata keçirirlər. 
Dövlət mülki hüquq münasibətlərinin iştirakçısı kimi hüquq subyektliyinə, yəni hüquq 
və  fəaliyyət  qabiliyyətinə  malikdir.  Lakin  digər  subyektlərdən  fərqli  olaraq  bu  hüquq 
qabiliyyətinin  özünəməxsus  xüsusiyyətləri  vardır.  Bu,  onunla  izah  olunur  ki,  dövlət  ümumi 
hüququn  əsas  subyekti  olmaqla  hakimiyyətin  daşıyıcısıdır.  Bu  xüsusiyyət  dövlətin  mövcud 
suverenliyində ifadə olunur. 
Suverenlik  daxili  və  xarici  ifadəyə  malikdir.  Öz  ərazisi  hüdudlarıda  dövlət  ən  ali 
hakimiyyəti təcəssüm etdirir. Heç kəs dövlətin daxili işlərinə qarışa bilməz. 
Dövlətin  suverenlik  xüsusiyyəti  onu  mülki  hüququn  xüsusi  subyektinə  çevirir.  Bu 
mənada: 
-  dövlət  özü  mülki  hüququn  digər  bütün  subyektləri  üçün  məcburi  olan  qanunlar 
qəbul edir; 
-  dövlət digər tərəfin  iradəsindən asılı olmayaraq mülki  hüquq  münasibətləri əmələ 
gətirən inzibati aktlar qəbul edir; 
-  dövlət  bərabərlik  əsasında  qurulan  mülki  hüquq  münasibətlərində  iştirak  etdikdə 
belə, hakimiyyət funksiyasını saxlayır; 
-  dövlət immunitetdən istifadə edir. 
Mülki  hüquq  münasibətlərinin  obyektləri.  Mülki  hüquq  münasibətlərinin  mühüm 
ünsürlərindən  biri  də  bu  münasibətlərin  obyektləridir.  Mülki  hüquq  münasibətlərinin 
obyektləri dedikdə, bu hüquq münasibətlərinin nəyə qarşı yönəldiyini başa düşmək lazımdır. 
Mülki hüquq subyektlərinin öz aralarında hüquq münasibətlərinə daxil olmalarına səbəb olan 
maddi və mənəvi nemətlər mülki hüquq münasibətlərinin obyektləri adlanır. Belə nemətlərin 
(obyektlərin) dairəsi olduqca geniş və müxtəlifdir. Mülki Məcəllənin 4-cü maddəsinə uyğun 
olaraq əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış 
maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə