1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   27   28   29   30   31   32   33   34   ...   70

və  ya  öz  hərəkətlərinə  rəhbərlik  edə  bilməyən  şəxslər  də  məhkəmə  tərəfindən  fəaliyyət 
qabiliyyəti olmayan sayıla bilər. 
Şəxsin, fəaliyyət qabiliyyəti olmayan sayılması üçün hüquqi və tibbi kriteriya lazımdır. 
Şəxsin  öz  hərəkətlərinin  mənasını  başa  düşməməsi  və  öz  hərəkətlərinə  rəhbərlik  edə 
bilməməsi (hüquqi kriteriya) ağıl zəifliyi və ya ruhi xəstəlik (tibbi kriteriya) ilə şərtlənir. Bu 
cür  şəxslər  üzərində  qəyyumluq  müəyyənləşdirilir.  Onların  adından  əqdləri  həmin  şəxsin 
qəyyumu bağlayır. 
Şəxs  sağaldıqda  məhkəmə  onu  fəaliyyət  qabiliyyətli  sayır.  Onun  üzərində 
müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. 
Mülki  qanunvericilikdə  fiziki  şəxsin  hüquqi  taleyi  ilə  bağlı  mübahisə  doğuran 
məsələlərdən  biri  də  şəxsin  xəbərsiz  itkin  düşmüş  və  ya  ölmüş  elan  edilməsidir.  Ümumi 
qaydalara  görə,  bizim  qanunvericilikdə  şəxsin  xəbərsiz  itkin  düşmüş  elan  edilməsi  kimi 
kateqoriyanın  olması,  mülki  hüquq  münasibəti  subyektlərindən  birinin,  məsələn,  borclunun, 
ərin  (arvadın),  digər  qohumların  və  s.  olmaması  ilə  yaranan  hüquqi  qeyri-müəyyənlikləri 
aradan qaldırmaq zəruriyyəti ilə əlaqədardır. 
Mülki  Məcəllənin  40.1-cı  maddəsinə  əsasən,  əgər  fiziki  şəxsin  olduğu  yer  məlum 
deyildirsə  və  iki  il  ərzində  o,  yaşayış  yerində  görünməmişsə,  maraqlı  şəxslərin  ərizəsinə 
əsasən,  məhkəmə  fiziki  şəxsi  xəbərsiz  itkin  düşmüş  hesab  edə  bilər.  Xəbərsiz  itkindüşmə 
faktı  müəyyən  hüquqi  nəticələrə  səbəb  olur:  həmin  şəxsin  qanuni  əmlakının  daimi  idarə 
edilməsi  üçün  qəyyumluq  müəyyən  edilir;  bu  əmlak  hesabına  onun  borcları  ödənilir; 
öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir; əmək qabiliyyəti olmayan ailə  üzvlərinin 
ailə başçısını itirməyə görə pensiya almaq hüququ əmələ gəlir və s. 
Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu  yer aşkar edildikdə  məhkəmə 
onun  xəbərsiz  itkin  düşmüş  hesab  edilməsi  haqqında  qərarı,  habelə  onun  əmlakının  idarə 
olunması haqqında qərarı ləğv edir. 
Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, 
habelə  o,  ölüm  təhlükəsi  törədən  və  ya  hansısa  bədbəxt  hadisədən  həlak  olduğunu  güman 
etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, 
məhkəmə qaydasında ölmüş elan edilə bilər. 
Mülki  Məcəllənin  41.2-ci  maddəsinə  müvafiq  olaraq  hərbi  əməliyyatlarla  əlaqədar 
xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən 
azı  iki  il  keçdikdən  sonra  məhkəmə  qaydasında  ölmüş  elan  edilə  bilər.  Ölmüş  elanetmə 
halında ölüm günü məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün hesab edilir. 
Ölmüş  elan  edilmiş  şəxs  gəldikdə  və  ya  onun  olduğu  yer  aşkar  edildikdə,  məhkəmə 
əvvəlki  qətnaməni  ləğv  edir;  ölüm  haqqında  qeydiyyat  ləğv  olunur;  əgər  yeni  nikah 
bağlanmamışdırsa, nikah bərpa olunur. Qayıtma vaxtından asılı olmayaraq, şəxs, onun ölmüş 
elan  edilməsindən  sonra  əvəzsiz  olaraq  başqa  şəxsə  verilmiş  əmlakdan  qalanının 
qaytarılmasını  tələb  edə  bilər.  Əvəzli  əqdlər  üzrə  əmlak  o  vaxt  qaytarılır  ki,  həmin  şəxs 
əmlakı əldə edərkən şəxsin sağ olmasını bildiyi sübut edilsin. 
Əgər  ölmüş  elan  edilmiş  şəxsin  əmlakı  dövlətə  keçmiş  və  satılmışsa,  onda  əmlakmın 
satışından götürülmüş məbləğ ona qaytarılır. 
Hüquqi  şəxslər  və  dövlət  mülki  hüquq  münasibətlərinin  subyektləri  kimi.  Mülki 
hüquq  münasibətlərinin  subyekti  təkcə  fiziki  şəxslər  deyil,  həm  də  təşkilatlar,  idarə  və 
müəssisələr  ola  bilər.  Mülki  qanunvericilikdə  idarə,  müəssisə  və  təşkilatları  fiziki  şəxsdən 
fərqli  olaraq,  hüquqi  şəxs  adlandırırlar.  Hüquqi  şəxsin  anlayışı  Mülki  Məcəllənin  43.1-ci 
maddəsində  verilmişdir.  Həmin  maddəyə  əsasən,  hüquqi  şəxs,  qanunla  müəyyənləşdirilən 
qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində 
ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi 
qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı 
və  ya  cavabdeh  olmaq  hüququna  malikdir.  Göründüyü  kimi,  hər  bir  qurum  deyil,  yalnız 


aşağıdakı əlamətlərə malik olanlar hüquqi şəxs hesab olunurlar: 
1.  Təşkilati vahidlik. 
Bu o deməkdir ki, hüquqi şəxs tam, vahid təşkilat qismində təşkil edilir. Hüquqi şəxsin 
təşkilat  vahidliyinə  malik  olması  onun  nizamnamə  və  ya  əsasnaməsi  ilə  müəyyən  olunur. 
Hüquqi  şəxsin  təsisçiləri  tərəfindən  təsdiq  edilmiş  nizamnaməsi  hüquqi  şəxsin  təsis 
sənədidir. Nizamnamədə hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, 
habelə  onun  ləğvi  qaydası  müəyyənləşdirilir.  Dövlət  büdcəsində  olan  idarə  və  müəssisələr, 
həmçinin,  ictimai  və  s.  təşkilatlar  həmin  növ  təşkilatlara  dair  ümumi  əsasnaməyə  uyğun 
olaraq hərəkət edirlər. 
2.  Ayrıca əmlaka malikolma. 
Əgər  təşkilati  vahidlik  çoxlu  şəxslərin  vahid  bir  kollektiv  halında  birləşməsi  üçün 
vacibdirsə, onda əmlak ayrılığı da bu birliyin fəaliyyətinin maddi bazasını əmələ gətirir. Hər 
hansı  bir  təşkilat  özünün  maddi  bazasına  -  torpaq  sahələrinə,  texniki  predmetlərə,  daşınar 
obyektlərə,  pul  vəsaitlərinə  və  s.  malik  olmadan  fəaliyyət  göstərə  bilməz.  Bütün  bunlar 
kompleks  halında  hüquqi  şəxsin  xüsusi  əmlakını  təşkil  edir  və  onu  digər  şəxslərdən 
fərqləndirir. 
3.  Müstəqil əmlak məsuliyyəti. 
Ümumi  qaydaya  görə  hüquqi  şəxsin  əmlakının  mülkiyyətçiləri  və  yaxud  iştirakçıları 
onun  öhdəliklərinə  görə  cavab  vermirlər,  eyni  zamanda  hüquqi  şəxslər  də  onların 
öhdəliklərinə  görə  məsuliyyət  daşımırlar.  Başqa  sözlə,  hər  hansı  bir  hüquqi  şəxs  öz 
öhdəliklərinə görə müstəqil surətdə mülki-hüquqi məsuliyyət daşıyır. 
Hüquqi  şəxsin  kreditorları  öhdəlikdən  yaranan  tələblə  yalnız  həmin  hüquqi  şəxsə 
müraciət  edə  bilərlər.  Bu  tələbə  görə  çərimə,  qanun-vericiliklə  müəyyən  edilmiş  qaydada 
yalnız hüquqi şəxsin əmlakından alına bilər. 
4.  Mülki dövriyyədə öz adından çıxış etməsi. 
Hüquqi şəxsin mülki dövriyyədə öz adından çıxış etməsi özünü onda göstərir ki, o, öz 
adından mülki hüquqlar əldə edə və həyata keçirə, habelə vəzifələr daşıya bilər, məhkəmədə 
iddiaçı və cavabdeh kimi çıxış edə bilər. 
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər 
qanunvericiliyə  və  nizamnaməyə  uyğun  fəaliyyət  göstərən  öz  orqanları  vasitəsilə  mülki 
hüquqlar  əldə  edir  və  öhdələrinə  mülki  vəzifələr  götürürlər.  Bəzi  hallarda  hüquqi  şəxsin 
marağına  uyğun  olaraq  hüquqi  hərəkətləri  onun  adından  etibarnaməyə  əsasən,  onun 
təmsilçiləri  həyata  keçirirlər.  Yuxarıda  göstərilən  maddənin  3-cü  bəndinə  müvafiq  olaraq 
hüquqi şəxs adından çıxış edən şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vicdanla və 
ağılla  hərəkət  etməlidir.  Əgər  müqavilədə  ayrı  qayda  nəzərdə  tutulmayıbsa,  hüquqi  şəxsin 
təsisçilərinin (iştirakçılarının) tələbi ilə o, hüquqi şəxsə vurduğu zərərin əvəzini ödəməlidir. 
Ümumiyyətlə,  qeyd  etmək  lazımdır  ki,  hüquqi  şəxsin  mülki  dövriyyədə  öz  adından 
çıxış etməsi  onun ən zəruri əlamətlərindəndir. O, sanki digər əlamətləri özündə cəmləşdirir. 
Maddi  və  təşkilati  zəmin  əsasında  yaranaraq,  bu  əlamət,  hüquqi  şəxsin  müstəqilliyinin  və 
mülki hüquq subyektliyinin son ifadəsidir. 
Göstərilən  bu  dörd  əlamətin  hamısının  birlikdə  olması  vacibdir.  Bu  və  ya  digər 
təşkilat,  idarə  və  müəssisə  göstərilən  əlamətlərdən  biri-nə  belə  malik  deyilsə,  hüquqi  şəxs 
hesab oluna bilməz. 
Hüquqi  şəxs  dövlət  qeydiyyatına  alındığı  andan  mülki  hüquqlara  malikdir  və  mülki 
vəzifələr daşıyır. Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət 
növlərini  həyata  keçirmək  üçün  zəruri  mülki  hüquqlara  malik  ola  və  mülki  vəzifələr  daşıya 
bilərlər.  Siyahısı  qanunvericiliklə  müəyyənləşdirilən  ayrı-ayrı  fəaliyyət  növləri  ilə  hüquqi 
şəxslər,  yalnız  xüsusi  icazə  (lisenziya)  əsasında  məşğul  ola  bilərlər.  Hüquqi  şəxsin  hüquq 
qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 
Fiziki  şəxsdən  fərqli  olaraq,  hüquqi  şəxsin  fəaliyyət  qabiliyyəti  hüquq  qabiliyyəti  ilə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə