1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   24   25   26   27   28   29   30   31   ...   70

2)  Mülki  hüquq  münasibəti  subyektlərinin  münasibətin  məzmununu  müəyyən 
etməkdə sərbəstliyi; 
3)  Mülki hüquq münasibətlərinin obyekt çoxluğunun olması; 
4)  Mülki hüquq münasibətlərinin əmələgəlmə əsaslarının müxtəlifliyi; 
5)  Mülki hüquq münasibətlərinin pozulması nəticəsində məsuliyyətin əmlak xarakteri 
daşıması; 
6)  Mülki  hüquq  münasibətlərinin  müdafiəsinin  bir  qayda  olaraq  iddia  qaydasında 
olması. 
Beləliklə,  bütün  bu  xüsusiyyətləri  ümumiləşdirməklə  mülki  hüquq  münasibətlərinə 
belə  bir  geniş  anlayış  vermək  olar:  subyektləri  bir-biri  ilə  qarşılıqlı  hüquq  və  vəzifələrlə 
əlaqədar  olan,  subyektlərin  bərabərliyinə,  sərbəstliyinə  və  məsuliyyətinə  əsaslanan, 
pozularkən  bir  qayda  olaraq  iddia  qaydasında  müdafiə  olunan,  əmtəə-pul  formasında  olan 
əmlak  münasibətləri  və  şəxsi  qeyri-əmlak  münasibətlərinin  məcmusuna  mülki  hüquq 
münasibətləri deyilir. 
Mülki hüquq münasibətlərinin təsnifatı (növləri). Mülki hüquq münasibətləri bir sıra 
əsaslara  görə  tənifləşdirilir:  Maddi  məzmununa  görə  mülki  hüquq  münasibətləri  2  yerə 
bölünür: 
1.  Əmlak münasibətləri; 
2.  Şəxsi qeyri-əmlak münasibətləri.  
 
Mülki  hüquq  münasibətlərinin  əmlak  və  şəxsi  qeyri-əmlak  münasibətlərinə  bölgüsü 
onunla xarakterizə olunur ki: 
1.  Əmlak  münasibətləri  iqtisadi  dəyərə  malik  olan  münasibətlərdirsə,  şəxsi  qeyri-
əmlak  münasibətləri  maddi  məzmuna,  iqtisadi  dəyərə  malik  olmayan 
münasibətlərdir; 
2.  Əmlak  münasibətlərindən  fərqli  olaraq,  şəxsi  qeyri-əmlak  münasibətləri 
vətəndaşların və ya təşkilatların qeyri-əmlak marağına xidmət edir; 
3.  Əmlak  münasibətlərində  hüquq  varisliyinə  yol  verilirsə,  şəxsi  qeyri-əmlak 
münasibətlərində hüquq varisliyinə yol verilmir. 
Mülki  hüquq  münasibətləri  içərisində  ən  çox  rast  gəlinəni  əmlak  münasibətləridir. 
Təşkilatların,  habelə  vətəndaşların  mülki  hüquqları  və  vəzifələri  əksər  hallarda  əmlak 
xarakterli olur. 
Şəxsi qeyri-əmlak münasibətləri 3 qrupa ayrılır: 
1.  Şəxsi qeyri-əmlak xarakterli hüquq münasibətləri; 
2.  Yaradıcı fəaliyyəti özündə cəmləşdirən hüquq münasibətləri; 
3.  Təşkilati hüquq münasibətləri. 
Şəxsi  qeyri-əmlak  hüquq  münasibətləri  özündə  qeyri-əmlak  xarakterli  cəhətləri 
birləşdirir ki, həmin cəhətlər insanla bağlıdır. Məsələn, ad, şərəf, ləyaqət və s. 
Yaradıcı fəaliyyəti özündə cəmləşdirən hüquq münasibətləri bu münasibətlər içərisində 
mühüm  yer  tutur.  Bu  münasibətlərin  özünəməxsusluğu  onun  məzmunu  və  obyekti 
araşdırılarkən  aydın  olur.  Bu  mülki  hüquq  münasibətlərinin  obyekti  şəxsiyyətin  mənəvi, 
yaradıcı fəaliyyətidir. Bura elm, ədəbiyyat və incəsənət əsərləri aiddir. 
Şəxsi qeyri-əmlak  münasibətləri içərisində təşkilati  mülki hüquq  münasibətləri  mühüm 
yer  tutur.  Təşkilati  hüquq  münasibətləri  əmlak  və  şəxsi  qeyri-əmlak  münasibətləri  ilə 
əlaqədardır.  Çox  zaman  onlar  arasında  hüquqi  əlaqələrin  reallaşmasına  xidmət  edir.  Bu  cür 
münasibətlərə  misal  olaraq,  nümayəndəliyi  (təmsilçiliyi)  göstərmək  olar.  Mülki  hüquq 
münasibətləri  içərisində  nəzarətedici  münasibətlər  də  özünəməxsus  yer  tutur.  Burada 
subyektlərdən  birinə  digərinin  fəaliyyətinə  nəzarət  etmək  hüququ  verilir.  Məsələn, 
sifarişçinin  sifarişi  qəbul  edənin  işinə  nəzarəti.  Qeyd  etdiyimiz  münasibətlərin  lazımi 
səviyyədə  reallaşması  üçün  məlumat  münasibətlərinin  də  xidməti  az  deyildir.  Bu  cür 
münasibətə sifarişi qəbul edənin sifarişçiyə mövcud vəziyyət barədə məlumat verməsi və s. 


misal ola bilər. 
Subyektlərin  əlaqəsinə  görə  mülki  hüquq  münasibətləri  mütləq  və  nisbi  hüquq 
münasibətlərinə bölünür. 
Mütləq  hüquq  münasibətlərində  səlahiyyətli  şəxs  qarşısında  bütün  digər  şəxslər 
məsuliyyət  daşıyırlar.  Bu  münasibətlərə  mülkiyyət  hüququ  münasibətlərini  aid  etmək  olar. 
Məsələn,  vətəndaş  ona  məxsus  olan  yaşayış  evi  üzərində  mülkiyyətçiyə  xas  olan  bütün 
hüquqlara malikdir və digər şəxslər onun bu hüquqlarmı pozmaqdan çəkinməlidirlər. 
Nisbi hüquq münasibətlərində isə səlahiyyətli şəxs qarşısında, ancaq bir və ya bir neçə 
konkret şəxs  məsuliyyət daşıyır. Bu  münasibətlərdə səlahiyyətli şəxsin  hüququ  nisbi  hüquq 
münasibətləri  ilə  tənzim  edilir.  Məsələn,  borc  müqaviləsinə  əsasən,  səlahiyyətli  şəxs,  yəni 
kreditor öz borcunu yalnız bir şəxsdən, borcludan tələb edə bilər. 
Hüquqların  həyata  keçirilməsi  ilə  mülki  hüquq  münasibətləri  əşya  və  öhdəlik  hüquq 
münasibətlərinə bölünür. 
Əşya  münasibətləri  bu  və  ya  digər  subyektlərin  -  təbii  obyektlər,  istehsal  vasitələri, 
əməyin  nəticələrinə  malik  olması  ilə  bağlı  olan  münasibətlərdir.  Onların  hamısı  öz-
özlüyündə,  birinci,  subyektin  ona  məxsus  olan  əşyaya,  ikinci,  onun  və  digər  şəxslər 
barəsində bu əşyaya olan münasibətlərini təşkil edir. 
Əşya  münasibətlərinin  bu  cür  ikili  təbiəti  prinsipial  əhəmiyyətə  malikdir.  Şəxsin 
əşyaya  olan  münasibəti  normal  istehsalı  müəyyən  edən  şərtdir.  İstehsal  o  vaxt  maksimum 
effektli  olur  ki,  istehsalçı  əşyaya  sahiblik  etsin,  ondan  istifadə  etsin  və  onun  üzərində 
sərəncam versin. 
Əmlak münasibətlərinin hüquqi xarakterindən danışsaq, onu deməliyik ki, əşya sahibi 
əmlaka  öz  şəxsi  əmlakı  kimi  yalnız  kənar  şəxslərin  müdaxiləsinin  qarşısı  alındıqdan  sonra 
münasibət göstərə bilər. 
Öhdəlik  münasibətləri  -  əmlakın  bir  şəxsdən  digərinə  keçməsi  ilə  bağlıdır.  Əgər 
səlahiyyətli şəxsin marağının təmin edilməsi üçün vəzifə daşıyan şəxslərin fəal hərəkəti tələb 
olunarsa  bu  cür  hüquq  münasibətləri  öhdəlik  münasibətləri  adlanır.  Məsələn,  satıcı,  satdığı 
əşyanın  qiymətini  alıcıdan  tələb  etməyə  haqlıdır.  Burada  alıcının  fəal  hərəkət  etməsi  tələb 
olunur.  Bu  münasibətlər təbiətən  müxtəlifdirlər. Onların ən böyük qrupu əmlakın sahibliyə, 
istifadəyə  və  sərəncama  verilməsinə  səbəb  olan  müqavilələr  əsasında,  müəyyən  bir  hissəsi 
isə  iştirakçılar  arasında  hər  hansı  razılığın  olmadığı  hallarda  yaranır.  Onlara  ziyanvurma 
nəticəsində əmələ gələn öhdəliklər və s. misal ola bilər. 
Hüquqi  məzmununa  görə  mülki  hüquq  münasibətləri  sadə  və  mürəkkəb  hüquq 
münasibətlərinə  bölünür.  Əgər  bir  tərəfdə  hüquq,  digər  tərəfdə  vəzifə  varsa,  bu  cür  hüquq 
münasibətlərinə  sadə  və  yaxud  birtərəfli  hüquq  münasibətləri  deyilir.  Məsələn,  borc 
müqaviləsindən  yaranan  münasibətlər  və  s.  hər  iki  tərəfdə  hüquq  və  vəzifələrin  olduğu 
münasibətlərə  mürəkkəb  və  yaxud  ikitərəfli  hüquq  münasibətləri  deyilir.  Alqı-satqı,  əmlak 
kirayəsi və s. müqavilələrdən əmələ gələn münasibətlər buna misal ola bilər. 
Mülki  hüquq  münasibətlərinin  əmələ  gəlməsi,  dəyişməsi  və  xitamının  əsasları.  
Mülki hüquq münasibətlərinin əmələ gəlməsi (dəyişməsi, xitamı) əsasını hüquqi faktlar təşkil 
edir.  Hüquqi  faktlar  dedikdə,  hüquq  normasında  nəzərdə  tutulan  və  hüquq  münasibətlərinin 
əmələ  gəlməsi,  dəyişməsi  və  xitam  edilməsinə  səbəb  olan  həyati  hallar  başa  düşülür.  Lakin 
faktların  hamısı  deyil,  yalnız  müəyyən  hüquqi  nəticələrə  səbəb  olan  hüquqi  əhəmiyyətli 
faktlar hüquqi faktdır. 
Hüquqi faktlar üçün üç əsas hal xarakterikdir: 
1)  hüquqi fakt - bizim şüurumuzdan, düşüncəmizdən asılı olmayan real gerçəklikdir; 
2)  hüquqi fakt - mülki hüquq normalarında nəzərdə tutulur. Məhz bu normalar onun 
hüquqi əhəmiyyət kəsb etdiyini bildirir; 
3)  hüquqi  fakt  -  hansı  faktların  mülki  hüquq  normaları  əsasında  müəyyən  nəticəyə 
gəlməsini müəyyən edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə