1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   21   22   23   24   25   26   27   28   ...   70

asan 12 üzvə həvalə edilməsi daha məqsədə müvafiq olardı. 
Azərbaycan  Respublikasının  Konstitusiyasının  125-ci  maddəsinin  I  hissəsinə  görə  məhkəmə 
hakimiyyətini ədalət mühakiməsi yolu ilə məhkəmələr həyata keçirir. Həmin maddənin III hissəsinə görə isə 
məhkəmə  hakimiyyəti  konstitusiya,  mülki  və  cinayət  məhkəmə  icraatı  vasitəsilə  və  qanunla  nəzərdə 
tutulmuş digər vasitələr ilə həyata keçirilir. 
Göründüyü  kimi  konstitusiya  icraatı  ədalət  mühakiməsinin  bir  forması  kimi  qəbul  edilir  və 
Konstitusiya Məhkəməsi tərəfindən həyata keçirilir. 
Hüquq  ədəbiyyatında  ədalət  mühakiməsinə  verilən  anlayış  əsasında  Azərbaycan  Respublikası 
Konstitusiya Məhkəməsinin ədalət mühakiməsini həyata keçirməsini təsdiqləmək olar: 
1.  Ədalət  mühakiməsi  məhkəmələr  tərəfindən  həyata  keçirilir.  Azərbaycan  Respublikasının 
Konstitusiya Məhkəməsi də Azərbaycan Respublikası məhkəmə sisteminə daxil olan ali instansiyadır. 
2.  Ədalət mühakiməsi məhkəmə iclaslarında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya 
Məhkəməsi də onun səlahiyyətinə aid edilmiş işlərə məhkəmə iclaslarında baxır. 
3.  Ədalət mühakiməsi Azərbaycan Respublikası Konstitusiyasında və digər qanunvericilik aktlarında 
müəyyən  edilmiş  demokratik  prinsiplər  əsasında  həyata  keçirilir.  Azərbaycan  Respublikası  Konstitusiya 
Məhkəməsi  də  öz  fəaliyyətini  Azərbaycan  Respublikası  Konstitusiyasında  və  «Konstitusiya  Məhkəməsi 
haqqında»  qanunun  15  -  19-cu  və  25  -  29-cu  maddələrində  nəzərdə  tutulmuş  prinsiplər  əsasında  həyata 
keçirir. 
4.  Ədalət  mühakiməsi  qanunla  müəyyən  edilmiş  prosessual  qaydada  həyata  keçirilir.  Azərbaycan 
Respublikası Konstitusiya Məhkəməsi də Konstitusiya icraatını «Konstitusiya Məhkəməsi haqqında» qanunda 
müəyyən edilmiş prosessual qaydada həyata keçirir. 
«Konstitusiya  Məhkəməsi  haqqında»  qanunun  40-cı  maddəsinə  görə  Azərbaycan  Respublikası 
Konstitusiya Məhkəməsində icraat aşağıdakı 2 üsulla həyata keçirilir:  
a) Konstitusiya məhkəmə icraatı; 
b) xüsusi Konstitusiya icraatı. 
Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsində  baxılan  Konstitusiya  işləri  üzrə  konstitusiya 
məhkəmə  icraatı  aşağıdakı  növlərdə  həyata  keçirilir:  Azərbaycan  Respublikası  Konstitusiyasının  130-cu 
maddəsinin  III  hissəsinin  1-6-cı  və  8-ci  bəndlərində  nəzərdə  tutulmuş  məsələlərin  həlli  üçün  verilmiş 
sorğularla əlaqədar işlərin icraatı; qanunverici, icra və məhkəmə hakimiyyəti orqanları arasında səlahiyyətlər 
bölgüsü ilə bağlı mübahisələrlə əlaqədar sorğular üzrə işlərin icraatı. 
Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsində  baxılan  konstitusiya  işləri  üzrə  xüsusi 
konstitusiya  icraatı  aşağıdakı  növlərdə  həyata  keçirilir:  Azərbaycan  Respublikası  Konstitusiyasını  və 
qanunlarının  şərh  edilməsi  üçün  verilən  sorğularla  əlaqədar  işlərin  icraatı;  Azərbaycan  Respublikası 
Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini, tamamilə, itirdiyi barədə məlumatı 
aydınlaşdırmaq  üçün  Azərbaycan  Respublikasının  Milli  Məclisinin  müraciəti  ilə  əlaqədar  işlərin  icraatı; 
Azərbaycan  Respublikası  Prezidentinin  istefa  ərizəsinə  baxılması  ilə  əlaqədar  işlərin  icraatı;  Azərbaycan 


Respublikası  Prezidentinin  vəzifədən  kənarlaşdırılması  məsələsi  ilə  əlaqədar  işlərin  icraatı;  Azərbaycan 
Respublikasının Milli Məclisi deputatları seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi ilə əlaqədar işlərin 
icraatı;  yeni  seçilmiş  Azərbaycan  Respublikasının  Milli  Məclisinin  ilk  iclasının  keçirilməsi  vaxtının  təyin 
edilməsi  ilə  əlaqədar  olan  işlərin  icraatı;  Azərbaycan  Respublikası  Milli  Məclisinin  və  ya  Azərbaycan 
Respublikası  Prezidentinin  Azərbaycan  Respublikası  Konstitusiyasının  mətnində  dəyişikliklər  edilməsi 
haqqında  təkliflərinə  dair  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  rəyinin  çıxarılması  ilə 
əlaqədar işlərin icraatı. 
Azərbaycan  Respublikası  Cinayət  Prosessual  Məcəlləsinin  66-cı  maddəsinə  görə  ədalət 
mühakiməsinin  bir  forması  olan  cinayət  mühakimə  icraatını  aşağıdakı  məhkəmələr  həyata  keçirir:  rayon 
(şəhər)  məhkəmələri,  hərbi  məhkəmələr,  ağır  cinayətlərə  dair  işlər  üzrə  Azərbaycan  Respublikası 
məhkəməsi,  ağır  cinayətlərə  dair  işlər  üzrə  Azərbaycan  Respublikası  hərbi  məhkəməsi,  Naxçıvan  Muxtar 
Respublikası  Ali  Məhkəməsi,  Azərbaycan  Respublikası  Apelyasiya  Məhkəməsi,  Azərbaycan  Respublikası 
Ali Məhkəməsi. 
Azərbaycan  Respublikasında  ümumi  və  ixtisaslaşdırılmış  məhkəmələrin  icraatına  aid  edilən  mülki, 
cinayət və digər işlər üzrə ali məhkəmə orqanı Azərbaycan Respublikasının Ali Məhkəməsidir. O, qanunla 
müəyyən  edilmiş  prosessual  qaydalarda  ümumi  və  ixtisaslaşdırılmış  məhkəmələrin  işinə  nəzarəti  həyata 
keçirir, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir. 
8.   Azərbaycan Respublikası Prokurorluğu 
Azərbaycan  Respublikasında  məhkəmə  hakimiyyəti  sisteminə  daxil  olan  prokurorluq  orqanlarının 
dövlət hakimiyyəti sistemində yerinin müəyyənləşdirilməsi aktual məsələlərdən biridir. 
1995-ci  ildə  Azərbaycan Respublikası  Konstitusiyası qəbul edilərkən Konstitusiyaya prokurorluğun 
məhkəmə  hakimiyyəti  sistemində  statusunu  müəyyən  edən  bir  maddə  daxil  edildi  (maddə  133).  Həmin 
maddəyə  əsasən,  Azərbaycan  Respublikası  Prokurorluğu  qanunla  nəzərdə  tutulmuş  qaydada  və  hallarda 
qanunların icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və 
istintaq  aparır,  məhkəmədə  dövlət  ittihamını  müdafiə  edir,  məhkəmədə  iddia  qaldırır,  məhkəmə 
qərarlarından protest verir.  
1999-cu  il  7  dekabrda  qəbul  edilmiş  «Prokurorluq  haqqında»  Azərbaycan  Respublikası  Qanununa 
əsasən  sosializm  dövründən  qalmış  nəzarətini  əlindən  alaraq,  prokurorluğun  nəzarət  funksiyasını  yalnız 
təhqiqat  və  əməliyyat-axtarış  orqanlarının  fəaliyyətində  qanunların  icra  və  tətbiq  olunmasına  nəzarətlə 
məhdudlaşdırdı. Beləliklə, prokurorluğun «nəzarət hakimiyyətinə» son qoyuldu. 
Qanunun  2-ci  maddəsinə  əsasən  Azərbaycan  Respublikasının  Prokurorluğu  məhkəmə  hakimiyyəti 
sisteminə daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikası Baş prokurorun 
tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır. 
Azərbaycan Respublikasının Prokurorluğu sisteminə daxildir: 

Azərbaycan Respublikasının Baş Prokurorluğu; 

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə