1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   29   30   31   32   33   34   35   36   ...   70

Mülki hüquq münasibətlərinin obyektlərinə aşağıdakılar daxildir: 
1)  əşyalar; 
2)  yaradıcılıq fəaliyyətinin nəticələri; 
3)  işlər və xidmətlər; 
4)  qeyri-maddi nemətlər. 
Mülki hüquq münasibətlərinin obyektləri içərisində əşyalar xüsusi yer tutur. Bu, mülki 
dövriyyədə  onların  daha  çox  yayılması  və  mülkiyyət  hüquq  münasibətlərinin  əmələ 
gəlməsinə səbəb olması ilə əlaqədardır. 
Əşyalar  insanlar  arasındakı  münasibətlərə  görə  müəyyən  edilən  zahiri  maddi 
predmetlərdir.  Mülki  Məcəllənin  135.1-ci  maddəsinə,  əsasən  yalnız  fiziki  obyektlər  əşya 
sayılırlar.  Əşyalar  maddi  və  mənəvi  mədəniyyətin  predmeti  kimi  insan  əməyinin  məhsulu, 
yaxud  da  təbiətin  özü  tərəfindən  yaradılmış  və  insanların  öz  həyat  fəaliyyəti  üçün  istifadə 
etdiyi  -  torpaq,  faydalı  qazıntılar,  bitkilər  və  s-dən  ibarətdir.  Mülki  hüquq  münasibətlərinin 
obyekti  kimi  əşyaların  ən  mühüm  əlaməti  insanların  bu  və  ya  digər  tələbatlarının 
ödənilməsində özünü göstərir. 
Hüquq ədəbiyyatlarında əşyalar öz təyinatına, iqtisadi xarakterinə və əlamətlərinə  görə 
aşağıdakı kimi təsnifləşdirilir: 
1)  istehsal vasitələri və istehlak predmetləri; 
2)  daşınar və daşınmaz əşyalar; 
3)  dövriyyədən çıxarılmamış, dövriyyəsi məhdudlaşdırılmış və dövriyyədən çıxarılmış 
əşyalar; 
4)  istehlak edilən və istehlak edilməyən əşyalar; 
5)  fərdən və cinsən müəyyən edilən əşyalar; 
6)  bölünər və bölünməz əşyalar; 
7)  əsas və yardımçı əşyalar; 
8)  cüt və tək əşyalar; 
9)  bəhər, gəlir və məhsul. 
Mülki hüquq ədəbiyyatlarında əşyaların canlı və cansız əşyalara bölünməsi qəbul edilsə 
də  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  135.3-cü  maddəsində  göstərilir  ki,  bitkilər 
və  heyvanlar  əşya  deyildir.  Onların  hüquqi  vəziyyəti  xüsusi  qanunlarla  müəyyənləşdirilir. 
Əgər  qanunvericilikdə  ayrı  qayda  müəyyənləşdirilməyibsə,  əşyaların  hüquqi  vəziyyəti 
bitkilərə və heyvanlara şamil edilir. 
Ümumiyyətlə,  əşyaların  təsnifatı  aparılarkən  hər  bir  əşyanın  özünəməxsus  hüquqi 
vəziyyəti  müəyyən  olunur.  Əşyaların  hüquqi  vəziyyəti  dedikdə,  mülki  hüquq 
münasibətlərinin obyekti kimi əşyaların əldə olunmasını, onlardan istifadə edilməsini və onlar 
üzərində sərəncam verilməsini tənzim edən hüquq normalarının məcmusu başa düşülür. 
Əşyaların  xüsusi  qrupunu  pul  və  qiymətli  kağızlar  təşkil  edir.  Mülki  hüquq 
münasibətlərinin  obyekti  kimi  pulun  əsas  xüsusiyyəti  onun  ümumi  əvəzedici  olması  və  bu 
xüsusiyyətinə  görə  digər  əşyalardan  əhəmiyyətli  dərəcədə  fərqlənməsindən  ibarətdir.  Başqa 
sözlə,  əgər  qanun  qadağan  etmirsə,  yaxud  da  kreditorun  buna  etirazı  yoxdursa,  istənilən 
əmlak borcunu praktiki olaraq pul ilə ödəmək olar. 
Öz  təbiətinə  görə  pullar  cinsən  müəyyən  edilən,  əvəz  olunan  və  bölünər  əşyalara  aid 
edilir.  Bunlar  öz  təbii  xüsusiyyətlərinə  və  xüsusi  mal  dəyərinə  görə  yox,  onda  ifadə  olunan 
pul məbləğinə görə digər cinsən müəyyən edilən əşyalardan fərqlənir. 
Mülki  dövriyyədə  istifadə  olunan  materiallar  içərisində  qiymətli  kağızlar  da  mühüm 
yer tutur. Qiymətli kağızlar özündə əmlak hüquqlarının vacib şərtlərini əks etdirən, müəyyən 
formada  yerinə  yetirilməsi  ilə  təsdiq  edilən  və  yalnız  təqdim  olunması  ilə  həyata  keçirilən 
qiymətli sənədlərə deyilir. 
Mülki hüquqda qiymətli kağızların üç növü fərqləndirilir: 
1.  Təqdimedici (adsız) qiymətli kağızlar; 
2.  Adlı qiymətli kağızlar; 


3.  Orderli qiymətli kağızlar. 
Təqdimedici  qiymətli  kağızlar  dedikdə,  təqdim  olunması  ilə  icra  edilən  və  orada 
göstərilmiş  hüquqların  konkret  olaraq  kimə  məxsus  olması  qeyd  edilməyən  kağızlar  başa 
düşülür. Onlara səhmlər, lotereya, adsız istiqrazlar, özəlləşdirmə çekləri və s. daxildir. 
Adlı  qiymətli  kağızlar  müəyyən  şəxsin  adına  yazılmış  qiymətli  kağızlardır.  Yəni 
kağızda  adı  qeyd  olunan  şəxsin  özü  və  ya  onun  nümayəndəsi  tərəfindən  təqdim  olunduqda 
orada  göstərilən  hüquqlar  həyata  keçirilə  bilər.  Adlı  qiymətli  kağızlara  əmanət  kitabçaları, 
adlı istiqrazlar və s. misal ola bilər. 
Orderli  qiymətli  kağızlarda  isə  icranın  kimin  üçün  yerinə  yetirilməsi  göstərilir.  Bu 
qiymətli kağızlara veksellər, konosamentlər və s. aiddir. 
Mülki  hüquq  münasibətlərinin  böyük  bir  hissəsi  yaradıcılıq  fəaliyyətinin  nəticələri  - 
elm, ədəbiyyat, incəsənət əsərləri, kəşf, sənaye nümunələri və i.a. yaradılması və istifadəsi ilə 
əlaqədar əmələ gəlir. Yaradıcılıq fəaliyyətinin bu məhsulları əqli mülkiyyətin obyektini təşkil 
edir. Əqli mülkiyyət - bu, şərti ümumiləşdirilmiş anlayış olub, Azərbaycan da daxil olmaqla 
bir  çox  ölkələrin  qanunvericiliklərində  və  beynəlxalq  konvensiyalarda  istifadə  olunmaqla 
əqli,  hər  şeydən  əvvəl  yaradıcılıq  fəaliyyətinin  nəticələrinə  olan  xüsusi  hüquqların 
məcmusunu ifadə edir. 
Yaradıcılıq  fəaliyyətinin  nəticələri  əşyalardan  fərqli  olaraq  özündə  qeyri-maddi 
nemətləri əks etdirir. Belə ki, elm, ədəbiyyat, incəsənət əsərləri - yeni ideyaların, obrazların, 
anlayışların  məcmusu;  ixtira,  faydalı  nümunə  və  səmərələşdirmə  təklifləri  -  məsələlərin 
texniki  həlli;  sənaye  nümunələri  -  məmulatların  xarici  görünüşlərinin  bədii-konstruktor 
həllini  və  s.  əks  etdirir.  Onlar  mülki  hüquq  münasibətlərinin  obyekti  onda  ola  bilərlər  ki, 
digər  şəxslərin  onları  mənimsəmələrini  təmin  edən  hər  hansı  bir  obyektiv  formada  ifadə 
olunsunlar.  Belə  ki,  ədəbiyyat  əsərləri  əlyazma  şəklində  mövcud  ola  bilər,  maqnit  lentinə 
yazıla bilər və i.a; ixtira çertyojlar, sxemlər formasında ifadə oluna bilər və i.a. 
Yaradıcılıq nəticəsinin maddi daşıyıcıları (əlyazma, maqnit lentinə yazılma, çertyoj və 
i.a.) əşyalar kimi digər şəxslərin mülkiyyətinə verilə bilər, sərf oluna bilər və i.a. Yaradıcılıq 
fəaliyyətinin  həmin  nəticələri  qeyri-maddi  nemətlər  olmaqla  onun  müəlliflərinin  razılığına 
əsasən digər şəxslər tərəfindən ancaq  müəllifliyi saxlanılmaqla istifadə oluna bilər (qanunda 
nəzərdə tutulan hallar istisna olmaqla). 
Mülki hüquq münasibətlərinin obyektinə yaradıcılıq fəaliyyətinin nəticələri ilə yanaşı, 
digər  fəaliyyətlərin  nəticələri  də  daxildir.  Belə  ki,  podrat  müqaviləsinin  predmetini 
podratçının sifarişçi üçün yerinə yetirdiyi işin nəticələri təşkil edir. Podrat  müqaviləsində və 
podrat  tipli  digər  müqavilələrdə  nəticə  maddi  forma  alır,  yəni  yaradılmış,  təmir  olunmuş, 
hazırlanmış  əşyalarda  maddiləşdirilir.  Bu  nəticə  həmin  fəaliyyətlərdən  ayrılmaqla  mülki 
hüquq münasibətlərinin müstəqil obyekti hesab oluna bilər. 
Mülki hüquq münasibətlərinin xüsusi qrupunu qeyri-maddi nemətlər təşkil edir. Qeyri-
maddi  nemətlər dedikdə, qüvvədə olan qanunvericiliklə  nəzərdə tutulan  və  mühafizə edilən, 
şəxsiyyətdən  ayrılması  qeyri-mümkün  olan  və  iqtisadi  məzmuna  malik  olmayan  nemət  və 
azadlıqlar  başa  düşülür.  Onlara  həyat  və  sağlamlıq,  şərəf  və  ləyaqət,  şəxsi  toxunulmazlıq, 
işgüzar nüfuz, şəxsi və ailə sirri, ad, müəlliflik hüququ və s. qeyri-maddi nemətlər daxildir. 
4. Əqdlər 
Əqdlərin  anlayışı  və  əlamətləri.  Əqdlər  hüquqi  faktların  ən  geniş  yayılmış 
növlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci  maddəsində əqdin 
anlayışı verilmişdir: 
«Əqd  mülki  hüquq  münasibətinin  əmələ  gəlməsinə,  dəyişdirilməsinə  və  ya  xitamına 
yönəldilmiş  birtərəfli,  ikitərəfli  və  ya  çoxtərəfli  iradə  ifadəsidir».  Əqdlər  aşağıdakı 
əlamətlərlə xarakterizə olunur: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə