1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   26   27   28   29   30   31   32   33   ...   70

davranışının  hüquqi  təminat  ölçüsü  başa  düşülür.  Subyektiv  vəzifə  isə  mülki  hüquq 
münasibətlərində  vəzifəli  şəxsin  lazımi  davranışının  hüquqi  cəhətdən  şərtləndirilmiş 
ölçüsüdür. Subyektiv mülki hüquq və vəzifələrin xüsusiyyətləri onların əmlak və şəxsi qeyri-
əmlak xarakterli olmasından ibarətdir. Belə ki, mülkiyyət hüququ, mülkiyyətçinin öz əşyasına 
sahiblik,  istifadə  və  sərəncamvermə  kimi  hüquqi  təminat  imkanlarını  müəyyən  edən  əmlak 
hüququdur. Şərəf, ləyaqət və  işgüzar  nüfuzun  müdafiə  hüququ  isə, səlahiyyətli şəxsin, onun 
şərəf,  ləyaqət  və  işgüzar  nüfuzunu  ləkələyən  məlumatların  təkzib  edilməsi  tələbinin  hüquqi 
təminat imkanlarını müəyyən edən şəxsi qeyri-əmlak hüququdur. 
 
3. Mülki hüquq münasibətlərinin subyektləri və obyektləri 
Mülki  hüquq    münasibətlərinin    subyektləri.    Fiziki  şəxslər.  Mülki  hüquq 
münasibətlərinin  iştirakçılarına  bu  münasibətlərin  subyektləri  deyilir,  Mülki  hüquq 
münasibətlərinin  subyektlərinə  fiziki  şəxslər,  hüquqi  şəxslər,  dövlət  və  inzibati-ərazi 
qurumları  daxildir.  İstənilən  ictimai  münasibət  kimi  mülki  hüquq  münasibətləri  də  insanlar 
arasında əmələ gəlir. İnsanlar bu hüquq münasibətlərində həm ayrıca fərd, həm də mütəşəkkil 
kollektivlər  şəklində  çıxış  edirlər.  Mülki  qanunvericilikdə  bu  ayrıca  fərdlər  fiziki  şəxs 
adlandırılır. 
Hüquq subyektliyi - şəxsin (subyektin) hüquq münasibətlərinin iştirakçısı olması üçün 
onun  sosial-hüquqi  imkanını  əks  etdirir.  Hüquq  subyektliyinin  yaranması,  dəyişməsi  və 
xitamı təkcə  insanın anadan olması,  inkişafı  və ölümü  faktı  ilə deyil,  həm  də sosial şəraitin 
müəyyən kompleksi ilə əlaqədardır. Şəxsin hüquq subyektliyinə malik olması üçün maddi və 
hüquqi təminat lazımdır. 
Hüquq  subyektliyi,  hüquq  qabiliyyəti  və  fəaliyyət  qabiliyyətinin  məcmusunu  təşkil 
edir.  Hüquq  qabiliyyəti  dedikdə,  subyektin  mülki  hüquqlara  malik  olmaq  və  mülki  hüquq 
vəzifələri daşımaq qabiliyyəti başa düşülür. Fəaliyyət qabiliyyəti isə subyektin öz hərəkətləri 
ilə  mülki  hüquqlar  əldə  etmək  və  həyata  keçirmək,  özü  üçün  mülki  vəzifələr  yaratmaq  və 
icra  etmək  qabiliyyətidir.  Mülki  hüquq  subyektliyi  mülki  hüquq  münasibətlərinin  müxtəlif 
iştirakçıları  üçün  eyni  deyildir.  Vətəndaşlarda  bu  ümumi,  hüquqi  şəxslərdə  xüsusi,  dövlət 
üçün isə universal xarakter daşıyır. 
Hüquq  subyektliyini  subyektiv  hüquqla  eyniləşdirmək  olmaz.  Onun  mahiyyəti 
«hüquqda»  deyil,  qabiliyyətdə  əks  olunur.  Hüquq  subyektliyi  ilə  subyektiv  mülki  hüquq 
arasında  fərq  ondan  ibarətdir  ki,  əgər  birincisi  subyektin  hüquq  əldə  etmək  qabiliyyətini 
göstərirsə, ikincisi subyektin qanunla müəyyən olunmuş davranış ölçüsüdür. 
Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  24  -  42-ci  maddələrində  mülki  hüquq 
münasibətlərinin  subyektlərindən  biri  olan  fiziki  şəxslərdən  bəhs  edilir.  Fiziki  şəxslər 
dedikdə, təkcə respublika vətəndaşları deyil, həm də Azərbaycan Respublikasının ərazisində 
daimi  yaşayan  və  ya  müvəqqəti  qalan  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  də  başa 
düşülür. Respublikamızda mülki hüquq qabiliyyətinin xarakterik cəhəti ondan ibarətdir ki, bu 
hüquq qabiliyyəti bütün fiziki şəxslər üçün eyni dərəcədə tanınır və real surətdə təmin edilir. 
Fiziki  şəxsin  hüquq  qabiliyyəti  onun  doğulduğu  an  əmələ  gəlir  və  ölümü  ilə  xətm 
edilir. Bəzi normalar hələ doğulmamış uşağın hüquqlarının qorunduğunu nəzərdə tutur. Belə 
ki,  Mülki  Məcəllənin  25.3-cü  maddəsinə  əsasən,  vərəsə  olmaq  hüququ  maya  bağlandığı 
andan  əmələ  gəlir,  bu  hüququn  həyata  keçirilməsi  isə  yalnız  doğumdan  sonra  mümkündür. 
Fiziki  şəxslərin  mülki  hüquq  qabiliyyətinin  məzmununa  xüsusi  mülkiyyətdə  əmlaka  malik 
olmaq,  yaşayış  yeri  seçmək,  elm,  ədəbiyyat,  incəsənət  əsərlərinin,  kəşflərin,  ixtiraların, 
səmərələşdirici  təkliflərin  müəllifi  olmaq,  ümumiyyətlə  respublika  ərazisində  istədiyi  kimi 
hərəkət etmək və s. hallar daxildir. 
Respublika  qanunvericiliyinə  uyğun  olaraq  fiziki  şəxslərin  hüquq  qabiliyyətindən 
məhrum edilməsi yolverilməzdir. 


Fiziki  şəxslərin  mülki  hüququn  subyekti  sifətində  çıxış  etməsi  üçün  mülki  hüquq 
qabiliyyəti  ilə  yanaşı,  fəaliyyət  qabiliyyətinə  də  malik  olması  vacibdir.  Fəaliyyət 
qabiliyyətinin  olub-olmaması  hüquq  qabiliyyətinin  məzmununa  təsir  göstərmir.  Məsələn, 
fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxs hüquq qabiliyyətini tam saxlayır. 
Bütün  vətəndaşlar  eyni  ölçüdə  fəaliyyət  qabiliyyətinə  malik  deyil.  Qanun  insanın 
intellektual,  iradəvi  və  yetkinlik  səviyyəsini,  onun  öz  hərəkətlərini  başa  düşmək  və  onlara 
rəhbərlik  etmək  qabiliyyətini  nəzərə  alaraq  fəaliyyət  qabiliyyətinin  müxtəlif  dərəcələrini 
müəyyən  edir.  Fiziki  şəxsin  fəaliyyət  qabiliyyətindəki  fərq  qanunvericilik  tərəfindən  yaş  və 
tibbi əsaslara görə müəyyən olunur. 
Fiziki  şəxsin  mülki  hüquqi  fəaliyyət  qabiliyyəti,  o,  yetkinlik  yaşına,  yəni  on  səkkiz 
yaşına  çatdıqda  tam  həcmdə  əmələ  gəlir.  Bu  cür  şəxslər  hüquqlar  əldə  etməkdə  və  həyata 
keçirməkdə,  öz  üzərinə  müvafiq  vəzifələr  qoymaq  və  onları  icra  etməkdə,  habelə  öz 
hərəkətlərinə  görə  məsuliyyət  daşımaqda  müstəqildir.  Şəxsin  tam  fəaliyyət  qabiliyyətinə 
malik olması bir sıra sosial və psixoloji hallardan asılıdır. 
7  yaşınadək  olan  yetkinlik  yaşına  çatmayanların  (azyaşlıların)  fəaliyyət  qabiliyyəti 
yoxdur.  7  yaşından  18  yaşınadək  olan  yetkinlik  yaşına  çatmayanların  məhdud  fəaliyyət 
qabiliyyəti  vardır.  Mülki  qanunvericilik  bu  yaşda  olan  şəxslərin  də  aşağıdakı  qruplarını 
fərqləndirir: 
1)  7 yaşından 14 yaşınadək olan məhdud fəaliyyət qabiliyyətli şəxslər; 
2)  14 yaşından 18 yaşınadək olan məhdud fəaliyyət qabiliyyətli şəxslər. 
Mülki  Məcəllənin  29-cu  maddəsinə  əsasən  xırda  məişət  xarakterli  əqdlər  istisna 
olmaqla,  14  yaşı  tamam  olmamış  yetkinlik  yaşına  çatmayanların  əvəzinə  əqdləri  onların 
adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. 
14  yaşı  tamam  olmamış  yetkinlik  yaşına  çatmayanın  vurduğu  ziyana  görə  onun 
valideynləri, övladlığa götürənlər və ya qəyyumları məsuliyyət daşıyırlar. 
14  yaşından  18  yaşınadək  olan  yetkinlik  yaşına  çatmayanların  müstəqil  surətdə  öz 
qazancları,  təqaüdləri  və  digər  gəlirləri  barəsində  sərəncam  vermək;  elm,  ədəbiyyat  və  ya 
incəsənət əsərlərinə, ixtiralara dair müəllif hüquqlarını həyata keçirmək; qanuna uyğun olaraq 
kredit idarələrinə əmanət qoymaq və onlar barəsində sərəncam vermək; bir sıra xırda məişət 
xarakterli əqdləri bağlamaq hüququ vardır. Digər hallarda bu şəxslər əqdləri yalnız öz qanuni 
nümayəndələrinin  -  valideynlərinin, övladlığa  götürənlərin  və  ya  qəyyumların  yazılı  razılığı 
ilə bağlaya bilərlər. 
14  yaşından  18  yaşınadək  olan  şəxslər  vurduqları  ziyana  görə  qanunvericiliyə  uyğun 
olaraq məsuliyyət daşıyırlar. 
Yetkinlik yaşı çatmayan şəxslərin fəaliyyət qabiliyyəti üçün xarakterik cəhətlərdən biri 
də budur ki, onların fəaliyyət qabiliyyəti darala və genişlənə bilər. Belə ki, on səkkiz yaşına 
çatanadək  nikaha  girməyə  qanunun  yol  verdiyi  halda,  on  səkkiz  yaşına  çatmamış  fiziki  şəxs 
nikaha girdiyi vaxtdan tam fəaliyyət qabiliyyəti əldə edir. 
Mülki Məcəllənin 32-ci maddəsinə əsasən spirtli içkilərdən və ya narkotik vasitələrdən 
sui-istifadə  etməsi,  habelə  qumara  qurşanması  nəticəsində  öz  ailəsini  ağır  maddi  vəziyyətə 
salan  fiziki  şəxsin  fəaliyyət  qabiliyyəti  məhkəmə  tərəfindən  məhdudlaşdırıla  bilər.  Belə 
şəxsin  üzərində  himayəçilik  təyin  edilir.  O,  yalnız  himayəçisinin  razılığı  ilə  başqa  əqdlər 
bağlaya  bilər,  habelə  qazanc,  pensiya  və  digər  gəlirlər  götürə  bilər  və  bunlar  barəsində 
sərəncam  verə  bilər.  Lakin  bu  cür  fiziki  şəxs  bağladığı  əqdlər  üzrə  və  vurduğu  ziyan  üçün 
müstəqil surətdə əmlak məsuliyyəti daşıyır. 
Fiziki  şəxsin  fəaliyyət  qabiliyyətinin  məhdudlaşdırılmasına  səbəb  olan  əsaslar  aradan 
qalxdıqda  məhkəmə  onun  fəaliyyət  qabiliyyətinin  məhdudlaşdırılmasını  ləğv  edir.  Fiziki 
şəxsin üzərində təyin edilmiş himayəçilik məhkəmənin qərarına əsasən ləğv olunur. 
Şəxsin  nəinki  yaş,  habelə  psixi  vəziyyəti  onun  fəaliyyət  qabiliyyətini  müəyyən  edə 
bilər. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə