1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   31   32   33   34   35   36   37   38   ...   70

(Mülki Məcəllənin 328.4-cü maddəsi). 
Neqativ şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verməyəcəyi 
şərtilə  bağlanmışdır.  Əgər  həmin  müddət  bitənədək  hadisə  baş  verməzsə  və  ya  həmin 
hadisənin  baş  verməsinin  mümkünsüzlüyü  müddət  bitənədək  aydın  olarsa,  şərt  yerinə 
yetirilmiş  sayılır.  Əgər  müddət  müəyyənləşdirilməyibsə,  şərt  yalnız  hadisənin  baş 
verməyəcəyinin  aydın  olduğu  vaxt  yerinə  yetirilmiş  sayılır  (Mülki  Məcəllənin  328.5-ci 
maddəsi). 
Əqdlərin  formaları.  Əqd  bağlanarkən  iradənin  ifadə  üsulu  əqdin  forması  adlanır. 
Əqdin  etibarlı  olması  üçün  qanunvericiliklə  müəyyənləşdirilmiş  formaya  riayət  edilməsi 
zəruridir.  Belə  forma  müəyyənləşdirilməyibsə,  tərəflər  onu  özləri  müəyyənləşdirə  bilərlər. 
Əqdlər  şifahi  və  ya  yazılı  formada  bağlanır.  Şifahi  bağlana  bilən  əqd  o  halda  bağlanmış 
sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 
Mülki Məcəllənin 330-cu maddəsinə əsasən, bu Məcəllə ilə və ya tərəflərin razılaşması 
ilə  yazılı  forması  müəyyənləşdirilməmiş  əqd  şifahi  bağlana  bilər.  Əgər  tərəflərin 
razılaşmasında  ayrı  qayda  müəyyənləşdirilməyibsə,  bağlanarkən  icra  edilən  bütün  əqdlər 
şifahi  bağlana  bilər,  amma  notarial  forması  müəyyənləşdirilmiş  əqdlər  və  sadə  yazılı 
formasına riayət edilməməsi etibarsızlığına səbəb olan əqdlər istisna təşkil edir. 
Yazılı  əqd  onun  məzmununu  ifadə  edən  və  əqdi  bağlayan  şəxs  və  ya  şəxslər  və  ya 
onların  lazımınca  vəkil  etdikləri  şəxslər  tərəfindən  imzalanmış  sənədin  tərtibi  yolu  ilə 
bağlanmalıdır. 
Yazılı formada əqdin bağlanmasının aşağıdakı müsbət cəhətləri vardır: 
1.Yazılı formada bağlanması şifahiyə nisbətən əqdin məzmununu daha geniş açır; 
2.  Mülki  dövriyyənin  işirakçılarına  öz  iradələrini  dəqiq  ifadə  etməyə  və  müqaviləni 
dəqiq yerinə yetirməyə imkan verir; 
3.  Əqddən  irəli  gələn  öhdəliklərin  tərəflərdən  birinin  yerinə  yetirməməsi  hallarını 
aradan qaldırmaq üçün məhkəmənin işini yüngülləşdirir. 
Yazılı  əqdlər  də  iki  cür  olur:  sadə  əqdlər  və  notarial  qaydasında  təsdiq  edilməli  olan 
əqdlər. Sadə yazılı formada bağlanan əqdlərdə müqavilə üçün lazım olan bütün rekvizitlər – 
tərəflərin  adları,  əqdin  məzmunu,  iştirakçıların  imzaları  göstərilməlidir.  Bu  cür  əqdlərin 
etibarlı olması  üçün əqddə  iştirak edən şəxslərin  mütləq  imzaları olmalıdır. Əgər  fiziki şəxs 
bədən qüsuruna, xəstəliyinə və ya savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi onun 
xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün 
imza  edə  bilməməsinin  səbəbləri  göstərilməklə,  notarius  tərəfindən  və  ya  bu  cür  notarial 
hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs tərəfindən təsdiqlənməlidir. 
Elə  dövlət  hüquqi  şəxsləri  var  ki,  onların  bağladığı  əqdlər  iki  imza  ilə  -  müdirin 
(direktorun,  rəisin  və  s.)  və  baş  mühasibin  imzası  ilə  təsdiq  olunmalıdır.  Məktub  və  ya 
teleqramlarla  mübadilə,  sifarişin  qəbul  olunmasının  təsdiq  edilməsi  də  sadə  yazılı  əqdlərə 
aiddir. 
Əqdin sadə yazılı formasına riayət edilməməsi mübahisə halında əqdi və onun şərtlərini 
təsdiq  etmək  üçün  tərəfləri  şahid  ifadələrinə  istinad  etmək  hüququndan  məhrum  edir,  lakin 
yazılı və digər sübutlar təqdim etmək hüququndan məhrum etmir. Qanunvericiliklə müəyyən 
edilmiş  hallarda  əqdin  sadə  yazılı  formasına  riayət  edilməməsi  onun  etibarsızlığına  səbəb 
olur. 
Notarial  formanın  sadə  yazılı  formadan  fərqi  ondan  ibarətdir  ki,  əqdin  notariat 
qaydasında  təsdiqlənməsi  yazılı  sənəddə  notariusun  və  ya  bu  cür  notarial  hərəkəti  yerinə 
yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 


Mülki  Məcəllənin  334.3-cü  maddəsinə  əsasən,  əqdlərin  notariat  qaydasında 
təsdiqlənməsi aşağıdakı hallarda məcburidir: 
1)   bu Məcəllədə göstərilmiş hallarda; 
2)  bu  Məcəllə  ilə  həmin  növlü  əqdlər  üçün  bu  forma  nəzərdə  tutulmuş  olmasa  da, 
tərəflərdən hər hansı birinin tələbi ilə. 
Hər  şeydən  əvvəl  yaşayış  evinin  və  s.  daşınmaz  əmlakın  alqı-satqı  müqaviləsi 
bağlanarkən, vəsiyyətnamə tərtib edilərkən bu qaydalara riayət olunmalıdır. 
Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd 
əhəmiyyətsiz sayılır. 
Bir sıra hallarda yazılı formaya riayət etməkdən başqa, həm də əqdin  müəyyən dövlət 
orqanında  qeydiyyata  alınması  tələb  olunur.  Qeydiyyatdankeçmə  başlıca  olaraq  əqdin 
məzmununun  qanuniliyini  yoxlamaq,  həmçinin,  əqddən  əmələ  gələn  hüquqların  qeydiyyata 
alınması  məqsədi  daşıyır.  Əqddən  irəli  gələn  hüquqların  dövlət  qeydiyyatına  alınması 
tələbinə riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. 
Əgər  əqd  lazımi  formada  bağlanmışsa,  lakin  tərəflərdən  biri  əqddən  əmələ  gələn 
hüquqların  qeydiyyatından  boyun  qaçırırsa,  digər  tərəfin  tələbi  ilə  məhkəmənin  həmin 
hüquqların  qeydə  alınması  barədə  qərar  çıxarmaq  ixtiyarı  vardır.  Bu  halda  əqddən  əmələ 
gələn  hüquqlar  məhkəmənin  qərarına  uyğun  qeydə  alınır  (Mülki  Məcəllənin  336.2-ci 
maddəsi). 
Əqdlərin  etibarsızlığı.  Mülki  qanunvericilikdə  əqdin  etibarsız  hesab  olunması  üçün 
aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 
1) subyekt tərkibinə görə; 
2)  məzmununa görə; 
3)  formasına görə; 
4)  iradə və iradə ifadəsinə görə. 
Subyekt  tərkibinə  görə  bağlanan  əqdlərin  etibarsızlığı  onunla  şərtlənir  ki,  əqd  onu 
bağlayan şəxslərin hüquq və fəaliyyət qabiliyyətinə uyğun gəlmir. Belə əqdlərin etibarsızhğı 
çox  zaman  onların  fəaliyyət  qabiliyyəti  olmayan  və  ya  fəaliyyət  qabiliyyəti 
məhdudlaşdırılmış şəxslər tərəfindən bağlanılması  ilə  izah olunur. Mülki Məcəllənin  342.1-
ci  maddəsinə  əsasən  psixi  pozuntu  nəticəsində  fəaliyyət  qabiliyyəti  olmayan  sayılmış  fiziki 
şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər 
tərəfə  eynilə  qaytarmalı,  alınanları  eynilə  qaytarmaq  mümkün  olmadıqda  isə  onun  dəyərini 
pulla  ödəməlidir.  Bundan  başqa,  əgər  fəaliyyət  qabiliyyətli  tərəf  digər  tərəfin  fəaliyyət 
qabiliyyəti  olmadığını  bilirdisə  və  ya  bilməli  idisə,  ona  dəymiş  real  zərərin  əvəzini  də 
ödəməlidir. 
Spirtli  içkilərdən  və  ya  narkotik  vasitələrdən  sui-istifadə  etməsi,  habelə  qumara 
qurşanması  nəticəsində  fəaliyyət  qabiliyyəti  məhkəmə  tərəfindən  məhdudlaşdırılmış  fiziki 
şəxsin  öz  himayəçisindən  razılıq  almadan  əmlaka  dair  sərəncam  verilməsi  barədə  bağladığı 
əqd  himayəçinin  iddiası  ilə  məhkəmə  tərəfindən  etibarsız  sayıla  bilər.  Belə  qayda  yetkinlik 
yaşına  çatmayanlar  tərəfindən  bağlanmış  əqdlərə  də  şamil  edilir.  Bu  şəxslər  yalnız 
qanunvericiliklə nəzərdə tutulmuş qaydada xırda məişət əqdlərini bağlaya bilərlər. 
Hüquqi şəxslərin bağladığı əqdlər aşağıdakı əsaslara görə etibarsız hesab olunur: 
1)  hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxmaqla bağladığı əqdlər; 
2)  hüquqi şəxsin orqanının öz səlahiyyətlərini aşmaqla bağladığı əqdlər. 
Hüquqi  şəxsin  öz  nizamnaməsində  müəyyənləşdirilmiş  fəaliyyət  məqsədlərinə  zidd 
olaraq bağladığı əqd və ya müvafiq fəaliyyətlə məşğuliyyət üçün xüsusi icazəsi (lisenziyası) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə