1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   17   18   19   20   21   22   23   24   ...   70

2)  Azərbaycan  Respublikasının  xarici  ölkələrdə  və  beynəlxalq  təşkilatlarda  diplomatik 
nümayəndələrini  təyin  edir;  Azərbaycan  Respublikasının  xarici  ölkələrdə  diplomatik 
nümayəndəliklərinin açılması haqqında Milli Məclisə təqdimat verir; 
3)  Xarici ölkələrin diplomatik nümayəndəliklərinin etimadnamə və övdətnamələrini qəbul edir; 
4)  dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələri bağlayır; 
5)  dövlətlərarası  beynəlxalq  müqavilələrin  ratifikasiyası  və  denansasiyası  üçün  Milli  Məclisə 
təqdim edir; 
6)  silahlı qüvvələrin ali baş komandanıdır; silahlı qüvvələrin ali komanda heyətini (Müdafiə Naziri, 
onun müavinləri və baş qərargah rəisini) vəzifəyə təyin və azad edir; 
7)  Milli Məclisin razılığı ilə fövqəladə və hərbi vəziyyət elan edir; 
8)  Milli Məclisin razılığı ilə müharibə elan edir və sülh bağlayır; 
9)  ölkənin hərbi doktrinasını təsdiq edir; 
10)  Təhlükəsizlik Şurasını yaradır. 
IV.  Müvafiq  hakimiyyət  strukturlarının  fəaliyyətinin  əlaqələndirilməsi  və  sair  məsələlərlə  bağlı 
səlahiyyətlər. Bura aiddir: 
1)  Prezident  icra hakimiyyəti orqanlarının  Konstitusiyaya, qanunlara və onun  fərmanlarına zidd olan 
qərarlarını ləğv edir; 
2)  Prezident  icra  hakimiyyəti  orqanları  arasında  baş  verən  münaqişələrin  nizama  salınması  üçün 
razılaşdırıcı proseduradan istifadə edir; 
3)  insan  və  vətəndaşların  hüquq  və  azadlıqlarını  və  dövlətin  suverenliyini,  ərazi  bütövlüyünün 
qorunması ilə əlaqədar tədbirlər görür; 
4)  referendum təyin edir; 
5)  icra başçılarını vəzifəyə təyin və azad edir; 
6)  vətəndaşlıq məsələlərini həll edir; 
7)  fəxri fərmanlarla təltif edir, fəxri adlar verir. 
 
Azərbaycan  Respublikası  Prezidentinin  seçilməsi  və  səlahiyyətlərinin  xitam  edilməsi  qaydaları. 
Azərbaycan  Respublikası  Konstitusiyasının  100-cü  maddəsinə  əsasən  yaşı  otuz  beşdən  aşağı  olmayan, 
Azərbaycan  Respublikasının  ərazisində  10  ildən  artıq  daimi  yaşayan,  seçkilərdə  iştirak  etmək  hüququna 
malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, 
ali  təhsilli,  ikili  vətəndaşlığı  olmayan  Azərbaycan  Respublikasının  vətəndaşı  prezident  seçilə  bilər. 
Konstitusiyaya  görə  prezident  5  il  müddətinə  seçilir  və  heç  kəs  iki  dəfədən  artıq  təkrarən  Azərbaycan 
Respublikasının Prezidenti seçilə bilməz. 
Azərbaycan  Respublikası  Prezidentinin  seçilmə  qaydası  2003-cü  il  27  may  tarixli  «Azərbaycan 
Respublikasının  Seçki  Məcəlləsi»  ilə  tənzimlənir.  Məcəlləyə  görə  Prezident  seçkilərinin  keçirilməsi  günü 
Mərkəzi Seçki Komissiyası tərəfindən seçki gününə azı 120 gün qalmış təyin olunur. Seçki günü prezidentin 


səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü hesab olunur. Əgər 
növbədən kənar seçkilər keçirilərsə,  bu  zaman Milli Məclis  və  Konstitusiya  Məhkəməsinin  müvafiq qərarı 
qəbul  edildiyi  gündən  başlayaraq  bir  həftədən  gec  olmayan  müddətdə  Mərkəzi  Seçki  Komissiyası  seçki 
gününü çərşənbə gününə təyin edir və seçkilər 3 ay ərzində keçirilir. Seçkilər təyin olunduqdan sonra seçki 
komissiyaları yaradılır. Onlara aşağıdakılar aiddir: 
1) 
Mərkəzi Seçki Komissiyası; 
2)  dairə seçki komissiyaları; 
3)  məntəqə seçki komissiyaları. 
Seçki  Məcəlləsinə  görə  prezident  seçkiləri  Azərbaycan  Respublikasının  ərazisini  əhatə  edən  vahid 
seçki  dairəsi  üzrə  keçirilir.  Seçicilərin  səs  verməsinin  keçirilməsi  və  səslərin  hesablanmasını  təşkil  etmək 
üçün seçki məntəqələri yaradılır. Bu zaman aşağıdakı tələblər nəzərə alınmalıdır: 
- hər bir seçki məntəqəsi 50-dən az olmayan və 1500-dən çox olmayan sayda seçicini əhatə etməlidir; 
-  sanatoriyalarda,  istirahət  evlərində,  xəstəxanalarda,  seçicilərin  digər  müvəqqəti  məskunlaşma 
yerlərində,  gediş-gəliş  çətin  olan  yerlərdə,  dövlət  bayrağı  altında  üzən  gəmilərdə  seçki  məntəqələri  seçki 
gününə 50 gün qalmış, müstəsna hallarda isə 5 gün qalmış təşkil edilməlidir. 
Məntəqələrin  təşkilindən  sonra  seçici  siyahıları  tərtib  olunur  və  namizədlər  irəli  sürülür.  Seçki 
Məcəlləsinə  görə  prezidentliyə  namizəd  siyasi  partiyalar,  siyasi  partiya  blokları  və  bilavasitə  seçicilər 
tərəfindən irəli sürülə bilər. Siyasi partiya bloku azı iki siyasi partiya tərəfindən yaradıla bilər. Prezidentliyə 
namizədin müdafiəsi üçün 45.000 imza toplanmalıdır. 
Bütün  bunlardan  sonra  səsvermə  keçirilir  və  seçki  məntəqələrində  səslər  hesablanır.  Mərkəzi  Seçki 
Komissiyası səsvermə günündən başlayaraq 14 gündən gec olmayan müddətdə prezident seçkilərinə yekun 
vurur  və  nəticələri təsdiq olunmaq üçün  Azərbaycan Respublikasının  Konstitusiya  Məhkəməsinə göndərir, 
seçkilərin nəticələrini müəyyən edir. Seçkilərdə iştirak etmiş seçicilərin 50%+1-nin səsini toplamış namizəd 
prezident  seçilir.  Əgər  bu  səs  çoxluğu  səsvermənin  birinci  dövrəsində  toplanmayıbsa,  səsvermə  günündən 
sonra,  ikinci  bazar  günü  səsvermənin  ikinci  turu  keçirilir.  İkinci  turda,  ancaq  birinci  turda  ən  çox  səs 
toplamış  iki  namizəd,  yaxud  ən  çox  səs  toplamış  və  öz  namizədliyini  geri  götürmüş  namizədlərdən  sonra 
gələn  iki  namizəd  iştirak  edir.  İkinci  turda  səs  çoxluğu  toplayan  namizəd  prezident  seçilmiş  hesab  olunur. 
Konstitusiyaya görə, Prezident seçkilərinin yekunları haqqında məlumatı, səsvermə günündən sonra 14 gün 
ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan edir. Bundan sonra 3 gün ərzində 
prezident  and  içir  və  rəsmi  olaraq  vəzifəyə  qəbul  olunur.  And  içdiyi  gündən  prezident,  səlahiyyətlərinin 
icrasına başlayır. 
Azərbaycan  Respublikası  qanunvericiliyində  müddətinə  görə  prezidentin  səlahiyyətlərinin  xitamının 
iki üsulu  fərqləndirilir: prezidentin səlahiyyətlərinin qanunla  müəyyən edilmiş  vaxtın  bitməsi  ilə  xitamı  və 
vaxtından əvvəl xitamı. Konstitusiyaya əsasən, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti 5 
ildir  və  bu  müddət,  onun  and  içdiyi  gündən  hesablanır.  Eyni  zamanda  heç  kəs  iki  dəfədən  artıq  təkrarən 
Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə