1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   15   16   17   18   19   20   21   22   ...   70

götürülə bilər. 
İkinci oxunuşda layihə mahiyyəti üzrə bütün detallarına qədər müzakirə edilir. Parlament layihə ilə 
işləyən komissiyanın hesabatını dinləyir. 
Beynəlxalq  praktikada  olan  qaydalar  Azərbaycan  Respublikasında  da  qanunvericilikdə  nəzərdə 
tutulmuşdur. Azərbaycan Respublikasının Milli Məclisinin Daxili nizamnaməsində müəyyən olunub ki, qanun 
layihəsi  üç  oxunuşdan  keçməlidir.  Milli  Məclisin  sədrinin  qərarı  ilə  və  ya  Milli  Məclisin  protokol 
qaydasında qəbul etdiyi qərarla qanun layihəsinə bir oxunuşda baxıla bilər (maddə 16). 
Qanun  layihəsinə  birinci  oxunuşda  baxılması  nəticəsində  Milli  Məclis  aşağıdakı  qərarlardan  birini 
qəbul edir: 

layihə  birinci  oxunuşda  qəbul  edilsin  və  söylənilmiş  təkliflər  və  iradlar  nəzərə  alınmaqla  onun 
üzərində iş davam etdirilsin (bu qərar protokol qaydasında qəbul olunur); 

layihə qəbul edilməsin; 

qanun qəbul edilsin. 
Birinci  oxunuşda  qəbul  edilmiş  qanun  layihəsinə  dair  təklifləri  və  iradları  aparıcı  daimi  komissiya 
öyrənir  və  ümumiləşdirir.  Layihənin  ayrı-ayn  maddələri  üzrə  qruplaşdırılmış  dəyişikliklərə  aparıcı  daimi 
komissiyanın  iclasında  baxılır  və  daimi  komissiya  bu  dəyişikliklərlə  razı  olduqda  onları  layihənin  mətninə 
daxil edir. Yenidən işlənilmiş qanun layihəsi ikinci oxunuşda baxılmaq məqsədilə Milli Məclisin iclaslarının 
gündəliyinə salınmaq üçün Milli Məclisin sədrinə göndərilir. 
Milli Məclisdə ikinci oxunuşda baxılmasına azı beş gün qalmış qanun layihəsi onun təşəbbüsçüsünə 
göndərilir. 
Azərbaycan  Respublikası  Prezidentinin,  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin,  Azərbaycan 
Respublikası  Prokurorluğunun,  Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisinin  qanunvericilik  təşəbbüsü 
qaydasında  Milli  Məclisin  müzakirəsinə  verdikləri  qanun  layihələri  təqdim  olunmuş  şəkildə  müzakirəyə 
çıxarılmalı  və  səsə qoyulmalıdır. Belə qanun  layihələrində dəyişikliklər  yalnız  həmin orqanların razılığı  ilə 
edilə bilər. 
Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi aparıcı daimi komissiyanın nümayəndəsinin məruzəsi 
ilə başlanır. Məruzəçi daimi komissiyada layihəyə baxılmasının nəticələri haqqında məlumat verir. 
Layihənin  ikinci  oxunuşda  müzakirəsi  bir  qayda  olaraq  qanun  layihəsi  təşəbbüsçüsünün  və  ya  onun 
nümayəndəsinin çıxışı ilə davam edir. 
Daha sonra,  ikinci oxunuşda  müzakirə edilən qanun  layihəsinin  əsas kimi qəbul edilməsi  barəsində 
protokol qaydasında qərar qəbul edilir. Bu cür qərar qəbul edilməzsə, qanun layihəsi qəbul edilməmiş sayılır. 
Qanun  layihəsi  əsas kimi qəbul olunduqdan  sonra Milli  Məclisin  iclasına sədrlik edən deputatlardan qanun 
layihəsində edilmiş dəyişikliklərə etirazların olub-olmamasını öyrənir.  
Bundan  sonra  qanun  layihəsi  ikinci  oxunuşda  qəbul  edilir.  İkinci  oxunuşda  qəbul  edilmiş  qanun 
layihəsi  müzakirə zamanı  müəyyənləşdirilmiş daxili ziddiyyətlərin aradan qaldırılması  və redaktə edilməsi 
üçün aparıcı daimi komissiyaya qaytarılır. 


Bu  iş  başa  çatdıqdan  sonra  aparıcı  daimi  komissiya  üçüncü  oxunuş  üçün  hazırlanmış  qanun 
layihəsini  Milli  Məclisin  sədrinə  göndərir.  Milli  Məclisin  sədri  qanun  layihəsinə  üçüncü  oxunuşda 
baxılmasını Milli Məclisin iclasının gündəliyinə salır. 
Azərbaycan  Respublikası  Milli  Məclisinin  Daxili  Nizamnaməsinin  19-cu  maddəsinə  əsasən,  üçüncü 
oxunuş  zamanı  qanun  layihəsi  bütövlükdə  səsə  qoyulur.  Qanun  layihəsinin  üçüncü  oxunuşu  zamanı  onun 
mətnində  dəyişikliklər  edilə  bilməz.  Müstəsna  hallarda  Milli  Məclisin  iclasında  iştirak  edən  deputatların 
əksəriyyətinin tələbi ilə üçüncü oxunuşda olan qanun layihəsi ikinci oxunuşa qaytarıla bilər. 
Qanunların  qəbulunda  sonrakı  mərhələ  -  qanunun  sanksiyalaşdırılması,  promulqasiyası  və  dərc 
edilməsidir.  Qanunun  sanksiyalaşdırılması  dövlət  başçısının  onun  rəsmi  mətninə  imza  atması  ilə  həyata 
keçirilir. Əks halda dövlətin başçısı imza atmaqdan imtina edir və ona «veto» qoyur. 
Azərbaycan  Respublikasının  Konstitusiyasının  97-ci  maddəsinə  əsasən  qanunlar  qəbul  edildiyi 
gündən 14 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilir.  
Konstitusiyanın  110-cu  maddəsinə  əsasən  Azərbaycan  Respublikasının  Prezidenti  qanunları  ona 
təqdim  olunmuş  gündən  başlayaraq  56  gün  ərzində  imzalayır.  Qanun  Azərbaycan  Respublikasının 
Prezidentinin  etirazını  doğurarsa,  o,  qanunu  imzalamayıb,  öz  etirazı  ilə  birlikdə  göstərilən  müddət  ərzində 
Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər. Konstitusiya qanunları Azərbaycan Respublikası 
Prezidenti  tərəfindən  imzalanmazsa,  qüvvəyə  minmir.  Azərbaycan  Respublikası  Milli  Məclisi  83  səs 
çoxluğu ilə qəbul edilən qanunları 95 səs, 63 səs çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu ilə 
yenidən qəbul edərsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir. 
Azərbaycan  Respublikasının  Prezidentinin  qaytardığı  qanunu  Milli  Məclisin  sədri  müvafiq  aparıcı 
daimi  komissiyanın  və  ya  xüsusi  yaradılmış  komissiyanın  rəyinə  göndərir.  Həmin  komissiya  məsələyə  10 
gün müddətində baxır, aşağıdakı qərarlardan birinin qəbul olunmasını təklif edir: 

qanun Azərbaycan Respublikasının Prezidentinin təklif etdiyi dəyişikliklərlə qəbul edilsin; 

Azərbaycan  Respublikasının  Prezidentinin  qanunun  məqsədəuyğun  olmaması  barədə  təklifi 
qəbul edilsin; 

qanun qəbul edilmiş redaktədə saxlanılsın. 
Bu barədə Prezidentə dərhal məlumat verilir. 
Təkrar baxılma Prezidentin nümayəndəsinin çıxışı ilə başlanır. 
Yuxarıda  (Konstitusiyanın  110-cu  maddəsi)  qeyd  etdiyimiz  formada,  təkrar  səsvermədən  keçən 
qanun dərc olunmaq üçün 7 gündən gec olmayaraq, Azərbaycan Respublikasının Prezidentinə göndərilir. 
Qanunun  dərc  olunması  qanunvericilik  prosesinin  ən  son  mərhələsidir.  Dərc  olunma  -  qanunun 
mətninin rəsmi olaraq nəşrindən ibarətdir. 
 
4. Azərbaycan Respublikası Prezidentinin Konstitusiya 
statusunun əsasları 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə