1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   18   19   20   21   22   23   24   25   ...   70

yeni seçilmiş Prezidentin and içməsi ilə xitam olunur. 
Azərbaycan  Respublikasının  Konstitusiyasında  Prezidentin  səlahiyyətlərinin  vaxtından  əvvəl  xitamı 
da nəzərdə tutulmuşdur. 
Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl xitamı aşağıdakı hallarda baş verir: 
a)  Prezident istefa verdikdə; 
b)  səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə; 
c)  Konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda; 
Prezidentin  səlahiyyətlərinin  vaxtından  əvvəl  xitam  edilməsində  üç  subyekt  iştirak  edir:  prezident, 
Milli Məclis, Konstitusiya Məhkəməsi. 
Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinin II—III hissəsinə əsasən, Azərbaycan 
Respublikasının  Prezidenti  istefa  verdikdə  onun  istefa  ərizəsi  Azərbaycan  Respublikasının  Konstitusiya 
Məhkəməsinə  təqdim  olunur.  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsi  istefa  ərizəsini 
Azərbaycan  Respublikası  Prezidentinin  özünün  verdiyinə  əmin  olduğu  təqdirdə  Azərbaycan  Respublikası 
Prezidentinin  istefasının  qəbul  olunması  haqqında  qərar  qəbul  edir.  Həmin  andan  Azərbaycan 
Respublikasının Prezidenti istefa verdiyinə görə vəzifədən getmiş sayılır. 
Azərbaycan  Respublikası  Konstitusiyasında  respublika  prezidentinin  vəzifədən  kənarlaşdırılmasının 
impiçment  (təqsirləndirmə  -  dövlətin  vəzifəli  şəxslərinin  xəyanət  və  digər  ağır  cinayətləri  üzrə  parlament 
məhkəməsi  icraatı)  qaydası  təsbit  edilmişdir.  Konstitusiyanın  107-ci  maddəsinə  əsasən,  Azərbaycan 
Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti ağır 
cinayət  törətdikdə  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  təşəbbüsü  ilə  Azərbaycan 
Respublikası Ali Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasında Azərbaycan Respublikasının Milli 
Məclisi qarşısında irəli sürülə bilər. 
Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatlarının  95  səs  çoxluğu  ilə  qəbul  olunmuş  qərar 
əsasında  Azərbaycan  Respublikasının  Prezidenti  vəzifədən  kənarlaşdırıla  bilər.  Bu  qərarı  Azərbaycan 
Respublikası  Konstitusiya  Məhkəməsinin  sədri  imzalayır.  Azərbaycan  Respublikasının  Konstitusiya 
Məhkəməsi həmin qərarın imzalanmasına bir həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir. 
Azərbaycan  Respublikası  Prezidentinin  vəzifədən  kənarlaşdırılması  haqqında  qərar  Azərbaycan 
Respublikası  Konstitusiya  Məhkəməsinin  Azərbaycan  Respublikasının  Milli  Məclisinə  müraciət  etdiyi 
gündən  başlayaraq  2  ay  ərzində  qəbul  olunmalıdır.  Bu  müddətdə  göstərilən  qərar  qəbul  edilməsə, 
Azərbaycan Respublikasının Prezidentinə qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır. 
Azərbaycan  Respublikasının  Prezidenti  vaxtından  əvvəl  vəzifədən  getdikdə  üç  ay  ərzində 
növbədənkənar  Azərbaycan  Respublikasının  Prezidenti  seçkiləri  keçirilir.  Bu  halda  Azərbaycan 
Respublikasının  yeni  Prezidenti  seçilənədək  Azərbaycan  Respublikasının  Prezidenti  səlahiyyətlərini 
Azərbaycan Respublikasının Baş naziri icra edir. 
Bu  müddət  ərzində  Azərbaycan  Respublikası  Prezidentinin  səlahiyyətlərini  icra  edən  Azərbaycan 
Respublikasının  Baş  naziri  istefa  verdikdə,  səhhətinə  görə  öz  səlahiyyətlərini  icra  etmək  qabiliyyətini, 


tamamilə  itirdikdə  Azərbaycan  Respublikası  Prezidentinin  səlahiyyətlərini  Azərbaycan  Respublikasının 
Milli Məclisinin sədri icra edir. 
Eyni  səbəblərə  görə  Azərbaycan  Respublikası  Prezidentinin  səlahiyyətlərini  Azərbaycan 
Respublikasının  Milli  Məclisi  sədrinin  icra  etməsi  mümkün  olmadıqda  Azərbaycan  Respublikasının  Milli 
Məclisi  Azərbaycan  Respublikası  Prezidentinin  səlahiyyətlərini  başqa  vəzifəli  şəxs  tərəfindən  icrası 
haqqında qərar qəbul edir. 
 
 
5. Məhkəmə hakimiyyəti - dövlət hakimiyyətinin müstəqil qoludur 
Hər  bir  demokratik  dövlətdə  dövlət  hakimiyyəti  hüquqi  dövlətin  əsas  prinsipi  olan  «hakimiyyət 
bölgüsü»  əsasında  təşkil  edilir.  Təsadüfi  deyildir  ki,  Azərbaycan  Respublikası  Konstitusiyasının  7-ci 
maddəsinin  3-cü  hissəsində  bu  prinsip  əks  olunmuşdur:  Azərbaycan  Respublikasında  dövlət  hakimiyyəti 
hakimiyyətlərin  bölünməsi  prinsipi  əsasında  təşkil  edilir:  qanunvericilik  hakimiyyətini  Azərbaycan 
Respublikasının  Milli  Məclisi  həyata  keçirir;  icra  hakimiyyəti  Azərbaycan  Respublikasının  Prezidentinə 
mənsubdur; məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. 
Hər  bir  hakimiyyət  qolu  demokratik  cəmiyyətdə  müəyyən  rolu  yerinə  yetirir.  Demokratik 
cəmiyyətdə  məhkəmə  hakimiyyətinin  rolu  isə  müxtəlif  hüquqi  mübahisələrdə  Konstitusiyada,  qanunlarda, 
qanun qüvvəli aktlarda və beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hüququn aliliyini təmin etməkdir. 
Beləliklə,  məhkəmə  hakimiyyəti  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarını  müdafiə  edən,  hüquq 
qaydasını cinayət və digər hüquq-pozmalardan mühafizə edən və dövlət orqanlarının fəaliyyətinin hüquqi 
çərçivədən kənara çıxmamasına nəzarət edən dövlət hakimiyyətinin bir qoludur. 
Dövlət  hakimiyyətinin  bir  qolu  olmaq  etibarilə  məhkəmə  hakimiyyəti  dövlət  hakimiyyətinin  bütün 
əlamətlərinə  malikdir.  Buraya  aşağıdakı  əlamətləri  aid  etmək  olar:  a)  dövlət  hakimiyyətinin  universallığı, 
yəni qərarların hamıya şamil olunması;  b) dövlət hakimiyyətinin xüsusi aparat vasitəsilə həyata keçirilməsi;    
c)  dövlət  hakimiyyətinin  cəmiyyətdə  məcburiyyət  monopoliyasına  malik  olması;  ç)  dövlət  hakimiyyətinin 
suverenliyi. 
Bütün  bunlarla  yanaşı  məhkəmə  hakimiyyəti  müəyyən  spesifik  əlamətlərlə  digər  hakimiyyət 
qollarından fərqlənir: 
a)  məhkəmə  hakimiyyətinin  qanunla  müəyyən  edilmiş  qaydada  yaradılmış  xüsusi  orqan  - 
məhkəmələr tərəfindən həyata keçirilməsi; 
b)  məhkəmə  hakimiyyətinin  məhkəmə  iclaslarında  işlərə  baxılıb  həll  edilməsi  yolu  ilə  həyata 
keçirilməsi; 
c)  məhkəmə hakimiyyətinin qanunla müəyyən edilmiş prosessual formada həyata keçirilməsi; 
ç) onun fəaliyyətinə xüsusi nəzarət sisteminin olması. 
Məhkəmə hakimiyyətinin spesifik əlamətlərinə aşağıdakıları da aid edirlər: məhkəmə hakimiyyətinin 
məqsədləri,  demokratizm  prinsipləri  əsasında  məhkəmələrin  təşkili,  məhkəmə  hakimiyyətinin  qanun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə