1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   19   20   21   22   23   24   25   26   ...   70

əsasında  həyata  keçirilməsi,  konkret  işlərə  baxılması  nəticəsində  məhkəmə  tərəfindən  dövlət 
məcburiyyətinin tətbiqi. 
Digər hakimiyyət qolları ilə yanaşı məhkəmə hakimiyyəti bir sıra müəyyən funksiyalar yerinə yetirir. 
Məhkəmə  hakimiyyətinin  əsas  və  həmişə  mövcud  olan  funksiyası  ədalət  mühakiməsinin  həyata 
keçirilməsidir.  Bu,  «Məhkəmələr  və  hakimlər  haqqında»  Azərbaycan  Respublikasının  Qanununun  3-cü 
maddəsində də təsbit olunur. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının məhkəmələrinin fəaliyyəti 
yalnız ədalət mühakiməsinin həyata keçirilməsinə yönəlmişdir. 
Azərbaycan  Respublikasının  Konstitusiyasının  127-ci  maddəsinə  görə  ədalət  mühakiməsinin  həyata 
keçirilməsinin əsas prinsip və şərtləri aşağıdakılardır: 
1. 
Hakimlər  işlərə  qərəzsiz,  ədalətlə,  tərəflərin  hüquq  bərabərliyinə,  faktlara  əsasən,  və 
qanunamüvafiq baxırlar. 
2.  Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə 
icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. 
3.  Ədalət  mühakiməsi  vətəndaşların  qanun  və  məhkəmə  qarşısında  bərabərliyi  əsasında  həyata 
keçirilir. 
4.  Bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır. 
5.  Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, cinayət işlərinin qiyabi məhkəmə icraatına yol 
verilmir. 
6.  Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. 
7.  Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur. 
8.  Ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır. 
9.  Azərbaycan Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya 
müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. 
Azərbaycan  Respublikasında  qəbul  edilən  yeni  qanunvericilik  aktları  -  Azərbaycan  Respublikası 
Konstitusiyası,  1997-ci  il  10  iyun  tarixli  «Məhkəmələr  və  hakimlər  haqqında»  qanun,  «Konstitusiya 
Məhkəməsi  haqqında»1997-ci  il  21  oktyabr  tarixli  və  2003-cü  il  23  dekabr  tarixli  qanunlar  Azərbaycan 
Respublikasında  məhkəmə  sisteminin  yeni  strukturunu  müəyyən  etdi.  Hal-hazırda  Azərbaycan 
Respublikasının məhkəmə sistemini şərti olaraq iki qrupa bölmək olar: 
a)  konstitusiya nəzarəti funksiyasını həyata keçirən məhkəmə orqanı; 
b)  ümumi məhkəmələr. 
Konstitusiya  Məhkəməsi  Azərbaycan  Respublikasının  Konstitusiyası  və  «Konstitusiya  Məhkəməsi 
haqqında» 23 dekabr 2003-cü il qanunu ilə onun səlahiyyətinə aid edilmiş işlərə baxır. Bu orqan Azərbaycan 
Respublikasının  ən  yuxarı  məhkəmə  orqanıdır  və  əsas  vəzifəsi  Konstitusiyanın  aliliyini  təmin  etməyə 
yönəlmişdir. 
Ümumi  məhkəmələrin  sistemi  və  səlahiyyəti  «Məhkəmələr  və  hakimlər  haqqında»  qanunda 
göstərilmişdir.  Qanunun  19-cu  maddəsinə  görə  Azərbaycan  Respublikasında  ədalət  mühakiməsini 


Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan aşağıdakı məhkəmələr həyata keçirir: 

rayon (şəhər) məhkəmələri; 

ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsi; 

hərbi məhkəmələr; 

ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi məhkəməsi; 

yerli iqtisad məhkəmələri; 

beynəlxalq müqavilələrdən  irəli  gələn mübahisələrə  dair Azərbaycan Respublikasının İqtisad 
Məhkəməsi; 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi; 

Azərbaycan Respublikasının Apelyasiya Məhkəməsi; 

Azərbaycan Respublikasının İqtisad Məhkəməsi; 

Azərbaycan Respublikasının Ali Məhkəməsi. 
 
Həmin  maddəyə  müvafiq  olaraq  Azərbaycan  Respublikasının  məhkəmə  sistemi  daxilində  qanunla 
müəyyən edilmiş qaydada digər  məhkəmələr də  yaradıla  bilər. Bütün demokratik konstitusiyalar  fövqəladə 
məhkəmələrin yaradılmasını qadağan edir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyası və 
«Məhkəmələr  və  hakimlər  haqqında»  qanuna  müvafiq  olaraq  fövqəladə  məhkəmələrin  və  qanunla  nəzərdə 
tutulmayan qaydada məhkəmənin yaradılması qadağandır. 
6. Hakimlərin hüquqi statusu 
Hər  bir  dövlətin  Konstitusiyasının  daha  çox  diqqət  yetirdiyi  məsələlərdən  biri  məhkəmə 
hakimiyyətini  həyata  keçirən  şəxslərin  -  hakimlərin  statusu  ilə  bağlıdır.  «Məhkəmələr  və  hakimlər 
haqqında»  qanunun  92-ci  maddəsinə  görə  hakimlər  ədalət  mühakiməsini  həyata  keçirmək  üçün  qanunla 
müəyyən edilmiş səlahiyyətlərə malik şəxslərdir. 
Hakimlərin hüquqi statusu Konstitusiyada və qanunlarda əks olunmuş bir sıra prinsiplərlə müəyyən 
olunur. Bu prinsiplər sırasına aşağıdakılar daxildir: hakimlərin təyinatı, hakimlərin dəyişilməzliyi, hakimlərin 
müstəqilliyi, hakimliklə bir araya sığmayan fəaliyyətlə məşğul olmaması. 
Hal-hazırda Azərbaycan Respublikasında hakimlər təyin olunurlar. Lakin bu təyinat kortəbii xarakter 
daşımır və hakimliyə namizədlərin müsabiqədən keçməsini nəzərdə tutur. Bu müsabiqə isə iki pillədə həyata 
keçirilir. Birinci pillədə hakimlər test üsulu ilə yazılı imtahandan keçirlər. İkinci pillədə isə Məhkəmə-Hüquq 
Şurasında hakimliyə namizədlərlə fərdi müsahibə aparılır. Qaydalara görə müsabiqəyə 30 yaşı tamam olmuş, 
5 il hüquq ixtisası üzrə işləmiş ali təhsilli hüquqşünas, ikili vətəndaşlığı və digər dövlətlər qarşısında öhdəliyi 
olmayan, heç bir siyasi fəaliyyət ilə məşğul olmayan, fiziki və psixi qüsurları olmayan, məhkum olunmamış 
şəxslər buraxılırlar. 
Bundan sonra hakim vəzifəsinə müvafiq sayda namizəd təyin edilmək üçün Azərbaycan Respublikası 
Prezidentinə  təqdim  edilir.  Azərbaycan  Respublikası  Prezidenti  isə  Azərbaycan  Respublikası  Konstitusiya 
Məhkəməsi,  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  və  Azərbaycan  Respublikası  Apelyasiya 
məhkəmələrinin  hakimlərini  təyin  etmək  üçün  Azərbaycan  Respublikası  Milli  Məclisinə  təqdimat  verir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə