1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   11   12   13   14   15   16   17   18   ...   70

səs çoxluğu tələb olunur. Milli Məclisin iclaslarında Respublika Prezidenti, kütləvi informasiya vasitələrinin 
nümayəndələri və sədrin dəvətilə başqa şəxslər iştirak edə bilər. Milli Məclisin iclasları protokollaşdırılır və 
stenoqrama alınır. İclasın protokolunu sədr imzalayır. Açıq iclasların stenoqramları dərc olunur. Amma qapalı 
iclas stenoqramı dərc oluna bilməz. Stenoqram dərc olunanadək deputat öz çıxışının mətni ilə tanış ola bilər. 
Bununla  əlaqədar  mübahisə  yaranarsa,  məsələni  intizam  komissiyası  həll  edir.  Milli  Məclisin  iclaslarında 
çıxışların  vaxtı  və  ardıcıllığı  onun  daxili  nizamnaməsi  ilə  müəyyən  olunur.  İclaslarda  deputatların  iştirakı 
məcburidir.  Əgər  deputat  üzrlü  səbəbdən  iclasda  iştirak  etmirsə,  əvvəlcədən  Milli  Məclisin  katibliyinə 
məlumat verməlidir. Daxili nizamnaməyə görə Milli Məclisin iclaslarını sədr aparır. 
Daxili  Nizamnamədə  Milli  Məclisin orqanları kimi Milli  Məclisin daimi komissiyalarının, hesablama 
palatası, hesablayıcı komissiya və intizam komissiyasını adı çəkilir. 
Hesablama  palatası  -  Milli  Məclisə  hesabat  verən,  daimi  fəaliyyət  göstərən  dövlət  büdcə  nəzarəti 
orqanıdır.  Bu  orqan  sədr,  sədr  müavini  və  7  auditordan  ibarətdir.  Onlar  Milli  Məclis  tərəfindən  təyin 
olunurlar. 
Hesablayıcı  komissiya  -  elektron  sistemindən  istifadə  etmədən  açıq  və  gizli  səsvermələri  keçirmək 
və  onların  nəticələrini  müəyyən  etmək  məqsədilə  yalnız  Milli  Məclisin  iclaslarında  fəaliyyət  göstərir.  Bu 
orqan  bir  il  müddətinə  7  üzvdən  ibarət  tərkibdə  seçilir.  Hesablayıcı  komissiyanın  iclası  onun  azı  4  üzvü 
iştirak etdikdə səlahiyyətli hesab olunur. Hesablayıcı komissiyanın bütün qərarları onun üzvlərinin sadə səs 
çoxluğu ilə qəbul edilir. 
İntizam  komissiyası  -  deputatların  parlamentdaxili  məsuliyyətə  cəlbetmə  işlərinə,  deputat 
toxunulmazlığına  xitam  verilməsi  və  səlahiyyətlərinin  itirilməsi  işlərinə  baxır  və  həll edir. Bu komissiya  7 
üzvdən ibarət tərkibdə bir il müddətinə seçilir. 
Parlament  Konstitusiya  və  Azərbaycan  Respublikası  Milli  Məclisinin  Daxili  Nizamnaməsi  əsasında 
fəaliyyət  göstərir.  Milli  Məclisin  Daxili  Nizamnaməsi  17  may  1996-cı  il  tarixli  Azərbaycan  Respublikası 
qanunu ilə təsdiq edilib. Bu nizamnamə 4 fəsil və 53 maddədən ibarətdir: 

fəsil - Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin ümumi qaydaları. 
II 
fəsil - Milli Məclisin orqanları. 
III  fəsil - Milli Məclis deputatının parlamentdaxili məsuliyyəti. 
IV  fəsil - Keçid və yekun müddəaları.  
Nizamnamənin 50-ci maddəsində göstərilir: 
Milli  Məclisin Daxili  Nizamnaməsi  Milli Məclis  tərəfindən qanunla təsdiq edildikdən  və Prezident 
tərəfindən  imzalandıqdan  sonra  dərc  olunduğu  gündən  qüvvəyə  minir.  Nizamnamədə  dəyişikliklər 
Azərbaycan Respublikası qanunları üçün nəzərdə tutulmuş qaydada edilir. Milli  Məclisin deputatları Daxili 
Nizamnaməyə riayət etməlidir. Bu işə Milli Məclisin rəhbərliyi nəzarət edir. 
Milli Məclis öz səlahiyyət müddətində daimi və başqa komissiyalarını yaradır. 
Milli Məclisin hər cağırışının I sessiyasında daimi komissiyaları yaradılır. Daimi komissiyalar «Daimi 
komissiyalar haqqında» Qanun əsasında fəaliyyət göstərirlər. 


Onların fəaliyyəti aşağıdakı prinsiplərə əsaslanır: 

siyasi plüralizm; 

fikir plüralizmi; 

aşkarlıq; 

məsələlərin sərbəst müzakirəsi. 
Daimi  Komissiyaların  say  tərkibi  Milli  Məclis  tərəfindən  müəyyən  olunur,  azı  5,  çoxu  20 
deputatdan ibarət olmalıdır. 15 üzvdən çox tərkibə malik daimi komissiya köməkçi komissiya yarada bilər. 
Hər bir deputat daimi komissiyalardan birinin üzvü olmalıdır. Daimi komissiyanın sədri, müavini və üzvləri 
azı  63  deputatın  səs  çoxluğu  ilə  seçilirlər.  Daxili  Nizamnaməyə  görə  deputat  heç  bir  daimi  komissiyanın 
üzvlüyünə daxil olmursa, Milli Məclisin sədri sərəncamla həmin deputatı daimi komissiyaların birinə daxil 
edir. 
Daimi  komissiyalar  iclaslar  keçirir.  Əgər  komissiyanın  üzvlərinin  yarısı  iştirak  edirsə,  iclas 
səlahiyyətli  hesab  olunur.  İclası  daimi  komissiyanın  sədri,  o,  olmadıqda  və  ya  onun  tapşırığı  ilə  müavin 
aparır. Milli Məclisin sədrinin tələbi ilə Milli Məclisin daimi komissiyasının növbədənkənar iclası çağırılır. 
İclas  haqqında  komissiya  üzvü,  iclas  gününə  azı  2  gün  qalmış  xəbərdar  edilməlidir.  Komissiya  üzvlərinin 
daimi komissiyanın iclasında iştirakı məcburidir. Amma üzrlü səbəbdən icazə almaq şərtilə iştirak etməmək 
olar. 
Nizamnaməyə  görə  2  və  ya  daha  çox  komissiya  birgə  iclas  keçirə  bilər.  Daimi  komissiyaların 
fəaliyyət  forması qərar  və rəydir. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı daimi komissiyaları 
yaradır: 
1) 
Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası; 
2) 
Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası; 
3) 
İqtisadi siyasət daimi komissiyası; 
4) 
Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası; 
5) 
Aqrar siyasəti daimi komissiyası; 
6) 
Sosial siyasət daimi komissiyası; 
7) 
Regional məsələlər daimi komissiyası; 
8) 
Elm və təhsil məsələləri daimi komissiyası; 
9) 
Mədəniyyət məsələləri daimi komissiyası; 
10) 
İnsan hüquqları daimi komissiyası; 
11) 
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası. 
Daxili  nizamnaməyə  görə  Milli  Məclisin  deputatlarından  müvəqqəti  komissiyalar  yaradıla  bilər. 
Müvəqqəti komissiyaların fəaliyyəti Milli Məclisin qəbul etdiyi qərarlarla müəyyənləşdirilir. 
2. Milli Məclis deputatının hüquqi statusu 
Məlum  olduğu  kimi,  hakimiyyətin  bölgüsünə  əsasən,  qanunverici  hakimiyyət  parlamentin  əlində 
cəmləşir.  Parlament  üzvləri  müxtəlif  dövlətlərdə  müxtəlif  cür  adlandırılır.  Azərbaycanda  isə  parlamenti 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə