1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   7   8   9   10   11   12   13   14   ...   70

Azərbaycan Respublikası vətəndaşlığının prinsiplərinə daxildir. 
I.  Vətəndaşlığın müstəqil müəyyən olunması. Bu prinsipin mahiyyəti ondan ibarətdir 
ki, 
şəxslər 
özləri 
öz 
vətəndaşlıqlarını 
müəyyən 
edirlər.  Şəxs  istənilən  vaxt  vətəndaşlıqdan  imtina  edə  bilər.  «Azərbaycan  Respublikası 
vətəndaşlığı 
haqqında 
qanun»un 

maddəsinə 
görə 
aşağıdakı şəxslər Azərbaycan Respublikası vətəndaşlarıdır: 
1)  bu  qanunun  qüvvəyə  mindiyi  günədək  Azərbaycan  Respublikasının  qeydiyyatında 
olan vətəndaşlar; 
2)  1992-ci  il  yanvarın  1-dək  vətəndaşlığı  olmayan,  lakin  qeydiyyatda  olan  şəxslər. 
Burada  şərt  var.  Həmin  şəxslər  qanun  qüvvəyə  mindiyi  gündən  bir  il  müddətində 
Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət 
etsinlər; 
3)  1988-ci ildən 1992-ci ilədək Azərbaycan ərazisində məskunlaşmış qaçqınlar; 
 4)  bu qanuna əsasən vətəndaşlıq əldə etmiş şəxslər. 
II.  Vahid vətəndaşlıq prinsipi. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan 
Respublikası  öz  vətəndaşının  digər  dövlətlər  qarşısında  vətəndaşlıqdan  irəli  gələn 
öhdəliklərini  tanımır,  amma  digər  dövlətlərin  vətəndaşlığını  əldə  etmək  hüququnu  tanıyır. 
Böyük dövlətlər çox vaxt ikili vətəndaşlıq prinsipini tanıyır. Məsələn, Rusiya Federasiyasının 
vətəndaşlıq  haqqında  qanunvericiliyi  ikili  vətəndaşlığı  tanıyır.  Amma  o  şərtlə  ki,  həmin 
dövlətlə  Rusiya  arasında  müqavilə  bağlansın.  Xırda  dövlətlər  isə  ikili  vətəndaşlığı  tanımır. 
Çünki 
onlar 
ehtiyat 
edirlər 
ki, bu böyük dövlətlərə onların daxili işlərinə qarışmasına imkan yarada bilər. 
III. Bərabər  vətəndaşlıq  prinsipi.  Bu  prinsipin  mahiyyəti  ondan  ibarətdir  ki, 
vətəndaşlığın əldə edilməsi üsulundan və əldə olunması müddətindən asılı olmayaraq, bütün 
vətəndaşlar bərabərhüquqludur. 
IV.  Vətəndaşlıqdan  məhrumetmənin  yolverilməzliyi  prinsipi.  Vətəndaşlıqdan 
məhrumetmə  əslində  insan  və  vətəndaş  hüquqlarının  məhdudlaşdırılması  deməkdir.  SSRİ 
dövründə cinayət törədən şəxs həm məhkum olunur, həm də vətəndaşlıqdan məhrum edilirdi. 
Amma  indi  bu  Azərbaycan  Respublikası  Konstitusiyasının  53-cü  maddəsinə  müvafiq  olaraq 
yolverilməzdir. 
V.  Azərbaycan  Respublikası  vətəndaşlarının  Azərbaycan  Respublikası  ərazisindən 
qovulmasının və ya xarici dövlətə verilməsinin yolverilməzliyi. Bu prinsip vətəndaşın dövlət 
hakimiyyətinin  təzyiqindən  qorunmasını  ifadə  edir.  Heç  kəs  Azərbaycan  Respublikası 
vətəndaşını dövlət ərazisindən qova bilməz.  
VI. Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  yaşayan  Azərbaycan 
Respublikası  vətəndaşlarına  Azərbaycan  Respublikasının  himayəçilik  prinsipi.  Bu  prinsip 
qismən formal xarakter daşıyır. Çünki yalnız böyük dövlətlər bu imkana malikdirlər. Faktiki 
olaraq,  xırda  dövlətlər  böyük  dövlətlər  ərazisində  yaşayan  vətəndaşlarına  himayəçilik  edə 
bilmir.  
VII.Vətəndaşlığın  saxlanması.  Bu  prinsipin  mahiyyəti  ondan  ibarətdir  ki,  şəxs 
Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  hansı  müddətə  yaşamasından  asılı 
olmayaraq, Azərbaycan Respublikası vətəndaşlığını saxlayır. 
VII.  Vətəndaşlıqla  bağlı  beynəlxalq  normaların  üstünlüyü.  ni  Azərbaycan 
Respublikası  xarici  dövlətlərlə  vətəndaşlıqla  əlaqədar  müqavilələr  bağlaya  bilər.  Bu 
müqavilələrlə  milli  hüquq  arasında  ziddiyyət  yaranarsa,  beynəlxalq  müqaviləyə  üstünlük 
verilir. 
«Azərbaycan  Respublikasının  vətəndaşlığı  haqqında  qanun»a  görə,  Azərbaycan 
Respublikası vətəndaşlığı aşağıdakı qaydalarla yaranır: 

doğulduqda; 

vətəndaşlığa qəbul edildikdə; 


 -      beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar olduqda. 
 
Vətəndaşhğm əldə edilməsi yollarına aşağıdakılar daxildir: 
 
 
1) filimasiya (vətəndaşlığın anadangəlmə əldə edilməsi). 
 
Burada iki prinsip var: 
1)    ius sanquini - qan hüququ; 
2)   ius soli - torpaq hüququ. 
 
Avropa  dövlətlərində  ius  sanquini  əsas  götürülür.  Yəni  burada  vətəndaşlıq  şəxsin 
mənşəyi  ilə  əlaqələndirilir.  Şəxs  hansı  dövlətin  vətəndaşından  doğulubsa  həmin  dövlətin 
vətəndaşı  sayılır.  Bu  prinsip  Roma  hüququndan  qalıb.  Azərbaycan  Respublikası 
Konstitusiyasının  52-ci  maddəsinə  görə,  Azərbaycan  Respublikasının  vətəndaşlarından  - 
doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Deməli, bizdə də ius sanquini əsas 
götürülür.  Lakin  Konstitusiya  həmçinin  ius  solini  vətəndaşlığın  əldə  olunması  üsulu  kimi 
tanıyır. 
 2) 
naturalizasiya 
(vətəndaşlığın 
şəxsi 
vəsatətlə 
əldə 
edilməsi). 
Bu 
bir 
qədər 
mürəkkəb 
qaydadır. 
Burada 
müxtəlif 
şərtlər 
var 
ki, 
onlara  əsasən,  şəxs  dövlətin  vətəndaşlığını  əldə  edir.  Azərbaycan  Respublikasının 
vətəndaşlığını əldə etmək üçün şəxs: 

ən azı 5 il Azərbaycanda daimi yaşamalı; 

Azərbaycan dilini bilməsi haqqında sənəd təqdim etməli; 

Azərbaycan dövlətinin mənafelərinə uyğun gəlməlidir. 
             3)  optasiya (yaranmış ikili vətəndaşlıqdan birinin seçilməsi). 
             4 )transfert (ərazilər dəyişərkən, yəni bir dövlətdən digərinə keçərkən həmin ərazidə 
yaşayan əhalinin vətəndaşlığının müəyyən olunması). 
Optasiya bir şəxsin yaranmış ikili vətəndaşlığını müəyyən edirsə, transfert hamıya aid 
edilir. 
4)  vətəndaşlığın  bərpası  -  reinteqrasiya.  Yəni  şəxs  müəyyən  səbəbdən  öz 
vətəndaşlığını  itirib,  sonra  bərpa  etmək  istəyirsə,  vətəndaşlıq  bərpa  olunur.  Reinteqrasiya 
naturalizasiyaya bənzəsə də irəli sürülən tələblərin sadəliyi ilə ondan fərqlənir. Naturalizasiya 
yeni  vətəndaşlığın  əldə  olunmasıdır.  Reinteqrasiya  isə  itirilmiş  vətəndaşlın  bərpasıdır. 
Reinteqrasiya 
daha 
tez  baş  verir,  şəxsin  vəsatət  qaldırması  əsas  götürülür.  Naturalizasiyada  isə  artıq  qeyd 
etdiyimiz kimi müxtəlif şərtlər var. 
 
Vətəndaşlıq aşağıdakı üsullarla xitam oluna bilər: 
1)  vətəndaşlıqdan çıxma; 
2)  vətəndaşlığı itirmə və s. 
Vətəndaşlıqdan çıxmaya denaturalizasiya da deyirlər.  Bu zaman şəxs  vətəndaşlıqdan 
çıxmaq  barədə  vəsatət  qaldırır  və  prezidentin  sərəncamı  ilə  vətəndaşlıqdan  çıxır.  Bununla 
vətəndaşlıq  xitam  olunur.  Şəxs  bu  hərəkətinin  səbəblərini  göstərməlidir.  Əgər  şəxsin  dövlət 
və  ya  hərbi  xidmətlə  bağlı  öhdəlikləri  varsa,  cinayət  məsuliyyətinə  cəlb  olunaraq,  məhkum 
olunubsa,  mülki  hüquqi  şəxslər  və  dövlət  qarşısında  öhdəlikləri  varsa,  onun  vəsatəti  qəbul 
olunmur. Bütün bunlar aradan qaldırılsa, şəxsin vəsatətinə baxılır. 
Hüquq  ədəbiyyatında  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslərlə  bağlı  üç  rejim 
fərqləndirilir: 
1)  milli rejim; 
2)  daha əlverişli rejim; 
3)  xüsusi rejim. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə