1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   9   10   11   12   13   14   15   16   ...   70


nizamnamələrinə uyğun olaraq ictimai rəyin fomalaşmasına təsir göstərmək; 

öz üzvlərinin siyasi fəallığına rəvac vermək; 

vətəndaşları öz sıralarından seçkili dövlət orqanlarına irəli sürmək; 

nizamnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericilik və icra 
hakimiyyəti orqanlarının fəaliyyətinə təsir göstərmək; 

siyasi və sosial proqramlar hazırlamaq yolu ilə Azərbaycan Respublikasının daxili 
və xarici siyasətinin formalaşmasına təsir göstərmək. 
Siyasi partiyaların təsnifatı müxtəlif meyarlara əsasən aparılır. 
I.  Siyasi rejimə görə: 
            II.  Siyasi sistemdəki yerinə görə: 
           III.  İdeoloji əlamətinə görə: 
           IV.  Açıq və ya gizli fəaliyyət göstərməsindən asılı olaraq: 
           V.  Üzvlərin sayı və təşkilati strukturuna görə: 
          VI.  Sinfi xarakterindən asılı olaraq: 
          Respublikamızda  dini  birliklərin  fəaliyyəti  xüsusi  olaraq  «Dini  etiqad  azadlığı 
haqqında» Azərbaycan Respublikasının 20 avqust 1992-ci il Qanunu ilə tənzimlənir. 
Bu  qanun  dövlətlə  dini  birliklərin  qarşılıqlı  münasibətlərini  tənzimləyərkən  müəyyən 
edir ki, dövlət: 

vətəndaşların,  özlərinin  dini  mənsubiyyətini  müəyyənləşdirməsinə,  valideynlərin 
uşaqlarmı  öz  dini  əqidələrinə  və  dinə  münasibətlərinə  uyğun  tərbiyə  etmələrinə  müdaxilə 
etmir; 

dini  birliklərin  üzərinə  dövlət  orqanlarının  və  yerli  özünüidarəetmə  orqanlarının 
funksiyalarının həyata keçirməsi vəzifəsini qoymur; 

mövcud qanuna zidd olmayan dini birliklərin fəaliyyətinə müdaxilə etmir; 

dövlət və bələdiyyə tədris müəssisələrində təhsilin dünyəvi xarakterini təmin edir; 
Bu qanunda təsbit olunmuşdur ki, dini birlik: 

  özünün xüsusi quruluşuna və mövcud qanunvericiliyə uyğun yaradılır; 

dövlət orqanları və yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak etmir; 

siyasi partiyaların və hərəkatların fəaliyyətində iştirak etmir və onlara maddi və 
digər köməkliklər göstərmir. 
Qanuna  görə  dini  birliklər  vətəndaşlar  tərəfindən  öz  dini  tələbatlarını  ödəmək  üçün 
könüllü  olaraq  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada,  azı  10  nəfər  üzvlərin  ərizəsinə 
əsasən  yaradılan  dini  təşkilatlardır.  Lazımi  qaydada  qeydə  alınmış  dini  cəmiyyət  öz  daxili 
işlərini  idarə  etmək  üçün  icra  orqanı  və  nəzarət  komissiyasını  seçir,  dindarlar  qrupu  isə  öz 
rəhbərini  seçir.  Dini  mərkəzlər,  dini  idarələr  və  dini  təhsil  müəssisələri  dini  birliklərin 
könüllü ianəsi hesabına saxlanılır və öz nizamnamələrinə uyğun fəaliyyət göstərirlər. 
Dini birliklərin nizamnaməsində (əsasnaməsində) aşağıdakılar göstərilməlidir: 

dini birliyin növü, dini mənsubiyyəti və yeri; 

dini birliyin əmlak vəziyyəti; 

dini birliyin nizamnaməsinə dəyişikliklər və əlavələr etmək qaydası; 

dini  birliyin  fəaliyyətinə  xitam  verildikdə  əmlak  məsələlərinin  və  başqa 
məsələlərin həlli qaydası və s. 
Qanunvericiliyi  mütəmadi  şəkildə  pozduqda  dini  birliklərin  fəaliyyətinə  müəyyən 
edilmiş qaydada xitam verilə bilər. 
Azərbaycan  Respublikasında  dinin,  dini  birliklərin  dövlətdən  ayrılması  heç  də  birlik 
üzvlərinin  cəmiyyətin  və  dövlətin  idarə  olunmasında,  dövlət  orqanları  və  yerli 
özünüidarəetmə  orqanlarına  seçkilərdə,  siyasi  partiyaların  və  digər  birliklərin  fəaliyyətində 
iştirak etmək kimi vətəndaş hüquqlarını məhdudlaşdırmır. 
Din  vicdan  azadlığının  ifadə  forması  kimi,  onun  siyasi  institut  kimi  dövlətlə 


münasibətlərinin  qanunvericilik  tənzimi  bütövlükdə  cəmiyyətin  ahəngdar  inkişafı  üçün 
mühüm əhəmiyyət kəsb edir. 
 
  MÖVZU 3.    AZƏRBAYCAN RESPUBLİKASINDA QANUNVERİCİLİK, İCRA VƏ MƏHKƏMƏ 
HAKİMİYYƏTİ. 
P L A N 
1.  Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətləri və fəaliyyətinin  əsasları.
 
2.  Milli Məclis deputatının hüquqi statusu. 
 3.  Qanunvericilik prosesi. 
 4.  Azərbaycan  Respublikası  Prezidentinin  Konstitusiya    statusunun  əsasları.    Azərbaycan 
Respublikası Prezidentinin seçilməsi və səlahiyyətlərinin xitam edilməsi qaydaları. 
 5. Məhkəmə hakimiyyəti - dövlət hakimiyyətinin müstəqil qolu kimi. 
 6. Hakimlərin hüquqi statusu. 
 7.  Azərbaycan  Respublikasının  məhkəmə  sistemi:  məhkəmə  müdafiə  hüququ  və    məhkəmə 
üsulunun formaları. 
 8.   Azərbaycan Respublikası Prokurorluğu. 
1.  Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətləri. 
Hakimiyyət bölgüsü mexanizmində ən əsas vasitə hakimiyyətin bölünməsini təmin edən elementlər - 
səlahiyyətlərdir.  Məhz  bu  səlahiyyətlərin  bir-birinə  olan  münasibətindən,  onların  həcmindən  asılı  olaraq 
hakimiyyət  bölgüsünün  mövcud  olub  olmadığını  demək  olar.  Ona  görə  də  hakimiyyət  bölgüsünü  analiz 
edərkən,  əsas  diqqət  onlara  yetirilməlidir.  Hakimiyyət  bölgüsünün  elementləri  bu  və  ya  digər  hakimiyyət 
budağına  aid  edilən  bütün  səlahiyyətləri  əhatə  etmir.  Buraya  məhz  o  səlahiyyətlər  aiddir  ki,  hakimiyyət 
budaqlarının  bir-birinə  təsir  etməsi,  bir-birinin  fəaliyyətinə  müdaxilə  etməməsi  və  nəzarət  etməsini  təmin 
edir. Bu səlahiyyətlər  istisnasız olaraq  məhz  hakimiyyət bölgüsü  mexanizminin  həyata keçirilməsi  naminə 
müdaxilə imkanmı təmin etməlidir. Başqa sözlə, bu səlahiyyət mütləq digər hakimiyyət budağına yönəlməli, 
ən  başlıcası onun  fəaliyyət sahəsinə təsir etməyə  imkan  verməlidir. Lakin  iş  sadəcə olaraq bununla bitmir. 
Ayrı-ayrı  hakimiyyət  budaqlarının  bölgüsü  sistemində  tutduğu  yeri  müəyyənləşdirmək  üçün  onların 
formalaşdırılması əsaslarını, təyinatını müəyyən edən normalar da nəzərə alınmalıdır. 
Azərbaycan  Respublikasının  Konstitusiyasında  hakimiyyətin  bölünməsi  ilə  əlaqədar  səlahiyyətlər 
yalnız  bir  hakimiyyət  budağına  münasibətdə  kəskin  fərqləndirməklə  təsbit  edilmişdir.  Bu  da  qanunverici 
hakimiyyəti  həyata  keçirən  Milli  Məclisdir.  Milli  Məclisin  səlahiyyətinə  aid  edilən  məsələlər  94  və  95-ci 
maddələrdə öz əksini tapmışdır. 95-ci maddə Milli Məclisin həll etdiyi məsələlər adlanır və burada bu və ya 
digər  şəkildə  icra  hakimiyyətinin  fəaliyyətinə  müdaxilə  etməyə  imkan  verən  məsələlər  əks  olunmuşdur. 
Milli Məclisin həll etdiyi  məsələlər içərisində 1-5-ci bəndlər istisna olmaqla yerdə qalan bütün məsələlərin 
həlli üçün qərar qəbul edilir. Konstitusiyasının 95-ci maddədə əsasən prezidentin vəzifəyə təyin etdiyi ayrı-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə