1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   6   7   8   9   10   11   12   13   ...   70

hörmət  (maddə  75).  Azərbaycan  Respublikasından  qovulmanın  və  ya  xarici  dövlətə 
verilmənin  (ekstradisiya)  qadağan  edilməsi  yalnız  Azərbaycan  Respublikası  vətəndaşlarına 
şamil edilir (maddə 53) 
Subyektiv  mənada  hüquq  şəxsin  öz  iradəsilə  həyata  keçirə  bildiyi  mümkün  davranış 
variantı, imkanıdır. Vəzifə isə insanın obyektiv zəruri, məcburi davranışıdır. 
Beləliklə, hüquq, azadlıq və vəzifələri ehtiva edən insan və vətəndaşın hüquqi statusu, 
insanların  bir-birilə  qarşılıqlı  əlaqəsinin  tarazlaşdırılmış  üsullarının  yaradılmasına  və  fərdin 
cəmiyyətin  və  dövlətin  normal  münasibətlərinin  qurulmasına  məqsədyönlü  şəkildə  təsir 
göstərir. 
Azərbaycan  Respublikası  Konstitusiyasmın  24-cü  maddəsində  (ümumilik,  ayrılmazlıq, 
pozulmazlıq  və  toxunulmazlıq  prinsipləri),  25-ci  maddəsində  (bərabərlik  prinsipi),  71-ci 
maddəsinin  1-ci  hissəsində  (dövlət  müdafiəsi  prinsipi),  71-ci  maddəsinin  6-
CI 
hissəsində 
(birbaşa qüvvədə olma prinsipi) insan və vətəndaşın hüquqi statusunun əsas prinsipləri təsbit 
olunmuşdur. 
Şəxsi  (mülki)  hüquqların  təyinatı  vətəndaş  cəmiyyətində  fərdin  azadlığını  və 
muxtariyyətini  təmin  etməkdən,  hər-hansı  kənar  qanunsuz  müdaxilədən  onun  hüquqi 
müdafiəsini  təşkil  etməkdən  ibarətdir.  Mülki  hüquqların  üzvi  əsası  və  əsas  vəzifəsi  ondan 
ibarətdir  ki,  hər  bir  şəxsiyyətin  inkişafının  fərdi,  daxili  oriyentirlərinin  üstünlüyünü  təmin 
etsinlər. 
Bu kateqoriya hüquqlar onunla xarakterizə olunurlar ki, dövlət, müəyyən münasibətlər 
sferasında şəxsiyyətin azadlığını tanıyır. O, neqativ adlandırılan azadlığı təmin edir. Hər bir 
fərdin  atributu  olan  bu  hüquqların  vəzifəsi  şəxsi  maraqların  fəaliyyət  sahəsini  müdafiə 
etməkdən, şəxsiyyətin fərdi özünü realizə etməsinin təmin edilməsindən ibarətdir.  
İnsanın  şəxsi  mülki  hüquq  və  azadlıqlarına,  adətən  bunlar  aid  edilir:  yaşamaq  hüququ, 
azadlıq  hüququ,  şəxsi  toxunulmazlıq,  şəxsi  həyatın  toxunulmazlığı,  mənzil  toxunulmazlığı, 
hərəkət  və  yaşamaq  yeri  seçmək  azadlığı,  vicdan  azadlığı,  milli  mənsubiyyətin  və  ünsiyyət 
vasitəsi  olan  dilin  sərbəst  seçim  hüququ.  Mahiyyət  etibarilə  hüquqların  bu  toplusu  hər  bir 
cəmiyyətin demokratik təşkilinin humanistik prinsiplərini ifadə etməklə şəxsiyyət azadlığının 
fundamental aspektlərini əhatə edir. 
Siyasi  hüquq  və  azadlıqlar  vətəndaşın  subyektiv  hüquq  və  azadlıqlarının  mühüm 
kateqoriyasıdır.  Onlar,  insanın  (həm  fərdi,  həm  də  kollektiv  şəkildə)  dövlətin  ictimai-siyasi 
həyatında və idarə olunmasında iştirak etmək imkanı kimi başa düşülür. Bununla da dövlətin 
vətəndaşdan  təcrid  olunması  aradan  qaldırılır.  Vətəndaşların  siyasi  hüquqları  bütün  digər 
hüquqların həyata keçirilməsinin zəruri şərtidir, çünki onlar demokratik sistemin üzvi əsasını 
təşkil edirlər və hakimiyyətin, özünü məhdudlaşdırmalı olduğu dəyərlər kimi çıxış edirlər. 
Dövlətin  təbiətini  müəyyən  edən  faktor,  hakimiyyətə  nəzarət  vasitəsi,  demokratik 
rejimin qiymətləndirici meyarı kimi çıxış edən siyasi hüquq və azadlıqlar mədəni cəmiyyətin 
məcburi elementləridir. Hüquq ədəbiyyatında onların aşağıdakı bölgüsü həyata keçirilir: 
1.  Dövlətin  və  onun  orqanlarının  təşkili  və  fəaliyyətində  nümayəndəli  və  birbaşa 
demokratiyanın müxtəlif formaları ilə iştirak etmək üzrə hüquqlar (seçki hüquqları, 
petisiya hüququ); 
2.  Cəmiyyətin  həyatında  aktiv  iştirak  üzrə  hüquqlar  (söz  və  mətbuat  azadlığı,  sərbəst 
toplaşmaq azadlığı, birləşmək hüququ). 
Şəxsi  hüquqlardan  fərqli  olaraq  siyasi  hüquq  və  azadlıqların  məqsədi  insanın 
muxtariyyətini  təmin  etməkdən  deyil,  siyasi  prosesin  aktiv  iştirakçısı  kimi  təzahür  etməsini 
təmin  etməkdən  ibarətdir.  Bu  kateqoriya  hüquqların  dəyərliliyi  ondan  ibarətdir  ki,  onlar 
dövlət  və  vətəndaş  arasında  münasibətlərin  möhkəmləndirilməsi  üçün  şərait  yaradılmasına 
xidmət edirlər.  
Sosial-iqtisadi  hüquqlar  (mədəni  hüquqlarla  yanaşı)  fərdin  sosial-iqtisadi  həyat 
şəraitinin  saxlanılmasına  və  normativ  şəkildə  müəyyən  edilməsinə  aiddirlər,  insanın  iş  və 


məişət,  məşğulluq,  həyat səviyyəsi, sosial  müdafiəsi sahəsində  vəziyyətini  müəyyən  edirlər. 
Onların  həcmi,  həyata  keçirilməsi  səviyyəsi  xeyli  dərəcədə  dövlətin  iqtisadiyyatından  və 
ehtiyatlarından  asılıdır  və  buna  görə  də  onların  həyata  keçirilməsinin  təminatları,  siyasi 
hüquqlar və mülki hüquqlarla müqayisədə daha az inkişaf etmişdilər. 
İnsan  hüquqlarının  digər  növlərindən  fərqli  olaraq  sosial-təminat  hüquqlarının 
xüsusiyyətləri aşağıdakılardır: 

insan həyatının müəyyən - sosial-iqtisadi sahəsinə şamil edilməsi; 

əsas  müddəalarda  məsləhətverici,  «qeyri-ciddi»  təriflərin  verilməsi  (məsələn, 
«layiqli həyat», «ədalətli və uyğun həyat şəraiti»); 

sosial-iqtisadi 
hüquqların 
həyata 
keçirilməsinin 
iqtisadi 
və 
ehtiyatların 
vəziyyətindən asılı olması.  
 
Sosial-iqtisadi  hüquqların  müdafiəsi  sahəsində  dövlətin  vəzifəsi  ondan  ibarətdir  ki, 
mütərəqqi iqtisadi və sosial islahatlar həyata keçirsin, iqtisadi inkişafın proses və faydasına öz 
xalqının  iştirakını  təmin  etsin,  öz  resurslarını  hamının  bu  hüquqdan  bərabər  imkanlarla 
istifadəsini təmin etməklə istifadə etsin 
İqtisadi  hüquqlar  insana  təsərrüfat  fəaliyyətinin  əsas  faktorlarına  sərbəst  sərəncam 
vermək  imkanını  təmin  edirlər.  Bunlara  aiddirlər:  əmək  hüququ,  mülkiyyət  hüququ, 
təsərrüfatçılıq (azad sahibkarlıq)  hüququ, tətil  hüququ  və s. Bundan başqa, işə götürənlər  və 
işçilər  kollektiv  müqavilə  bağlamaq  hüququna,  öz  maraqlarının  müdafiəsi  üçün  milli  və 
beynəlxalq təşkilatlarda müstəqil birləşmək hüququna malikdirlər. 
Sosial hüquqlar insana layiqli yaşam səviyyəsini və sosial müdafiəni təmin edirlər. Bu 
kateqoriya  hüquqlardan  ən  mühümü,  sosial  sığorta,  pensiya  təminatı  və  tibbi  xidməti  ehtiva 
edən sosial təminata olan hüquqdur. 
Mədəni  hüquqlar  insanın  mənəvi  inkişafına  təminat  verir,  hər  fərdə  siyasi,  mənəvi, 
sosial  və  mədəni  tərəqqinin  faydalı  iştirakçısı  olmağa  kömək  edir.  Bu  hüquqlara  aiddirlər: 
təhsil  hüququ,  cəmiyyətin  mədəni  həyatında  sərbəst  iştirak  etmək  hüququ,  yaradıcılıq 
hüququ, elmi tərəqqi və onun praktiki tətbiqi nəticələrindən istifadə etmək hüququ. 
 
§8. Azərbaycan Respublikası vətəndaşlığı . 
Vətəndaşlıq  məfhumu  hələ  qədim  Afina  və  Romada  tətbiq  olunmuşdur.  Burada 
vətəndaşlıq azad insanlara məxsus idi. Orta əsrlərdə isə vətəndaşlıq məfhumu təbəəliklə əvəz 
olundu.  
Konstitusiyamızın  52-ci  maddəsində  və  «Azərbaycan  Respublikasının  vətəndaşlığı 
haqqında»  1998-ci  il  30  sentyabr  qanununun  1-ci  maddəsində  göstərilir:  «Azərbaycan 
dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri 
olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır». 
Qarşılıqlı hüquq və vəzifələr şəxs və dövlət arasındakı daimi siyasi və hüquqi əlaqədən 
irəli gəlir. 
Siyasi əlaqə, siyasi hakimiyyətin təşkilində vətəndaşın iştirakı və onun siyasi hüquq və 
azadlıqlara malik olması ilə izah olunmalıdır. 
Vətəndaşla dövlət arasında  hüquqi əlaqə daimidir. Əcnəbilər  və  vətəndaşlığı olmayan 
şəxslər isə yalnız müvəqqəti hüquqi əlaqədə olur. Dövlət həm əcnəbiləri, həm də vətəndaşları 
müdafiə  edir.  Lakin  vətəndaşları  əcnəbilərdən  onun  dövlətlə  siyasi  əlaqəsinin  olması 
fərqləndirir.  Əcnəbilərin  siyasi  sahədə  hüquqları  məhdudlaşdırılır.  Deməli,  vətəndaşlıq 
dedikdə,  şəxsin  dövlətə  mənsubiyyəti,  şəxslə  dövlət  arasında  onların  qarşılıqlı  hüquq  və 
vəzifələrində ifadə olunan daimi siyasi hüquqi əlaqə başa düşülür. 
Azərbaycan  Respublikasında  vətəndaşlıq  Konstitusiyada  və  qanunda  müəyyən 
olunmuş  prinsiplərə  əsaslanır.  Bu  prinsiplər  vətəndaşlıqla  bağlı  münasibətləri  tənzimləyən, 
qanunvericiliklə müəyyən olunan rəhbər müddəalardır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə