1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   8   9   10   11   12   13   14   15   ...   70

Hazırda əcnəbi hər hansı bir dövlətin vətəndaşı olub, başqa dövlət ərazisində yaşayan 
şəxslərə  deyilir.  Vətəndaşlığı  olmayan  şəxs  isə  vətəndaşlığını  təsdiq  edən  sənədi 
olmayanlardır.  Əcnəbi  və  vətəndaşlığı  olmayanların  hüquqi  statusu  təqribən  üst-üstə  düşür. 
Yalnız  bir  fərq  var:  əcnəbini  yarana  biləcək  mübahisədə  himayə  edəcək  dövlət  var, 
vətəndaşlığı olmayan şəxsi isə yoxdur. 
 
§9.  Qeyri-hökumət təşkilatlarının (İctimai birliklərin) hüquqi statusunun əsasları. 
Demokratik cəmiyyətdə siyasi sistemin fəaliyyət göstərməsi siyasi plüralizmdən, yəni 
insanların  mənafe  və  fikirlərinin  rəngarəngliyindən,  ayrı-ayrı  siyasi  qüvvələrin  fəaliyyətinin 
müxtəlifliyindən,  xüsusilə  seçki  kampaniyaları  dövründə  onların  rəqabətindən,  siyasi 
mübarizələrindən başlanır. Bütün bunlar, ancaq qanun çərçivəsində və hədlərində olmalıdır. 
İctimai  birliklər  haqqında  qanunvericiliyin  əsasını  Azərbaycan  Respublikasının 
Konstitusiyası,  «Qeyri-hökumət  təşkilatları  (ictimai  birliklər)  haqqında»  Azərbaycan 
Respublikasının 13 iyun 2000-ci il tarixli qanunu, «Siyasi partiyalar haqqında» 3 iyun 1992-ci 
il Azərbaycan Respublikası qanunu və digər normativ hüquqi aktlar təşkil edir. 
«Qeyri-hökumət  təşkilatları  (ictimai  birliklər)  haqqında»  qanunun  2-ci  maddəsində 
ictimai  birliklərin  anlayışı  verilmişdir.  Həmin  maddənin  1-ci  hissəsinə  görə,  ictimai  birlik 
təsis  sənədlərində  müəyyən  olunmuş  məqsədlərlə  ümumi  maraqlar  əsasında  birləşmiş  bir 
neçə  fiziki  və  (və  ya)  hüquqi  şəxsin  təşəbbüsü  ilə  yaradılmış  könüllü,  özünüidarəedən,  öz 
fəaliyyətinin əsas  məqsədi kimi  gəlir əldə  etməyi  nəzərdə tutmayan  və əldə edilən  gəliri  öz 
üzvləri  arasında  bölməyən  qeyri-hökumət  təşkilatıdır.  İctimai  birliklərə  siyasi  partiyalar, 
kütləvi  hərəkatlar,  dini  birliklər,  həmkarlar  ittifaqları,  vətəndaşların  digər  assosiasiyaları 
(qadınlar, veteranlar, gənclər təşkilatları, yaradıcılıq ittifaqları və i.a.) aiddir. 
Kütləvi  ictimai  hərəkatlar  -  siyasi  və  yaxud  digər  məqsədlər  güdən,  qəti  müəyyən 
edilmiş  üzvlüyə  malik  olmayan  birliklərdir.  Üzvlüyün  olmaması  ictimai  hərəkatları  digər 
birliklərdən  fərqləndirir  və  onun  tərkibində  kollektiv  üzvlərin,  məsələn,  partiyaların 
iştirakına imkan yaradır. 
Cəmiyyətdə  həmkarlar  ittifaqlarının  da  böyük  rolu  vardır.  Onlar  dövlət  orqanları, 
təsərrüfat  təşkilatları,  kooperativlərlə  qarşılıqlı  əlaqədə  istehsal,  sosial-iqtisadi  və  mədəni 
sahələrdə öz üzvlərinin mənafelərini təmsil edir və müdafiə edirlər. Həmkarlar ittifaqları qəti 
müəyyən  edilmiş  fərdi  üzvlüyə  malikdirlər.  Bütün  həmkarlar  ittifaqları  qanun  qarşısında 
bərabərdirlər. 
Bütün  siyasi  partiyalar,  ictimai  təşkilatlar  və  kütləvi  hərəkatlar  Azərbaycan 
Respublikası  Konstitusiyası  və  qanunları  çərçivəsində  fəaliyyət  göstərməlidir.  Azərbaycan 
Respublikasında  məqsəd  və  fəaliyyəti  konstitusiya  quruluşunun  əsaslarının  zorla 
dəyişdirilməsi  və  ya  dövlətin  ərazi  bütövlüyünün  pozulması,  dövlət  təhlükəsizliyinin 
sarsılması,  hərbi  birləşmələrin  yaradılması,  sosial,  irqi,  milli  və  dini  ədavətin 
qızışdırılmasından ibarət olan ictimai birliklərin təşkil edilməsi və fəaliyyəti qadağandır (AR 
Konstitusiyasının 58-ci maddəsinin IV hissəsi). 
İctimai  birlik  onun  qanunla  nəzərdə  tutulan  subyektlər  tərəfindən  təsis  edilməsi 
nəticəsində, habelə mövcud olan ictimai birliyin yenidən təşkili nəticəsində yaradıla bilər. 
İctimai  birliyin  təsis  edilməsi  nəticəsində  yaradılması  təsisçilərin  qərarı  ilə  həyata 
keçirilir. Bu halda təsis yığıncağı çağırılır və birliyin nizamnaməsi qəbul olunur. 
İctimai birliyin nizamnaməsində birliyin adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri 
və idarə olunması qaydası, üzvlərin hüquq və vəzifələri, üzvlüyə qəbulun və ondan çıxmanın 
şərtləri və qaydası, ictimai birliyin əmlakının formalaşma  mənbələri, nizamnamənin qəbulu, 
ona  əlavə  və  dəyişikliklərin  edilməsi  qaydası,  birliyin  ləğv  edilməsi  və  ləğv  edildiyi  halda 
əmlakdan istifadə qaydası müəyyən edilir. 
İctimai birliklərin əmlakının formalaşdırılma mənbələri aşağıdakılardır: 


1)  təsisçilərin  və  ya  ictimai  birliklərin  üzvlərinin  müntəzəm  və  ya  birdəfəlik  üzvlük 
haqları; 
2)  könüllü əmlak haqları və ianələri; 
3)  malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar; 
4)  səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlər və dividentlər, gəlirlər; 
5)  öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər; 
6)  qrantlar; 
7)  qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər. 
İctimai  birliklərin  idarə  olunmasının  əsasları  «Qeyri-hökumət  təşkilatları  haqqında» 
Azərbaycan  Respublikası  qanununun  25-ci  maddəsində  göstərilmişdir.  İctimai  birliyin 
strukturu,  tərkibi,  idarəetmə  orqanlarının  səlahiyyəti,  formalaşdırılma  qaydası  və  onların 
səlahiyyət  müddəti,  qərar  qəbuletmə  və  ictimai  birliyin  adından  çıxış  etmə  qaydaları 
qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir. 
Siyasi  partiyalar  -  daimi  əsasda  fəaliyyət  göstərən,  təşəkkül  tapmış  təşkilati  quruluşa 
malik birliklərdir. Siyasi partiyalar - öz üzvlərinin siyasi mənafelərini ifadə edən, xalqın siyasi 
iradələrinin  formalaşdırılmasında  yardımçı  olan,  əsas  məqsədi  dövlət  hakimiyyəti  və 
idarəetmə  orqanlarının  təşkilində  və  habelə  dövlət  orqanlarına  seçilən  nümayəndələri 
vasitəsilə hakimiyyətin həyata keçirilməsində iştirak etməkdən ibarət olan ictimai birliklərin 
bir növüdür. Azərbaycan Respublikasında bütün partiyalar qanun qarşısında bərabərdirlər. 
Siyasi partiyaları başqa ictimai birliklərdən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, 
siyasi partiyalar parlament və  hökumətdə yer əldə etmək  üçün açıq şəkildə  mübarizə aparır. 
Siyasi  partiyalar  siyasi  sistemin  əsas  komponentidir.  Onlar  siyasi  prosesin  bütün 
mərhələlərində  (seçkilərdə,  dövlət  orqanlarının  təşkilində,  siyasi  və  dövlət  qərarlarının 
qəbulunda və onların həyata keçirilməsində) fəal iştirak edir.1992-ci il 3 iyun tarixli «Siyasi 
partiyalar  haqqında»  Azərbaycan  Respublikasının  Qanununun  1  -  ci  maddəsində  deyilir: 
«Siyasi  partiya dedikdə  ümumi  siyasi  ideyaları  və  məqsədləri  olan,  ölkənin  siyasi  həyatında 
iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının birlikləri nəzərdə tutulur». 
Deməli, siyasi partiya anlayışının tərkib elementləri aşağıdakılardır: 

vahid siyasi ideya və məqsəd (siyasi partiyada mütləq vahid siyasi ideya və 
məqsəd olmalıdır, ictimai birliklərdə də ideya və məqsəd olur, amma onlar siyasətdə 
iştirak edə bilməzlər) 

ölkənin siyasi həyatında iştirak. 

könüllü birlik; 

partiyaya  üzv  olmaq  hüququnun,  yalnız  Azərbaycan  Respublikası  vətəndaşlarına 
mənsub olması. 
Əsas tərkib elementlərindən başqa, köməkçi tərkib elementləri də var. 

hər  bir  siyasi  partiya  cəmiyyətin  müəyyən  hissəsinin  avanqardı,  aparıcı 
qüvvəsidir; 

hər  bir  partiya  cəmiyyətin  müəyyən  hissəsinin  ideoloji  daşıyıcısıdır.  Hər  bir 
partiya onun ətrafında birləşən insanların ideologiyalarının daşıyıcısıdır. 
Dünya praktikasında siyasi partiyaların meydana gəlməsinin iki yolu var: 
1)  Elektoral yol 
2)  Milli-azadlıq hərəkatı nəticəsində partiyaların yaranması. 
Qeyd olunduğu kimi, siyasi partiyaların əsas məqsədi hakimiyyətə gəlməkdir. Seçkilər 
isə hakimiyyətə gəlməyin yeganə qanuni yoludur. Yəni istənilən partiya seçkilər vasitəsilə - 
elektoral yolla hakimiyyətə gələ bilər. 
Milli  azadlıq  hərəkatı  zamanı  hərəkatın  idarə  edilməsi  üçün  bir  quruma  ehtiyac 
yaranır. Belə qurum da bir qayda olaraq siyasi partiya olur. 
 
«Siyasi  partiyalar  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  5-ci  maddəsinə 
əsasən, respublikamızda partiyalar aşağıdakı yolla siyasi fəaliyyət göstərirlər: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə