1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   2   3   4   5   6   7   8   9   ...   70

xalq  sayılır.  Demokratik  dövlətdə  qanunvericilik  hakimiyyəti  əhalinin  seçdiyi  nümayəndəli 
orqan  (xalq  məclisi,  parlament)  tərəfindən  həyata  keçirilir.  Nümayəndəli  orqanlara  seçkilər 
ümumi, bərabər, birbaşa seçki hüququ ilə gizli səsvermə yolu ilə həyata keçirilir. Demokratik 
dövlətdə  insanların  hüququ  beynəlxalq  hüquqla  müəyyənləşdirilmiş  prinsip  və  normalara, 
həmçinin həmin ölkənin konstitusiyasına uyğun olaraq həyata keçirilir. 
Xalq  hakimiyyətinin  təzahür  forması  kimi  «bilavasitə  (birbaşa)  demokratiya»  və 
«nümayəndəli  demokratiya»  anlayışlarını  fərqləndirmək  lazımdır.  Bilavasitə  demokratiya  o 
deməkdir ki, xalq dövlət işlərində birbaşa iştirak edir, məsələn, referendum yolu ilə - qanun 
layihəsi,  yaxud  başqa  mühüm  əhəmiyyətli  problemlər  üzrə  öz  iradəsini  ifadə  edir. 
Nümayəndəli demokratiya -  xalqın, dövlətin  idarə olunmasında  iştirakının elə  formasıdır ki, 
bu zaman o, özünə məxsus olan hakimiyyəti, seçkili orqanlarda təmsil olunan nümayəndələri 
vasitəsilə həyata keçirir. 
 
§2. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti 
Dövlət  və  dövlət  hakimiyyəti  anlayışları  bir-birilə  sıx  qarşılıqlı  əlaqədə  olan 
anlayışlardır.  Dövlət  hakimiyyəti,  onu  insan  cəmiyyətinin  digər  sosial  strukturlarından, 
qeyri-hökumət təşkilatlarından: partiyalardan, dini birliklərdən, həmkarlar təşkilatlarından və 
s. fərqləndirən çox mühüm əlamətdir. 
Hüquqi dövlətdə dövlət  hakimiyyəti sistemi  hakimiyyətin  bölgüsü,  hüquqi qanunların 
aliliyi, hamının qanun qarşısında bərabərliyi prinsiplərinə əsaslanır. Hüquqi qanunun aliliyi o 
deməkdir  ki,  dövlət  orqanları  qanuna  bağlıdırlar,  yəni  qarşısında  duran  vəzifələri  yerinə 
yetirmək  üçün  onlara  ayrılmış  dövlət  hakimiyyəti  səlahiyyətləri  həddində,  öz  səlahiyyətləri 
çərçivəsində  ciddi  surətdə  konstitusiyaya  və  qanunlara  riayət  edərək  fəaliyyət  göstərirlər. 
Qanunlar isə haqqa və ədalətə, bərabər mənafelərə bərabər münasibət prinsipinə əsaslanır. 
Demokratik dövlətdə dövlət hakimiyyəti xalqdan bəhrələnir. Yalnız xalq, hakimiyyətin 
əsas mənbəyi sayılır. Lakin xalqın iradəsinin ifadəçisi, xalq hakimiyyətinin daşıyıcısı olaraq 
dövlət,  bütün  cəmiyyətin  rəsmi  nümayəndəsi  kimi  çıxış  edir.  Bununla  bərabər  xalqın 
bilavasitə öz iradəsini ifadə etmək, ona məxsus olan hakimiyyəti bilavasitə həyata keçirmək 
hüququ  vardır (məsələn, dövlət  və ya  ictimai  həyatın  hər hansı bir  məsələsi  üzrə  ümumxalq 
səsverməsi olan referendum yolu ilə). 
Dövlət və dövlət hakimiyyəti özünün norma yaratma, nizamlayıcı təsirini əməli olaraq 
cəmiyyət  həyatının  bütün  əsas  sahələrinə  göstərir.  Düzdür,  cəmiyyət  yalnız  onun  dövlət 
təşkilatı  formasıyla  məhdudlaşa bilməz. Cəmiyyətdə  dövlət strukturları  ilə  yanaşı  insanların 
birgə  fəaliyyət  və  başqa  birlik  formaları  da  mövcuddur  ki,  bu  da  onların  həyatına  mühüm 
təsir  göstərir.  Söhbət  vətəndaş  cəmiyyətindən  gedir  ki,  bunlara  ictimai  qurumların,  siyasi 
partiyaların,  həmkarların,  yaradıcı birliklərin, dini birliklərin təşkilat  və  fəaliyyətləri,  habelə 
iqtisadiyyat  sahəsi  (mülkiyyət,  əmək,  sahibkarlıq),  elm  və  texnika,  təhsil,  tərbiyə  sahəsi, 
cəmiyyətin ilkin əsası olan ailə, kütləvi informasiya vasitələri daxildir. 
«Vətəndaş cəmiyyəti» - dövlətdən asılı olmayan, elə ictimai institutlar və münasibətlər 
(sosial,  mənəvi,  mədəni  sahələr)  sistemidir  ki,  bunun  vasitəsilə  insanların  həyat  fəaliyyəti, 
onların  yaradıcılığı  və  bunların  nəsildən-nəsilə  ötürülməsi  üçün  fərdlərin  və  kollektivlərin 
xüsusi maraq və tələbatlarının reallaşmasında lazım olan şərait təmin edilir. 
Nəzərə almaq lazımdır ki, «vətəndaş cəmiyyəti» anlayışı sadəcə olaraq «vətəndaş» və 
«cəmiyyət»  terminlərinin  şərti  birləşməsi  kimi  çıxış  etmir.  Vətəndaş  cəmiyyətinin 
mövcudluğu  o  zaman  mümkündür  ki,  sosial  əlaqələrin  bütün  sahələrində,  o  cümlədən, 


iqtisadi,  siyasi,  mənəvi  sferalarda  şəxsiyyətin  yaradıcılıq  imkanlarının  aktiv  təzahürü 
şəraitində münasibətlər yaranır. 
Dövlət vətəndaş cəmiyyətinə onun strukturlarının hüquqi çərçivəsini müəyyən etməklə 
təsir  edir  və  bununla  bərabər  o,  vətəndaş  cəmiyyəti  tərəfindən  əks-təsirə  məruz  qalır. 
Məsələn,  dövlətin  qanunvericilik  fəaliyyəti,  xalqın  nümayəndəli  orqanlarının  işi  siyasi 
partiyaların,  ictimai  təşkilatlarının  fəaliyyəti  ilə  sıx  qarşılıqlı  əlaqədədir.  Belə  nəticəyə 
gəlmək olar ki, dövlət  mexanizminin, cəmiyyətin siyasi  hakimiyyətinin bütün təşkilatlarının 
normal  və  səmərəli  işi,  şəxsiyyətlə  dövlət  arasındakı  mühüm  həlqə,  özünəməxsus  şəkildə 
vasitəçi olan vətəndaş cəmiyyətinin inkişafı olmadan mümkün deyil. Vətəndaş cəmiyyəti elə 
bir  sosial  mühitdir  ki,  burada  vətəndaş  və  onların  birliklərinin  əsas  hüquq  və  azadlıqları 
həyata keçir. 
 
§3. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti. 
Hər hansı bir cəmiyyətin sistemli idarə olunmağa ehtiyacı var. 
Hakimiyyət  -  mürəkkəb,  çoxcəhətli  bir  hadisədir  ki,  onun  tədqiqinə  təbii  olaraq, 
müxtəlif  cür  yanaşmalar  mövcuddur.  Hüquq  ədəbiyyatında  hakimiyyətə  yalnız  insanların 
birgə  fəaliyyəti  kimi  baxılmır.  O,  cəmiyyətdə  sosial  qurumların  vahid  fəaliyyətini  və 
möhkəm qaydaları təmin edən  mütəşəkkil  bir qüvvə kimi  xarakterizə olunur. Bundan əlavə, 
hakimiyyət  ayrı-ayrı  adamların,  sosial  qurumların,  bütünlükdə  xalqın  öz  iradəsini  xüsusi 
metodların  köməyi  ilə  həyata  keçirməyə,  bunu  başqalarına  qəbul  etdirməyə  olan  real 
qabiliyyəti  kimi  də  başa  düşülür.  «Hakimiyyət»  anlayışının  mahiyyətinə  başqa  cür 
yanaşmalar da mövcuddur ki, o da bu çoxcəhətli sosial hadisənin bu və ya digər tərəfini əks 
etdirir. 
Ən  ümumi  şəkildə  hakimiyyəti,  insanların  davranış  və  fəaliyyətini  bütün  cəmiyyətin, 
ayrı-ayrı sosial qrupların iradəsinə tabe etdirmək vasitəsi kimi xarakterizə etmək olar. 
Hakimiyyət  -  sosial  hadisə  olmaqla  insan  cəmiyyətinin  meydana  gəlməsi  ilə  birlikdə 
yaranıb.  Onu  ibtidai  icma  quruluşu  dövründə  cəmiyyətə  xas  olan  ümumi  işləri  görmək 
tələbatı  zəruri  etmişdir.  Onun  meydana  gəlməsinə  tayfa  və  qəbilələrdə  insanlar  arasındakı 
münasibətlərin  qaydaya  salınması,  müxtəlif  növ  ümumi  əhəmiyyətli  funksiyaların  icrası: 
qidanın  bölünməsi,  ailə-nikah  münasibətlərinin  nizamlanması,  əməyin  cinsə,  yaşa  görə 
bölünməsi və s. zərurətin yaranması səbəb olmuşdur. Öz təbiətinə görə bu, hər şeydən əvvəl 
ictimai  rəyin  -  yığıncağın  qərarı,  ağsaqqallar  şurası,  rəhbər,  qəbilə  başçısı  və  s.  ictimai 
hakimiyyətin nüfuzuna söykənməklə mövcud olmuşdur. İbtidai icma cəmiyyətində insanların 
yaşamaq uğrunda amansız mübarizəsi şəraitində meydana gələrək bərqərar olmuş qadağa və 
davranış  qaydalarına  riayət  etməsinin  ciddi  vacibliyi,  hakimiyyətin  tələblərinin  könüllü 
icrasına  səbəb  olmuşdur.  Əlbəttə,  zəruri  hallarda  məcburetmə  də  tətbiq  olunurdu  (məsələn, 
qəbilədən  qovma,  həyatdan  məhrumetmə  və  başqa  tədbirlər).  Lakin,  ibtidai  icma 
cəmiyyətində hakimiyyətin həyata keçirilməsinin xüsusiyyəti hakimiyyətin tələblərini yerinə 
yetirməyi  təmin  edən  xüsusi  məcburetmə  aparatının  olmamasıdır  ki,  bu  da  yalnız  siyasi 
təşkilat olan dövlətdə mövcud olur. 
Dövlət  hakimiyyəti  hər  şeydən  əvvəl  dövlətin  mecburetmə  qüvvəsinə,  xüsusi 
aparatların köməyi ilə (dövlət orqanları və idarələri, məhkəmə, hüquq-mühafizə orqanları və 
s.) belə  məcburetmə  imkanlarına arxalanır, baxmayaraq  ki, dövlət  hakimiyyəti başqa  metod 
və vasitələrin köməyi ilə də həyata keçirilir. 
İnsanların  ictimai  həyatına dövlət  hakimiyyəti öz  nizamlayıcı təsirini dövlət orqanları 
vasitəsilə göstərir, sanki o, bu fəaliyyətdə öz maddi təcəssümünü tapır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə