1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   40   41   42   43   44   45   46   47   ...   70

hüququnun  əldə  olunması  bir-birindən  fərqlənir.  Daşınmaz  əmlakın  mülkiyyətçisi  olmayan, 
lakin  on  il  ərzində  ona  öz  əmlakı  kimi  vicdanla,  açıq  və  fasiləsiz  sahiblik  edən  fiziki  və  ya 
hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir (Mülki Məcəllənin 179.1-ci maddəsi). 
İkinci,  müddətli  əldə  edən  əmlakı  öz  şəxsi  əmlakı  kimi  əldə  edərkən  onun  digər 
mülkiyyətçisinin olmamasını nəzərə almalıdır, əks halda müddətli əldəetmənin rekvizitləri yox 
olmuş olur, həm də sahibliyin vicdanlılıq və aşkarlığı şübhə altına alınmış olur. 
Üçüncü,  o  əmlakı  vicdanlı  əldə  etməlidir.  Bu  o  deməkdir  ki,  əmlakı  əldə  edən  həmin 
əmlak  üzərində  mülkiyyət  hüququna  malik  olmamasını  bilmir  və  bilməməlidir.  Belə  ki, 
hüquq  təsdiqedici  sənədlərin  olmaması  (məsələn,  yaşayış  evinə)  hələ  əldə  edənin  vicdansız 
olmasına dəlalət etmir. 
Dördüncü,  əmlakı  əldə  edən  onu  açıq  əldə  etməli,  gizlətməməlidir.  Əks  halda  onun 
həm vicdanlı, həm də qanunla tələb olunan rekvizitlərinin olmasına şübhə yaranar. 
Beşinci,  müddətli  əldəetmə  yuxarıda  deyilən  şərtlərə  cavab  verməklə  həm  də  daimi 
(fasiləsiz)  olmalıdır.  Müddətli  əldəetmə  üzrə  mülkiyyət  hüququnun  əmələ  gəlməsinin  axma 
müddəti  əldə  edənin  əmlakı  sahibinə  qaytarmaq  barədə  öhdəliklərinin  etiraf  olunması  və  ya 
ona səlahiyyətli şəxs tərəfindən əmlakın qaytarılması barədə təqdim olunan iddia ilə kəsilmiş 
olur. 
Mülki  qanunvericilik  özbaşına  tikinti  və  onun  nəticələrini  də  mülkiyyət  hüququnun 
əldə  edilməsinin  ilkin  üsullarına  şamil  edir.  Tikinti  məqsədləri  üçün  ayrılmayan  torpaq 
sahəsində  və  ya  buna  lazımi  icazələr  almadan  və  ya  şəhərsalma  və  tikinti  normalarını  və 
qaydalarını  ciddi  surətdə  pozmaqla  tikilmiş  yaşayış  evi,  digər  tikili,  qurğu  və  ya  başqa 
daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ 
əldə etmir. Onun tikintiyə dair sərəncam  vermək - onu satmaq, bağışlamaq,  icarəyə  vermək, 
digər  əqdlər  bağlamaq  ixtiyarı  yoxdur.  Belə  özbaşına  tikilmiş  tikintilər  məhkəmənin 
qətnaməsinə  əsasən,  əvəzsiz  olaraq  alınıb  bələdiyyə  fonduna  verilə  bilər  və  ya  yerli 
orqanların qərarına əsasən, onları tikdirən şəxs tərəfindən və ya onun hesabına sökülə bilər. 
Belə  tikintilərə  mülkiyyət  hüququ  məhkəmə  tərəfindən  o  şəxs  üçün  tanına  bilər  ki, 
tikinti  aparılmış  torpaq  sahəsi  onun  mülkiyyətində  olsun.  Əgər  tikintinin  saxlanması  digər 
şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və 
sağlamlığı  üçün  təhlükə  yaradırsa,  göstərilən  şəxsin  özbaşına  tikintiyə  mülkiyyət  hüququ 
tanına bilməz (Mülki Məcəllənin 180.3-cü maddəsi). 
Mülkiyyət  hüququnun  əldə  edilməsinin  mühüm  üsullarından  biri  də  törəmə  üsuldur. 
Törəmə  üsulla  mülkiyyət  hüququnun  yaranması  dedikdə,  əmlak  üzərində  mülkiyyət 
hüququnun əvvəlki mülkiyyətçinin hüququndan törəməsi başa düşülür. 
Ölkəmizdə vaxtilə - sosialist inqilabı nəticəsində mülkiyyətin hökmran növünün əmələ 
gəlməsində milliləşdirmə mühüm rol oynamışdır. Milliləşdirmə dedikdə, istehsal vasitələrinin 
normativ qaydada məcburi dəyəri ödənilmədən dövlətin xeyrinə olaraq alınması başa düşülür. 
Milliləşdirmə üçün aşağıdakılar səciyyəvidir: 
1)  əsas istehsal vasitələrinin dövlətin xeyrinə məcburi alınması; 
2)  əmlakın dəyəri ödənilmədən dövlət mülkiyyətinə keçməsi; 
3)  maddi  dəyərlərin  normativ  qaydada,  başqa  sözlə,  rəhbərliyin  qərarı  ilə  və  başqa 
aktlarla alınması. 
Təəssüf ki, ölkəmizdə milliləşdirmə əvəzsiz olaraq aparılmış, əvvəlki sahiblərə heç bir 
kompensasiya  verilməmişdir.  Onilliklər  sübut  etdi  ki,  böyük  istehsal  potensialını  öz  əlində 
cəmləşdirməklə dövlət artıq, onun idarə olunmasının öhdəsindən gələ bilməmişdir. 
Artıq,  fiziki  və  hüquqi  şəxslərin  əmlakının  məcburiyyət  yolu  ilə  dövlətin  müsadirə 
etməsi  imkanları  əsaslı  dəyişikliklərə  uğramışdır.  Belə  ki,  Azərbaycan  Respublikasında 
«Mülkiyyət haqqında» Qanunun 23-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikası və 
Naxçıvan Muxtar Respublikası mülkiyyət hüququna xitam verən qanunvericilik aktları qəbul 
etdikdə  həmin  aktların  qəbul  olunması  nəticəsində  mülkiyyətçiyə  dəyən  zərərin  əvəzi 
məhkəmənin  qərarı  ilə  Azərbaycan  Respublikası  və  Naxçıvan  MR  tərəfindən  mülkiyyətçiyə 
tam həcmdə ödənilir. 
Hazırda  ölkəmizdə  özəlləşmə,  yəni  dövlət  əmlakının  fiziki  və  hüquqi  şəxslərin 
mülkiyyətinə  verilməsi  prosesi  gedir.  Bu  zaman  dövlət  mülkiyyətinə  xitam  verilməsi  və 


bunun əsasında fiziki və hüquqi şəxslərin mülkiyyət hüququnun əldə edilməsi hüquq varisliyi 
qaydasında baş verir. 
Törəmə üsullardan biri də hüquqi şəxsin ləğvi və ya yenidən təşkili zamanı mülkiyyət 
hüququnun əldə edilməsidir. 
Yenidən qurulması zamanı hüquqi şəxsin əmlakı hüquqi varislərə keçir. Müəssisə ləğv 
edildikdə  isə  kreditorlarla  haqq-hesab  çəkildikdən  sonra  yerdə  qalan  hissə  hüquq  varisləri 
arasında  bölünür.  Bu  zaman  müəssisənin  təsis  müqaviləsi  nəzərə  alınır.  Əgər  ləğv  olunan 
hüquqi şəxs ictimai təşkilatdırsa, onun əmlakı ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada 
rəftar olunur. Bütün bu sahədə mübahisəli məsələlər məhkəmə qaydasında həll olunur. 
Rekvizisiya  və  müsadirə  də  mülkiyyət  hüququnun  əldə  edilməsinin  törəmə 
üsullarındandır. 
Hüquq  pozuntusu  üçün  sanksiya  olaraq  dövlət  tərəfindən  əmlakın  məcburi,  dəyəri 
ödənilmədən  alınmasına  müsadirə  deyilir.  Belə  hallarda  dövlət  həmin  əmlaka  görə 
mülkiyyətçinin öhdəliklərindən ötrü cavabdeh deyildir. 
Cinayət hüququ müsadirəyə tamah məqsədilə edilmiş ağır və xüsusilə ağır cinayətlərdə 
əlavə  cəza  növü  kimi  baxır.  Müsadirə  yalnız  məhkəmə  tərəfindən  və  qanunda  nəzərdə 
tutulmuş  hallarda  tətbiq  olunur.  Müsadirə  müqəssirin  həyatı  üçün  zəruri  olan  və  onun 
himayəsində  olanın  əmlakına  yönəldilə  bilməz.  Belə  əmlakın  siyahısı  qanunvericiliklə 
müəyyən olunur. 
Mülki-hüquqi müsadirə sanksiya kimi etibarsız əqdlər zamanı da tətbiq edilir. 
Müsadirənin  milliləşdirmə  ilə  oxşarlığı  var,  hər  ikisində  əmlak  məcburi,  dəyəri 
ödənilmədən  dövlət  mülkiyyətinə  daxil  edilir.  Bunların  bir-birindən  fərqi  ondadır  ki, 
milliləşdirmədə  əmlakın  alınması  normativ  qaydada  həyata  keçirilir,  müsadirədə  isə  konkret 
hüquq pozuntusuna görə. 
Mülkiyyətçidən dövlət  mənafeyi  və  ya  ictimai  mənafe  üçün  (təbii  fəlakətlər, texnoloji 
qəzalar,  epidemiyalar  və  s.)  dəyəri  ödənilməklə  əmlakın  dövlət  tərəfindən  alınması  həcz  və 
yaxud rekvizisiya adlanır. 
Rekvizisiya aşağıdakı cəhətlərinə görə müsadirədən fərqlənir: 
1.  Rekvizisiyada  əmlakın  dövlət  mülkiyyətinə  keçməsi,  ancaq  dəyəri  ödənilməklə 
mümkündür; 
2.  Əmlakın  dövlət  mülkiyyətinə  qatılmamaqla  müəyyən  müddətdə  alınması.  Məsələn, 
təbii  fəlakət  zamanı  yerli  icra  hakimiyyəti  və  bələdiyyə  orqanları  əhaliyə  məxsus  olan 
nəqliyyat vasitələrindən istifadənin vacibliyi haqqında qərar çıxara bilər. 
3.  Rekvizisiyada  əmlakın  alınması  hüquq  pozuntusuna  görə  deyil,  dövlət  və  ictimai 
maraqların təmini məqsədilə həyata keçirilir. 
Əmlakı  üzərində  qanunsuz  rekvizisiya  və  müsadirəyə  məruz  qalmış  şəxs  ona  dəymiş 
zərərin dövlət hesabına ödənilməsi barədə məhkəmədə iddia ilə çıxış edə bilər. 
Törəmə  üsullardan  biri  də  müqavilə  üzrə  əmlak  əldə  edənin  mülkiyyət  hüququnun 
əmələ  gəlməsidir.  Müqavilə  üzrə  əmlak  əldə  edənin  mülkiyyət  hüququ  (əməli  idarəetmə 
hüququ) qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmamışdırsa, əşyanın verildiyi vaxtdan 
əmələ gəlir. 
Mülki  Məcəllənin  181-ci  maddəsində  daşınar  əşyalara  mülkiyyət  hüququnun  əldə 
edilməsi  əsasları  göstərilmişdir.  Həmin  maddəyə  əsasən,  daşınar  əşyaya  mülkiyyət 
hüququnun  əldə  edənə  verilməsi  üçün  mülkiyyətçi  əşyaya  sahibliyi  həqiqi  hüquq  əsasında 
ona  verməlidir.  Əşyanın  verilməsi  bunlardır:  əşyanın  əldə  edənin  birbaşa  sahibliyinə 
verilməsi,  əşyaya  dolayı  sahibliyin  müqavilə  üzrə  verilməsi,  bu  zaman  əvvəlki  mülkiyyətçi 
birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu 
əldə edənə verməsi. 
Şəxsin  qanunvericiliyin  tələblərinə  əməl  etməklə  özü  üçün  hazırladığı  və  ya  yaratdığı 
yeni  əmlaka  mülkiyyət  hüququnu  onun  özü  əldə  edir.  Əmlakdan  istifadə  nəticəsində 
götürülən  bəhərə,  məhsula  və  gəlirə  mülkiyyət  hüququ  isə  həmin  əmlakın  mülkiyyətçisinə 
məxsusdur. 
Mülkiyyətçisi  olan  əmlaka  mülkiyyət  hüququ  başqa  şəxs  tərəfindən  alqı-satqı, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə