1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   49   50   51   52   53   54   55   56   ...   70

işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinin 
ləğv  edilməsi  işəgötürənin  əsaslandırılmış  əmri  ilə  rəsmiləşdirilir.  Əmək  müqaviləsinə  xitam 
verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin 
möhürü  ilə  təsdiqlənməlidir.  Bu  əmrin  surəti,  işçinin  əmək  kitabçası  və  işəgötürənin  son  haqq  - 
hesabı  (istifadə  edilməmiş  əmək  məzuniyyətinə  görə  pul  əvəzi,  işçiyə  ödənilməli  əmək  haqqı  və 
digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 
 
6. İş vaxtının və istirahət vaxtının anlayışı və növləri 
İş  vaxtı  -  müddəti  qanunla  nəzərdə  tutulmuş  həftəlik  və  gündəlik  iş  saatları  ərzində  işçilərin 
əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. 
Qanunvericilik iş vaxtının 3 növünü müəyyən edir. 
Birinci növə müəssisədə, idarədə, təşkilatda həftəlik 40 saatlıq iş vaxtını nəzərdə tutan normal 
iş vaxtı, ikinci növə qısaldılmış iş vaxtı, üçüncü növə natamam iş vaxtı aid edilir. AR ƏM-nin 90-cı 
maddəsinə  müvafiq  olaraq,  altıgünlük  iş  həftəsində  həftəlik  norma  40  saat  olduqda  gündəlik  iş 
vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan 
və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz. 
Bir  qayda  olaraq  iki  istirahət  günü  olan  beşgünlük  iş  həftəsi  müəyyən  edilir.  Altıgünlük  iş 
həftəsi  istehsalın,  işin,  xidmətin  və  əmək  şəraitinin  xarakterindən  asılı  olaraq  işəgötürən  və  ya 
müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti) tərəfindən müəyyən edilə bilər. 
Qısaldılmış  iş  vaxtı  -  işçilərin  ayrı-ayrı  kateqoriyalarına  onların  yaşı,  səhhəti,  əmək  şəraiti, 
əmək funksiyasının xüsusiyyətləri nəzərə alınmaqla əmək  müqaviləsinin şərtləri  ilə  müəyyən edilə 
bilər. 
Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 
yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin, hamilə və yaşyarımadək uşağı olan 
qadınlar üçün 36 saatdan artıq ola bilməz. 
Əmək şəraiti fiziki, kimyəvi, bioloji  və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır 
istehsalat amilləri mövcud olduqda, bu vəzifədə çalışan işçilərə 36 saatdan çox olmayan qısaldılmış 
iş vaxtı müəyyən edilir. 
Xüsusi xarakterli işlərdə çalışan işçilərə də (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, 
cihazlarda işləyənlərə və s.) həftə ərzində 36 saatdan çox olmayan iş vaxtı şamil edilir. 
Natamam iş vaxtı - əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi 
ilə işəgötürən arasında qarşılıqlı razılıq əsasında müəyyən edilə bilər. 
İşçinin səhhəti  və fizioloji  vəziyyəti (hamiləlik, əlillik)  habelə xroniki xəstəliyi olan uşağının 
və  digər  ailə  üzvünün  səhhəti  müvafiq  tibbi  rəyə  görə  əmək  funksiyasının  natamam  iş  vaxtında 
yerinə  yetirilməsini  tələb  edərsə,  habelə  14  yaşına  çatmamış,  yaxud  16  yaşınadək  əlil  uşağı  olan 
qadınlara ərizələrilə işəgötürən, natamam iş vaxtı müəyyən etməlidir. 
Əmək  funksiyasını  natamam  iş  vaxtında  yerinə  yetirən  işçilərin  qanunvericiliklə  və  ya  əmək 
müqaviləsi  ilə  müəyyən  edilmiş  əmək  hüquqlarının  hər  hansı  şəkildə  məhdudlaşdırılması 
yolverilməzdir. 
İş vaxtından artıq iş - işəgötürənin əmri  və işçinin razılığı ilə əmək funksiyasının  müəyyən 
olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirilməsi sayılır. 
Bir qayda olaraq, iş vaxtından artıq iş yolverilməzdir. 
Təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların 
nəticələrinin  aradan  qaldırılması  məqsədilə  qanunvericiliyin  tələblərinə  əməl  olunmaqla  işçinin  iş 
vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir. 
Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq 
işlərin müddəti 2 saatdan çox ola bilməz. 


Hər  bir  işçi  dalbadal  gələn  2  iş  günü  ərzində  4  saatdan,  əmək  şəraiti  ağır  və  zərərli  olan  iş 
yerlərində isə 2 saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz. 
Azərbaycan  Respublikası  Konstitusiyasının  37-ci  maddəsinə  əsasən  hər  bir  vətəndaş  istirahət 
hüququna malikdir. 
İstirahət  vaxtı  dedikdə,  təqvim  vaxtının  o  hissəsi  başa  düşülür  ki,  həmin  müddət  ərzində  işçi 
əmək  qanunvericiliyinə  uyğun  olaraq  əmək  öhdəliklərinin  yerinə  yetirilməsindən  azad  edilməlidir. 
İşçi  həmin  vaxtı  özünün  şəxsi  fikri  ilə  əmək  qabiliyyətinin  bərpa  olunmasına  və  özünün 
maraqlarının təmin olunmasına sərf etməlidir. 
İstirahət vaxtı 4 növə bölünür. 
1.   İstirahət və nahar üçün fasilə. 
İş  günü  ərzində  işçilərə  2  saatdan  artıq  olmayan  istirahət  və  nahar  etmək  üçün  fasilə 
verilməlidir.  Fasilə,  adətən  işə  başlayandan  4  saat  sonra  verilir  və  həmin  müddət  iş  vaxtına  daxil 
edilmir. Günlərarası fasilə iş gününün bitməsi və növbəti iş gününün başlaması ilə müəyyən olunur. 
İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. 
2. 
Bazar günləri.  
Hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. 
Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində 2 gün, altıgünlük iş həftəsində isə bir 
gün olmalıdır. Həftəlik fasiləsiz istirahət müddəti 42 saatdan az olmamalıdır. 
3.  Bayram günləri. 
Müəssisələrdə,  idarələrdə,  təşkilatlarda  bu  bayram  günləri  iş  öhdəlikləri  yerinə  yetirilmir 
(Oktyabrın 18-də - Dövlət Müstəqilliyi günü, Noyabrın 12-də - Konstitusiya günü və Noyabrın 17-
də  -  Milli  Dirçəliş  günləri  istisna  olmaqla,  belə  ki,  həmin  günlər  bayram  günləri  olsa  da  istirahət 
günləri deyildir). 
Ramazan  bayramı  -  iki  gün  bayram  edilir.  Bu  günlərdə  işçilərin  işə  cəlb  olunmasına  yalnız 
qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər. 
Nəhayət, istirahət vaxtının daha bir növü məzuniyyətdir. Bütün işçilərə onların iş yeri və orta 
aylıq əmək haqları saxlanılmaqla illik məzuniyyətlər verilir. 
İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: 
a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; 
b) uşağına qulluq etmək üçün qadınların sosial məzuniyyəti; 
c) təhsilini  davam  etdirmək  və  elmi  yaradıcılıqla  məşğul  olmaq  üçün  verilən  təhsil  və 
yaradıcılıq məzuniyyəti; 
ç) ödənişsiz məzuniyyət. 
Əmək  məzuniyyəti  -  işçinin  normal  istirahəti,  əmək  qabiliyyətinin  bərpası,  sağlamlığının 
mühafizəsi  üçün  işdən  ayrılmaqla  öz  mülahizəsi  ilə  istifadə  etdiyi,  müddəti  ƏM-də  nəzərdə 
tutulandan az olmayan istirahət vaxtıdır. 
İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. 
Kənd  təsərrüfatı  məhsullarının  istehsalında  çalışan  işçilərə,  dövlət  qulluqçularına,  tədris 
müəssisəsində  pedaqoji  iş  aparmayan  rəhbər  işçilərə,  tədris  müəssisələrinin  metodistlərinə, 
emalatxana  rəhbərlərinə,  laborantlara,  kitabxanaçılara,  dayələrə,  bədii  rəhbərlərə,  elmi  dərəcəsi 
olmayan elmi işçilərə, həkimlərə, orta tibb işçilərinə, əczaçılara ödənişli əsas məzuniyyət 30 təqdim 
günü müddətində verilməlidir. 
Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddəti 56 təqvim 
günü müddətində verilir. 
Qanunvericilikdə digər sahə işçilərinin  məzuniyyət  müddətləri sadalanıb.  İşçilərin  AR ƏM-si 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə