1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   47   48   49   50   51   52   53   54   ...   70

Vətəndaşların  əmək  hüquqlarının  həyata  keçirilməsinin  başlıca  forması  əmək  müqaviləsi 
hesab edilir. 
Əmək  müqaviləsi  işəgötürənlə  işçi  arasında  fərdi  qaydada  bağlanan  əmək  münasibətlərinin 
əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 
Əmək  müqaviləsini  digər  müqavilələrdən  fərqləndirən  aşağıdakı  xüsusiyyətlərini  göstərmək 
olar: 
  Birincisi:  əmək  müqaviləsi  müəyyən  növ  işin  (müəyyən  ixtisas,  peşə  və  vəzifə 
çərçivəsində) işçinin özü tərəfindən şəxsən yerinə yetirilməsini nəzərdə tutur; 
  İkincisi: işçinin müəssisədə, idarədə, təşkilatda müəyyən olunmuş daxili nizam-intizam 
qaydalarına tabe olmasını müəyyən edir; 
  Üçüncüsü:  işəgötürən  işçinin  işini  təşkil  etməli,  təhlükəsizlik  və  gigiyenik  normalara 
cavab verən normal iş şəraiti yaratmalıdır. 
Sadalanan əlamətlərin məcmusu bizə hər bir konkret halda əmək müqaviləsini əsasən daha çox 
oxşar olan mülki-hüquqi müqavilələrdən fərqləndirməyə imkan verir. 
Əmək  Məcəlləsinin  42-ci  maddəsinə  uyğun  olaraq  hər  kəs  15  yaşından  etibarən  əmək 
müqaviləsinin tərəfi kimi çıxış edə bilər.  
Əmək müqaviləsinin ikinci tərəfi kimi çıxış edən işəgötürən tam fəaliyyət qabiliyyətinə malik 
olan  işçilərlə  əmək  müqaviləsi  bağlamaq,  ona  xitam  vermək,  yaxud  onun  şərtlərini  dəyişdirmək 
hüququna malik mülkiyyətçi və ya onun təyin etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə 
hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki  şəxsdir.  Bütün  müqavilələrin 
məzmununda  tərəflərin  hüquq  və  vəzifələri  durur.  Əmək  müqaviləsinin  məzmununda  isə  əmək 
müqaviləsinin şərtləri durur. Əmək müqaviləsi şərtlərinin iki növü fərqləndirilir: 
      a) qüvvədə olan qanunvericiliklə müəyyən edilən zəruri şərtlər; 
     b)  əmək 
müqaviləsi 
bağlanarkən 
tərəflərin 
razılığı 
əsasında 
müəyyənləşdirilən əlavə şərtlər. 
Zəruri şərtlər qüvvədə olan əmək qanunvericiliyi ilə müəyyən olunur. Bura işçi və işəgötürən 
haqqında  məlumat,  işçinin  iş  yeri,  vəzifəsi,  müqavilənin  müddəti,  əmək  şəraitinin  şərtləri  və  s. 
aiddir. 
Bu  şərtlər  tərəflərin  razılığı  ilə  dəyişdirilə  bilməz  (əgər  qanunvericilikdə  digər  hallar  nəzərdə 
tutulmayıbsa) və bu qanunla işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsini azalda 
bilməz. 
Tərəflər  əmək  müqaviləsini  bağladıqları  zaman  əsas  şərtlərdən  başqa,  əlavə  şərtlər  də 
müəyyən  edə  bilər.  Əlavə  şərtlər  olmadan  da  müqavilə  bağlana  bilər.  Əlavə  şərtlərə  işə  götürülən 
zaman  işçiyə  sınaq  müddətinin  verilməsi,  məktəbəqədər  müəssisələrdə  növbədənkənar  yerlərin 
verilməsi,  yaşayış  sahəsinin  verilməsi  və  s.  aiddir.  Əgər  tərəflər  konkret  əlavə  şərtlər  haqqında 
razılığa gəliblərsə, bu şərtlərin yerinə yetirilməsi üçün məcburi qüvvəyə malikdirlər. 
5. Əmək müqaviləsinin bağlanması qaydası və əmək müqaviləsinə xitam verilməsinin 
əsasları 
Əmək  qanunvericiliyi  işə  qəbul  zamanı  qəbulun  və  əmək  hüququnun  hüquqi  təminatlarının 
bəzi qaydalarını müəyyən edir. 
İlk növbədə göstərmək lazımdır ki, əsassız olaraq işə qəbul etməkdən imtina qadağan olunur. 
Hansı formada olmasından asılı olmayaraq bilavasitə, yaxud dolayı hüquq və azadlıqların cinsindən, 
irqindən,  milliyyətindən,  dilindən,  mənşəyindən,  əmlak  və  vəzifə  mövqeyindən,  yaşayış  yerindən, 
dini  mənsubiyyətindən,  baxışlarından,  ictimai  təşkilatlara  münasibətindən  və  digər  hallardan  asılı 
olmayaraq, əgər şəxsin iş bilmək keyfiyyətləri ilə bağlı deyilsə işə qəbul zamanı ayrı seçkiliyə yol 
verilmir. 
Əmək  müqaviləsi  yazılı  formada  bağlanır.  O  iki  nüsxədə  rəsmiləşdirilir  və  tərəflərin  hər 
ikisində saxlanılır. Zəruri hallarda işə qəbul işəgötürənin mülahizəsinə əsasən, əmr ilə rəsmiləşdirilə 


bilər.  Yazılı  formada  əmək  müqaviləsi  bağlanmadan  əmək  münasibətləri  işəgötürənin  əmri  ilə 
rəsmiləşdirilə bilməz. 
Faktiki  olaraq  işəbaşlama,  işə  götürülən  zaman  rəsmiləşdirmənin  lazımi  qaydada  aparılıb  - 
aparılmadığından  asılı  olmayaraq  əmək  müqaviləsinin  bağlanması  deməkdir.  İşçiyə  müəssisə 
rəhbərliyinin razılığı əsasında iş yerini dəyişməsi zamanı əmək  müqaviləsinin bağlanmasına etiraz 
edilə bilməz. 
Qüvvədə olan qanunvericilik, işə qəbul zamanı qanunda müəyyən olunmuş sənədlərdən (əmək 
kitabçası,  şəxsiyyəti  təsdiq  edən  sənəd,  diplom,  bəzi  hallarda  sağlamlıq  haqqında  arayış)  başqa, 
əlavə  sənəd  tələb  etməyə  yol  vermir.  Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsinin  45-ci 
maddəsinə  əsasən  əmək  müqaviləsi  qabaqcadan  müddəti  müəyyən  edilmədən  (müddətsiz)  və  ya  5 
ilədək müddətə (müddətli) bağlanıla bilər. 
Əmək  müqaviləsində  onun  hansı  müddətə  bağlanması  göstərilməmişdirsə,  həmin  müqavilə 
müddətsiz bağlanmış hesab edilir. 
Müddəti  müəyyən  edilmədən  bağlanmış  əmək  müqaviləsi  hər  iki  tərəfin  razılığı  olmadan 
birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 
Əmək  funksiyasının  yerinə  yetirilməsi  şərtlərinə  görə  işin  və  ya  göstərilən  xidmətlərin  daimi 
xarakterə  malik  olduğu  qabaqcadan  bəlli  olduğu  hallarda,  əmək  müqaviləsi  müddəti  müəyyən 
edilmədən bağlanmalıdır. 
Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsi bağlanan hallar sadalanıb. 
Yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq, bəzən vəzifələri tutmaq 
üçün işəgötürən müəyyən olunmuş qaydada müsabiqə elan edə bilər. 
Müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən öz mülahizəsinə 
görə müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır. 
Əmək  müqaviləsi,  işçinin  peşəkarlıq  səviyyəsini,  müvafiq  əmək  funksiyasını  icra  etmək 
bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 
aydan artıq olmamaq şərtilə müəyyən edilir. 
Sınaq  müddəti,  işçinin  faktiki  olaraq  əmək  funksiyasını  icra  etdiyi  iş  vaxtından  ibarətdir. 
İşçinin əmək  qabiliyyətini  müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə 
olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. 
Sınaq  müddəti  göstərilməyən  əmək  müqaviləsi,  sınaq  müəyyən  edilmədən  bağlanmış  hesab 
olunur. 
Sınaq 
müddətində  özünü  doğrultmamış  işçinin  əmək 
müqaviləsinə  işəgötürənin 
əsaslandırılmış əmri ilə xitam verilə bilər. 
İşə  qəbul  qaydası  müəssisənin  daxili  əmək  nizam  qaydaları  ilə  müəyyən  edilmişdir.  Bu 
qaydaların tələbinə görə işə qəbul olunan şəxsdən əmək kitabçası və pasport tələb edilməlidir. 
Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 
Əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində 
açılır. 
Əmək  kitabçasında  işə  qəbul,  başqa  daimi  işə  keçirmək,  yaxud  işdən  azad  etmək  haqqında 
bütün  qeydlər  işəgötürən  tərəfindən  əmr  (sərəncam)  verildikdən  5  gündən  gec  olmamaq  şərtilə, 
işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmrin (sərəncamın) 
məzmununa uyğun olmalıdır. 
Əmək kitabçasına daxil edilir: 
a)  işçi  haqqında  məlumatlar:  soyadı,  adı,  atasının  adı,  doğulduğu  gün,  ay,  il,  təhsil,  peşəsi, 
ixtisası; 
b) işçinin  işə  götürülməsi,  bir  işdən  başqa  işə  keçirilməsi  və  işdən  azad  edilməsi  haqqında 
məlumatlar. 
Mükafatlandırmalar,  həvəsləndirmələr  və  əmək  intizamının  pozulmasına  görə  işçiyə  verilmiş 
tənbehlər əmək kitabçasına yazılmır. 
İşdən  azad  olunmanın  səbəbləri  əmək  kitabçasına  qüvvədə  olan  qanunvericiliyin  tələblərinə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə