2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə47/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   43   44   45   46   47   48   49   50   ...   108
Fəlsəfə imtahan sualları konspekti

 
Con  Berklinin
  konsepsiyasının  başlanğıc  nöqtəsi  Lokkun  birinci  və  ikinci  keyfiyykəti 
fərqləndirməsi  oldu.  Əgər  Lokk  birinci  keyfiyyətin  obyektiv  mövcudluğunu  qəbul  edirdisə  də, 
Berkli  bütün keyfiyyətləri  ikinci  hesab edirdi. Berkli  belə qənaətə  gəlir ki,  ideya  yalnız  insanın 
hisslərində mövcuddur. Onlar heç vaxt bizdən kənarda olan və adətən, haqqında düşünülən şeyərin 
əsli ola  bilməz. İdeya  yalnız  ideyaya oxşayır, o başqa heç nəyə  oxşaya bilməz. O, materiyanın 
mövcudluğunu inkar edir və yalnız “ideya” və “hissi” fərqləndirən insan şüurunun mövcudluğunu 
qəbul  edir.  Ideya-  bizim  subyektiv  qavrayışımıza  verilən  keyfiyyətdir,  hiss  isə-  mənəvi 
fəaliyyətinin qeyri-maddi subyektinin fəaliyyətini qavrayandır. Berklinin fikrincə, ideya passivdir, 
hiss  isə,  əksinə,  fəaldır.  O  qeyd  edir  ki,  “ideya”  anlayışına  “şey”  anlayışına  nisbətən  üstünlük 
vermək lazımdır. 
 
Berklinin  müasiri, onun təsirini öz üzərində  hiss edən, Berklidən  fərqli olaraq skeptik, aqnostik 
David  Yum
  fi  biliyin  vəzifəsini  varlığın  adekvat  dərk  olunmasında  deyil,  praktiki  fəaliyyəti 
müəyyən  istiqamətə  yönəltmək  üçün  rəhbərlik  etməyə  qadir  olmaqda  görürdü.  O,  dəqiq  biliyin 
yeganə predmetini riyaziyyatın obyektlərini - kəmiyyət və rəqəm- hesab edirdi. Tədqiqatın bütün 
digər  obyektləri  yalnız  əlaqə  faktlarına  aiddirlər,  bunlar  məntiqi  sübut  oluna  bilməzlər,  sırf 
təcrübədən çıxarılırlar.  
Yum skeptisizmin prinsiplərinin şərhinə uyğun olaraq özünün varlıq, kosmologiya, psixologiya, 
idrak  nəzəriyyəsi,  etika  haqqında  təlimini  qurur.  O,  ontologiyada  substansiya  kateqoriyasının 
mövcudluğunu  inkar  edir.  Substansiya  ideyasını  ayrı-ayrı  keyfiyyətlərin  məcmusu  ideyasına 
gətirib çıxarır. Yum kosmologiyada fəlsəfənin ikişafı ilə irəli sürülən bütün kosmoloji sistemləri 
tənqid  edir.  Etikada  o,  utilitarizm  nəzəriyyəsini  inkişaf  etdirir,  faydalılıqda  bizim  mənəvi 
işlərimizin  meyarını  görür.  Din  fəlsəfəsində  o  hər  cür  müsbət  din  adlanan  dini,  Allah  haqqında 
fəlsəfi təlimi rədd edir. Yuma görə, din əxlaqın əsası ola bilməz. O, mövhumatın xüsusi təzahürləri 
üzərində xususilə dayanır. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə