2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə55/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   51   52   53   54   55   56   57   58   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Lüdviq  Feyerbax
  klassik  alman  fəlsəfəsinin  axırıncı  nümayəndəsi  olmuş,  mütləq  ruh 
haqqında hər cür ideyalardan imtina etmiş, insanı mədəniyyətin yeganə yaradıcısı elan etmişdir. 
Qeyd etmək lazımdır ki, 30-cu illər Almaniyası üçün Feyerbaxın fəlsəfi kredosu (əqidəsi) ənənəvi 
deyildir:  o öz  böyük  sələflərinin  (Fixte,  Şellinq,  Hegel)  idealizmini  kəskin  və  qəti  şəkildə  rədd 
etmiş və özünü materialist və ateist elan etmişdir. İdealizmin praktiki olaraq şəriksiz hökmranlığı 
və dini ənənələrə xüsusi hörmətin olduğu ümumi fəlsəfi zəmində bu cür kəskin dönüş diqqəti cəlb 
etməyə  bilməzdir. Feyerbax çox cəsarətli  və  vaxtında  yaşamış  filosof oldu. Çətin başa düşülən, 
çox  yer  tutan,  olduqca  mürəkkəb,  hətta  sadəcə  olaraq  anlaşılmaz  olan  Fixte  və  Hegel 
konstruksiyasından sonra Feyerbaxın  fikirləri  sadə və aydın  idi. O, sağlam düşüncəyə qayıdışı, 
dumanlı mücərrədliyin buludların üzərində olan yüksəklikdə canlı və günahlı həyata enməsi kimi 
təqdim  olundu.  Bütün  klassik  alman  fəlsəfəsində  olduğu  kimi  Feyerbaxın  yaradıcılığında  da 
başlıca  insan  dəyəri  kimi  azadlıq  mövzusu  açıq  səslənir.  İnsanın  mahiyyəti,  onun 
özgəninkiləşdirilməsinin  dəf  edilməsi,  ictimai  həyatın  ağıllı  quruluşu  problemi  insanı  onun 
yolunda çıxan hər cür xurafat və  mövhumatdan,  – o cümlədən  fəlsəfi  – azad etmək  naminə öz 
həllini tapmalıdır. 
Feyerbax insanı «azad etməyi» öz dahi müəllimi Hegelin fəlsəfi sistemini kəskin tənqid etməkdən 
başlayır. İlk növbədə o Hegelin məhbəsə salınmış «mütləq ruh» kateqoriyasını azadlığa buraxmaq 
istəyir; sən demə bu real insandan ayrı salınmış və ilahiləşdirilmiş adi insan şüurudur. 
 
Feyerbaxın fəlsəfəsini adətən antropoloji (yunanca: antropos – insan, loqos – söz, anlayış, təlim) 
materializm kimi qiymətləndirirlər. Bu mütəfəkkirin yeni fəlsəfə yaratmaq iddiası ilə bağlıdır; bu 
fəlsəfənin  mərkəzində  insan  dayanmalıdır.  Feyerbax  izah  edir  ki,  «yeni  fəlsəfə  insanı,  həm  də 
insanın bazisi kimi təbiəti fəlsəfənin yeganə, universal, xarici predmetinə çevirir, nəticə etibarilə 
antropologiyaya ...universal elmə çevirir».  
Amma  çox  vaxt  olduğu  kimi,  Feyerbaxın  baxışlarının,  necə  deyərlər,  «pozitiv»  hissəsi 
«tənqidi»dən  xeyli  zəif  alınmışdır.  O,  öz  tənqid  edən  müəllimlərinin  başlıca  tapıntılarını  – 
dialektikanı və tarixiliyi – qəbul edə bilməmiş və ya qəbul etmək istəməmişdir. Ona görə də ictimai 
münasibətlərin (onlardan ən əsas kimi psixoloji və fizioloji münasibətlər qəbul olunur) şərhində 
onun  konsepsiyası  tarixə  ziddiliyi  (məsələn,  Feyerbaxda  insanın  mahiyyəti  bütün  zamanlarda 
daimidir, həm də onun təmiz bioloji tərəfləri götürülür), təbiiliyi, qnoseologiyada isə seyrçiliyi ilə 
(sanki  idrakın  subyektinin  fəal  rolunun  aydınlaşdırılmasında  Kant  və  Fixtenin  nailiyyətləri 
olmamışdır) və s. səhvə yol verir. 
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə