2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


-Orta əsrlər Azərbaycan fəlsəfəsi



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə56/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   52   53   54   55   56   57   58   59   ...   108
Fəlsəfə imtahan sualları konspekti

4-Orta əsrlər Azərbaycan fəlsəfəsi 
 
Mövcudatda  varlıq  formalarından  birinin  digərinə  çevrilməsi,  yarananın  məhv  olması, 
köhnənin  yenini  əvəzləməsi  labüdlüyünün  idrakı  Dədə  Qorqudun  dünyagörüşü,  həyata,  insana 


 
51 
baxışı  üçün  səciyyəvidir.  Məntiqi  olaraq  cənnətə  və  cəhənnəmə  inamı  aradan  qaldıran,  orta 
əsrlərdə oğuz düşüncəsində möhkəm yer tutan bu azadfıkirlilik islam mühitində meydana çıxmış 
bidət deyil, ondan çox qabaq  mövcud olan əski əqidədir. Oğuz elində ailənin əsasını  bir-birinə 
qarşılıqlı məhəbbət və rəğbət bəsləyən ər-arvad münasibəti təşkil edir. “Kitabi-Dədə Qorqud”da 
ata, ana, oğul, qız, gəlin və başqa qohumlar arasında təəssübkeşlik hissi güclüdür. 
 “Kİtabi-Dədə Qorqud”da müsbət etik-əxlaqi keyfiyyətlər yüksək qiymətləndirilir. İnsanın 
həm  fiziki,  həm  də  əqli  yetkinliyinə  böyük  əhəmiyyət  verilir.  “Kitabi-Dədə  Qorqud”da    oğuz 
təəssübkeşliyi,  oğuzlar  arasında  birlik  əzmi  güclüdür.  Oğuzlar  arasında  birlik  çətin  vaxtda,  dar 
ayaqda daha artıq dərəcədə özünü göstərir. 
Dədə Qorqud müəyyən dövrdə əxalq mənəviyyatının mücəssəməsi kimi çıxış etmişdir. Bu 
abidə  Azərbaycan  xalqının  etnoqrafiyasını,  tarixi  coğrafiyasını,  dilini,  düşüncə  tərzini, 
dünyagörüşünü, sosial-siyasi və əxlaqi baxışlarını, bir sözlə, zəngin mənəviyyatını, mədəniyyətini 
təcəssüm etdirən misilsiz qaynaqdır. “Kitabi-Dədə-Qorqud“da verilən kəlamların vacibliyini şərti 
olaraq  müəyyən  mövzulara  ayırmaqla-ilahi  iradənin  müəyyənediciliyi,  zərurətin  dərk  edilməsi, 
təbiət  və  həyat  qanunauyğunluğu,  ağlın,  idrakın  və  müsbət  xasiyyətlərin  qiymətləndirilməsi, 
qohum-əqrəba,  ailə-övlad  münasibətlərini  və  s.-onun  möhtəşəmliyini  görmək  mümkündür. 
Dastanda  tanrıya  sitayiş,  peyğəmbərlərə  alqış,  dualar,  diləklər  və  başqa  mövzular  öz  əksini 
tapmışdır.  Müasir dövrdə ailə problemlərində yaranan ziddiyyətlər, gənclərin bu məsələdə bəsit 
düşüncəyə,  el,  ailə  qayğısı  ilə  bağlı  yetkin  fikrə  malik  olmamasını  nəzərə  alsaq  dastandaki  bu 
məsələlərlə  bağlı  dəyərli  məsləhətlərin  bu  gün  üçün  əhəmiyyətini  görə  bilərik.  “Kitabi-Dədə-
Qorqud“da  müsbət etik-əxlaqi keyfiyyətlər  yüksək qiymətləndirilir,  insanın  həm  fiziki,  həm də 
əqli yetkinliyinə böyük əhəmiyyət  verilirdi. Bu möhtəşəm abidədə ağıl qəhrəmanın hunərini, son 
nəticədə isə qələbəsini təmin edən mühüm amildir.  
Orta əsrlərdə din ilə bidət arasında gedən açıq mübarizələr çox vaxt ağır faciələrə gətirib 
çıxarırdı. X əsrin  sonlarında  yaranan  və gizli  fəaliyyətə başlayan, xalq kütlələri  içərisində təbii 
elmi  biliklər    yayan,  dini  fəlsəfələşdirməyə  çalışan,  “Saflıq  qardaşları“  və  “Vəfa  munisləri” 
cəmiyyəti    Bəsrədə  yaransa  da  Azərbaycanda  da  geniş  yayılmışdır.  “Saflıq  qardaşları  və  vəfa 
munisləri”  cəmiyyəti  müxalifətçi  sxolastlar  kimi  özlərini  “ədalət  əhli  və  həmd  övladları” 
adlandırırdılar.    “Saflıq  qardaşları”  geniş  xalq  kütlələri  içərisində  təbii-elmi  biliklər  yayır,  dini 
fəlsəfələşdirməyə  çalışırdılar.  Dörd  hissədən  ibarət  “Saflıq  qardaşları”  və  “Vəfa  munisləri 
“ensiklopediyasındakı 52 traktatın on dördü riyaziyyat, on yeddisi təbiət, onu metafizika və on biri 
ilahiyyat məsələlərinə həsr olunmuşdur.  
 “Saflıq  qardaşları”nın  təlimində  təbiət  elmi  yeddi  qismə  aynlır:  cismani  başlanğıclar 
haqqında elmdə beş şey-ilk materiya, forma, zaman, məkan və hərəkət, habelə onların arasındakı 
münasibətlər, səma və aləm haqqında elmdə göylərin, planetlərin substansiyaları, əmələgəlmə və 
məhvolma  haqqında  elmdə  od,  hava,  su  və  torpaqdan  ibarət  dörd  ünsürün  mahiyyəti, 
meteorologiyada  planetlərin  hərəkətləri  və  ünsürlər  üzərinə  şüa  buraxmaları  ilə  onlara  təsir 
göstərmələri  sayəsində  havanın  dəyişməsi  keyfiyyəti,  mineralogiyada  minerallar,  botanikada 
bitkilər,  onların  növlərinin  xüsusiyyətləri  və  nəhayət  zoologiyada  qidalanan,  böyüyən,  hiss  və 
hərəkətt  edən cisimlər (orqanizmlər) öyrənilir. “Saflıq qardaşları”nın  varlıq təlimində  Pifaqorun 
və onun ardıcıllarının ideyaları mühüm yer tutur.  “Saflıq qardaşları”nın fikrincə, filosoflar, alimlər 
və hikmət sahibləri mövcud şeylərin başlanğıclarına dair varlığın əsaslarından bəhs etmişlər.  
“Saflıq qardaşları”mn traktatlarında ikiliyə materiya və forma, substansiya və aksidensiya, 
səbəb və nəticə, işıq və qaranlıq, hərəkət edən və sükunətdə olan, xeyir və şər və s. üçlüyə üç ölçü 
(xətt, səth və cisim), üç zaman (keçmiş, indi və gələcək) və i.a. dördlüyə dörd ünsür (od, hava, su 
və torpaq), dörd qatışıq (səfra, qan, bəlğəm və öd), dörd fəsil (yaz, yay, payız, qış), dörd cəhət 


 
52 
(şərq, qərb, şimal  və cənub) və  i.a. birrəqəmlilərdən hər birinə bu qayda üzrə  müvafiq  misallar 
çəkilir. Maraqlıdır ki,  “Saflıq qardaşları” beşlik tərəfdarı kimi  xürrəmiləri təqdim etmişlər. Beş 
səyyari planet - Satum, Yupiter, Mars, Venera, Merkuri, beş növ cisim - od, hava, su, torpaq və 
göyün cismi, beş duyğu - eşitmə, görmə, iybilmə, dadbilmə və toxunma, bitkidə beş hissə - kök, 
gövdə, yarpaq, çiçək və meyvə beşliyə misal çəkilir. 
 
 
 
 
 
 
 
 
Orta  əsrlər  Şərq  peripatezminin  görkəmli  nümayəndəsi,  orta  əsr  müəlliflərinin 
“Azərbaycan  ölkəsindən”,  yaxud  “Azərbaycanlı”  (“əl-Azərbaycani”)  adlandırdığı,  ilk 
mənbələrdə  atəşpərəst  hesab  olunan,    islamı  sonradan  qəbul  etdiyi  söylənən  Əbülhəsən 
Mərzban oğlu 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə