3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)


faydalılığın  azalması  qanununu,  yığım  qanununu,  pul



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   79

64 
 
faydalılığın  azalması  qanununu,  yığım  qanununu,  pul 
tədavülü qanununu, dəyər qanununu, rəqabət qanunu-
nu,  tələbatın  artması  qanununu,  torpağın  münbitliyi-
nin  azalması  qanununu  göstərmək  olar.  Bu  qanunlar 
iqtisadiyyatın və bütövlükdə təsərrüfat həyatının obyektiv 
inkişaf meyllərini əks etdirərək, uzun müddətli dövr ərzin-
də  məntiqi  ardıcıllıqla,  habelə  qarşılıqlı  əlaqədə  fəaliyyət 
göstərirlər. 
Eyni zamanda müxtəlif tədqiqatçıların adları ilə bağ-
lı olub, iqtisadi proseslərin mahiyyət əlaqələrini aydınlaş-
dırmağa çalışan Sey qanununu, Qossen qanununu, En-
gel qanununu, Oyken qanununu qeyd etmək lazımdır. 
Təbiətdə  olduğu  kimi  cəmiyyət  həyatının  da  obyek-
tiv  qanunları  vardır.  Lakin  təbiətin  mütləq  mənada  insan 
şüurundan  və  iradəsindən  asılı  olmayan  qanunlarından 
(planetlərin hərəkəti, okeanların qabarıb-çəkilməsi, cazibə 
qüvvəsi)  fərqli  fəaliyyət  göstərən  iqtisadi  qanunları  tən-
zimləmək  mümkündür.  Bu  tənzimləmə  prosesi  insanların 
şüurlu  və  məqsədyönlü  fəaliyyəti,  habelə  dövlətin  düşü-
nülmüş iqtisadi siyasəti ilə həyata keçirilə bilər. 
İqtisadi qanunlar cəmiyyət həyatında bir-biri ilə qar-
şılıqlı  əlaqə  və  təsir  şəraitində  sistem  kimi  fəaliyyət  gös-
tərirlər.  Bu  qanunları  dərk  etməyin  başlıca  şərti,  onların 
fəaliyyət  göstərdiyi  konkret  şəraiti,  mühiti,  ölkəni  nəzərə 
almaqdır. İqtisadi qanunların normal fəaliyyət göstərməsi 
üçün  müəyyən  ilkin  zəruri  şərtlər  olmalıdır.  Məsələn,  hər 
hansı bir ölkədə, yaxud istehsal sahəsində rəqabət qanunu-
nun  normal  fəaliyyət  göstərməsi  üçün  sərbəst  sahibkar-
lığın,  mülkiyyət  və  investisiya  hüququnun,  sərbəst  bazar 
qiymətlərinin mövcudluğu tələb olunur. 
Dövlət  ölkənin  təsərrüfat  həyatını  özünün  sərt  və 


65 
 
ciddi  nəzarəti  altında  saxlaması,  şübhəsiz  iqtisadi  qanun-
ların fəaliyyət, habelə təsir dairəsini məhdudlaşdırır. 
Müasir  mərhələdə  ölkənin  təsərrüfat  həyatını  uğurla 
və  səmərəli  idarə  etmək  üçün  dövlət  tərəfindən  tənzim-
ləyici hüquqi qanunlar qəbul edilməsinə ehtiyac vardır. Bu 
qanunlar  isə  yalnız  o  zaman  «işləyə»  bilər  ki,  onların 
fəaliyyəti üçün əlverişli şərait  yaradılsın. Aydındır ki, hü-
quqi  qanunlarla  iqtisadi  qanunları  eyniləşdirmək  olmaz. 
Zaman  keçdikcə  və  zərurət  yarandıqca,  hüquqi  qanunları 
təkmilləşdirmək,  yeniləşdirmək,  hətta  ləğv  etmək  müm-
kündür. Lakin tələb və təklif, rəqabət, qiymət kimi qanun-
ları ləğv etmək olmaz. Ona görə də hüquqi qanunlar, nor-
mativ aktlarla obyektiv iqtisadi qanunlar arasında hökmən 
müəyyən bir uyarlıq, tarazlıq və ahəngdarlıq olmalıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


66 
 
MÖVZU 4. 
 
İQTİSADİ NƏZƏRİYYƏNİN MÜASİR ƏSAS 
İSTİQAMƏTLƏRİ 
 
a)
 
Neoklassik istiqamət. 
b)
 
Keynsçilik və onun davamçıları. 
c)
 
İnstitusional – sosioloji istiqamət. 
ç) Digər elmi-nəzəri iqtisadi konsepsiyalar. 
 
a)
 
Neoklassik istiqamətin əsası sayılan marjinalizm 
anlayışı  və  nəzəriyyəsi  XIX  əsrin  ikinci  yarısında  mey-
dana çıxıb formalaşdıqdan sonra iqtisadi fikrin yeni meyl-
lərinin inkişafına güclü təsir göstərmişdir. 
Marjinalizm - fransız sözü olub, hədd, hüdud, miq-
dar (marqinal) mənasında işlənmişdir. Bu təlimdə, iqtisadi 
sistemin  qarşılıqlı  təsərrüfat  əlaqələrinin  təhlilində  müəy-
yən hədd (son kəmiyyət və hal mənasında) olması ideyası 
əsas tutulurdu. Marjinalizmin əsas kateqoriyaları kimi fay-
dalılıq  həddini,  məhsuldarlıq  həddini,  məsrəflər  (xərclər) 
həddini,  gəlirlilik  həddini  göstərmək  olar.  Bu  anlayışlara 
dair hələ xeyli əvvəllər müəyyən fikirlər söylənsə də, lakin 
marjinalist  nəzəriyyəsinin  formalaşmasında  K.Menger, 
Y.Bem-Baverk,  F.Vizer,  G.Hossen,  L.Valras,  U.Cevons, 
V.Pareto başlıca rol oynamışlar. 
Klassik və marksist iqtisadi məktəblərdən fərqli ola-
raq,  marjinalistlər  əmtəə-xidmətlərin  dəyərinin  (qiymə-
tinin) onların istehsalına sərf olunmuş əməklə deyil, həmin 
məhsulların alıcı (istehlakçı) üçün faydalılığı ilə ölçüldüyü 
ideyasını  irəli  sürüb  əsaslandırmışlar.  Marjinalistlərin  fik-
rincə, bazara çıxarılan əmtəə - xidmətlərin reallaşdırılması 


67 
 
prosesində  dəyərin  (qiymətin)  formalaşması,  son  nəticə 
etibarilə  alıcının  həmin  şeylərə  olan  subyektiv-psixoloji 
münasibəti,  yaxud  şəxsi  istəyi  və  fərdi  arzusu  ilə  ölçülür. 
Deməli,  özlüyündə  əmtəə-xidmətlər  “obyektiv  iqtisadi 
keyfiyyət”ə  malik  olmadığından,  bunların  dəyər-qiyməti 
məhdud  iqtisadi  resurslar  şəraitində  istehlakçının  tələbat-
larını ödəmək və ona nə dərəcədə rahatlıq, faydalılıq gətir-
mək mövqeyindən tədqiq edilməlidir. Bu mənada marjina-
lizm  istehlaka,  yəni  subyektiv  cəhətə,  insanın  ehtiyacları-
na, onun fərdi tələbatlarına üstünlük verən nəzəri konsep-
siya, yaxud elmi-nəzəri baxışlar sistemidir. 
Marjinalist  nəzəriyyənin  əsas  prinsipi  -  əmtəə-xid-
mətlərin  faydalılığı  və  ilkin  istehlak  mərhələsindən  sonra 
bunların faydalılıq əmsalının (həddinin, dərəcəsinin) kon-
kret istehlakçı üçün azalmağa, yaxud aşağı düşməyə meyl 
etməsidir.  Bu  mövqeyə  görə,  əmtəə-xidmətlərə  olan  ilkin 
tələbat  ödənildikcə,  cəmiyyətdə  və  alıcılarda  istehlak  et-
dikləri  şeylərə  qarşı  “aclıq  hadisəsi  aradan  qalxdıqca, 
tədricən  insanlar  üçün  həmin  məhsulların,  xidmətlərin 
faydalılığı,  təbii  olaraq  zəifləyəcək,  hətta  bəlkə  də  məna-
sını itirəcəkdir. Ona görə də, əmtəə-xidmətlərin ilkin, fay-
dalılığının  aşağı  düşməsi,  bunlardan  alıcının  “doyması, 
tələbinin ödənilməsi, rahatlığı”, qiymət amili ilə bilavasitə 
bağlı deyildir. Çünki, “faydalılıq” və “qiymət” anlayışları 
arasında  müəyyən  əlaqə  olsa  da,  lakin  onlar  arasında  ey-
niyyət yoxdur. Qiymətli o şeylərdir ki, az tapılır, istehlakçı 
üçün  məhduddur,  yaxud  əlçatmazdır.  Faydalılıq  isə  qiy-
mətlə  birbaşa  bağlı  olmayıb,  istehlakçı  davranışı,  insanın 
fərdi  istehlak  xüsusiyyətləri,  sağlamlığı  və  subyektiv-psi-
xoloji durumu ilə əlaqədardır. 
Məsələn,  susuzlayan  adam  üçün  axan  çayın,  yaxud 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə