3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   79

205 
 
Konsern  -  daha  geniş  əhatəyə  malik  olub,  özündə 
müxtəlif  sənaye  sahələrini,  ticarət  şirkətlərini,  bankları, 
nəqliyyat  və  maliyyə  kompaniyalarını  birləşdirir.  Dünya 
təsərrüfat  həyatı  təcrübəsi  və  ayn-ayn  ölkələrin  nümunəsi 
təsdiq edir ki, trestlər tədricən konsernlərə çevrilmişlər. 
Konsorsium  -  iri  miqyaslı  layihələrin  həyata  keçiril-
məsi üçün  yaradılır. Bu cür inhisarlar iri layihələri həyata 
keçirmək  üçün  maliyyə,  ticarət,  texniki,  istehsal  imkan-
larını özlərində birləşdirirlər. Məsələn, Azərbaycan Dövlət 
Neft Əməliyyatları Birliyi Şirkəti (ADNƏBŞ) buna misal 
ola bilər. 
Beynəlmiləl  (çoxmillətli)  korporasiyalar  dedikdə, 
bir sıra ölkələrin milli kompaniya və istehsal, habelə elmi-
texniki  imkanlarını  birləşdirən  beynəlxalq  qurumlar  başa 
düşülür.  Beynəlmiləl  korporasiyaların  səciyyəvi  xüsusiy-
yətləri kimi: a) çoxmillətli səhm kapitalı olmasını; b) onun 
rəhbərliyinin  müxtəlif  millətlərdən  formalaşdırılmasını; 
v)təşkil  etdiyi  filiallarının  əsasən  yerli  şəraiti  yaxşı  bilən 
kadrlarla təmin olunduğunu göstərmək mümkündür. 
Beynəlmiləl (çoxmillətli) korporasiyalara nümunə ki-
mi "Royal - Datç şell" ingilis-holland konsernini, ABB İs-
veçrə-İsveç  maşınqayırma  və  elektron  korporasiyasını, 
"Yunilever" ingilis - Holland kimya konsernini göstərmək 
olar. 
Transmilli  korporasiyalar  (TMK)  -  xarici  aktivləri 
olan milli inhisar birlikləridir. Bunların istehsal və ticarət-
təchizat  fəaliyyəti  müəyyən  bir  milli  dövlətin  hüdudlarını 
aşır. 
BMT-nin meyarlarına görə TMK-ın dünyanın ən azı 
6 ölkəsində filialı olmalı, illik ticarət dövriyyəsinin həcmi 
100  milyon dolları ötməlidir. Son  məlumatlara  görə  dün-


206 
 
yada TMK-m sayı 70 minə yaxınlaşır və onların 850 minə 
qədər  müəssisə,  şirkət,  filiallarında  150  milyondan  artıq 
adam  çalışır.  Məhsul  və  xidmətlərini  beynəlxalq  bazarda 
reallaşdırmağa  çalışan  TMK-lar,  hazırda  dünya  sənaye 
məhsulu istehsalının 40 faizdən çoxuna, dünya ticarət döv-
riyyəsinin 50 faizdən çoxuna bilavasitə  yaxud dolayı  yol-
larla  nəzarət  edirlər.  Dünyanın  500  ən  iri  və  100  nəhəng 
transmilli  korporasiyasının  baş  iqamətgahları  ABŞ,  Qərbi 
Avropa, Yaponiyada yerləşir. 
Müxtəlif  ölkələrin  təsərrüfat  həyatında  istehsal  inhi-
sarçılığı  və  onun  kartel,  sindikat,  trest,  konsern,  konsor-
sium, transmilli korporasiyalar kimi tarixi təkamül nəticə-
sində meydana çıxıb fəaliyyət göstərən formaları ilə yana-
şı, istehsalın özünəməxsus xüsusiyyətləri, habelə təşkilati-
idarəetmə  cəhətləri  ilə  fərqlənən  aşağıdakı  qruplaşmaları 
vardır. 
1. Texnoloji inhisarçılıq - istehsal proseslərinin tex-
nologiyası və bundan irəli gələn müvafiq iş rejimi ilə bağ-
lıdır.  Bu  tipli  inhisarlarda  müəyyən  kəşflər,  elmi-texniki 
nailiyyətlər,  mütərəqqi  texnologiyalar,  patentlər  onların 
ixtiyarında və istifadəsində olduğundan, başqalarına nisbə-
tən  daha  yüksək  mənfəət  əldə  edə  bilirlər.  Məsələn,  yeni 
istehsal olunan bir avtomobilin, dərmanın, mobil telefonun 
patenti konkret hansı şirkətə, korporasiyaya məxsusdursa, 
şübhəsiz həmin qurum texnoloji cəhətdən öz sahəsində in-
hisarçı sayılacaqdır. 
Lakin  müasir  inteqrasiya  və  qloballaşma,  habelə 
"açıq iqtisadiyyat modeli" şəraitində bu hal müvəqqəti bir 
xarakter  daşıyır.  Çünki,  kəskin  bazar  rəqabət  mühitındə 
yenilik  və  mütərəqqi  texnologiya,  qısa  dövr  ərzində  digər 
daha mükəmməli ilə əvəz olunur. 


207 
 
2. İstehlakçı  inhisarçılığı  (monopsoniya),  bazarda 
çoxlu sayda satıcı olduğu halda, yalnız bir alıcının olduğu-
nu nəzərdə tutur. Buna misal kimi pambıq, yun, çay, bara-
ma, mürəkkəb mexanizmlər, xüsusi avadanlıqlar, dağ-mə-
dən sənayesində istifadə olunan ağır  yük  maşınlarını  gös-
tərmək olar ki, nəticədə yüksək mənfəət əldə etmək imka-
nı yaranır. 
3. Təşkilati inhisarçılıq, istehlakçı birliklərin forma-
laşdırılması,  müxtəlif  sahələr  üzrə,  yaxud  sahələrarası, 
yaxud  da  regional  (bölgə)  qurumların,  təşkilatların  yara-
dılması  ilə  səciyyələnir.  Bu  istiqamət  bütövlükdə  iqtisa-
diyyatın inhisarlaşma səviyyəsinin  yüksəlməsini təmin et-
sə də, milli iqtisadiyyatlar üçün müəyyən problemlər yara-
dır. 
4. İdarəetmə inhisarçılığında dövlət və onun müva-
fiq orqanları, ölkənin təsərrüfat həyatının konkret subyekt-
ləri  kimi  iqtisadiyyatın  müxtəlif  istehsal-xidmət  dairəsi 
sahələrinin tənzimlənməsində, habelə fəaliyyətində iştirak 
edirlər.  Bu  meyl,  inzibati-amirlik  sistemlərinə  və  totalitar 
siyasi-ictimai quruluşlara xas olan bir cəhətdir. 
ç)  İqtisadçılar  və  mütəxəssislər  arasında  uzun  illər-
dən  bəri  mübahisələr  davam  etməkdədir  ki,  istər  tarixən 
keçdiyi ziddiyyətli inkişaf yolu və onun müəyyən (konkret 
mərhələləri,  istərsə  də  müasir  iqtisadi  inteqrasiya,  qlobal-
laşma  prosesləri,  tədricən  vahid  dünya  təsərrüfat  siste-
minin formalaşması baxımından, inhisar birliklərinin müx-
təlif şirkətlərinin rəqabət  mühitindəki fəaliyyəti öz sosial-
iqtisadi  nəticələrinə  görə,  bütövlükdə  cəmiyyət  üçün  nə 
dərəcədə səmərəlidir?        . 
Bir qrup iqtisadçının fikrincə, onların öz texniki-tex-
noloji  və  investisiya  imkanlarından  daha  səmərəli,  habelə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə