3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   79

190 
 
masına güclü təsir göstərmək imkanlarına malikdir. 
İnhisarların  (monopoliyaların)  olması  və  ölkənin  tə-
sərrüfat  həyatının  müəyyən  sahələrində  aparıcı  mövqe 
tutması hadisəsi, hələ eramızdan əvvəl qədim yunan alimi 
Aristotel (384-322) tərəfindən göstərilmişdi.  O, Yunanıs-
tanda  zeytun  istehsalı  və  dəmir  məmulatları  satışında  in-
hisarların olduğunu qeyd etmişdi. 
Orta  əsrlərdə  inhisarçılıq  meylləri  özünü,  o  dövrün 
təsərrüfat  həyatında  mühüm  yer  tutmuş  və  müxtəlif  təyi-
natlı  məhsullar  hazırlayıb-satan  sexlərin  fəaliyyəti  nümu-
nəsində meydana çıxarmışdı. 
Yeni tarixi dövrdə, xüsusilə XIX əsrin ikinci yarısın-
dan  başlayaraq  elmi-texniki  kəşflər,  mütərəqqi  texnolo-
giya  bazasında  sənaye,  tikinti,  kənd  təsərrüfatı,  nəqliyyat, 
məlumat-informasiya  sahəsindəki  nailiyyətlər  istehsalın 
mərkəzləşməsi  və  təmərküzləşməsi  prosesləri  təməlində 
iri istehsal-xidmət birliklərinin, yəni inhisarların (monopo-
liyaların,  təkəlliyin)  formalaşmasını  keyfiyyətcə  yeni  bir 
mərhələyə  qaldırmışdır.  XIX  əsrin  sonu  və  XX  əsrin  əv-
vəllərindən yeni bir vüsət almış bu proses, klassik model-
lərin  yeni  formaları,  çalarları  ilə  zənginləşərək,  bizim 
günlərimizdə  də  öz  mürəkkəblikləri,  habelə  ziddiyyətləri 
ilə davam etməkdədir.  
Xalis, yaxud mütləq inhisar (monopoliya) bir şirkətin 
müəyyən  bir  məhsulun,  yaxud  məhsullar  qrupunun,  xid-
mətin, iqtisadi resursun istehsalçısı (satıcısı) olmasıdır. Bu 
məhsul atom reaktoru, təyyarə mühərriki, futbol topu, me-
bel,  kompüter,  ov  tüfəngi,  qol  saatı,  pepsi  ola  bilər.  Eyni 
tipli məhsulu bir müəssisə, şirkət də, eyni zamanda müəy-
yən sahə də istehsal edib, bazara satışa çıxara bilər. Xalis 
(mütləq)  inhisar  bazarını  aşağıdakı  xüsusiyyətlər  səciy-


191 
 
yələndirir: 
-
 
Xalis inhisarçı şirkət bazara tam nəzarət edir. 
-
 
İstehsal  olunmuş  əmtəələrin,  göstərilən  xidmətlə-
rin əvəzləyicisi, yaxud analoqu yoxdur. 
-
 
Xalis  rəqabət  bazarına  daxil  olmaq,  rəqiblər  üçün 
tam bağlıdır. 
-
 
Bazar qiymətləri xalis inhisarçı şirkətin tam nəza-
rəti altındadır. 
-
 
İstehsalın  həcmini  artırıb-azaltmaq  məsələsi  xalis 
inhisarçı şirkətin tam səlahiyyəti və ixtiyarındadır. 
-
 
Xalis  inhisarçı  şirkət  yüksək  mənfəət  əldə  etmək 
məqsədilə  öz  istehsal  həcmini  və  qiymətləri  dəyişdirə  bi-
lər.  
-
 
Xalis  inhisarçı  şirkət  bazarda  müəyyən  bir  məh-
sul-xidmətin  yeganə  istehsalçısı  və  satıcısı  olduğundan, 
onun reklama o qədər də ehtiyacı olmur. 
Azad  rəqabət  bazarının  tam  əksi  sayılan  xalis  (müt-
ləq)  inhisarçı  bazar,  real  təsərrüfat  həyatında  az  hallarda 
rast  gəlinən  bir  hadisə,  yaxud  fərziyyə  xarakteri  daşıyır. 
Lakin  bu  hadisəni  qeyri-rəqabət  bazarının  bir  modeli, 
yüksək  inhisarlaşdırılmış  bazarın  konkret  nümunəsi  kimi 
öyrənmək və onun özünəməxsus xüsusiyyətlərini hərtərəf-
li  təhlil  etmək,  şübhəsiz  gələcək  müqayisəli  araşdırmalar 
üçün zəruridir. 
İlk növbədə xalis inhisar bazarında iri kapitala malik, 
nəhəng  avtomobil,  metallurgiya,  energetika,  elektron  sə-
naye sahələri fəaliyyət göstərdiyindən, həmin bazara daxil 
olmaq  son  dərəcə  çətindir,  bəzən  də  mümkün  deyildir. 
Məsələn,  qiymətli  daş-qaş,  əlvan  metallar,  brilyant,  nadir 
kənd təsərrüfatı məhsulları istehsal edən sahələri buna nü-
munə göstərmək olar. 


192 
 
Müxtəlif  ölkələrin  hakimiyyət  orqanları  bir  sıra  şir-
kətlərə uzunmüddətli patent və lisenziyalar verməklə, baş-
qalarının  bu  sahəyə  daxil  olması  yolunda  aşkar  əngəllər 
törətmişlər "Xerokx" surətçıxarma cihazları, “Kodak” foto 
aparatları və materialları, "Gillette" üzqırxanları, "General 
Elektrik"  avadanlıqları,  "Boinq"  təyyarələri,  "De  Beers" 
almaz  korporasiyalarının  təşkili,  istehsal-satış  fəaliyyəti, 
bu prinsiplərə əsaslanmışdır. 
Xalis  inhisarçı  şirkətlər  eyni  zamanda  hazırladıqları 
məhsulların xammal mənbələrini də öz nəzarətlərində sax-
layırlar. ABŞ-ın “Aliminum K°", Kanadanın "Nickel K°", 
CAR-nın  "De  Beers"  almaz  korporasiyasının  fəaliyyəti 
buna  misaldır.  Ayrı-ayrı  şirkətlər  bazarda  öz  inhisarçı  is-
tehsalçı  və  satıcı  mövqeyini  qoruyub  saxlamaq  üçün  qiy-
mətləri  kəskin  surətdə  aşağı  salmaq,  reklam  təbliğatını 
gücləndirmək, habelə digər vasitələrdən də istifadə edirlər. 
Xalis inhisarın xüsusi bir forması kimi səciyyələnən 
təbii inhisar - istehsalın miqyas, həcm, sahə, texniki-tex-
noloji  xüsusiyyətlərinə  görə  rəqabətin  özünü  doğrultma-
dığı,  yaxud  məqsədəuyğun  hesab  edilmədiyi  və  bazarın 
əmtəə-xidmətlərə olan tələbatının minimum xərclərlə başa 
gəlməsini  təmin  edən  inhisarçı  təsərrüfatçılıq  fəaliyyəti 
formasıdır. 
Təbii  inhisar  anlayışı  ilk  dəfə  1838-ci  ildə  fransız 
iqtisadçısı A.Kurno tərəfindən elmi dövriyyəyə daxil edil-
mişdir. Bu sözün hərfi mənası - ictimai, yəni dövlət təmi-
natlı xidmətlər göstərilməsi və  məhsullar istehsalının, cə-
miyyətin müxtəlif təyinatlı tələbatlarının ödənilməsinə yö-
nəldilməsidir. 
Müasir  iqtisadi  inteqrasiya  və  qloballaşma  proseslə-
rinin  genişlənib-dərinləşdiyi  bir  şəraitdə,  müxtəlif  ölkələ-


193 
 
rin  təsərrüfat  həyatında,  həm  dövlət  mülkiyyətində,  həm 
də  xüsusi  (səhmdar,  korporasiya)  mülkiyyətdə  olan  təbii 
inhisarlar  fəaliyyət  göstərirlər.  Onların  çoxcəhətli  fəaliy-
yəti  ölkənin  müvafiq  qanunları  və  dövlətin  iqtisadi  tən-
zimləmə tədbirləri vasitəsilə həyata keçirilir. 
Dünya təsərrüfat həyatı təcrübəsi sübut edir  ki, təbii 
inhisarlara cəmiyyət üçün sosial əhəmiyyətə malik, ictimai 
istifadədə olan, xüsusi və dövlət mülkiyyətindəki  energe-
tika,  qaz-yanacaq  sistemi,  dəmir  yolu  nəqliyyatı,  met-
ro,  müxtəlif  təyinatlı  yeraltı-yerüstü  kəmərlər,  rabitə-
poçt xidməti, telefon, kabel televiziya şəbəkəsi və sairə 
daxildir.  Təbii  inhisarların  fəaliyyətinin  şərtləndirən  sə-
bəblər aşağıdakılardır: 
a)
 
dünyanın  müxtəlif  ölkələrində,  o  cümlədən  də 
Azərbaycan  Respublikasında,  müəyyən  istehsal-xidmət 
sahəsinin  bir  şirkət  (birlik)  bazasında,  daha  az  xərclərlə, 
konkret ərazidə, tələb olunan həcmdə və səviyyədə fəaliy-
yətinin daha səmərəli təşkilinin mümkün olması; 
b)
 
təbii  inhisarların  məhsul  istehsalı  və  xidmətlər 
göstərməsi  (satışı)  həcminin,  həmin  sahənin  texniki-tex-
noloji xüsusiyyətləri nəzərə alınmaqla, minimum xərclərlə 
fəaliyyətinə imkan yaratması; 
c)
 
təbii  inhisarların  fəaliyyət  göstərdiyi  istehsal- 
xidmət sahələrində, bazar münasibətləri iqtisadi sisteminə 
xas olan rəqabət mübarizəsinin, son iqtisadi-sosial nəticə-
lər baxımından məqsədəuyğun və səmərəli sayılmaması; 
d)
 
təbii inhisarların fəaliyyətinin məhdudlaşdırılma-
sı,  yaxud  qadağan  olunması  xəttinin,  iri  məbləğdə  inves-
tisiyalarla bağlı olub, həmin sahələrin maddi-texniki baza-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə