182
markalar (hər il keçirilən bazar) və auksionlarla (hərrac-
larla) başlanmışdır. Dünyada ilk birja – 1531-ci ildə Ni-
derlandın (Hollandiya) Antiverpen şəhərində təşkil olun-
muşdur. Sonralar, 1566-cı ildə bu cür birja Londonda,
1703-cü ildə Sankt-Peterburqda, 1792-ci ildə Nyu-York-
da, 1887-ci ildə Bakıda açılmışdır. Hazırda Azərbaycan
Respublikasında rəsmi qeydiyyatdan keçmiş bir sıra birja-
lar fəaliyyət göstərməkdədir.
Ümumiləşdirilmiş şəkildə qeyd etmək lazımdır ki,
bazar infrastrukturunun tərkibinə aşağıdakılar daxil edilir:
- Əmtəə (xidmət), kapital (fond, valyuta), əmək bir-
jaları;
- Auksion (hərrac) və yarmarkalar («illik bazar»);
- Kommersiya bankları və kredit sistemi;
- Əhalinin məşğulluğu ilə əlaqədar müvafiq mərkəz-
lər və onların yerli idarələri;
- Rabitə və məlumat təşkilatları;
- Vergi orqanları;
- Sığorta təşkilatları, agentlikləri;
- Lizinq xidməti;
- Reklam agentlikləri;
- Ticarət palatası;
- Gömrük sistemi idarələri;
- Keyfiyyətə nəzarət edən orqanları;
- İstehlakçıların mənafeyini qoruyan təşkilatlar, qu-
rumlar;
- Auditor palatası və xidməti;
- Məsləhət və hüquq xidməti qurumları;
- Sahibkarlığa kömək göstərən dövlət və ictimai
fondlar;
- Antiinhisar qurumları və təşkilatları;
183
- Kadr hazırlığı ilə məşğul olan ali və orta iqtisadi
təhsil məktəbləri;
- Sərbəst (azad) iqtisadi zonalar.
Kompleks halda bazar münasibətlərinin formalaş-
masına xidmət göstərən bu infrastrukturun vəzifələrinə
daxildir: a) bazar iqtisadiyyatı subyektləri və iştirakçıların
maraqlarına xidmət göstərmək; b) bazar iştirakçılarının
apardıqları müxtəlif əməliyyatların hüquqi və iqtisadi rəs-
miləşdirilməsini asanlaşdırmaq; c) ölkədə real bazar mü-
nasibətlərinin formalaşdırılmasına hərtərəfli yardım gös-
tərmək.
Xüsusi və qarışıq mülkiyyət, azad və sərbəst sahib-
karlıq fəaliyyəti, yerli kapital və xarici investisiyalardan
bacarıqla faydalanmaq əsasında formalaşan bazar iqtisa-
diyyatı, hələlik bəşəriyyətin kəşf etdiyi ən optimal iqtisadi
sistemdir.
Bazar sistemi, bütövlükdə daxili və xarici bazarların
vəhdətini nəzərdə tutur. Real həyatda rastlaşdığımız müx-
təlif bazar tiplərini aşağıdakı kimi qruplaşdırmaq olar:
-
coğrafi baxımdan (yerli, bölgə, ümumi, dünya
bazarı); iqtisadi təyinatı baxımdan (istehsal vasitələri,
istehlak şeyləri, qiymətli kağızlar, iş qüvvəsi, valyuta, əm-
lak, intellektual əmək bazarı); mal və xidmətlərlə təmi-
natına görə (tarazlı, bol, qıt bazar); rəqabətə görə (azad,
inhisarçı, qarışıq bazar); kamillik dərəcəsinə görə (inki-
şaf etməmiş, inkişaf etmiş, formalaşmaqda olan bazar);
qanunvericilik tələbləri baxımından (leqal, qeyri- leqal
bazar); satış üsullarına görə (topdansatış, pərakəndə satış
bazarı); istehsal sahələri baxımından (avtomobil, kom-
püter, neft, taxıl, paltar, ayaqqabı, kosmetika bazarı).
184
MÖVZU 12.
BAZAR RƏQABƏTİ VƏ İQTİSADİYYATDA
İNHİSARÇILIQ
a)
Rəqabətin mahiyyəti və məzmunu.
b)
Rəqabətin tipləri və modelləri.
c)
İqtisadiyyatda inhisarçılıq və onun tarixi formaları.
ç) İnhisarçılığın sosial-iqtisadi nəticələri.
d)
Antiinhisar qanunları və dövlətin bu istiqamətdə tədbir-
ləri.
a)
Latın dilindən götürülmüş "konkurent" sözü, "toq-
quşma", "yarış", "qarşıdurma" mənasını verərək, rəqabət
anlamında bazar iştirakçıları arasında daha yaxşı istehsal
şəraiti, əmtəə-xidmətlərin satışı, yüksək mənfəət əldə et-
mək uğrunda müxtəlif (qanuni və qanunsuz) üsullarla apa-
rılan iqtisadi mübarizə formalarıdır.
Rəqabətin meydana çıxması, tarixən xüsusi mülkiy-
yətin formalaşması və cəmiyyətdə əmək bölgüsünün ge-
nişlənib-dərinləşməsi nəticəsində, əmtəə-pul münasibətlə-
rinin inkişafı ilə bağlıdır. Rəqabət bazarın təbiətinə və
ruhuna xas keyfiyyət kimi alqı-satqı sövdələşmələrinin
reallaşdırılmasında həlledici rol oynayır. Rəqabət mübari-
zəsi prinsipləri bazarda qiymətləri, tələb-təklifi, istehsalın
həcmini tənzimləyir, məhsul və xidmətlərin bolluğunu
yaradır, alıcıların zövqünə, habelə alıcılıq qabiliyyətinə
uyğun dəyişiklikləri çevikliklə nəzərə alır. Bazarda rəqa-
bət mühitinin olması həm istehsalçılar arasında, həm isteh-
salçılarla istehlakçılar arasında, həm də istehlakçıların
185
(alıcıların) özləri arasında gedən aşkar-gizli mübarizəni
əks etdirir.
Rəqabət mübarizəsi bazar iştirakçılarını həmişə tə-
ləb-təklif dəyişikliklərini nəzərə almağa məcbur edir, is-
tehsal-xidmət dairəsinin fəaliyyətini, işini təkmilləşdir-
məyə həvəsləndirir, istehsalın gələcək inkişafı üçün işgü-
zar maraq yaradır. Tanınmış iqtisadçı alim və mütəxəs-
sislər rəqabəti "yeniliklə köhnəliyin mübarizə meydanı"
(J.Şumpeter), "yeni imkanlar açan bir vasitə" (F.Xayek),
"istehsalın strukturunun kəmiyyət və keyfiyyət təkmilləş-
diricisi" (C.Robinson, E.Çemberlin) kimi qiymətləndir-
mişlər.
Rəqabət mübarizəsi mühitində bazar iştirakçılarının
müəyyən uğurlar qazanmaq imkanları olduğu kimi eyni
zamanda qazandıqlarını itirmək, hətta tamam müflis ol-
maq təhlükəsi, riski də vardır. Ona görə də sahibkarlar və
şirkətlər həmişə müxtəlif istehsal-xidmət məsələlərində
bir-birini qabaqlamağa, texniki-iqtisadi göstəricilərini yax-
şılaşdırmağa, reklam təbliğatından daha dolğun surətdə
faydalanmağa çalışırlar.
Belə bir mürəkkəb və ziddiyyətli, çox vaxt son iqti-
sadi-sosial nəticələrini əvvəlcədən müəyyənləşdirmək çə-
tin olan bazar münasibətləri şəraitində aparılan qeyri-
bərabər rəqabət mübarizəsi bəzən zəifləyib, bəzən güclən-
sə də, lakin heç vaxt dayanmamış, həmişə olmuş, indi də
var, şübhəsiz gələcəkdə də olacaqdır.
Görkəmli iqtisadçı, rəqabət problemi üzrə məşhur
mütəxəssis Maykl Porterin (ABŞ) işləyib, hazırladığı
aşağıda verilmiş sxemindən rəqabət mübarizəsinin 5 gücü-
nü (istiqamətini) görmək olar:
Dostları ilə paylaş: |