3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   79

186 
 
Rəqabətin 5 gücü 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmin  sxemdə  rəqabət  mübarizəsinin  müxtəlif  isti-
qamətlərini  (əmtəə-xidmətlərin  satıcıları  arasında;  əvəzlə-
yici  əmtəə-xidmətlərin  satıcıları  arasında;  bazarı  xammal 
və  hazır  məhsullarla  təchiz  edənlər  arasında;  alıcılar 
arasında) şərtləndirən amillər öz əksini tapmışdır. 
 
Eyni zamanda həmin sxemin təhlili, "rəqabətin hərə-
kətverici  qüvvəsi"  adlandırılan  amillərin  bu  prosesin  in-
tensivləşdirilməsi gedişinə necə təsir etdiyini aydınlaşdırır. 
Həmin amillər sırasında aşağıdakıları göstərmək olar: 
-
 
uzunmüddətli  artım  templərinin  aşağı  düşməsi 
meyli,  fəaliyyət  göstərən  şirkət  və  istehsal-xidmət  sahələ-
rinin sayının azalması ilə nəticələnir yaxud əks proses baş 
verir; 
-
 
alıcı tələbinin müəyyən əmtəə-xidmətlərə olan əv-
vəlki  səviyyəsinin  dəyişməsi,  həmin  şirkətlərin  tədricən 
sıradan çıxmasına səbəb olur
-
 
yeni məhsullar istehsal edib, bazara çıxaran şirkət-
lərin  fəaliyyətinin  genişlənməsilə  yanaşı,  "mühafizəkar" 
Əvəzləyici əmtəə-xidmətləri 
bazara çıxaran şirkətlərin rəqabəti 
 
Bazarı  xammal 
və  hazır  məhsul-
larla təchiz edən-
lərin rəqabəti 
 
Eyni adlı əmtəə-
xidmətlərin satıcıları 
arasında rəqabət 
 
Alıcıların rəqabəti 
 
Yeni rəqiblərin bazara daxil olmaq 
uğrunda rəqabəti 
 


187 
 
(dəbdə  olmayan)  məhsullar,  habelə  alıcı  zövqünü  təmin 
etməyən mallar istehsal edən şirkətlərin sayı azalır; 
-
 
istehsalın  texniki-texnoloji  cəhətdən  təkmilləşdi-
rilməsi əsasında, onun həcmində və qiymətlərində səmərə-
liliyin dəyişməsi baş verir
-
 
əvvəlki rəqiblərin yeni texnika və texnologiyadan 
istifadəsinə dair məhdudiyyətlər aradan qaldırılır; 
-
 
iqtisadi islahatların həyata keçirilməsi və yeni hü-
quq - normativ aktların qəbul olunması nəticəsində, dövlə-
tin  iqtisadi  siyasətində  müəyyən  dəyişikliklər  nəzərdə 
tutulur; 
-
 
inteqrasiya və qloballaşma proseslərinin genişlən-
məsi, habelə "açıq iqtisadiyyat" prinsiplərinin tələbləri nə-
ticəsində,  daxili  bazara  beynəlxalq  səviyyəli  xarici  rə-
qiblərin müdaxiləsi güclənir. 
b)
 
Bazar  münasibətləri  iqtisadi  sistemi  reallığında, 
sahibkarlıq və işgüzar biznes fəaliyyətinin səmərəliliyinin 
yüksəldilməsinin əsas şərtlərindən sayılan rəqabət mübari-
zəsini  başqa  üsullarla  əvəz  etmək,  yaxud  onu  inzibati 
yollarla  məhdudlaşdırmaq,  hətta  qadağan  etmək  cəhdləri 
həmişə  uğursuzluqla  nəticələnmişdir.  Çünki  bəşəriyyətin 
çoxəsrlik  təsərrüfat  həyatı  təcrübəsi  sübut  etmişdir  ki, 
bazar  yalnız rəqabət  prinsipləri  əsasında inkişaf edib tək-
milləşərək,  cəmiyyətə  və  sosial-iqtisadi  inkişafa  xidmət 
göstərə bilər. Rəqabətin aparılmasının başlıca məqsədi isə 
bazar  subyektlərinin,  yəni  həm  satıcıların,  həm  də  alıcı-
ların  azad,  sərbəst,  müəyyən  olmuş  qayda-qanunlara 
riayət etmək əsasında daha yüksək mənfəət əldə etməkdir.   
İqtisadi nəzəriyyədə bazardakı rəqabətin mahiyyətin-
dən  asılı  olaraq,  bu  rəqabətin  sərbəst  və  inhisarçı  kimi  2 
tipi; 4 modeli (mükəmməl, inhisarçı, oliqapoliya, xalis in-


188 
 
hisar) təhlil olunur. 
 Mükəmməl  (kamil,  azad,  sərbəst,  sağlam)  rəqabət 
bazarında,  eyni  adlı  məhsul  istehsalçıları-satıcıları  ilə  is-
tehlakçılar  arasında,  hamı  tərəfindən  qəbul  olunmuş  "gö-
rünməz  əl"  (A.Smit)  prinsipi  əsasında  normal,  halal  rəqa-
bət  mübarizəsi  gedir.  Bu  rəqabətin  məntiqi  və  mahiyyəti 
onunla izah olunur ki, bazarda  eyni adlı, standart  məhsul 
istehsal  edib  satışa  çıxaran  çoxsaylı şirkətlər, habelə  say-
sız-hesabsız alıcılar iştirak edirlər. 
Məhsul  istehsalçıları  əmtəə-xidmətlərin  satış  həcmi-
nin,  miqdarının  müəyyənləşdirilməsində,  alıcılar  isə  öz 
konkret  seçimlərində  sərbəst  olduqları  halda,  onlar  qiy-
mətlərə təsir göstərə, başqa istehsalçıların, yaxud alıcıların 
işinə qarışa və digərlərinin bazara daxil olmasına mane ola 
bilməzlər. 
Buna səbəb odur ki, həm çoxsaylı istehsalçılar, həm 
də  alıcılar  vahid  rəqabət  bazarının  eyni  hüquqlu  iştirak-
çıları  kimi  ayrı-ayrılıqda  hərəkət  etdiklərindən,  "dağınıq" 
olduqlarından,  müstəqil  sürətdə  qərarlar  qəbul  etdiklərin-
dən,  onların  bazarda  baş  verən  proseslərə,  xüsusilə  qiy-
mətlərin formalaşmasına təsiri çox az olub, yox dərəcəsin-
dədir. 
Məsələn taxılçılıqla məşğul olan fermer, ayaqqabı is-
tehsal  edən  şirkət,  mebel  istehsalçısı  "böyük"  rəqabət  ba-
zarının  "kiçik"  iştirakçısı  olduğundan,  istər  istehsalın 
ümumi  həcminə,  istərsə  də  orada  formalaşan  qiymətlərə 
təsir  göstərmək  imkanlarından  məhrumdur.  Çünki  azad 
rəqabət  bazarında  qiymətlər  əvvəlcədən  verilmiş,  kənar 
(ekzogen) kəmiyyət olduğundan, bazarın hər bir iştirakçısı 
bu "oyun qaydasını" qəbul etməlidir. Rəqabət bazarının bu 
qaydalarını bəyənib-bəyənməmək olar, lakin onun "iqtisa-


189 
 
di oyun qaydalarını" ləğv etmək mümkün deyildir. Bunun 
üçün cəmiyyətin təsərrüfat həyatı və iqtisadi münasibətlər 
sistemi  dəyişməlidir.  Sərbəst  rəqabət  bazarının  fərqlən-
dirici xüsusiyyətləri kimi aşağıdakıları göstərmək olar: 
1.
 
Bazarda öz məhsul-əmtəə və xidmətləri ilə iştirak 
edən  istehsalçıların  (satıcıların),  eyni  zamanda  istehlak-
çıların (alıcıların)sayı çoxdur. 
2.
 
Sərbəst  rəqabət  eyni  adlı,  çeşidli,  standart  əmtəə- 
məhsulları əhatə edir və onlara aiddir. 
3.
 
Bazarda  qiymətlər  üzərində  nəzarət  yoxdur,  o 
tələb-təklif qanunu əsasında formalaşır. 
4.
 
Sərbəst rəqabət bazarına daxil olmaq, orada isteh-
salçı-satıcı və istehlakçı-alıcı kimi iştirak etmək, yaxud bu 
bazarı tərk etmək üçün heç bir ciddi maneə yoxdur. 
5.
 
Bu  bazar  haqqında  məlumat  toplamaq  və  orada 
gedən prosesləri izləmək, hamı üçün açıqdır. 
Qeyd  etmək  lazımdır  ki,  sərbəst  (azad)  rəqabət  ba-
zarı anlayışı nəzəri, abstrakt bir model olub, real həyatda 
çox  az,  məsələn  taxıl,  qiymətli  kağızlar,  balıq,  gül-çiçək, 
tez xarab olan məhsullar, valyuta bazarlarında təsadüf olu-
nan haldır. Lakin bu sadə bazar vəziyyəti, bir çıxış nöqtəsi 
kimi başqa tip bazar modellərini təhlil etmək üçün nümu-
nədir. 
Mükəmməl  (sərbəst)  rəqabət  bazarının  əksi,  qeyri- 
mükəmməl  rəqabət  bazarı  tipidir.  Buraya  inhisarçı  ba-
zar, oliqopoliya bazarı və xalis (mütləq) inhisarçı rəqa-
bət bazarı daxildir. 
Ümumiyyətlə  inhisar  və  inhisarçılıq  dedikdə,  bazar-
da kiçik bir qrupun istehsal yaxud satış dairəsində ağalığı 
nəzərdə  tutulur.  Bu  qrup  əmtəə-xidmətlərin  istehsal  həc-
minə,  onların  təklifinə  və  bazar  qiymətlərinin  formalaş-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə