3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   79

170 
 
alıcıların  zövqünün  formalaşması  prosesinə  güclü  təsir 
göstərir. 
Qeyd  etmək  lazımdır  ki,  həm  tələbin,  həm  təklifin 
formalaşmasına iki qrup amillər təsir göstərir. 
Birinci qrup amillər qiymətlərlə bağlıdır. Əmtəələrə 
və xidmətlərə bazarda müxtəlif amillərin təsiri altında for-
malaşan  qiymətlər,  tələblə-təklifə  bilavasitə  yaxud  dolayı 
yollarla  dəyişiklik  gətirirlər.  Aydındır  ki,  qiymətlərin  art-
ması  ümumi  bir  meyl  kimi  tələbi  azaldacaqdır.  Əksinə, 
qiymətlərin  aşağı  düşməsi  meyli,  həmin  qrup  əmtəə  və 
xidmətlər olan tələbi artıracaqdır. 
Qeyri-qiymət amilləri də tələb və təklifin dəyişikli-
yinə öz təsirini göstərir. Məsələn, tələbə əhalinin gəlir sə-
viyyəsi;  bazarda  əvəzedici  məhsulların  (müxtəlif  meyvə-
lər,  paltaryuyucu  tozlar,  bitki  və  heyvan  yağları)  olması; 
yaxın  gələcəkdə  qiymətlərin  dəyişə  biləcəyi  ehtimalı; 
mövsüm  xarakterli  dəyişikliklər;  əhalinin  zövq  və  istəyi, 
yaxud  dəb  dəyişiklikləri;  ailə  tərkibi,  əhalinin  yaş  və  cins 
tərkibi; müxtəlif xəbərlər və şayiələr bəzən müsbət, bəzən 
də mənfi rol oynayaraq, tələblə-təklifə hiss olunacaq dərə-
cədə təsir göstərə bilir. 
Təklifə  də,  qiymət  amillərilə  yanaşı,  qeyri-qiymət 
amilləri də öz təsirini göstərə bilir. Bu amillərdən istehsa-
lın texnika və texnologiyasının təkmilləşdirilməsini; əvəz-
edici əmtəə və xidmətlərin bazara çıxarılmasını; satıcıların 
sayının  artıb-azalmasını;  məhsul  bolluğu  yaxud  qıtlığını; 
reklam vasitələrinin rolunu göstərmək olar. 
b)
 
Təsərrüfat həyatı təcrübəsindən məlumdur ki, bazar-
da  hər  hansı  bir  əmtəənin  (xidmətin)  qiymətinin  dəyişməsi, 
yəni onun bahalaşması, yaxud ucuzlaşması şübhəsiz tələb və 
təklifin də həcmində müəyyən dəyişikliklər yaradır. 


171 
 
Qiymətlə, məhsulun satış həcmi arasında olan bu sıx, 
dialektik, üzvi asılılıq tələb və təklifin elastikliyi anlayışı-
nın əsasını təşkil edir. Lakin unutmaq olmaz ki, insanların 
tələbatları, zövqləri, imkanları müxtəlif olduğundan tələb-
lə-təklifin dəyişməsinin nəticələri həmişə eyni cür alınma-
yacaqdır. Bu halda müxtəlif variantlar qarşıya çıxa bilər: 
a)  Tələb  artarsa,  təklif  isə  dəyişməz  qalarsa,  qiymət 
yüksələcəkdir; 
b) Tələb azalarsa, təklif isə dəyişməz qalarsa, qiymət 
aşağı düşəcəkdir; 
c)  Təklif  artarsa,  tələb  isə  dəyişməz  qalarsa,  qiymət 
aşağı düşəcəkdir; 
ç) Təklif azalarsa, tələb isə dəyişməz qalarsa, qiymət 
yüksələcəkdir. 
İqtisadi nəzəriyyədə tələb və təklifin elastiklik səviy-
yəsini  müəyyənləşdirib  təyin  etmək  üçün  elastiklik vahi-
di,  yaxud  vahid  elastiklik  anlayışından  istifadə  olunur. 
Vahid  elastiklik  dedikdə,  qiymətin  azalması  səviyyəsinin 
(yaxud faizinin) tələbin artması səviyyəsinə (faizinə) bəra-
bərliyi başa düşülür. Bu o deməkdir ki, qiymət 2 dəfə azal-
dıqda,  tələb  (satış)  da  2  dəfə  artmışsa  bu  məhsulla  bağlı 
tələbin  elastiklik  vahidi  (E=1)  olacaqdır.  Yaxud,  təklif  2 
dəfə  artdıqda,  qiymət  də  2  dəfə  aşağı  düşərsə,  elastiklik 
vahidi yenə (E=1) olacaqdır. 
Elastiklik  vahidindən  kənarlaşma  halları,  yəni  tələb-
təkliflə əmtəə (xidmətlər) satışından əldə olunan məbləğin 
dəyişməsi,  elastiklik  və  qeyri  –  elastiklik  anlayışları  ilə 
izah  olunur.  Əgər  əmtəə  (xidmət)  qruplarının  qiymətinin 
azalması nəticəsində satışın artmasından əldə edilən gəlir, 
qiymətin  azalmasından  itirilən  gəlirdən  çox  olarsa  (yəni 
1
Е

),  gəlir  elastik  adlanacaqdır.  Əksinə,  qiymətin  aşağı 


172 
 
düşməsindən itirilən gəlir, bunun nəticəsində tələbin (yəni 
satışın)  artmasından  əldə  edilən  gəliri  ötərsə,  şübhəsiz 
tələb qeyri-elastik (E<1) olacaqdır. 
Tələbin qiymətlə bağlı elastikliyi dedikdə, məhsulun 
qiymətinin müəyyən qədər dəyişməsi nəticəsində ona olan 
tələbin  hansı  nisbətdə  dəyişməsi  başa  düşülür.  Bu  asılılıq 
belə ifadə olunur:    
П
П
:
Г
Г
Е
п
д



 
Burada 
Г

  -  tələb  olunan  məhsulun  (xidmətin)  sə-
viyyəsindəki dəyişikliyi
   
  Q - ilkin tələb səviyyəsini 
   
 
П

- qiymətin dəyişmiş səviyyəsini 
   
   P - qiymətin ilkin səviyyəsini əks etdirir. 
Deməli, E- göstərir ki, burada söhbət tələbin (d) qiy-
mətlə bağlı (p) elastikliyindən gedir. 
Təklifin qiymətlə bağlı elastikliyi aşağıdakı kimi ifa-
də olunur:  
p
p
Q
Q
Е
p
s



:
 
Burada  təklifin  (s)  qiymətlə  bağlı  (p)  elastikliyi  (E) 
öz əksini tapmışdır.   
Qeyd  edək  ki,  tələbin  və  təklifin  elastikliyi  arasında 
oxşarlıq  vardır.  Lakin  fərq  ondadır  ki, 
Г

  birinci  halda 
alıcı tərəfindən tələb edilən məhsulun səviyyəsindəki dəyi-
şikliyi;  ikinci  halda  isə  satıcılar  tərəfindən  təklif  olunan 
məhsulun səviyyəsindəki dəyişikliyi göstərir. 
c)
 
Bazar  iqtisadiyyatı  şəraitində  hər  şey  qiymət  - 
dəyər  meyarları ilə başlayır və qiymətlə də qurtarır. 
Qiymət sistemi və onun düzgün formalaşması bütöv-


173 
 
lükdə  sağlam  iqtisadiyyatın  inkişafında  mühüm  rol  oyna-
yır. Aydındır ki, qiymət vasitəsilə istehsalçı ilə istehlakçı, 
müəssisələrlə  dövlət,  dövlətlə  əhali,  müəssisələrlə  icarə-
darlar,  müəssisə  ilə  müəssisə  arasındakı  iqtisadi  münasi-
bətlər tənzimlənir. 
Qiymət-istehsal proseslərinin son nəticələrini özündə 
yekunlaşdıran bir ölçü meyarıdır. 
Qiymət  barəsində  iqtisadi  nəzəriyyə  tarixində  irəli 
sürülmüş  müxtəlif  fikirləri  təhlil  edərək,  məsələyə  kom-
pleks halında yanaşsaq, əmtəələrin (xidmətlərin) qiymətin-
də  xərclər,  sərf  olunan  vaxt,  faydalılıq,  resursların  məh-
dudluğu kimi amillər öz əksini tapmışdır. Şübhəsiz, yalnız 
bu amillərin kompleks şəkildə nəzərə alınması, əmtəələrin 
(xidmətlərin)  qiymətlərinin  düzgün  formalaşdırılmasını 
təmin edə bilər. 
Məlumdur  ki,  bazara  çıxarılan  hər  bir  əmtəə,  yaxud 
xidmət  əsasən  tələb  və  təklifin  təsiri  altında  formalaşan 
bazar  qiymətinə  uyğun  olaraq  satılır.  Deməli,  bazar  qiy-
məti orada reallaşdırılan hər hansı bir əmtəənin (xidmətin) 
qiymətidir. 
Bazarda  yaranmış  vəziyyətlə  bağlı,  bu  və  ya  digər 
məhsul  öz  qiymətindən  (dəyərindən)  baha  satıla  bilər. 
Buna  səbəb,  həmin  məhsul  üzrə  bazarda  tələbin  təklifdən 
çox olmasıdır. Bu halda üstünlük istehsalçının və satıcının 
əlinə keçərək, nəticədə məhsul yüksək qiymətə satılır. Bu 
təklif qiyməti adlandırılır. 
Eyni  zamanda  ola  bilər  ki,  bazarda  alıcılara  təklif 
olunan  malların  və  müxtəlif  təyinatlı  xidmətlərin  həcmi, 
alıcıların tələbindən çoxdur. Təbiidir ki, bu halda (əlbəttə, 
müəyyən  istisnalarla)  tələb  qiyməti,  həmin  əmtəələrin 
(xidmətlərin) bazar qiymətindən aşağı düşəcəkdir. Bu, tə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə