162
Bazarın subyektləri:
1.
Sahibkarlar, işgüzar biznes adamları;
2.
Bazarda işləyənlər (satıcılar, fəhlələr, xidmətçilər);
3.
İstehlakçılar və son alıcılar;
4.
Borc kapitalı sahibləri (sələmçilər, faizə pul ve-
rənlər);
5.
Qiymətli kağız sahibləri;
6.
Xırda ticarətlə məşğul olanlar, dəllallıq edənlər;
7.
Digərləri (tüfeylilər, cinayətkar ünsürlər və s.).
Qeyd edək ki, ümumiləşdirilmiş şəkildə bazar sub-
yektlərini 4 qrupa ayırmaq mümkündür:
İş qüvvəsi bazarı
Maliyyə-kapital bazarı
İstehsal vasitələri
bazarı
İnformasiya və
intellektual məhsullar
bazarı
Əmtəə-xidmətlər
bazarı
Bazarın
quruluşu
Valyuta və qiymətli
kağızlar bazarı
Texnologiya bazarı
Mənəvi nemətlər
bazarı
163
I. Ev təsərrüfatı subyektləri qrupu. Buraya təkba-
şına, yaxud ailəvi istehsal-xidmət dairəsində fəaliyyət gös-
tərənlər daxil edilirlər.
II. Müəssisə və şirkətlərdən ibarət subyektlər qru-
pu. Buraya gəlir əldə etmək məqsədiylə başqalarını da işə
cəlb etməklə istehsal və biznes fəaliyyəti ilə məşğul olan-
lar daxil edilir.
III. Banklar və bank işinin normal fəaliyyətini tən-
zim edən maliyyə-kredit orqanları ayrıca bir subyektlər
qrupunu təşkil edir.
IV. Dövlət idarəetmə orqanları və təşkilatları bazar
subyektlərinin xüsusi bir qrupunu təşkil edərək, cəmiyyə-
tin ümumi təsərrüfat həyatında ictimai istehsalın gedişini
tənzimləyir, habelə onların fəaliyyəti üzərində nəzarəti
həyata keçirir.
Müxtəlif subyekt qrupları arasında bazar iqtisadiy-
yatı şəraitində müəyyən əlaqə vardır və onların fəaliyyəti
biri-birini tamamlayır.
c)
Bazarın ən qədim zamanlardan başlayaraq indi-
yədək keçdiyi uzun və mürəkkəb inkişaf yolu, onun aşağı-
dakı formaları (tipləri) olduğunu göstərir:
İnkişaf etməmiş bazar, elə bir formadır ki burada
bazar münasibətləri hələ təsadüfü xarakter daşıyır. Bu tipli
bazar formasında məhsulların bir-biri ilə dəyişdirilməsinə,
barter əlaqələrinə, natural mübadiləyə daha çox üstünlük
verilir. Əmək bölgüsünün geniş yayılmadığı, əmtəə-pul
münasibətlərinin zəif inkişaf etdiyi, xarici ticarət əlaqə-
lərinin məhdud çərçivələri daxilində inkişaf etməmiş bazar
forması, öz tarixi rolunu uzun illər boyu uğurla yerinə
yetirmişdir. Müasir şəraitdə də zəif inkişaf etmiş ölkələr-
də, bir sıra adaların ərazisində, ucqar yerlərdə inkişaf et-
məmiş bazar formasından iqtisadi əlaqələri həyata keçir-
164
mək üçün istifadə olunur.
Azad bazar (klassik, sərbəst, rəqabət bazarı). Bu ba-
zar formasının səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki,
həmin bazarda istər satıcıların, istərsə də alıcıların sayı
çox olub, qeyri məhduddur. Belə bazarda tələb-təklifin hə-
rəkətverici qüvvəsi sayılan rəqabət hökm sürür, bu isə öz
növbəsində bazara çıxarılan məhsulların miqdarına, key-
fiyyətinə, qiymətinə, ticarət xidməti səviyyəsinə müsbət
təsir göstərir.
Şübhəsiz, azad bazar forması müxtəlif nöqsanlara
malik olsa da, lakin orada inhisar, iqtisadi, inzibati əngəl-
lər, maneələr, baryerlər yoxdur.
Tənzimlənən bazar. Bu bazar forması sivil və mə-
dəni ölkələrdə, qanun və prinsiplərin ali sayıldığı cəmiy-
yətlərdə fəaliyyət göstərir. Dövlət və onun idarəetmə or-
qanları elə müəyyən tədbirlər sistemi işləyib iqtisadi həya-
ta tətbiq edirlər ki, ölkənin çoxsahəli təsərrüfat həyatı
uğurla tənzimlənir. Bu kompleks tədbirlər sistemi ölkənin
gömrük-vergi, pul-kredit, xarici ticarət sahələrinə aid ola
bilər. Lakin aydındır ki, dövlətin iqtisadiyyatı tənzimləmə
siyasəti müəyyən optimal hüdudlar çərçivəsində həyata
keçirilərək, istehsalçıların sərbəstliyini, təşəbbüskarlığını
boğmamalıdır. Dövlət tənzimlənməsi iqtisadiyyatın bütöv-
lükdə inkişafı prosesinə yardımçı olmalıdır.
Mərkəzləşdirilmiş (planlı, inzibati-amirlik, əmrlə
idarə olunan) bazar formasında, dövlət bazarın fəaliyyəti-
nə hədsiz qaydada qarışır. Belə bir iqtisadi siyasət xəttinin
hansı iqtisadi-sosial nəticələrə gətirib çıxardığı, keçmiş
Sovet İttifaqı və sosialist birliyi ölkələrinin timsalında
özünü aydın göstərmişdir. Məhz mərkəzləşdirilmiş planlı
iqtisadi sistem bütün imkanlara malik olan nəhəng bir
ölkənin iqtisadiyyatını iflic vəziyyətinə salaraq, onun ifla-
165
sına səbəb oldu.
Qarışıq bazar, xüsusi sahibkarlığın, dövlət bölmə-
sinin, xarici kapital və işgüzar biznes nümayəndələrinin
optimal nisbətlər çərçivəsində (60: 30: 10, yaxud 50: 25:
25, yaxud 40: 30: 30,: faiz) fəaliyyət göstərdiyi bir forma-
dır.
Dünya təsərrüfat həyatı təcrübəsi göstərir ki, tədricən
qarışıq bazar forması özünü daha çox doğruldaraq iqtisa-
diyyatda aparıcı bazar formasına çevrilir.
Təsadüfi deyildir ki, amerikalı iqtisadçılar K.Mak-
konnell və S.Bryu «Ecоnомics» kitabında yazırlar: «Döv-
lət və xüsusi bölmələr böyük əhəmiyyət kəsb edirlər,
çünki onlar birlikdə güclü iqtisadiyyat yaradır. Bu isə in-
sanlara rahatlıq gətirir, onların ləyaqətini qoruyur və şəxsi
azadlıqlarını təmin edir».
İsveçrə iqtisadçısı V.Repke «Sərbəstlik, yoxsa əmr»
adlı əsərində göstərir ki, tam sərbəst bazar əslində bir növ
xaos, qarışıqlıq, nizamsızlıq yaradır. Geniş bazar münasi-
bətlərinə “dövlətin çox qarışması da istənilən nəticələri
vermir… Xüsusi və dövlət bölmələrinin ağıllı, optimal
nisbətinə əsaslanan qarışıq iqtisadiyyat, bu təməldə də
formalaşan qarışıq bazar, müasir dövrdə özünü daha çox
doğruldur”.
Tanınmış iş adamı C.Soros qeyd edir ki, bazar iqtisa-
diyyatına hədsiz aludəçilik, son nəticə etibarı ilə «bazar
təməlçiliyinə» (market findament) aparıb çıxara bilər. Be-
lə bir mövqe isə doğru sayıla bilməz. Çünki bazar iqtisa-
diyyatının, dövlətin düşünülmüş tənzimləyici rolu olma-
dan, arzu edilən müsbət iqtisadi-sosial nəticələr qazanması
qeyri-mümkündür.
İqtisadi nəzəriyyədə müasir bazarın hüquq nöqteyi-
nəzərindən (qanuni, icazəsiz, kölgə, qara); ərazi baxımın-
Dostları ilə paylaş: |