3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   79

154 
 
lidir.  Deməli,  istehsal  amillərinin  bir-birini  tədricən  əvəz-
lənməsi,  konkret  şəraitdən  asılı,  qarşılıqlı  əlaqələrin  ifa-
dəsi kimi həyata keçirilir. 
c)  Sahibkar  və  işgüzar  biznes  adamı  öz  istehsalının 
və  xidmət  dairəsi  obyektinin  fəaliyyətini  elə  qurub  əlaqə-
ləndirməyə çalışır ki, daha çox məhsul buraxa, yaxud xid-
mət göstərə bilsin. 
İstehsal  amillərinin  müəyyən  kompleksi  (dəsti)  ilə  is-
tehsal olunan  maksimum  (ən çox)  məhsul  həcmi arasındakı 
nisbət - istehsal funksiyası adlanır. İstehsal funksiyası isteh-
sala  cəlb  olunmuş  resurs  məsrəfləri  ilə  hazır  məhsul  bura-
xılışı  arasındakı  real  texnoloji  asılılığı  əks  etdirir.  İstehsal 
funksiyası  adətən  bir  qayda  olaraq,  müəyyən  texnoloji 
struktur üçün qurulur. Təsərrüfat təcrübəsində istehsal funk-
siyasından, hər hansı bir məhsullun müəyyən həcmdə isteh-
salına  lazım  olan  məsrəflərin  (istehsal  amillərinin)  mak-
simum səviyyəsini müəyyən etmək üçün istifadə olunur. 
Konkret bir misal kimi bütün istehsal amilləri və re-
surslarını əmək – material – kapital məsrəfləri hesab et-
sək, onda istehsal funksiyasını belə ifadə etmək olar: 
 
M = f (L,K,V) 
 
Burada,  M  -  müəyyən  texnologiyada  əməyin  həcmi 
(kəmiyyəti); L - kapitalın və materialların kəmiyyəti (miq-
darı);    K  -  müəyyən  nisbətdə  istehsal  edilən  məhsulun 
maksimum həcmi; V - kapitalın cari (tətbiq olunan) həcm-
də dəyəri;  f - istehsal funksiyasıdır. 
 
 
Ötən  əsrin  20-ci  illərində  Amerika  iqtisadçıları 
C.Duqlas və R.Solou, son 100 il ərzində ölkədə taxıl isteh-
salının statistika materialları əsasında, əmək və kapital ki-


155 
 
mi  istehsal  amillərinin  məhsul  buraxılışının  ümumi  artı-
mında xüsusi çəkisini (payını) müəyyən etmişlər. Onların 
tədqiqatları  göstərmişdir  ki,  taxıl  istehsalında  əmək  məs-
rəflərinin 1 faiz artırılması, məhsul buraxılışı artımının  ¾ 
hissəsini təmin edir. Eyni zamanda bu sahəyə sərmayə qo-
yuluşlarının 1 faiz artırılması, məhsul, buraxılışı artımının 
¼ hissəsini əldə etməyə imkan yaradır. 
Alınan bu nəticələr bütün cəmiyyətə aid olduğundan, 
həmin  indekslər  (3/4  vəl/4)  ümumiləşdirilmiş  göstərici, 
yaxud aqreqat adlanır. Məhsul buraxılışı ilə istehsal amil-
ləri  arasındakı  asılılıq,  iqtisadi  nəzəriyyəyə  Duqlas  və 
Solou istehsal aqreqat  funksiyası adı altında daxil olmuş-
dur.  Həmin  nəticələr  əsasında  faydalılıq  nəzəriyyəsi-iqti-
sadi üsul adı ilə təklif olunmuşdur. Bu təklifə görə, «insan 
amilinə  vəsait  qoyuluşu»,  daha  səmərəli  olub,  kapitalın 
artımına nisbətən istehsalın artmasını daha çox təmin edir. 
C.Duqlas və R.Solou əsaslandıra bilmişlər ki, əmək isteh-
salın ən mühüm amili kimi istehsalın inkişafına və məhsul 
buraxılışına həlledici təsir göstərir.  
Eyni zamanda belə bir cəhət də unudulmamalıdır ki, 
cəmiyyət  öz  qarşısına  müəyyən  iqtisadi  sosial  məqsədli 
vəzifələr qoyduqda, bu xətt ölkənin real resursları və buna  
uyğun  iqtisadi  inkişafın  optimal  seçim  imkanları  ilə  də 
düzgün əlaqələndirilməlidir. 
Dünya təsərrüfat həyatı təcrübəsi sübut edir ki, müx-
təlif  ölkələrdə,  habelə  qlobal  miqyasda  ayrı-ayrı  resursla-
rın  nisbi  məhdudluğu  ilə  insanların  tələbatlarının  sonsuz-
luğu şəraitində, cəmiyyət bir-birinə əks olan, alternativ se-
çim variantları ilə üzləşir. 
Cəmiyyət öz  nisbi  məhdud resurslarını  nəyə  yönəlt-
məlidir,  insanların  rifahınamı,  yoxsa  kütləvi  qırğın  silah-
ları  yaradılmasına,  susuz  ərazilərə  kanallar  çəkilməsinə, 


156 
 
yoxsa polis dəstələri təşkilinə? 
 
Bu mənada məşhur Amerika iqtisadçısı Nobel müka-
fatı  laureatı  P.Samuelsonun  «Экономика»  kitabındakı 
misal səciyyəvidir. Kitabda göstərilir ki, fərz edək cəmiy-
yətin  bütün  resursları  5.000  ton  yağ  (ərzaq,  istehlak  şey-
ləri)  və  ya  15  min  ədəd  silah  (tank,  raket)  istehsalına  im-
kan  verir.  Bunlardan  birinin  istehsalının  artımı,  digərinin 
artımının  aşağı  düşməsinə  səbəb  olacaqdır.  Həmin  qarşı-
lıqlı asılılıq aşağıdakı sxemdə verilmişdir: 
 
Resurslar, 
 
 
imkanlar, 
Silah (min ədəd)  Yağ (min ton) 
variantlar 
 
 

15 


14 


12 










 
Deməli,  hər bir ölkə öz imkanları və resurslarını elə 
ölçüb-biçməli,  istehlakla  yığım  arasında  elə  optimal  nis-
bətlər tapmalıdır ki, iqtisadi-sosial inkişaf üçün ən əlverişli 
seçim  edə  bilsin.  Bu  elmi-nəzəri  mövqe,  müasir  inteqra-
siya prosesləri və tədricən vahid dünya təsərrüfat sistemi-
nin formalaşdığı bir şəraitdə, bəşəriyyətin qarşısında duran 
qlobal iqtisadi-sosial problemlərin həlli baxımından bütün 
dövlətlər, xüsusilə də bazar münasibətləri iqtisadi sistemi-
nin  formalaşdığı  keçmiş  postsovet  və  postsosialist  ölkə-
ləri, o cümlədən də Azərbaycan Respublikası üçün olduq-
ca əhəmiyyətlidir. 


157 
 
MÖVZU 10. 
 
BAZARIN MAHİYYƏTİ, VƏZİFƏLƏRİ VƏ 
FORMALARI 
 
a)
 
Bazar anlayışının sosial-iqtisadi mahiyyəti və vəzifələri. 
b)
 
Bazarın obyektləri və subyektləri. 
c)
 
Bazarın müxtəlif formaları. 
ç) Bazar münasibətləri iqtisadi sisteminin üstün və nöqsan 
cəhətləri. 
 
a)
 
Bazar bəşəriyyətin od, çörək, təqvim kimi kəşflə-
rindən biri olub, iqtisadi görüş və rəqabət meydanıdır. Ba-
zar  elə  bir  iqtisadi  göstəricidir  ki,  cəmiyyətin  nə  istehsal 
etməli, nə qədər istehsal etməli və kim üçün istehsal etmə-
li  suallarına  dəqiq  cavab  verir.  Avropa  ölkələrində  geniş 
işlədilən  market,  rinq  (Almaniya),  torq  (Çexiya),  rupek 
(Polşa) anlayışları bazar mənasını verir. 
Müasir  iqtisadiyyat  –  müxtəlif  təyinatlı  əmtəə  və 
xidmətlərin,  kapitalın  (pulun),  əməyin  (iş  qüvvəsinin) 
fasiləsiz, daimi təkrar hərəkəti, habelə bir-biriylə müxtəlif 
formalarda münasibəti, yaxud görüşüdür. Bu görüş yeri və 
iqtisadi münasibətlər məkanı bazardır. Vaxtilə A.Smit ba-
zarda  nə  baş  verdiyini  aydınlaşdıraraq  yazmışdır:  “Bazar 
deyir  ki,  mənə  lazım  olanı  ver  və  sən  də  bazardan  lazım 
olanı alıb apar”. 
Bazar iqtisadiyyatı təsərrüfat təşkilinin elə bir forma-
sıdır ki, onun əsas subyektləri olan istehsalçı ilə istehlakçı 
(alıcı  ilə  satıcı)  arasında  onların  fəaliyyətini  (münasibət-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə