3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   79

140 
 
sıdır.  Qeyd  etmək  zəruridir  ki,  pul  özünün  dəyər  ölçüsü 
vəzifəsini  ortada  nağd  pul,  müəyyən  məbləğ  olmadan  da 
ideal surətdə, yəni xəyalən də yerinə yetirə bilir. Əmtəə və 
xidmətlərin pulda ifadə olunmuş dəyəri onun konkret qiy-
mətidir. Şübhəsiz,  müxtəlif obyektiv-subyektiv səbəblərlə 
bağlı,  bazarda  tələb-təklif  qanununa  uyğun,  həmin  əmtəə 
və xidmətlərin qiymətinin onların dəyərindən fərqli, aşağı-
yuxarı  satılması,  yaxud  qiymətin  dəyərdən  kənarlaşması 
halları  mümkündür.  Əmtəə-xidmətlərin  dəyərinin  qiymət 
formasında pulla ifadəsi, təkcə keyfiyyət baxımdan deyil, 
eyni  zamanda  kəmiyyətcə  də  konkret  müəyyənlik  tələb 
edir. Bunun üçün cəmiyyət əvvəllər müxtəlif təyinatlı əm-
təələrin, xidmətlərin, resursların nisbi müqayisəli dəyərlə-
rini  etalon  (nümunə)  kimi  qəbul  etdiyi  qızılla  ölçmüşdü. 
Deməli, milli pul vahidi müəyyən miqdarda qızıla bərabər 
sayılmış və bu dövlət tərəfindən rəsmiləşdirilmişdi. 
Lakin  1976-cı  ildən  başlayaraq,  beynəlxalq  aləmdə 
qızılın  1  unsiyasının  (31,1  qram)  dövlətlərarası  hesablaş-
malarda rəsmi qiyməti və milli valyutaların məzənnəsinin 
qızıl ilə bağlılığı ləğv edildikdən sonra vəziyyət dəyişmiş-
dir.  Hazırda,  milli  valyutalar  ölkədə  əmtəə-xidmətlərin 
dəyər ölçüsü kimi kortəbii fəaliyyət göstərir, amma qiymət 
miqyası olaraq, dövlət tərəfindən şərti müəyyən edilir. 
Pulun  texniki  vəzifəsi  sayılan  qiymət  miqyası  (he-
sablaşma vahidi), ölkə daxilində istehsal olunan məhsulla-
rın və göstərilən xidmətlərin dəyərinin müqayisəli şəkildə 
milli  valyutada  (dollarda,  manatda,  rublda,  avroda,  funt 
sterlinqdə)  ifadəsidir.  Əmtəələrə,  xidmətlərə,  resurslara 
pul  mövqeyindən  yanaşılması,  istər  satıcılara,  istərsə  də 
alıcılara  müqayisələr  aparıb,  səmərəli  və  optimal  qərarlar 
qəbul etməyə imkanlar açır. 


141 
 
Pul  tədavül  (mübadilə)  vasitəsidir.  Pulun  tədavül 
vasitəsi vəzifəsi, cəmiyyət miqyasında çox saylı satıcılarla 
alıcılar  arasında  sövdələşmənin  baş  tutmasını  təmin  edir, 
hər  iki  tərəfə  rahatlıq  yaradır  və  onların  vaxtına  (vaxt  da 
kapitaldır) qənaət prinsipini şərtləndirir. 
Bütün  alqı-satqı  proseslərində  pul  tədavül,  yaxud 
mübadilə  vasitəsi  vəzifəsini,  özünün  dəyər  ölçüsü  vəzi-
fəsini yerinə yetirərkən ideal yaxud xəyali şəkildə olduğu 
kimi deyil, real iştirakı ilə, yəni nağd pulla, çeklə, qiymətli 
kağızlarla, səhmlərlə ödəməklə həyata keçirir. 
Tədavül prosesində müxtəlif formalarda iştirak edən 
pul,  konkret  alıcının  əlindən  konkret  satıcının  əlinə  keç-
məli,  yaxud onun hesabına köçürülüb ödənilməli və  nəti-
cədə satıcı pula, alıcı isə əmtəəyə sahib olmalıdır. Bu pro-
ses - Ə (əmtəə) - P (pul) - Ə (əmtəə) formulu üzrə cəmiy-
yət miqyasında tədavül dairəsində fasiləsiz davam etdiyin-
dən,  alıcılarla  satıcılar  həmişə  öz  yer  və  rollarını  dəyişə-
rək, sanki vahid bir tamaşanın, yaxud bazar münasibətləri 
iqtisadi sisteminin iştirakçılarına çevrilirlər. Çünki pul va-
sitəsilə  müxtəlif  istehsalçılar  özlərinə  lazım  olan  iqtisadi 
resursları alır, bunları satanlar isə özlərinin istehsal-xidmət 
təyinatlı, habelə şəxsi, ailəvi, ictimai, maddi-mənəvi ehti-
yaclarını təmin edirlər. 
Pul yığım (xəzinə) vasitəsidir. Cəmiyyətdə tədricən 
əmtəə-pul münasibətlərinin inkişafı prosesi, xüsusilə bazar 
münasibətləri iqtisadi sisteminin bərqərar olması mühitin-
də məhsulların pula və pulun məhsullara çevrilməsi gedişi
pulun yığım rolunu, xəzinə yaratmaq vəzifəsini irəli sürür. 
Bu halda pul müəyyən müddətə tədavül dairəsindən çıxa-
rılaraq, dəfinə kimi toplanıb yığım vasitəsinə çevrilir. Xə-
zinə kimi toplanmış pul formasında olan yığım istifadəsiz 


142 
 
qaldıqda,  inflyasiya  nəticəsində  onun  öz  əvvəlki  alıcılıq 
qabilliyyətini itirməsi, həmin məbləğin dəyərinin azalması 
təhlükəsi vardır. 
Yığımı şərtləndirən səbəblərdən biri də insanların, fi-
ziki və hüquqi şəxslərin bu yoldan istifadə etməklə, malik 
olduqları  pulun alıcılıq qabiliyyətini indiki zamandan  gə-
ləcəyə köçürmək arzusudur. Bazar  münasibətləri şəraitin-
də, obyektiv-subyektiv amillərlə əlaqədar, istehsal və təda-
vül prosesləri zəiflədiyindən, habelə qənaət rejimi ilə bağlı 
pul ehtiyatı yarana bilir. Baş verə biləcək müxtəlif gözlə-
nilməz təsadüflərdən qorunmaq üçün də, bazar subyektlə-
rinin müəyyən məbləğdə pul ehtiyatına,  yığıma malik ol-
ması, təbii hal kimi qəbul olunmalıdır. 
Əvvəllər  pul  yığım  və  xəzinə  formasında  ayrı-ayrı 
əllərdə  toplanır,  istifadəsiz  qalır,  gələcək  üçün  saxlanılır, 
yaxud  borc  (kredit)  kimi  başqalarına  təklif  olunurdusa, 
sonralar  bu  mühüm  işlə  müxtəlif  ölkələrin  geniş  banklar 
şəbəkəsi məşğul olmağa başladı. 
Pul  tədiyyə  (kredit)  vasitəsidir.  Tarixən  cəmiyyət-
də  əmtəə  istehsalı  artdıqca,  göstərilən  xidmətlərin  dairəsi 
genişləndikcə, daxili-xarici iqtisadi əlaqələr sistemi inkişaf 
etdikcə,  tədricən  həmin  məhsul-xidmətlərin  nağd  pulla 
deyil,  müəyyən  şərtlərlə  və  müddətə  kreditə  (nisyə,  möh-
lətə)  satışına  zərurət  yaranır.  Müasir  bazar  münasibətləri 
şəraitində müxtəlif maliyyə qurumları, banklar, kredit təş-
kilatları,  fiziki  və  hüquqi  şəxslər,  hətta  dövlətlər  arasında 
borc  verən  (kreditor),  habelə  borc  alan  (borclu)  problemi 
adi,  gündəlik  bir  iqtisadi  münasibətdir.  Mütəxəssislərin 
hesablamalarına  görə,  hər  gün  dünyada  müxtəlif  səviyyə-
lərdə  milyardlarla  məbləğdə  borc-kredit  əməliyyatları  hə-
yata keçirilir. ABŞ-da belə bir deyimin geniş yayılması da 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə