3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   79

124 
 
bət  mübarizəsi,  istər  iqtisadi-texniki,  istərsə  də  sosial  - 
mənəvi  cəhətdən  dövlətin  əlindəki  mərkəzləşmiş  hədsiz 
mülkiyyətin müəyyən hissəsinin özəl bölməyə verilməsini 
irəli sürmüşdü. Təsadüfü deyildir ki, məhz dövlət mülkiy-
yətinin  özəlləşdirilməsi,  Avropa,  Cənub  Şərqi  Asiya, 
Cənubi  Amerikanın  bir  sıra  ölkələrində  iqtisadi-sosial 
yüksəlişin təmin edilməsində mühüm rol oynamışdır. 
 
Özəlləşdirmə  sözü  ingiliscədən  tərcümədə  «priva-
tus»,  yəni  mənimki,  yaxud  özümünkü  mənasını  verir. 
Özəlləşdirmə prosesində dövlət mülkiyyəti öz dəyərinə və 
güzəştlə satıla bilər, yaxud pulsuz verilə bilər. Bu hər han-
sı bir ölkənin iqtisadi-sosial vəziyyətindən, dövlət mülkiy-
yətinin  iqtisadiyyatda  oynadığı  roldan,  özəlləşdirmənin 
qarşısına  qoyulmuş  vəzifələrdən,  əhalinin  milli  mentalite-
tindən və digər kompleks amillərdən asılıdır. 
Rəsmi  məlumatlara  görə  hazırda  dünyanın  80-a  ya-
xın  ölkəsində  özəlləşdirmə  həyata  keçirilmiş  və  bunun 
nəticəsində  həmin  dövlətlərin  büdcəsinə  yüz  milyardlarla 
dollar  məbləğində  vəsait  daxil  olmuşdur.  Bu  proses  indi 
də davam edir. 
Dünyanın müxtəlif ölkələrində həyata keçirilən döv-
lət  mülkiyyətinin  özəlləşdirilməsi  prosesi  öz  məqsəd  və 
vəzifələrinə,  üsul  və  metodlarına,  tiplərinə  və  iqtisadi-so-
sial  nəticələrinə  görə,  şübhəsiz  bir-birindən  fərqlənirlər. 
Lakin  özəlləşdirmə  hadisəsinin  mahiyyəti  əsasən  dəyiş-
məz qalıb, dövlətə məxsus mülkiyyət obyektlərinin xüsusi 
adamlara, əmək kollektivlərinə, ayrı-ayrı qruplara satılma-
sıdır. Bu mənada, müasir özəlləşdirmə prosesinin ilk ölkə-
si  sayılan  İngiltərənin  özünəməxsus  xüsusiyyətləri  ilə 
Fransanın,  Çilinin,  ABŞ-ın,  İtaliyanın  xüsusiyyətləri  ara-
sında fərqlər olması təbiidir. 


125 
 
Sovet İttifaqı dağıldıqdan sonra bazar iqtisadiyyatına 
keçid,  istər  Qərbi  Avropanın  sosialist  ölkələrində,  istərsə 
də keçmiş sovet respublikalarında yaranmış yeni müstəqil 
dövlətlərdə, habelə Çin, Monqolustan, Vyetnamda özəlləş-
dirmə  proseslərinə  başlandı  və  bu  gün  də  davam  etmək-
dədir. 
Azərbaycan  Respublikasında  dövlət  mülkiyyətinin 
özəlləşdirilməsi  işinə,  1993-cü  ilin  yanvar  ayında  «Azər-
baycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdiril-
məsi  haqqında»  Qanun  və  1995-ci  ildə  qəbul  olunmuş 
Dövlət  Proqramı  əsasında  başlanmışdır.  2000-ci  ildə  yeni 
özəlləşdirmə  qanunu  və  Dövlət  Proqramları  qəbul  olun-
muşdur. 
Müxtəlif  çətinliklər, özünəməxsus   xüsusiyyətlər və 
problemlərlə  rastlaşmasına baxmayaraq,  respublikada bu 
proses  indi  də  davam  etməkdədir.  Azərbaycanda  dövlət 
mülkiyyətinin özəlləşdirilməsinə dair iki Proqramın həya-
ta  keçirilməsi  nəticəsində  minlərlə  dövlət  müəssisəsi  və 
obyekti  özəlləşdirilmişdir.  Müstəqillik  illərində  respubli-
kada 50 minə yaxın dövlət mülkiyyətinə məxsus müəssisə 
və  obyekt  özəlləşdirilmiş,  1500-ə  qədər  səhmdar  cəmiy-
yəti  yaradılmış,  dövlət  büdcəsinə  milyardlarla  manat  və-
sait daxil olmuşdur. 
Hazırda respublikada orta, iri və strateji əhəmiyyətə 
malik dövlət mülkiyyəti obyektlərinin yeni müəyyən olun-
muş  qaydalar  əsasında  özəlləşdirilməsi  prosesi  davam 
edir.     
 
 
 
 


126 
 
MÖVZU 8. 
 
ƏMTƏƏ, DƏYƏR VƏ PUL NƏZƏRİYYƏLƏRİ 
 
a)
 
Əmtəə-iqtisadi kateqoriya kimi. 
b)
 
Əmtəənin  dəyəri  və  istehlak  dəyəri,  onların  formalaş-
masına təsir göstərən amillər. 
c)
 
Pulun meydana çıxması, mahiyyəti və formaları. 
ç) Pulun vəzifələri (funksiyaları). 
d)
 
Pul tədavülü və onun tənzimlənməsi. 
 
a)
 
Gündəlik  həyat  və  müxtəlif  təyinatlı  istehsal  pro-
sesləri  gedişində  nemət,  məhsul,  xidmət,  əmtəə  kimi  iqti-
sadi kateqoriyalarla tez-tez rastlaşırıq. 
Təbiətin  bəxş  etdiyi  və  insan  əməyinin  sərf  olun-
madığı hava, bulaq suyu, meşələr, təbii sərvətlər nemətdir. 
İnsan  əməyi  ilə  yaradılmış,  hazırlanmış,  becərilmiş, 
yetişdirilmiş,  lakin  satış,  bazar,  alver  üçün  deyil,  şəxsi 
yaxud ailəvi ehtiyac üçün olan şeylər məhsuldur. 
Bəs  əmtəə  nədir  və  onu  nemətdən,  xidmətdən  fərq-
ləndirən cəhətlər hansılardır? 
Əmtəə alqı-satqı obyekti olub, bazar və satış, yaxud 
mübadilə,  yəni  hansısa  başqa  bir  məhsulla,  xidmətlə  də-
yişdirmək üçündür. 
Bu mənada çay və dənizdəki balıq nemətdir, onu öz 
ehtiyacımız üçün tutub sərf etsək məhsuldur, lakin bazara 
çıxarıb  satmaq  məqsədiylə  ovlasaq,  o  zaman  əmtəədir. 
Deməli,  meşələrin  sərvəti,  əkilən  taxıl,  bağ-bağçadakı 
meyvə-tərəvəz,  göstərilən  müxtəlif  xidmətlər  öz  təyinatı 
və  istifadəsi  baxımından  nemət,  məhsul,  əmtəə  kimi 
səciyyələndirilə bilər. 


127 
 
Nemətlər  anlayışı,  maddi  və  qeyri-maddi  kimi  iki 
hissəyə ayrılır. Maddi nemətlərə torpaq, təbii sərvətlər, bi-
nalar,  texnika,  avadanlıq  və  müxtəlif  təyinatlı  materiallar 
daxildir. Qeyri-maddi nemətlərə-insanın fiziki və intellek-
tual  qabiliyyəti,  elm,  təhsil,  səhiyyə,  mədəniyyət,  incəsə-
nət sahəsindəki fəaliyyət növləri aid edilə bilər. 
Eyni zamanda, istehsalın fasiləsiz davamı və inkişafı 
hazırkı (paltar, mebel, qab-qacaq, televizor, raket) məhsul-
larla yanaşı, bunların gələcək model, habelə variantlarının 
da olacağını şərtləndirir. 
Müxtəlif  təyinatlı  məhsul  və  əmtəələr  qısamüddətli 
(çörək, ət, süd), həm də uzunmüddətli (soyuducu, avtomo-
bil, paltaryuyan maşın) ola bilər. 
Əmtəə  -  cəmiyyətin  və  onun  üzvlərinin  (insanın) 
müəyyən bir maddi yaxud mənəvi tələbatını ödəyir, habelə 
satış  üçün  nəzərdə  tutulur.  Bu  iki  səciyyəvi  cəhət,  yəni 
müəyyən  bir  tələbatı  ödəməsi  və  bazara  çıxarmaq  üçün 
hazırlanması, əmtəənin mühüm xassələridir. 
Bütün əmtəələrin istehlak dəyəri və mübadilə dəyəri 
vardır.  Əmtəənin  insanların  müəyyən  bir  tələbatını  ödə-
məsi,  onun  istehlak  dəyəri  adlanır.  Buna  əmtəənin  fayda-
lılığı da deyilir. 
Hər  hansı  bir  əmtəənin  digər  əmtəələrə  (xidmətlərə) 
dəyişilməsi, onun mübadilə dəyəri, yəni dəyişdirilə bilmək 
qabiliyyəti adlanır. Şübhəsiz ki, bu  mübadilə (qızıl-taxıla, 
dəmir-şəkərə, paltar-meyvəyə) müəyyən bir nisbətlə, ekvi-
valentlik əsasında baş  verir. Aristotel, hələ eramızdan əv-
vəl  IV  əsrdə  yazmışdır  ki,  bərabərlik  yoxdursa,  mübadilə 
də yoxdur, çünki bu prosesdə nisbətlər gözlənilməlidir.  
Soruşula  bilər  ki,  insanların  son  dərəcə  müxtəlif 
tələbatlarının  ödənilməsi  üçün  bir-birinə  mübadilə  olunan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə