132
dıraraq yazmışdı: «Orta əsrlərdəki kəndli mübadilə
vasitəsilə əldə etdiyi şeylərin hazırlanması üçün lazım
olan iş vaxtının qədərini kifayət qədər dürüst bilirdi. Kənd
dəmirçisi və araba hazırlayanı, həmçinin dərzi və çəkməçi
kəndlinin gözləri qarşısında işləyirdi».
Dəyərin ilk forması - sadə və ya təsadüfi dəyər for-
masıdır. Əmtəələrin mübadiləsinin bu ilkin formasında,
hər hansı bir əmtəə, digər əmtəəyə dəyişdirilir.
Məsələn: 1 daş alət = 2 dəriyə
10 balıq = 1 rəngli parlaq daşa.
Bu prosesdə qarşılaşan əmtəələrdən konkret əmək,
abstrakt (mücərrəd) əməyin ifadəsinə çevrilir. Bu prosesdə
ekvivalent tarazlığı gözləmək şərtiylə, nisbətən sadə əmək
sərfinə başa gəlmiş əmtəələr, daha mürəkkəb əməyin nəti-
cəsi olan əmtəələrə sərbəst dəyişdirilə bilir.
Real həyat şəraiti dəyişdikcə, ictimai əmək bölgüsü
genişlənib dərinləşdikcə, mübadilə prosesləri sürətlən-
dikcə, təsərrüfat əlaqələri intensivləşdikcə sadə, yaxud
təsadüfi mübadilədən fərqli, yeni dəyər formalarına ehti-
yac yaranmışdır.
Tam, dolğun və ya geniş dəyər forması adlandırılan
bu yeni mərhələdə, əmtəələrin mübadiləsi artıq təsadüf
xarakterindən uzaqlaşdığından, ekvivalent vəzifəsini təsa-
düfi dəyər formasında olduğu kimi tək bir əmtəə deyil, bir
neçə xüsusi seçilmiş əmtəə yerinə yetirir.
Məsələn:
{
ə ə
133
Bu mərhələdə mövcud istehsal əlaqələri genişlənir,
həmin əlaqələr təsadüfü deyil, daha sabit xarakter daşıyır.
Lakin cəmiyyətin və təsərrüfat həyatının inkişafı ilə
əlaqədar, tədricən bu forma da insanları qane etmir. Get-
dikcə ümumi əmtəələr kütləsi içərisindən, müxtəlif ölkə-
lərdə elə bir əmtəə (xəz, duz, çay, qoyun) ayrılır ki, o bir
növ ümumi ekvivalent rolunu oynamağa başlayır.
Məsələn:
_
ə
}
ə ə
Bu dəyər forması mərhələsində, ümumi ekvivalent
rolunu oynayan bir neçə, yaxud bir əmtəənin əvəzinə, istə-
nilən bir sıra əmtəələri əldə etmək mümkündür. Çünki
ümumi ekvivalent rolunu oynayan əmtəə, ümumi müba-
dilə olunmaq xüsusiyyətinə (xassəsinə) malikdir.
Bəşəriyyətin tarixi inkişaf yoluna nəzər salsaq görə-
rik ki, konkret coğrafi mühit və əhalinin ənənəvi xüsusiy-
yətləri (mentaliteti) ilə bağlı olaraq, ümumi ekvivalent
vəzifəsinə müxtəlif ölkələrdə mal-qara, balıq qulağı, metal
və sairə yerinə yetirmişdir. Əmtəələrin mübadilə prosesi
daha da genişlənib, yerli bölgə və bazar hüdudlarını aşdıq-
ca, vahid bir əmtəənin ümumi ekvivalent kimi sabitləş-
məsi zərurəti yaranır. Həmin əmtəə isə puldur. Pul və
onun müxtəlif ölkələrdəki nişanları - ümumi ekvivalentin
bitmiş və son forması olub, əmtəənin istehlak dəyəri ilə
mübadilə dəyərini özündə üzvü surətdə birləşdirən xüsusi
bir əmtəədir.
Tarixi inkişafın ayrı-ayrı mərhələlərində pul rolunu
134
müxtəlif ölkələrdə və xalqlarda dəmir, mis, taxta, gümüş,
qızıl, kağız, plastik lövhələr oynamışdır. Tədricən dünya-
nın bir sıra dövlətlərində xüsusi pul kəsən emalatxanalar
yaranıb, fəaliyyətə başlamışdır. İndiyədək arxeoloqlar
dünyanın müxtəlif ölkələrində, o cümlədən də Azərbay-
canda yerli zərbxanalarda, habelə yaxın və uzaq ölkələrdə
hazırlanmış pullar tapırlar.
Pul rolunu müxtəlif əmtəələr yerinə yetirsə də, lakin
tədricən bu rol qızıla nəsib olmuşdur. Qızıl öz təbii və
kimyəvi xassələrinə görə ümumi ekvivalent rolunu daha
yaxşı yerinə yetirir. Qızıl mübadilə vasitəsi və ümumi
ekvivalent kimi çoxdan məlum olsa da, lakin onun əsl
hökmranlığı XIX əsrdən başlanmış, müəyyən istisnalarla
indiyədək davam etməkdədir.
c)
Qədim yunan müdrikləri və filosoflarından, hakim
və şairlərdən başlamış Şekspir və Sabirə, nəhayət bizim
günlərin iqtisadçıları və sadə peşə adamlarına qədər cə-
miyyətin müxtəlif təbəqələrinin nümayəndələrini həmişə
düşündürmüşdür ki, pul nədir, necə meydana çıxmışdır,
hansı inkişaf mərhələlərini keçmişdir, vəzifələri nədən
ibarətdir, tədavül dairəsindəki pulun kütləsi necə müəyyən
olunmalıdır, nəhayət pulu istehsal-xidmət dairəsinin hansı
sahələrinə yönəltmək daha səmərəlidir?.
Maraqlıdır, gənclər arasında peşəkar mütəxəssislərin
keçirdiyi sorğuda, «Siz pul haqqında nə düşünürsünüz»
sualına bir-birindən xeyli fərqli cavablar verilmişdir. On-
lar bildirmişlər: «pul bəşəriyyətin kəşfidir»; «pul torpaq,
hava, su, oddan sonra həyat üçün zəruri sayılan 5-ci şərt-
dir»; «pulsuz da namusla və xoşbəxt yaşamaq olar»; «mən
yoxsul, lakin xoşbəxt adam tanımıram»; «pul adamları də-
135
yişir»; «pul iqtisadiyyat maşınının sürtgü yağıdır»; «pul
hamıya lazımdır»; «pul möcüzələr yaratmağa qadirdir»;
«pul insanlara pis təsir göstərir»; «pul kağızdır»; «indi
sevgiyə görə yox, pula görə evlənirlər»; «pul nə xeyirdir,
nə də şərdir»; «zəhmətlə qazanılan pul bir şeydir, lakin
lotereyada udulan pul isə başqa şeydir»» «insana görəsən
nə qədər pul lazımdır?»
Sorğu iştirakçılarından biri isə «mən pula nifrət edi-
rəm» cavabını aydınlaşdıraraq göstərmişdir ki, əvvəllər
mühəndis işləmiş valideynləri sonralar bizneslə məşğul
olub pul qazanmağa aludə olduqlarından məni başqaları-
nın himayəsinə vermişlər, bir növ unutmuşlar, «pulu tap-
mış, məni isə itirmişlər...». Deməli, həyatda pul və var-
dövlət qazanmaq hərisliyi, təəssüf ki, ailəni, dost-tanışları,
insan ləyaqətini itirməklə də nəticələnə bilir.
Pulun adi kağız parçası olması, yaxud fövqəltəbii
səviyyədə fetişləşdirilərək dəyərləndirilməsi, cinayət və
faciələr, zorakılıq və haqsızlıqlar yaratması, onun həyatda
hər şeyi həll etməsi haqqındakı yanlış təsəvvürlər pulun
«ecazkar möcüzələrə malik» xüsusiyyətlərindən irəli gəl-
mir. Buna əsas səbəb cəmiyyətdə sivil iqtisadi prinsiplərə
əməl edilməməsi, tam demokratik təsisatların formalaşma-
ması, qayda-qanunların pozulması, iqtisadi proseslərə icti-
mai nəzarətin zəifliyi, mətbuat və söz azadlığının məhdud-
laşdırılması, insan hüquqları və haqlarının tapdalanması,
ədalətli məhkəmə sisteminin olmaması, rüşvətxorluq və
korrupsiya halları, hakimiyyətin və onun orqanlarının xid-
mət etməli olduqları vətəndaşları qarşısında öz üzərlərinə
götürdükləri səlahiyyətli vəzifələrini peşəkarlıqla yerinə
yetirməmələridir.
Dostları ilə paylaş: |