3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   79

128 
 
əmtəələrin  (xidmətlərin)  dəyişdirilməsinin  əsasında  nə 
durur? 
Bu suala müxtəlif dövrlərdə fərqli cavablar verilmiş-
dir. Bəziləri göstərir ki, əmtəələrin mübadiləsinin əsasında 
ona  sərf  olunmuş  əmək,  digərləri  ictimai  zəruri  iş  vaxtı, 
başqaları  əmtəənin  istehsalına  çəkilmiş  xərclər,  bir  qismi 
əmtəənin faydalılığı, nəhayət tələblə-təklif durur. 
Məsələn,  klassik  iqtisadi  nəzəriyyənin  banilərindən 
biri  A.Smit,  dəyərin  ölçü  vahidi  kimi  bəzən  əmtəənin  is-
tehsalına  sərf  olunan  iş  vaxtı,  bəzən  də  əməyin  özünün 
dəyərini əsas götürmüşdü. 
D.Rikardo  isə  iddia  edirdi  ki,  dəyərin  ölçü  vahidi, 
istehsalın ən pis şəraitində sərf olunan iş vaxtıdır. 
J.Sismondi    dəyər  kəmiyyətini,    cəmiyyətin  məcmu 
(bütövlükdə)  tələbatı  ilə  onun  bu  tələbatını  ödəmək  üçün 
lazım olan əməyin miqdarı arasında yaranmış nisbət kimi 
izah etmişdi. 
K.Marks  əmtəənin  dəyərini  onun  istehsalına  sərf 
olunmuş ictimai zəruri iş vaxtı ilə müəyyənləşdirməyi irəli 
sürmüşdü. Avstriya iqtisad məktəbinin nümayəndələri əm-
təənin  dəyərini  onun  faydalılığı  ilə  ölçməyi  zəruri  hesab 
etmişlər. 
P.Samuelson, C.Klark və başqa iqtisadçılar əmtəənin 
dəyər kəmiyyətinin ona sərf olunmuş son xərclər əsasında 
formalaşdığını göstərmişlər. 
Tanınmış ingilis iqtisadçısı A.Marşall dəyər nəzəriy-
yəsi  tarixində  yenilik  yaradaraq,  daha  doğrusu  güzəştli 
variant taparaq, dəyərin kompleks amillər (xərclər, fayda-
lılıq,  tələb,  təklif,  qiymət)  əsasında  formalaşdığını  irəli 
sürmüşdür. 
Müasir dövrdə, bu problem ətrafında iqtisadçılar ara-


129 
 
sında müxtəlif istiqamətlərin nümayəndələri kimi mübahi-
sələr davam etsə də, lakin bir amilə üstünlük vermək fikri 
yox,  çoxamillilik  əsasında  dəyərin  formalaşması  mövqeyi 
bəyənilir. 
Müxtəlif  istehsal  proseslərinin  bilavasitə,  yaxud  do-
layı  yollarla  başlıca  amili  və  əmtəə  dəyərinin  yaradıl-
masının mühüm şərti olan əmək - sadə, mürəkkəb, konkret 
və mücərrəd (abstrakt) kimi səciyyələndirilə bilər. 
Əmək  yalnız  insana  məxsus  olub,  onun  şüurlu  və 
məqsədyönlü  fəaliyyətidir.  İstehsal  və  xidmət  dairəsində 
çalışan insanlar, fiziki-əqli (zehni) qüvvələrini işə salmaq-
la  müxtəlif  təyinatlı  əmtəələr  hazırlayırlar,  yaxud  xid-
mətlər göstərirlər. 
Sadə əmək, xüsusi hazırlıq və ixtisas tələb etməyən,  
lakin  cəmiyyət  üçün  müəyyən,  əhəmiyyəti  olan  bir  işdir. 
Yükdaşıyanın,  süpürgəçinin,  xadimənin,  qəzet  köşkündə 
işləyənin fəaliyyəti sadə əməyə nümunə ola bilər. Mürək-
kəb  əməyə,  mühəndisin,  proqramlaşdırıcının,  təyyarə  sü-
rücüsünün,  həkimin,  alimin,  bəstəkarın  işini  aid  etmək 
olar. 
Konkret əmək - müəyyən faydalı formada sərf olu-
nan  və  nəticədə  istehlak  dəyəri  yaradan  əməkdir.  Əmtəə-
lərin  istehlak  dəyərlərindəki  fərqlər,  onların  müxtəlif 
konkret əmək növlərinin məhsulları (çörək, sement, ayaq-
qabı,  kompüter,  çil-çıraq,  dəftər)  olması  ilə  bağlıdır.  Mə-
lumdur  ki,  neftçi  yanacaq  hasil  edir,  şaxtaçı  daş  kömür 
çıxarır, mühəndis bina tikir. 
Deməli,  hər  bir  əmtəə  istehsalçının  konkret  əməyi, 
öz  iş  şəraiti  və  peşəkarlıq  xüsusiyyətləri  ilə  bir-birindən 
fərqlənirlər.  Aydındır  ki,  hər  hansı  bir  konkret  işin  görül-
məsi üçün, buna uyğun əmək cisimləri (predmetləri), ava-


130 
 
danlıq, alətlər, peşə  vərdişləri, ixtisas və  ustalıq lazımdır. 
Xalq  arasında  əbəs  yerə  demirlər  ki,  «çörəyi  çörəkçiyə 
yapdır, hər işi öz ustasına gördür». 
Nəzərə  almaq  lazımdır  ki,  konkret  əmək  istehsal 
olunmuş,  hazırlanmış  müxtəlif  təyinatlı  əmtəələrin  isteh-
lak dəyərinin  yeganə  mənbəyi deyildir. İnsan öz gündəlik 
istehsal  və  xidmət  fəaliyyətində  təbiətin  ona  verdiyi 
nemətləri  (maddələri)  məqsədyönlü,  şüurlu  surətdə  öz 
tələbatlarına  uyğun  formalara  salır.  Eyni  zamanda  o  öz 
biliyi  və  zəkası  ilə  təbiətdə  mövcud  olmayan  birləşmələr, 
yeni  keyfiyyətlərə  malik  maddələr  yaradaraq,  bunlardan 
öz konkret məqsədləri üçün bacarıqla faydalanır. Ayrı-ayrı 
istehlak  dəyərləri,  təbiət  cisimləri  və  insan  əməyinin  bir-
ləşməsinin şüurlu konkret nəticəsidir. 
Mücərrəd,  abstrakt  əmək  dedikdə  -  hər  hansı  bir 
əmtəənin  (dəzgahın,  tikinti  materiallarının,  ərzağın),  yəni 
müxtəlif təyinatlı konkret əmək məhsulunun, ümumiyyətlə 
insan əməyinin, onun enerjisinin, ağlının, zəhmətinin məh-
sulu kimi başa düşürük. Sözün geniş mənasında, hər əmtəə 
dar  bir  peşə  sahibinin  konkret  əməyinin  nəticəsi  olmaqla 
yanaşı,  eyni  zamanda  ümumi,  bəşəri  ictimai  əməyin  kiçik 
hissəsi,  sanki  vahid  materiyanın  saysız-hesabsız  atom-
larından  biridir.  Müxtəlif  istehsalçıların  konkret  əməkləri 
belə bir ümumi iqtisadi cəhəti ifadə edir ki, konkret forma-
sından  asılı  olmayaraq,  onların  əməyi  ümumiyyətlə  icti-
mai əmək, yaxud abstrakt və mücərrəd əməkdir. 
b)
 
Dəyər  kateqoriyası  hər  bir  əmtəənin  təbii  və  icti-
mai xassəsidir. Dəyəri, onun əmtəədəki varlığını hər hansı 
bir  fiziki,  yaxud  kimyəvi  üsullarla  aşkar  etmək  mümkün 
deyildir.  Dəyər  öz  xassəsini  əmtəə  istehsalçılarının  bazar 
sövdələşmələrində, münasibətlərində,  qarşılıqlı mübadilə-
lərində üzə  çıxarır. 


131 
 
Müxtəlif  istehsalçılar  öz  əmtəələrini  onlara  lazım 
olan  başqa  əmtəələrə  mübadilə  etdikdə,  yaxud  müəyyən 
qiymətə satdıqda dəyərin mahiyyəti aydınlaşır. 
Öz  dəyərini  (A)  başqa  bir  əmtəədə  (B)  ifadə,  edən 
əmtəə  -  nisbi  dəyər  forması  adlanır.  Başqa  əmtəənin  (A) 
dəyərini ifadə edən əmtəə - (B)- ekvivalent dəyər forması 
adlanır. Deməli, nisbi və ekvivalent dəyər formaları, eyni 
dəyər ifadəsinin bir-birindən asılı, eyni zamanda bir-birinə 
əks olan tərəfləridir. 
Məsələn:    1 balta = l qoyuna 
                10 balıq = 1 səbət meyvəyə 
       1 kisə taxıl = l ov alətinə mübadilə oluna bilər. 
Bu misalda balta, balıq, taxıl nisbi, qoyun, meyvə, ov 
aləti isə ekvivalent dəyər forması rolunu oynayır. 
Qeyd  etmək  lazımdır  ki,  nisbi  dəyər  forması  aktiv, 
fəal, üstün; ekvivalent dəyər forması isə passiv, seyrçi rol 
oynaması  ilə  fərqlənir.  Çünki,  ekvivalent  (passiv)  əmtəə, 
başqa (aktiv) olan əmtəənin dəyərini ifadə etmək üçün va-
sitəçi  rolunu  oynayır.  Baltanın  qoyuna  və  taxılın  ov  sila-
hına  mübadiləsi  göstərir  ki,  onların  istehsalına  təxminən 
eyni  əmək  sərf  olunmuşdur,  habelə  bu  mübadilə  hər  iki 
tərəfə faydalıdır. 
Şübhəsiz,  müxtəlif  əmtəə  istehsalçıları  öz  məhsulla-
rını  mübadilə  edərkən,  yaxud  satarkən  həmin  əmtəələrin 
hazırlanmasına  sərf  etdikləri  əməyin  kəmiyyəti  (miqdarı) 
ilə hesablaşmağa məcburdurlar. Əgər fövqəladə bir hadisə 
baş  verməmişsə  və  ciddi  ehtiyac  yoxdursa,  heç  kəs  10 
saata  hazırladığı  məhsulu,  5  saata  başa  gəlmiş  əmtəəyə, 
yaxud  illik  zəhmətini  2  aya  başa  gələn  bir  işə  mübadilə 
etməz. 
Təsadüfi  deyildir  ki,F.Engels  bu  məsələni  aydınlaş-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə