3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   79

113 
 
MÖVZU 7. 
 
MÜLKİYYƏT MÜNASİBƏTLƏRİ VƏ ONUN 
TARİXİ TƏKAMÜLÜ 
 
a)
 
Mülkiyyətin mahiyyəti və tarixi tipləri. 
b)
 
Mülkiyyətin formaları. 
c)
 
Mülkiyyətin obyektləri və subyektləri. 
ç) Mülkiyyət və sahibkarlıq fəaliyyəti. 
d)
 
Mülkiyyət  münasibətləri  və  dövlət  mülkiyyətinin  özəl-
ləşdirilməsi. 
 
a)
 
İqtisadi  həyatda  və  bütövlükdə  cəmiyyət  miqya-
sında  baş  verən  ictimai-siyasi,  iqtisadi-sosial,  mənəvi-əx-
laqi problemləri düzgün dərk etmək, yaşadığımız sistemin 
mahiyyətini,  məzmununu,  vəzifələrini  başa  düşüb  aydın-
laşdırmaq üçün mülkiyyət münasibətlərinin həlledici əhə-
miyyəti vardır. 
Sərvət,  istehsal  vasitələri,  torpaq,  maddi  və  mənəvi 
nemətlər üzərində hakim, mülkiyyətçi olmağa dair müxtəlif 
nəzəri fikirlər hələ neçə min il bundan əvvəl həm Şərq, həm 
də  Qərb  ölkələrində  söylənmişdir.  Qədim  Roma  və  Yuna-
nıstanda, Hindistan və Çində, Misir və Babilistanda filosof-
lar,  hökmdarlar,  saray  və  din  xadimləri  mülkiyyət  anlayı-
şına  (kateqoriyasına)  tərif  verməyə,  habelə  onun  mahiy-
yətinin nədən ibarət olduğunu izah etməyə çalışmışlar. 
El arasında, gündəlik həyat gedişi söhbətlərində mül-
kiyyətə adi əmlak, əşya, pul, maddi sərvət kimi baxılır. Bu 
cür yanaşma tərzində müəyyən həqiqət olsa da, lakin belə 
mövqe mülkiyyət anlayışını son dərəcə sadələşdirmək de-
məkdir. 


114 
 
Dərin  elmi-nəzəri  mənaya  malik  mülkiyyət  kateqo-
riyası-maddi  və  mənəvi  sərvətlərə,  nemət  və  xidmətlərə, 
istehsal vasitələrinə və torpağa sahib olmaq, onun mülkiy-
yətçisi sayılmaq, habelə onu mənimsəmək  yolunda insan-
lar arasında yaranmış münasibətlər sistemidir. Həmin mü-
nasibətlərin  bir  tərəfində  mülkiyyətçilər,  sahibkarlar,  iş 
adamları,  digər  qütbündə  isə  işçilər,  icraçılar,  müəyyən 
konkret tapşırığı yerinə yetirən məmurlar dururlar. 
Böyük alman filosofu G.Hegel haqlı olaraq yazmışdı 
ki, mülkiyyətə adi bir əşya kimi yox, insanlar arasında 
ictimai  (sosial)  münasibətlərin  ifadəçisi  kimi  baxmaq 
lazımdır. 
Mülkiyyətə hüquqi, iqtisadi, tarixi, fəlsəfi mövqelər-
dən yanaşıb tərif vermək, onu səciyyələndirmək mümkün-
dür. Məsələn, qədim Roma hüququnda mülkiyyət müqəd-
dəs və toxunulmaz elan olunmuşdu. Lakin fransız iqtisad-
çısı P.Prudon mülkiyyəti oğurluq kimi qiymətləndirmişdir. 
Fransada  Napoleon  dövrünün  qanunlarında  (kodeksində) 
mülkiyyət  hər  hansı  bir  şeyə  mütləq  mənada  sahib  olmaq 
hüququ kimi təsbit edilmişdir. 
Çoxcəhətli  və  mürəkkəb  məzmuna  malik  mülkiyyət 
kateqoriyasının  mahiyyətini  açmaq  üçün  aşağıdakılara 
diqqət yetirmək lazımdır: 
Əvvələn, hər hansı bir cəmiyyətdə mövcud olan iqti-
sadi  münasibətlərin  təzahür  forması  kimi  səciyyələnən 
mülkiyyət, o cəmiyyətdəki bütün ictimai münasibətlər sis-
teminin  əsası  və  bünövrəsidir.  Çünki,  digər  münasibətlər 
mülkiyyət  bazasında  müəyyənləşib,  tənzimlənirlər.  Məhz 
mülkiyyət  münasibətləri  təməlində  cəmiyyətdə  istehsal, 
bölgü, mübadilə, istehlak tipləri formalaşır. 
Sonra,  tarixi  inkişaf  prosesinin  təbii  qanunauyğun 


115 
 
nəticəsi olan mülkiyyətin müxtəlif formaları, tipləri zaman 
keçdikcə  dövrün  tələblərinə  uyğun  deyişir.  Həm  də  bu 
dəyişmə və yeniləşmə prosesində həlledici rolu həmişə cə-
miyyətin məhsuldar qüvvələri, yəni istehsal vasitələri, ha-
belə bunları hərəkətə gətirən insanlar oynamışdır. 
Sonra,  müxtəlif  cəmiyyətlərdə  ayrı-ayrı  qrupların, 
təbəqələrin  ictimai  vəziyyəti,  iqtisadi  imkanları,  onların 
mülkiyyətə sahib olmaq, yaxud bu mülkiyyətin istifadəçisi 
kimi rollarını, yerini müəyyənləşdirir. 
Daha  sonra,  hər  hansı  bir  cəmiyyət,  yaxud  iqtisadi 
sistemdə  müəyyən  bir  mülkiyyət  forması  (xüsusi,  dövlət, 
bələdiyyə,  qarışıq)  aparıcı  rol  oynayıb,  həlledici  sayılsa 
da,  lakin  həmin  iqtisadi  sistemdə  digər  mülkiyyət  forma-
ları  da  fəaliyyət  göstərir.  Bu  hal,  müxtəlif  cəmiyyətlərdə 
özünü tarixi bir meyl kimi göstərir. 
Nəhayət,  mülkiyyətin  bir  formasının  digərinə  keç-
məsi,  yaxud  başqasına  çevirməsi  (transformasiyası),  həm 
təkamül  (evolyusiya), həm də inqilabi (zorakılıq, revolyu-
siya) yolu ilə gedə bilər. 
Mülkiyyətin  tarixi  tipləri  kimi  -  icma  mülkiyyətini, 
quldar  mülkiyyətini,  feodal  mülkiyyətini,  kapitalist  mül-
kiyyətini,  ümumi  (ictimai,  sosialist)  mülkiyyətini,  dövlət 
mülkiyyətini, göstərmək olar. 
Tarixdə olmuş və bəziləri məhv olub getmiş bu mül-
kiyyət  tiplərinin  hər  birinin  özünəməxsus  xüsusiyyətləri, 
fərqləndirici cəhətləri ilə yanaşı, eyni zamanda ümumi ox-
şar  tərəfləri  də  mövcud  olmuşdur.  Cəmiyyət  inkişaf  edib 
dəyişdikcə,  mülkiyyət  tipləri  də  yeniləşməyə  məruz  qal-
mışdır. 
b)  Mülkiyyətin  əsas  formaları  kimi  -  dövlət,  bələ-
diyyə, xüsusi mülkiyyəti və bunlardan törəmə forma kimi 


116 
 
– şəxsi və fərdi mülkiyyəti, əmək kollektivinin, kooperati-
vin,  səhmdar  cəmiyyətinin,  istehlak  kooperasiyasının,  şir-
kətin,  təsərrüfat  birliklərinin,  ictimai  birliklərin,  xeyriyyə 
fondlarının,  dini  təşkilatların  mülkiyyətini,  habelə  qarışıq 
və intellektual mülkiyyəti göstərmək olar. 
Aydındır ki, mülkiyyətin hər bir əsas və törəmə for-
masının  yaranma  səbəbləri,  mənbələri,  formalaşması  xü-
susiyyətləri,  iqtisadi  cəhətdən  reallaşdırılması,  idarə  edil-
məsi  mexanizmi,  prinsipləri,  vəzifələri,  şübhəsiz  müxtəlif 
ola  bilər.  Lakin  istər  mülkiyyətin  əsas,  istərsə  də  törəmə 
formalarının mahiyyətini, konkret iqtisadi sistem daxilində 
cəmiyyət üzvləri arasındakı iqtisadi münasibətlərdə axtar-
maq lazımdır. 
«Azərbaycan  Respublikasında  mülkiyyət  haqqında» 
qanununda  respublikada  mülkiyyətin  əsas  formaları  və 
mülkiyyət hüququnun müdafiə olunması məsələləri öz ək-
sini tapmışdır. Həmin qanundan sonra «Müəssisə haqqın-
da»,  «Səhmdar  cəmiyyəti  haqqında»,  «Aqrar  islahatların 
əsasları  haqqında»,  «Sovxoz  və  kolxozların  islahatı  haq-
qında», «Torpaq bazarı haqqında», «Valyuta tənzimi haq-
qında», «Haqsız rəqabət haqqında», «Sahibkarlıq fəaliyyə-
ti  haqqında»,  «Əmtəə  birjası  haqqında»,  «Lizinq  xidməti 
haqqında», «Antiinhisar fəaliyyəti haqqında» və digər qə-
bul  olunmuş  qanunlar,  mülkiyyət  münasibətlərini  təkmil-
ləşdirilərək,  yeni  iqtisadi  sistemə  uyğunlaşdırılması  işinə 
xidmət etməkdədir. 
Mülkiyyətin  əsas  və  törəmə  formaları  haqqında  aşa-
ğıdakıları qeyd etmək olar: 
Dövlət  mülkiyyəti.  Bu  mülkiyyətin  subyekti,  yaxud 
sahibi  hər  hansı  bir  ölkədə  dövlətin  özüdür.  Dünya  təcrü-
bəsində  dövlət  mülkiyyətinə  hərbi  müdafiə  və  strateji  ob-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə