3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   79

99 
 
Natural təsərrüfat - tarixən insanların bir cəmiyyət 
kimi  yaşamağa  başladıqları  dövrün  ilk  təsərrüfat  forma-
sıdır.  Bu  cür  tipli  təsərrüfatda  istehsal  olunan  məhsullar, 
bilavasitə həmin məhsulları istehsal edənlərin özlərinin və 
ailələrinin ehtiyaclarına gedirdi. Ona görə də bəzən natural 
təsərrüfatı ev, ailə, qapalı təsərrüfat da adlandırırlar. Natu-
ral  təsərrüfatın  əsasını  əkinçilik,  maldarlıq  və  ev  sənayesi 
(sənətkarlıq  məhsulları  xalça-palaz  hazırlanması,  bəzək 
şeyləri, corab, tikiş məmulatları təşkil etmişdi. 
Natural  təsərrüfat,  müəyyən  istisnalarla,  bazar  üçün 
məhsullar  istehsal  etmədiyindən,  burada  tələblə  -  təklif, 
yaxud istehsalla-istehlak üst-üstə düşürdü. 
Bu  təsərrüfat  formasında  işlədilən  alət  və  müxtəlif 
təyinatlı  avadanlıqlar  son  dərəcə  sadə-bəsit  olmuş,  həmin 
alətlərin əksəriyyəti, istehsalçıların özləri tərəfindən hazır-
lanmışdı.  
Natural  təsərrüfat  formasına  -  ibtidai  icma  cəmiyyə-
tində, quldarlıq quruluşunda, feodalizmdə geniş miqyasda 
rast gəlinir. Doğrudur, həmin quruluşlarda istehsalçılar öz 
hazırladıqları  müxtəlif  məhsulları  bəzən  dəyişmiş,  bəzən 
də satmışlar. Lakin o mühitdə, onlar müxtəlif ehtiyaclarını 
məhz özləri təmin etməyə çalışmışlar. 
Müasir  şəraitdə  də  Afrika,  Asiya,  Latın  Amerikası-
nın geridə qalmış ölkələrində, ucqar yerlərdə, uzaq adalar-
da natural təsərrüfat forması qalıqlarına rast gəlinir.  
İlk təsərrüfat təşkili tipi (forması) olan natural iqtisa-
diyyat  (təsərrüfat),  ibtidai  insanların  və  cəmiyyətin  həya-
tında, şübhəsiz çox böyük rol oynamışdır. İnsanlar natural 
təsərrüfat  şəraitində  min  illər  boyu  yaşamış  və  fəaliyyət 
göstərmişlər. 
Lakin  cəmiyyətdə  tədricən  baş  vermiş  kəmiyyət  və 


100 
 
keyfiyyət dəyişiklikləri, ictimai əmək bölgüsünün genişlə-
nib  -  dərinləşməsi,  əmək  alətləri  və  vasitələrinin  xeyli 
təkminləşdirilməsi, ticarət, alqı-satqı əlaqələrinin genişlən-
məsi, natural təsərrüfatın dağılmasına səbəb oldu. İnsanla-
rın  və  cəmiyyətin  iqtisadi  həyatında  natural  təsərrüfatın 
yerini  əmtəə  təsərrüfatı  tutmağa  başladı.  Əmtəə  təsərrü-
fatı  istehsalın  elə  bir  təşkili  formasıdır  ki,  burada  istehsal 
edilən  məhsullar  mübadiləyə,  dəyişmə  dairəsinə,  satışa 
daxil  olurlar.  Bu  təsərrüfatın  meydana  çıxıb,  fəaliyyət 
göstərməsi üçün aşağıdakı şərtlər lazımdır: 
-
 
ictimai  əmək  bölgüsü  olmalı,  müxtəlif  təsərrüfat 
sahələri  yaranmalı,  sənaye,  kənd  təsərrüfatı,  nəqliyyat, 
tikinti, rabitə, xidmət-ticarət ixtisaslaşmalıdır. 
-
 
xüsusi  mülkiyyət  olmalıdır  ki,  onun  sahibi  istehsal 
etdiyi məhsulların artıq hissəsini bazara çıxarıb sata bilsin. 
-
 
istehsalçılar  arasında  sərbəst  alqı-satqı,  ticarət, 
mübadilə əlaqələri olmalıdır. 
-
 
qiymətlərin  sərbəstliyi  və  rəqabət  sahəsində,  bazar  
təsərrüfatı forması özü-özünü tənzimləməlidir.  
Tarixən,  əmtəə  istehsalı  təşkilinin  3  forması,  yaxud 
tipi  vardır:  sadə  əmtəə  təsərrüfatı  forması,  kapitalist 
əmtəə istehsalı forması və planlı əmtəə təsərrüfatı for-
ması. 
Sadə əmtəə istehsalı, təsərrüfat təşkilinin elə bir for-
masıdır  ki,  burada  istehsal  vasitələri  üzərində  istehsalçı-
ların xüsusi mülkiyyəti var və onlar öz məhsullarını bazar-
da satmaq üçün hazırlayırlar. 
Kapitalist  əmtəə  istehsalı  -  istehsal  vasitələri  və  ha-
zırlanmış  məhsul  üzərində  sahibkar  mülkiyyətinə  əsasla-
nır. Kapitalist əmtəə istehsalı şəraitində muzdlu əməkdən, 
yəni  haqqı  ödənilən  iş  qüvvəsindən  istifadə  olunmaqla, 


101 
 
müxtəlif məhsullar hazırlanır, yaxud xidmətlər göstərilir. 
Kapitalist istehsal üsulu şəraitində  sahibkar,  istehsal 
amillərinə  (torpağa,  kapitala,  işçiyə)  sahib  olaraq,  öz 
müəssisəsinin  fəaliyyətini  sərbəst  təşkil  edir.  Kapitalist-
sahibkar  öz  məhsullarını  bazara  çıxararaq  reallaşdırır 
(satır). İstehsala çəkdiyi xərclərin əvəzi ödənildikdən, işçi-
lərin
 
haqqını  verdikdən,  vergi  və  digər  ödənişlər  yerinə 
yetirdikdən  sonra,  yerdə  qalan  müəyyən  məbləğ  sahibka-
rın mənfəəti kimi ona  çatır. Bu onun kapitalına, zəhməti-
nə, bacarığına görə aldığı haqdır, onun halal qazancıdır. 
Sahibkar öz fəaliyyətini fərdi rəhbərlik (ağalıq) qay-
dasında,  təkbaşına  və  şərikli  (ortaq)  surətdə  qura  bilər. 
Sahibkarlığın müştərək, qrup, səhmdar formaları da müm-
kündür. 
Kapitalist  əmtəə  istehsalı,  inkişaf  etmiş  bazar  siste-
minin  olmasını  və  ona  müvafiq  infrastrukturun  (xidmət 
göstərən  sahələrin-bankların,  sığorta  şirkətlərinin,  nəqliy-
yat təşkilatlarının və sair) olmasını tələb edir. 
Kapitalist əmtəə istehsalının formalaşması üçün ilkin 
kapital  yığımı  prosesi  getməlidir.  Bu  proses  bir  tərəfdən 
zorakılıq  (istehsalçıların  istehsal  vasitələrindən  məhrum 
edilməsi),  digər  tərəfdən  isə  sərvət  toplanması  (müstəqil 
gəlir  göstəricisi,  vergi  sistemi,  himayədarlıq  siyasəti) 
vasitəsilə həyata keçirilə bilər. 
Təsərrüfat tiplərindən biri də, mərkəzləşdirilmiş qay-
dada idarə olunan planlı iqtisadiyyatdır.  
Planlı iqtisadiyyatın əsasını istehsal vasitələri üzərin-
də dövlət mülkiyyəti (kolxoz-kooperativ mülkiyyəti) təşkil 
etmişdi. Bu təsərrüfat formasında əmtəə istehsalı və bazar 
əlaqələri saxlanılır. Lakin bütün bunlar dövlətin sərt nəza-
rəti  altında  olur  və  dövlət  cəmiyyətin  təsərrüfat  həyatının 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə