3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   79

96 
 
-
 
beynəlxalq istehsal münasibətləri; 
-
 
dövlətlə  istehsal  vahidləri  (müəssisə,  şirkət,  təsər-
rüfat arasındakı münasibətlər
-
 
müəssisə və şirkətdaxili münasibətlər; 
-
 
ayrı-ayrı  idarə,  təşkilat,  şirkət,  birliklər  arasındakı 
münasibətlər; 
-
 
dövlətlə xüsusi istehsalçılar arasındakı münasibətlər; 
-
 
müəssisələrlə bilavasitə istehlakçılar arasındakı mü-
nasibətlər. 
Cəmiyyətdəki  müxtəlif  istehsal  subyektləri  arasın-
dakı münasibətləri şərtləndirən zəruri amil tələb və maraq-
dır. Məhz bu amillər cəmiyyət üzvlərini və başqa subyekt-
ləri  çoxcəhətli  istehsal  münasibətlərinə  girməyə  yönəldir. 
Bu mənada, cəmiyyətin və insanların tələbləri, marağı, is-
tehsalın, habelə xidmətlər göstərilməsinin inkişafına güclü 
təkan verir. 
İstehsal münasibətləri cəmiyyət həyatında keçici (ta-
rixən  dəyişən)  bir  rol  oynayır.  Bu  münasibətlər  maddi 
məzmuna malik olub, obyektiv bir xarakter daşıyır. 
Cəmiyyətin  istehsal  münasibətlərini  2  hissəyə  ayır-
maq mümkündür: birincisi, ictimai əmək bölgüsü, koope-
rasiya,  təmərküzləşmə  səviyyəsində  təşkilati-iqtisadi  mü-
nasibətlərdir.  Buraya  istehsalın  təşkili  gedişində  ayrı-ayrı 
subyektlər  arasında  meydana  çıxan  münasibətlər  daxildir; 
ikincisi,  sosial-iqtisadi münasibətlərdir.  Buraya  insanların 
müxtəlif nemətlərə və xidmətlərə münasibəti, onların sahi-
bi, yoxsa istifadəçisi, istehlakçısı olması daxildir. Deməli, 
sosial-iqtisadi  münasibətlər  ilk  növbədə  mülkiyyət  müna-
sibətləri ilə bağlıdır. 
Belə  bir  cəhəti  də  qeyd  etmək  lazımdır  ki,  bütün 
cəmiyyətlərdə məhsuldar qüvvələrlə istehsal münasibətləri 


97 
 
arasında müəyyən nisbi uyğunluq olur. Lakin eyni zaman-
da  istehsal  münasibətləri  ilə  məhsuldar  qüvvələr  arasında 
ziddiyyətlərin  yaranması  da  təbiidir.  Bu  ziddiyyətlər  dinc 
yollar  və  üsullarla  öz  həllini  tapmadıqda,  cəmiyyətdə  so-
sial narazılıqlar, inqilablar baş verə bilər. 
ç)  Cəmiyyətin  inkişafının  və  təsərrüfat  həyatının 
tədricən  dəyişərək,  daha  mütərəqqi,  səmərəli,  insanlar 
üçün,  onların  tələbatlarının  dolğun  ödənilməsi  məqsədilə 
yeni  formalarda  (tiplərdə)  davam  etdirilməsi  bir  sıra  sə-
bəblərlə bağlıdır. 
^-—I— 
İlk  səbəb  kimi  əmək  kooperasiyasını  göstərmək  la-
zımdır.  Əmək  kooperasiyası  -  insanların  əmək  fəaliyyə-
tinin  birləşməsi  formasıdır.  Başqa  sözlə,  bir  çox  adamın 
(şəxsin) birləşərək eyni növ məhsul istehsal etməsi, yaxud 
müəyyən  bir  işi  görməsi  əmək  kooperasiyası  adlanır. 
Əməyin  kooperasiya  şəklində  (formasında)  birləşməsi 
özünü ibtidai insanların ovçuluq, balıqçılıqla birgə məşğul 
olmalarında göstərmişdi. Sonrakı dövrlərdə  Misir pirami-
dalarının  (ehramlarının)  inşa  olunmasında,  Şərqdə  suvar-
ma  sistemlərinin  yaradılmasında,  Qərbdə  iri  binaların  ti-
kilməsində, Çin səddinin yaradılmasında, Cənubi Amerika 
və  Meksika  ərazisində  tarixi  Maya  mədəniyyəti  abidələ-
rinin nümunəsində əmək kooperasiyasına rast gəlirik. 
İstehsalda  əməyin  birgə  fəaliyyət  formasının  başqa 
bir  növü  (tipi)  əmək  bölgüsüdür.  Əmək  bölgüsü  anlayışı, 
iqtisadi  kateqoriya  kimi  təbii  və  ictimai  əmək  bölgüsünə 
ayrılır. 
Təbii  əmək  bölgüsü  -  insanların  cinsinə  və  yaşına 
görə olan əmək bölgüsüdür. Ailədə və məişətdə hər kəsin 
yaşına və cinsinə uyğun müəyyən işi-gücü vardır. İnsanın 
öz bacarıq və imkanı dairəsində iş görmək qabiliyyəti təbii 


98 
 
əmək bölgüsü kimi qiymətləndirilir.  
İctimai əmək bölgüsü isə, insanların bir məhsul, ya-
xud həmin məhsulun hissəsini istehsal etmək üzrə ixtisas-
laşması deməkdir. 
Bəşər  cəmiyyəti  tarixində  birinci  iri  ictimai  əmək 
bölgüsü  maldar  tayfaların  əkinçilərdən  ayrılmasıdır.  Za-
man keçdikcə, tədricən ayrı-ayrı çoban tayfalar əkinçi tay-
falardan  ayrılmış  və  bunların  yolları  ayrılaraq,  xüsusi  tə-
sərrüfat  sahələri  kimi  inkişaf  etməyə  başlamışlar.  Şübhə-
siz,  bu  bölgü  əkinçilik  və  heyvandarlıq  məhsullarının 
istehsalını  artırmağa,  habelə  onların  mübadiləsinə,  dəyiş-
dirilməsinə daha əlverişli bir şərait yaratmışdı.  
Belə bir bölgü öz növbəsində daha mükəmməl əmək  
alətləri yaradılmasını,  qab-qacaq,  zinyət əşyaları, müxtə-
lif  paltarlar  hazırlanması  zəminində  sənətkarlığın  forma-
laşmasını şərtləndirmişdi. 
Sənətkarlığın  meydana  çıxması  və  inkişafı  cəmiyyət 
tarixində ikinci iri ictimai əmək bölgüsü deməkdir. 
Sənətkarlığın  müstəqil  bir  sahə  kimi  formalaşaraq, 
əkinçilik və maldarlıqdan ayrılması, təbii olaraq, əkinçilik- 
maldarlıq-sənətkarlıq  məhsullarının  mübadiləsini  xeyli 
sürətləndirmişdi.  Bu  mərhələdə,  artıq  müxtəlif  məhsulların 
istehsalı prosesi ilə yanaşı, onların mübadiləsi (alqı-satqısı) 
böyük  əhəmiyyət  qazanırdı.  Əmtəə  mübadiləsi  isə  geniş-
ləndikcə,  bu  işlə  bilavasitə  məşğul  olan  xüsusi  bir  qrup  - 
tacirlər  təbəqəsi  meydana  çıxdı.  Əmtəələrin  mübadiləsi  ilə 
məşğul  olan  tacirlər  təbəqəsinin  formalaşması,  cəmiyyətdə 
insanlar arasında üçüncü əmək bölgüsünü yaratmışdı. 
d) Bəşəriyyət tarixində, onun ictimai-iqtisadi həyatında 
fəaliyyət  göstərmiş  təsərrüfat  tiplərinin  təşkili  formaları  - 
natural təsərrüfat və əmtəə istehsalı şəklində olmuşdur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə