3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   79

83 
 
azad  sahibkarlıq  fəaliyyəti  və  dövlətin  ölkənin  təsərrüfat 
həyatı  işlərinə  az  qarışması  prinsiplərinin  zəruriliyi  dur-
muşdu. 
Onlar  xüsusi  mülkiyyəti  sahibkarlıq  fəaliyyətinin  hü-
quqi  əsası  saymış,  iqtisadiyyatda  baş  verən  tənəzzül,  dur-
ğunluq, işsizliyin səbəblərini azad rəqabətin yerini inhisar-
çılığın  tutması  ilə  izah  etmiş,  dövlətin  rolunu  isə  sahib-
karları istiqamətləndirməkdə yox, onların işgüzar fəaliyyəti 
ilə  bağlı  qarşıya  çıxan  müxtəlif  çətinliklərin  aradan  qal-
dırılmasında görmüşlər. 
V.Oyken və  onun tərəfdarları tərəfindən iqtisadi qu-
ruluşların:  a)mərkəzdən  idarə  olunan;  b)  bazar  təsərrüfatı 
kimi 2 tipinin təhlili əsasında, sosial yönümlü bazar iqtisa-
di  modeli  işlənib  hazırlanmışdır.  Bu  ideya,  ikinci  dünya 
müharibəsindən  sonra  L.Erhadın  bir  siyasi  xadim  kimi 
xidmətləri  sayəsində  Qərbi  Albaniyada  həyata  keçirilmiş-
dir və “alman modeli” adlanır. 
Neoliberalizmin    L.Mizes  (ABŞ)  və  F.Hayek  kimi 
görkəmli  nümayəndələri,  mərkəzdən  idarə  olunan  planlı 
sosialist  təsərrüfat  sisteminin  gələcəyi  olmadığını  qətiy-
yətlə bildirmiş, müasir dövrdə optimal iqtisadi inkişaf yo-
lunun xüsusi mülkiyyətə, sərbəst mübadiləyə, rəqabət mü-
barizəsinə  əsaslanan  siyasətlə  reallaşa  biləcəyini  söylə-
mişlər. 
F.Hayek “Quldarlığa aparan yol” əsərində yazmışdır 
ki, iqtisadi azadlıqdan, bazar qiymətindən imtina edən qu-
ruluşu  həyat  diktaturaya  və  “iqtisadi  quldarlığa”    doğru 
aparır.  Onun  fikrincə,  azadlıq  dövlət  tərəfindən  “məhdu-
diyyətlərin  və  məcburiyyətlərin”  ləğv  edilməsi  deməkdir. 
O,  dövlətin  iqtisadiyyata  hədsiz  qarışmasını,  cəmiyyətdə 


84 
 
insanların  iqtisadi  fəaliyyət  azadlığının  pozulması  kimi 
qiymətləndirmiş  və  bu  rolu  yalnız  əhalinin  sosial  müda-
fiəsi  sahəsində  zəruri  saymışdır.  Müəllif    hesab  edirdi  ki, 
cəmiyyətin  yenidən  qurulmasının  təşkili  və  onun  inkişafı  
“plan əsasında deyil, daxili hərəkətin nəticəsində, təkamül 
yolu ilə baş verir”. Ona görə də iqtisad elmi insanların mə-
nafeyi  naminə  cəmiyyətin  “iqtisadi  ehtiyatlarından  (re-
surslarından)  daha  səmərəli  istifadə  edilməsi  problemləri-
nin tədqiqi ilə məşğul olmalıdır” . 
J.Pyuef (Fransa), Keynisin iqtisadiyyatın dövlət tən-
zimlənməsi  ideyasının  əleyhinə  çıxmış,  azad  bazar  qiy-
mətlərini iqtisadiyyatı tarazlayan amil hesab etmiş, iqtisa-
di  hadisələrin  kəmiyyət-keyfiyyət  cəhətlərinin  əlaqəli 
təhlilində  riyazi  modelləşdirmədən  istifadə  etmiş,  əmək 
haqqının  aşağı  olmasının  təkrar  istehsal  prosesini  pozdu-
ğunu, işsizliyi artırdığını, sosial problemləri kəskinləşdiyi-
ni nəzərə çatdıraraq, cəmiyyətdə tarazlığın yaradılması na-
minə, sərbəst bazarla yanaşı, indikativ (tövsiyə) xarakterli 
planlarının olmasını da məqsədəuyğun saymışlar.  
Monetarizm  konsepsiyasının  tərəfdarları  (M.Frid-
men, A.Şvarts, K.Uorberton,  D.Meyzelman,  F.Keyçen  və 
başqaları)  iqtisadiyyatı  idarəetməni  ilk  növbədə  pul  küt-
ləsi,  onun  emissiyası,  dövriyyədə  və  ehtiyatda  olan 
pulun  kəmiyyətinə  dövlət  nəzarəti  edilməsində,  habelə 
büdcənin  balanslaşdırılmasında,  yüksək  bank  faizləri-
nin müəyyənləşdirilməsində görmüşlər. Bu mənada mone-
tarizm,  bütövlükdə  pul  amilinin  (“fenomeninin”)  ölkənin 
təsərrüfat  həyatında  başlıca  rol  oynadığını  əsaslandıran 
stabilləşdirmə nəzəriyyəsi kimi səciyyələndirilir. 
Bu  nəzəriyyənin  banisi  M.Fridmen  “Seçim  azadlı-


85 
 
ğı”  kitabında  yazırdı  ki,  bütün  böyük  iqtisadi  sarsıntılar, 
böhranlar,  işsizlik,  inflyasiya  halları  “bazar  iqtisadiyyatı-
nın  qeyri-sabitliyi  ilə  deyil,  dövlətin  səhv  pul  siyasətinin 
nəticəsidir”.  Monetaristlər  ümumiyyətlə  dövlətin  ölkənin 
təsərrüfat  həyatı  məsələlərinə  qarışmasının  əleyhinə  olsa-
lar da, lakin yalnız bir məsələdə, yəni ölkədə pul kütləsini 
kəmiyyəti  və  onun  üzərində  ciddi  dövlət  nəzarətini  zəruri 
hesab  etmişlər.  Onlar  C.Keynis  və  onun  davamçılarının 
məcmu tələbin dövlət tərəfindən tənzimlənməsi tədbirləri-
nə qarşı çıxaraq göstərmişlər ki, belə bir siyasət bazar qüv-
vələrinin  real  nisbətini  pozur  və  uzunmüddətli  dövrdə  in-
flyasiya prosesinin sürtələnməsinə xidmət edir. 
M.Fridmenin fikrincə, bazar iqtisadi sisteminə dövlət 
müdaxiləsi  qısamüddətli  dövr  ərzində  müəyyən  müsbət 
nəticə  versə  də,  gələcək  perspektivləri  nəzərə  almaqla,  o 
“bazar münasibətlərinə mümkün qədər az və ehtiyatla mü-
daxilə etməlidir”. 
Monetaristlər ölkə iqtisadiyyatını 2 sahəyə - real iq-
tisadiyyat  və  pul tədavülü dairəsinə  ayırmışlar.  Bu  böl-
güyə  əsasən  real  iqtisadiyyata  əmtəə-xidmətlərin  istehsalı 
və satışı daxil edilərək, orada bazar prinsiplərinin fəaliyyə-
ti  əsaslandırılır.  Pul  tədavülü  dairəsinə  isə  real  iqtisadiy-
yatla  müqayisədə  xarici  bir  amil  kimi,  böhran  törədən 
şərtlər  mövqeyindən  yanaşıdır  ki,  həmin  sfera  dövlətin 
fəaliyyəti  ilə  bağlıdır.  Ona  görə  də  monitaristlər  dövlətin 
vəzifəsini,  iqtisadiyyatın  real  sahəsinə  qarşılıqlı  münasi-
bətdə pul tədavülü dairəsini neytrallaşdırmaqda, bazar me-
xanizminin fəaliyyəti üçün daha  əlverişli şərait  yaratmaq-
da,  ən  başlıcası  isə  əmtəə  bazarını  zəruri  miqdarda  pul 
kütləsi ilə təmin etməkdə görmüşlər.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə