3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   79

86 
 
  XX əsrin 70-ci illərində dünya kapitalizm sistemin-
də təkrar istehsal prosesi şərtlərinin xeyli dəyişməsi, enerji 
böhranı,  iqtisadi  artım  templərinin  zəifləməsi,  müxtəlif 
xammal növlərinin çatışmaması, daxili və xarici bazarlar-
da  satış həcminin azalması, inflyasiya  əlamətləri moneta-
rizm nəzəriyyəsi müddəalarının yayılmasına, habelə təsər-
rüfat həyatında dövlət siyasəti səviyyəsində tətbiqinə əlve-
rişli imkanlar yaratmışdı.  
Dünyanın müxtəlif ölkələrində, xüsusilə də postsovet 
və  postsosialist  məkanında  formalaşmış  müstəqil  dövlət-
lərdə, o cümlədən də Azərbaycan Respublikasında, mone-
tarizm  ideyalarının  müəyyən  cəhətlərindən    yaradıcılıqla 
istifadə olunmuşdur. 
Monetarizmlə bağlı və onun davamı kimi formalaşan 
iqtisadi təklif konsepsiyası, mahiyyətcə M.Fridmenin me-
todoloji  prinsiplərinə  əsaslanmasına  baxmayaraq,  bir  sıra 
iqtisadi  problemlərə  yanaşmada  fərqlənir.  Bu  mövqeyin 
tərəfdarları  və  davamçıları,  məcmu  təklifi  stimullaşdır-
maq,  istehsalı  və  məşğulluğu  fəallaşdırmaq  xəttini  əsas-
landırmağa  çalışmışlar.  Onlar  bazar  iqtisadi  sistemini  tə-
sərrüfatçılığın  təşkilinin  optimal  forması  və  təkamül  yolu 
ilə  qərarlaşmış  təbii  fəaliyyətin  nəticəsi  kimi  qiymətlən-
dirmişlər. 
Bu  konsepsiyanın  tərəfdarları  əsaslandırmağa  çalış-
mışlar  ki,  ölkədə  yaranan  təbii  işsizliyin  başlıca  səbəbi 
dövlətin həyata keçirdiyi sosial təminat sistemidir. 
ABŞ  iqtisadçısı  A.Lafferin  və  onun  tərəfdarlarının 
qeyd  etdikləri  kimi  geniş  miqyaslı  sosial  proqramların 
reallaşdırılması, dövlət büdcəsinin xərclərini artırır, bu isə 
vergi  dərəcələrinin  yüksəldilməsini  şərtləndirir.  Büdcədə 


87 
 
kəsir yaranmasını qəbul etməyən iqtisadi təklif mövqeyin-
də duranlar, problemin həlli üçün başqa yolların olduğunu 
göstərmişlər.  Onlar  büdcəyə  daxilolmaları,  vergi  islahat-
ları və dövlətin sosial xərclərini azaltmaq vasitəsilə aradan 
qaldırmağı  irəli  sürmüşlər.  Eyni  zamanda  vergiləri  aşağı 
salmaq  və  vergiyə  cəlb  olunanların  əhatəsini  genişləndir-
məklə,  iqtisadiyyatı  stimullaşdırmağın  mümkün  olduğunu 
tövsiyə  etmişlər.  İqtisadiyyatın  dövlət  tənzimlənməsi  mə-
sələsində  isə  onların  mövqeyi,  bu  prosesin  uzunmüddətli 
xarakter  daşıması  və  əmtəələrin,  kapitalın,  habelə  digər 
istehsal  amillərinin  təklifin  stimullaşdırılmasına  xidmət 
göstərməyə yönəldilmişdir.  
Monetarizm  ideyaları ilə əlaqəli iqtisadi konsepsiya-
lardan biri də, səmərəli gözləmə konsepsiyasıdır. Ötən əsrin 
70-ci  illərində  formalaşmış  bu  elmi  -  nəzəri  baxışların  nü-
mayəndələri  arasında  amerikalı  R.Lukas,  C.Mut,  T.Sar-
cent, M.Uolles kimi alim və mütəxəssislər olmuşlar. 
  Bu  konsepsiya, iqtisadi nəzəriyyənin mikroiqtisadi 
səviyyəsinin  prinsiplərinə  əsaslansa  da,  eyni  zamanda  va-
hid  iqtisadi  nəzəriyyənin  mikroiqtisadi  və  makroiqtisadi 
bölmələri  arasında  əlaqə  yaratmağa  yönəlmişdir.  Məqsəd 
ondan ibarətdir ki, həm iqtisadçılar, həm də siyasətçilər öz 
fəaliyyətlərinin nəticələrinin dəyişkən xarakter daşıdığına, 
müəyyən gözləmə taktikasının mümkün təsirinə, mikroiq-
tisadi  və  makroiqtisadi  problemlərin  qarşılıqlı  təsir  əla-
qəsinə  lazımı  diqqət  yetirsinlər.  Bu  istiqamətdə  dövlətin 
iqtisadiyyata  müdaxiləsi  nə  qədər  az  olarsa,  cəmiyyətin 
iqtisadi-sosial problemlərinin həllində son nəticələr nəzərə 
alınmaqla, konkret addımlar atılarsa, şübhəsiz ictimai-iqti-
sadi səmərəlilik meyarları daha da yüksək olacaqdır. 


88 
 
MÖVZU 5 
 
TƏSƏRRÜFAT FƏALİYYƏTİNİN İCTİMAİ 
TİPLƏRİ VƏ ONUN TƏŞKİLİ 
 
a)
 
Maddi nemətlər istehsalı və onun əsas şərtləri.  
b)
 
Cəmiyyətin təsərrüfat həyatının tarixi təkamülü. 
c)
 
Məhsuldar qüvvələr və istehsal münasibətləri. 
ç) Əmək kooperasiyası və əmək bölgüsü. 
d)
 
Təsərrüfat fəaliyyətinin müxtəlif tipləri. 
 
Müxtəlif ictimai - siyasi quruluşların və cəmiyyətlə-
rin  iqtisadi  əsasını,  onun  yaşayıb  inkişaf  etməsinin  təmə-
lini - maddi nemətlərin (xidmətlərin) istehsalı, habelə fasi-
ləsiz surətdə təkrar istehsalı prosesi təşkil edir. Bu mənada 
maddi  nemətlərin  istehsalı  və  təkrar  istehsalı  cəmiyyətin 
iqtisadi bazasını, maddi-texniki fundamentini təşkil edir. 
İnsanların gündəlik həyat və tələbat qayğıları maddi 
nemətlərin  istehsal  olunmasını,  müxtəlif  təyinatlı  xidmət-
lər  göstərilməsini  zəruri  edir.  Məlumdur  ki,  insanların 
yaşaması və fəaliyyət göstərmələri üçün onlar ilk növbədə 
yeməli,  ərzaq  məhsulları  ilə  təmin  olunmalı,  mənzil,  pal-
tar, yanacaq əldə etməli, müəyyən xidmətlərdən faydalan-
malıdırlar. 
Hələ  min  illər  bundan  qabaq  oda  sitayişlə  bağlı  zər-
düştlüyün  müqəddəs  kitabı  sayılan  «Avesta»da  deyilirdi 
ki, ac adamlara hətta ən müqəddəs və müdrik sözlər də az 
təsir  edər.  Çünki  yaxşı  qidalanmayan  millətin  nə  qüvvətli 
əsgərləri, nə sağlam nəsli, nə də sanballı alimləri ola bilər. 
Deməli,  maddi  nemətlər  istehsalı  və  müxtəlif  xidmətlər 
göstərilməsi,  bəşər  cəmiyyəti  inkişafının  müxtəlif  mərhə-


89 
 
lələrində onun yaşamasını, irəliyə doğru hərəkətini, yüksə-
lişini şərtləndirən həlledici amil rolunu oynamışdır. 
Əlbəttə,  həyat  yalnız  maddi  istehsaldan,  yaxud  cə-
miyyətin iqtisadi bazisindən ibarət deyildir. Maddi nemət-
lərlə  yanaşı,  insanların  mənəvi  dəyərlərə  də,  yəni  elmə, 
təhsilə, mədəniyyətə, incəsənətə, musiqiyə, tamaşaya bax-
mağa, konsertə getməyə də ehtiyacı vardır. Dövlət aparatı, 
idarəetmə,  inzibati-hüquq  orqanları  da  daxil  olmaqla  bü-
tün bunlar cəmiyyətin üstqurumunu təşkil edir. Bu mənada 
bütövlükdə  cəmiyyətin  ictimai-siyasi,  iqtisadi-sosial,  mə-
dəni  həyatı  bir-birini  tamamlayan  və  qarşılıqlı  təsirdə 
fəaliyyət  göstərən  bazis  və  üstqurumdan  ibarətdir.  Lakin 
bu  pozulmaz  vəhdət  daxilində  bazis,  cəmiyyətin  iqtisadi 
təməli  kimi  aparıcıdır.  Normal  yaşayıb  inkişaf  edən  cə-
miyyətdə  bazislə  üstqurumun  uyğunluğu,  sanki  uçan  qu-
şun qoşa qanadlarını xatırladır. 
Təsadüfü  deyildir  ki,  hazırda  BMT  müxtəlif  ölkələ-
rin  sırf  iqtisadi  göstəriciləri  ilə  yanaşı,  onların  iqtisadi-
sosial  və  mədəni  səviyyəsini  səciyyələndirən  «ölkənin 
ictimai  inkişaf  indeksi»  adlı  göstəricidən  də  istifadə  edir. 
Bu  indeks  hər  hansı  bir  ölkənin  ümumiləşdirici  iqtisadi 
göstəriciləri ilə yanaşı, orada iş həftəsinin uzunluğu, əhali-
nin  orta  ömrü,  təhsil,  elm,  mədəni  səviyyəsi  nəzərə  alın-
maqla müəyyənləşdirilir. 
Həmin  indeks  göstəricilərinə  əsasən  müasir  dünya 
ölkələrinin  dəyişən  sıralanması  belədir:  Kanada,  Yaponi-
ya,  Norveç,  İsveçrə,  İsveç,  ABŞ,  Avstraliya,  Fransa, 
Niderland, İngiltərə, Almaniya, İslandiya və başqaları.  
Cəmiyyətlərin quruluşundan və formasından asılı ol-
mayaraq, müxtəlif təyinatlı maddi nemətlərin, habelə xid-
mətlərin  varlığı  üçün  insan  əməyi  (iş  qüvvəsi),  əmək  ci-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə