3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)


b) Cəmiyyətin iqtisadi sisteminin quruluşuna, yaxud  strukturuna aşağıdakılar daxildir:  -  Ölkənin  təbii  sərvətləri  (resursları)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   79

106 
 
b) Cəmiyyətin iqtisadi sisteminin quruluşuna, yaxud 
strukturuna aşağıdakılar daxildir: 
-  Ölkənin  təbii  sərvətləri  (resursları).  İqtisadi  sis-
tem bu resurslardan səmərəli istifadə etməklə ölkənin iqti-
sadi  inkişafının  sürətləndirilməsinə,  onun  hərbi-müdafiə 
gücünün möhkəmləndirilməsinə, milli təhlükəsizliyinin tə-
min  olunmasına,  ekoloji  tarazlığın  qorunub  saxlanmasına 
xidmət etməlidir. 
-
 
 Əmək resursları (ehtiyatları). Ölkənin məhsuldar 
qüvvələrinin  tərkib  hissəsi  sayılan  əmək  ehtiyatlarından 
səmərəli faydalanmaq, hazırlıqlı və peşəkar kadrlar hazır-
lamaq,  onların  hərtərəfli  qayğısına  qalmaq,  həlledici  əhə-
miyyətə malikdir. 
-
 
Müxtəlif  mülkiyyət  formaları.  İqtisadi  sistem  da-
xilində mülkiyyətin  müxtəlif formalarının (dövlət, xüsusi, 
bələdiyyə)  mövcudluğu,  təsərrüfat  həyatının  ayrı-ayrı  sa-
hələrində  onun  uyğun  variantlardan  konkret  şəraitlə  bağlı 
daha səmərəli istifadəsini təmin etməlidir. 
-
 
Kapitalın müxtəlif formaları və ünsürləri. Maddi 
nemətlər  istehsalı  və  xidmətlər  göstərilməsi  üçün  yığılmış 
istehsal  vasitələri  ehtiyatı  olan  kapitalın  müxtəlif  formala-
rından (investisiya, maliyyə resursları, pul) bacarıqla istifa-
də olunması, iqtisadi sistemin səciyyəvi cəhətlərindəndir. 
-  Sahibkarlıq  qabiliyyəti  və  idarəetmə  məharəti. 
Cəmiyyət  tarixinin  müxtəlif  mərhələlərində,  xüsusilə  ba-
zar  iqtisadiyyatı  şəraitində  bu  şərtlər,  iqtisadi  sistemin 
uğurlu fəaliyyətində böyük rol oynayır. 
c) Tarix boyu dünyanın ayrı-ayrı ölkələrində, dövlət-
lərində  müxtəlif  iqtisadi  sistemlər  meydana  çıxmış,  for-
malaşaraq inkişaf etmiş, özünün yüksəliş zirvəsinə çatmış, 
nəhayət  bütün  daxili  imkanlarını  itirərək,  sıradan  çıxıb 
getmişlər. 


107 
 
İqtisadi  nəzəriyyə  elmi,  indiyədək  bəşər  cəmiyyəti 
tarixində  olmuş  aşağıdakı  iqtisadi  sistemləri  və  onların 
formalarını,  variantlarını  öyrənir.  Bəzən  iqtisadi  ədəbiy-
yatlarda  iqtisadi  sistemlərin  tipləri  və  modelləri  anlayışı 
işlədilir. İqtisadi sistemləri 2 qrupa ayırmaq olar. Bunlar-
dan birincisi, bazar iqtisadi sistem olub, özündə bu sis-
temin  sərbəst  bazar  (rəqabət  bazarı)  və  müasir  bazar 
iqtisadiyyatı  kimi  formalarını,  tiplərini  birləşdirir. 
İkincisi, isə, qeyri-bazar iqtisadi sistemi adlanıb, özün-
də  ənənəvi  və  əmrlə  idarə  olunan  planlı  inzibati-amir-
lik iqtisadi sistemlərini birləşdirir. 
Bunlardan törəmə bir forma kimi qarışıq iqtisadi sis-
temi göstərmək olar. 
Təbiidir ki, hər hansı bir ölkənin iqtisadi resursları və 
ictimai-siyasi vəziyyətdən asılı olaraq, yuxarıda göstərilən 
iqtisadi  sistemlərin  müəyyən  fərqlərə  malik  modelləri, 
variantları ola bilər, habelə mümkündür. 
İqtisadi sistemin formaları  (tipləri) və müxtəlif ölkə-
lərin  təsərrüfat  həyatı  təcrübəsində  fəaliyyətdə  olan  mo-
delləri (variantları) kimi aşağıdakıları göstərmək olar: 
 I. Bazar iqtisadi sistemi. 
1. Sərbəst rəqabət bazarı forması (tipi). 
Bazar  iqtisadi  sisteminin  bu  forması  XVIII  əsrdən 
formalaşaraq, XX əsrin ilk onilliyinə qədər davam etmiş-
dir.  Bu  sistemin  fəaliyyətinin  səciyyəvi  cəhətləri  bazarın 
tələb  və  təklif  əsasında  qurulması,  sərbəst  rəqabət  üçün 
tam şərait olması, qiymətlərin azad surətdə yaranıb-dəyiş-
məsidir. 
Klassik  iqtisadi  nəzəriyyənin  banilərindən  biri  sayı-
lan  A.Smitin  yazdığı  kimi  sərbəst  bazar  iqtisadiyyatını 
sanki  «görünməz  əllər»  idarə  edir.  Sərbəst  rəqabət  bazarı 


108 
 
şəraitində istehsalçılar siyasi və iqtisadi baxımından azad-
dırlar. Eyni zamanda onlar istehsal etdikləri məhsulları, öz 
xərclərini  ödəmək  şərtiylə  istədikləri  qiymətə  satmaqda 
sərbəstdirlər. 
Belə  bir  şəraitdə,  tədricən  bazarda  iri  kapital  sahib-
ləri  meydana  çıxır,  bazar  tarazlığı  pozulur,  iqtisadiyyatda 
böhranlı  vəziyyət  yaranır.  Sərbəst  rəqabəti  iri  sahibkarla-
rın  və  kapital  sahiblərinin  yeni  «oyun  qaydaları»  əvəz 
edir.  Yaranmış  çətinlik  və  problemləri  həll  etmək  üçün 
azad sahibkarlıq və rəqabət iqtisadiyyatı (xalis kapitalizm) 
öz  yerini  tənzimlənən  müasir  bazar  iqtisadi  sisteminə 
verməli olur. 
2.  Müasir  bazar  iqtisadiyyatı  (inhisarçı  kapita-
lizm) forması (tipi). 
XX  əsrin  əvvəllərindən  başlayaraq  azad  rəqabətin 
müasir  bazar  iqtisadiyyatına  keçidi  özünü  göstərir.  Bu 
dəyişikliyin  əsas  cəhətləri  kimi  müxtəlif  mülkiyyətlərin 
fəaliyyətini,  elmi-texniki  tərəqqinin  güclü  irəliləyişini,  is-
tehsal  və  sosial  təyinatlı  infrastrukturunun  əhəmiyyətli 
dərəcədə inkişafını, habelə dövlətin iqtisadiyyatın tənzim-
lənməsinə təsirinin xeyli artmasını göstərmək olar. Şübhə-
siz, bu yeni cəhətlər istehsalın inkişafına, onun idarə edil-
məsinə öz dəyişdirici müsbət rolunu əhəmiyyətli dərəcədə 
artırmışdı. Eyni zamanda ölkələr arasında iqtisadi inteqra-
siya prosesləri güclənmiş və qlobal miqyasda vahid dünya 
təsərrüfat sistemi formalaşmağa başlamışdı. 
«İqtisadi  nəzəriyyə»  dərsliyində  qeyd  olunur  ki,  bu 
iqtisadi  sistem  «tipinin  ən  üstün  xüsusiyyətləri  dəyişilən 
şəraitə uyğun gələn, əsas aparıcı amil hesab olunan sahib-
karlar təbəqəsinin meydana gəlməsi və resurslardan istifa-
də etmək hüququnun dövlət nəzarətinə keçməsindən ibarət 
olmuşdur». 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə