107
İqtisadi nəzəriyyə elmi, indiyədək bəşər cəmiyyəti
tarixində olmuş aşağıdakı iqtisadi sistemləri və onların
formalarını, variantlarını öyrənir. Bəzən iqtisadi ədəbiy-
yatlarda iqtisadi sistemlərin tipləri və modelləri anlayışı
işlədilir. İqtisadi sistemləri 2 qrupa ayırmaq olar. Bunlar-
dan
birincisi, bazar iqtisadi sistem olub, özündə bu sis-
temin sərbəst bazar (rəqabət bazarı) və müasir bazar
iqtisadiyyatı kimi formalarını, tiplərini birləşdirir.
İkincisi, isə, qeyri-bazar iqtisadi sistemi adlanıb, özün-
də ənənəvi və əmrlə idarə olunan planlı inzibati-amir-
lik iqtisadi sistemlərini birləşdirir.
Bunlardan törəmə bir forma kimi qarışıq iqtisadi sis-
temi göstərmək olar.
Təbiidir ki, hər hansı bir ölkənin iqtisadi resursları və
ictimai-siyasi vəziyyətdən asılı olaraq, yuxarıda göstərilən
iqtisadi sistemlərin müəyyən fərqlərə malik modelləri,
variantları
ola bilər, habelə mümkündür.
İqtisadi sistemin formaları (tipləri) və müxtəlif ölkə-
lərin təsərrüfat həyatı təcrübəsində fəaliyyətdə olan mo-
delləri (variantları) kimi aşağıdakıları göstərmək olar:
I. Bazar iqtisadi sistemi.
1. Sərbəst rəqabət bazarı forması (tipi).
Bazar iqtisadi sisteminin bu forması XVIII əsrdən
formalaşaraq, XX əsrin ilk onilliyinə qədər davam etmiş-
dir. Bu sistemin fəaliyyətinin səciyyəvi cəhətləri bazarın
tələb və təklif əsasında qurulması, sərbəst rəqabət üçün
tam şərait olması, qiymətlərin azad surətdə yaranıb-dəyiş-
məsidir.
Klassik iqtisadi nəzəriyyənin banilərindən biri sayı-
lan A.Smitin yazdığı kimi sərbəst bazar iqtisadiyyatını
sanki «görünməz əllər» idarə edir. Sərbəst rəqabət bazarı