117
yektlər, dəmir yolları, mühüm mədənlər, rabitə sistemləri,
inzibati binalar, mədəni abidələr, habelə digər mühüm
tikintilər daxildir. Yüksək inkişaf etmiş ölkələrdə dövlət
mülkiyyətinin ümumi daxili məhsulda payı 10-30 faiz, in-
kişaf etməkdə olan ölkələrdə 35-70 faiz, keçid mərhə-
ləsində olan ölkələrdə 40-80 faiz arasındadır.
Dövlət mülkiyyəti makroiqtisadi tənzimləmə prose-
sində, ölkənin inkişaf strategiyasının işlənib hazırlanma-
sında, milli iqtisadiyyatın səmərəliliyini yüksəltmək məq-
sədiylə struktur (quruluş) dəyişiklikləri aparılmasında və
əhalinin iqtisadi-sosial vəziyyətinin yaxşılaşdırılmasında
mühüm rol oynaya bilər.
Ümummilli (dövlət) və yerli (bələdiyyə) əhəmiyyətli
dövlət mülkiyyəti əsasən 3 formada idarə olunur. Birin-
cisi, bilavasitə inzibati idarəçilik orqanlarına tabe olan və
həmin təşkilatlar tərəfindən maliyyələşdirilən, habelə inzi-
bati qaydalarla idarə olunan müəssisələrdir. İkincisi, öz
xərclərini ödəyən, özünü maliyyələşdirən və idarə edən
dövlət müəssisələridir. Üçüncüsü, səhmlərin əksər hissəsi
dövlətin sərəncamında olan, başqa sözlə, nəzarət səhm
paketi (zərfi) dövlətə məxsus olan səhmdar-dövlət müəssi-
sələridir. Dövlət mülkiyyətində olan istehsal müəssisələri
hüquqi şəxs statusuna malikdirlər.
Bələdiyyə mülkiyyəti. Bu mülkiyyət forması, yerli
dövlət təsərrüfatçılığının əsasını təşkil edir. Hüquqi şəxs
sayılan bələdiyyə, öz tabeliyində olan istehsal müəssisə-
lərinin və əhaliyə xidmət dairəsi obyektlərini idarə edir.
«Azərbaycan Respublikasında mülkiyyət haqqında»
qanunun 15-ci maddəsinə əsasən, yerli dövlət hakimiyyəti
və özünüidarə orqanlarının əmlakı, yerli büdcənin və büd-
cədənkənar fondların vəsaiti, özəlləşdirilməmiş mənzil
118
fondu, qeyri-yaşayış binaları, mühəndis infrastrukturu ob-
yektləri (su kəməri, kanalizasiya təsərrüfatı, istilik, elek-
trik və qaz təchizatı), habelə bir sıra təhsil, səhiyyə, isteh-
sal, xidmət, ticarət, idman təşkilatları, yaxud onların əmla-
kı bələdiyyə mülkiyyətində ola bilər.
Xüsusi mülkiyyət. Qədim və mürəkkəb bir təkamül
tarixinə malik olan xüsusi mülkiyyət, ictimai icma qurulu-
şunun son mərhələlərində, ictimai mülkiyyətin dağılması
meylləri ilə bağlı meydana çıxmışdır. Bütün sonrakı cə-
miyyətlərin tarixi, xüsusi mülkiyyət münasibətlərinin
müxtəlif məzmun və mahiyyət etibarilə inkişaf dövrləri ol-
muşdur. Təsadüfi deyildir ki, filosoflar və iqtisadçılar
əmlak, mülkiyyət, əşya üzərində sahibliyi, yaxud «bu
mənimdir» hüququnu insan azadlığı və sərbəstliyinin ilkin
zəruri şərti kimi qiymətləndirmişlər.
Xüsusi mülkiyyətə cəhətdən yanaşmaq olar: a) şəxsi
əmək, yaxud ailə üzvlərinin əməyi ilə fəaliyyət göstərən
istehsal və xidmət obyektləri; b) başqalarının əməyinin
haqqı ödənilməklə (muzdlu əməyə əsaslanmaqla) fəaliyyət
göstərən müəssisələr.
Yüksək inkişaf etmiş və inkişaf etməkdə olan ölkə-
lərdə təsərrüfat həyatında xüsusi mülkiyyət həlledici rol
oynayır. Postsovet və postsosialist ölkələrində xüsusi,
mülkiyyət formalaşmaqda, habelə fəaliyyət dairəsini ge-
nişləndirməkdədir.
c) Mülkiyyət obyekti dedikdə, onun maddi zəmini,
yaxud varlığı nəzərdə tutulur. Bu obyekt əmlak, istehsal
vasitələri, o cümlədən torpaq, şirkət, fabrik, material, ava-
danlıq, xammal kimi konkret şeylərdir. İnsanların mülkiy-
yətçi kimi formalaşması, mülkiyyət hüququna malik olma-
sı məhz bu konkret şeylər üzərində qurulur. İnsanlar qeyri-
119
maddi nemətlər üzərində də mülkiyyət sahibi ola bilərlər.
Məsələn, adamların iş qüvvəsi və bunun konkret ifadəsi
olan sənət, ağıl, zəka, intellekt də mülkiyyət sayıla bilər.
Fizikin kəşfi, mühəndisin ixtirası, rəssamın tablosu,
bəstəkarın əsəri, alimin yeni ideyası intellektual mülkiy-
yətə nümunə ola bilər.
Deməli, mülkiyyət həm əşya (cisim), həm daşınar-
daşınmaz, həm canlı, həm də intellektual şəkildə mövcud-
dur.
Mülkiyyətin subyekti isə ayrı-ayrı fiziki və hüquqi
şəxslər, əmək kollektivləri, sosial qruplar, müxtəlif cəmiy-
yətlər, təşkilatlar, birliklər, şərikli iş adamları, qarışıq mül-
kiyyət sahibləridir.
Təsərrüfat təcrübəsi göstərir ki, insanlar mülkiyyətə
real sahib olduqda, onda əsl mülkiyyətçi xarakteri forma-
laşır. O, müxtəlif problemlərlə üzləşdikdə bunları sərbəst
surətdə və peşəkarlıqla həll etməyə çalışaraq, buraxdığı
səhvlərdən düzgün nəticələr çıxarır. Lakin planlı sosialist
iqtisadi sistemindəki kimi mülkiyyətə formal sahib olmaq
reallığı, insanlarda həvəs və təşəbbüskarlığı boğaraq, onla-
rı başqasının ifadəsini istəmədən yerinə yetirən mexaniki
icraçılara çevirirdi.
ç) Mülkiyyət, əmlaka sahib olmaq, ondan istifadə et-
mək və mülkiyyət barəsində sərəncam verməklə iqtisadi
cəhətdən reallaşdırılır.
Mülkiyyətin mənimsənilməsi - onun digər subyekt-
lərdən kənarlaşdırılaraq, hüquqi sənədlər əsasında xüsusi
mülkiyyətə, yəni kiminsə (şəxsin, dövlətin, bələdiyyənin)
sahibliyinə keçməsidir. Həmin subyekt, əldə etdiyi obyek-
tin istehsal və tədavül dairəsindəki fəaliyyətinin nəticələ-
rini mənimsəyir.
Dostları ilə paylaş: |