124
bət mübarizəsi, istər iqtisadi-texniki, istərsə də sosial -
mənəvi cəhətdən dövlətin əlindəki mərkəzləşmiş hədsiz
mülkiyyətin müəyyən hissəsinin özəl bölməyə verilməsini
irəli sürmüşdü. Təsadüfü deyildir ki, məhz dövlət mülkiy-
yətinin özəlləşdirilməsi, Avropa, Cənub Şərqi Asiya,
Cənubi Amerikanın bir sıra ölkələrində iqtisadi-sosial
yüksəlişin təmin edilməsində mühüm rol oynamışdır.
Özəlləşdirmə sözü ingiliscədən tərcümədə «priva-
tus», yəni mənimki, yaxud özümünkü mənasını verir.
Özəlləşdirmə prosesində dövlət mülkiyyəti öz dəyərinə və
güzəştlə satıla bilər, yaxud pulsuz verilə bilər. Bu hər han-
sı bir ölkənin iqtisadi-sosial vəziyyətindən, dövlət mülkiy-
yətinin iqtisadiyyatda oynadığı roldan, özəlləşdirmənin
qarşısına qoyulmuş vəzifələrdən, əhalinin milli mentalite-
tindən və digər kompleks amillərdən asılıdır.
Rəsmi məlumatlara görə hazırda dünyanın 80-a ya-
xın ölkəsində özəlləşdirmə həyata keçirilmiş və bunun
nəticəsində həmin dövlətlərin büdcəsinə yüz milyardlarla
dollar məbləğində vəsait daxil olmuşdur. Bu proses indi
də davam edir.
Dünyanın müxtəlif ölkələrində həyata keçirilən döv-
lət mülkiyyətinin özəlləşdirilməsi prosesi öz məqsəd və
vəzifələrinə, üsul və metodlarına, tiplərinə və iqtisadi-so-
sial nəticələrinə görə, şübhəsiz bir-birindən fərqlənirlər.
Lakin özəlləşdirmə hadisəsinin mahiyyəti əsasən dəyiş-
məz qalıb, dövlətə məxsus mülkiyyət obyektlərinin xüsusi
adamlara, əmək kollektivlərinə, ayrı-ayrı qruplara satılma-
sıdır. Bu mənada, müasir özəlləşdirmə prosesinin ilk ölkə-
si sayılan İngiltərənin özünəməxsus xüsusiyyətləri ilə
Fransanın, Çilinin, ABŞ-ın, İtaliyanın xüsusiyyətləri ara-
sında fərqlər olması təbiidir.
125
Sovet İttifaqı dağıldıqdan sonra bazar iqtisadiyyatına
keçid, istər Qərbi Avropanın sosialist ölkələrində, istərsə
də keçmiş sovet respublikalarında yaranmış yeni müstəqil
dövlətlərdə, habelə Çin, Monqolustan, Vyetnamda özəlləş-
dirmə proseslərinə başlandı və bu gün də davam etmək-
dədir.
Azərbaycan Respublikasında dövlət mülkiyyətinin
özəlləşdirilməsi işinə, 1993-cü ilin yanvar ayında «Azər-
baycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdiril-
məsi haqqında» Qanun və 1995-ci ildə qəbul olunmuş
Dövlət Proqramı əsasında başlanmışdır. 2000-ci ildə yeni
özəlləşdirmə qanunu və Dövlət Proqramları qəbul olun-
muşdur.
Müxtəlif çətinliklər, özünəməxsus xüsusiyyətlər və
problemlərlə rastlaşmasına baxmayaraq, respublikada bu
proses indi də davam etməkdədir. Azərbaycanda dövlət
mülkiyyətinin özəlləşdirilməsinə dair iki Proqramın həya-
ta keçirilməsi nəticəsində minlərlə dövlət müəssisəsi və
obyekti özəlləşdirilmişdir. Müstəqillik illərində respubli-
kada 50 minə yaxın dövlət mülkiyyətinə məxsus müəssisə
və obyekt özəlləşdirilmiş, 1500-ə qədər səhmdar cəmiy-
yəti yaradılmış, dövlət büdcəsinə milyardlarla manat və-
sait daxil olmuşdur.
Hazırda respublikada orta, iri və strateji əhəmiyyətə
malik dövlət mülkiyyəti obyektlərinin yeni müəyyən olun-
muş qaydalar əsasında özəlləşdirilməsi prosesi davam
edir.
126
MÖVZU 8.
ƏMTƏƏ, DƏYƏR VƏ PUL NƏZƏRİYYƏLƏRİ
a)
Əmtəə-iqtisadi kateqoriya kimi.
b)
Əmtəənin dəyəri və istehlak dəyəri, onların formalaş-
masına təsir göstərən amillər.
c)
Pulun meydana çıxması, mahiyyəti və formaları.
ç) Pulun vəzifələri (funksiyaları).
d)
Pul tədavülü və onun tənzimlənməsi.
a)
Gündəlik həyat və müxtəlif təyinatlı istehsal pro-
sesləri gedişində nemət, məhsul, xidmət, əmtəə kimi iqti-
sadi kateqoriyalarla tez-tez rastlaşırıq.
Təbiətin bəxş etdiyi və insan əməyinin sərf olun-
madığı hava, bulaq suyu, meşələr, təbii sərvətlər nemətdir.
İnsan əməyi ilə yaradılmış, hazırlanmış, becərilmiş,
yetişdirilmiş, lakin satış, bazar, alver üçün deyil, şəxsi
yaxud ailəvi ehtiyac üçün olan şeylər məhsuldur.
Bəs əmtəə nədir və onu nemətdən, xidmətdən fərq-
ləndirən cəhətlər hansılardır?
Əmtəə alqı-satqı obyekti olub, bazar və satış, yaxud
mübadilə, yəni hansısa başqa bir məhsulla, xidmətlə də-
yişdirmək üçündür.
Bu mənada çay və dənizdəki balıq nemətdir, onu öz
ehtiyacımız üçün tutub sərf etsək məhsuldur, lakin bazara
çıxarıb satmaq məqsədiylə ovlasaq, o zaman əmtəədir.
Deməli, meşələrin sərvəti, əkilən taxıl, bağ-bağçadakı
meyvə-tərəvəz, göstərilən müxtəlif xidmətlər öz təyinatı
və istifadəsi baxımından nemət, məhsul, əmtəə kimi
səciyyələndirilə bilər.
127
Nemətlər anlayışı, maddi və qeyri-maddi kimi iki
hissəyə ayrılır. Maddi nemətlərə torpaq, təbii sərvətlər, bi-
nalar, texnika, avadanlıq və müxtəlif təyinatlı materiallar
daxildir. Qeyri-maddi nemətlərə-insanın fiziki və intellek-
tual qabiliyyəti, elm, təhsil, səhiyyə, mədəniyyət, incəsə-
nət sahəsindəki fəaliyyət növləri aid edilə bilər.
Eyni zamanda, istehsalın fasiləsiz davamı və inkişafı
hazırkı (paltar, mebel, qab-qacaq, televizor, raket) məhsul-
larla yanaşı, bunların gələcək model, habelə variantlarının
da olacağını şərtləndirir.
Müxtəlif təyinatlı məhsul və əmtəələr qısamüddətli
(çörək, ət, süd), həm də uzunmüddətli (soyuducu, avtomo-
bil, paltaryuyan maşın) ola bilər.
Əmtəə - cəmiyyətin və onun üzvlərinin (insanın)
müəyyən bir maddi yaxud mənəvi tələbatını ödəyir, habelə
satış üçün nəzərdə tutulur. Bu iki səciyyəvi cəhət, yəni
müəyyən bir tələbatı ödəməsi və bazara çıxarmaq üçün
hazırlanması, əmtəənin mühüm xassələridir.
Bütün əmtəələrin istehlak dəyəri və mübadilə dəyəri
vardır. Əmtəənin insanların müəyyən bir tələbatını ödə-
məsi, onun istehlak dəyəri adlanır. Buna əmtəənin fayda-
lılığı da deyilir.
Hər hansı bir əmtəənin digər əmtəələrə (xidmətlərə)
dəyişilməsi, onun mübadilə dəyəri, yəni dəyişdirilə bilmək
qabiliyyəti adlanır. Şübhəsiz ki, bu mübadilə (qızıl-taxıla,
dəmir-şəkərə, paltar-meyvəyə) müəyyən bir nisbətlə, ekvi-
valentlik əsasında baş verir. Aristotel, hələ eramızdan əv-
vəl IV əsrdə yazmışdır ki, bərabərlik yoxdursa, mübadilə
də yoxdur, çünki bu prosesdə nisbətlər gözlənilməlidir.
Soruşula bilər ki, insanların son dərəcə müxtəlif
tələbatlarının ödənilməsi üçün bir-birinə mübadilə olunan
Dostları ilə paylaş: |