3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   79

143 
 
təsadüfi  sayıla  bilməz  ki,  “ölkə  və  onun  əhalisi  kreditə  - 
borca yaşayır”. Müəyyən istisnalarla, bu fikri müasir dün-
yanın  istehsal-xidmət  dairələrinin  təsərrüfatçılıq  fəaliyyə-
tinə  və  planetin  əhalisinin  həyat-yaşayış  səviyyəsi  tərzinə 
aid etmək olar. 
Əmtəə-xidmətlərin kreditə satışı zamanı pul öz təda-
vül vasitəsi rolunu, dəyər ölçüsü kimi ideal şəkildə, xəya-
lən  yerinə  yetirir.  Lakin  satılmış  məhsulların,  göstərilmiş 
xidmətlərin ödəniş vaxtı çatdıqda isə pul alıcıdan satıcıya 
keçərək,  öz  həqiqi  hesablaşma  rolunu  oynayır.  Pulun  bu 
vəzifəsi, cəmiyyətdə kredit münasibətlərinin inkişafına ge-
niş meydan açmışdır. 
Pulun dünya rolu vəzifəsi dedikdə, onun  yalnız öl-
kə daxilində deyil, beynəlxalq aləmdə və xarici dövlətlərlə 
iqtisadi-ticarət  əlaqələrində  iştirakı  nəzərdə  tutulur.  Müx-
təlif  ölkələrin  milli  valyutaları  xarici  bazarlardakı  alqı-
satqı  münasibətlərində  öz  “milli  libasını,  geyimini”,  yəni 
məxsus  olduğu  dövlətin  pul  vahidi  nişanəsi  olmasını  bir 
tərəfə ataraq, qızıl və başqa valyutalara müəyyən nisbətdə 
iştirak edir, yaxud dəyişdirilir. 
Uzun  müddət  ərzində  dünya  bazarında  pulun  dünya 
rolu  vəzifəsini  qızıl  yerinə  yetirmişdir.  Lakin  beynəlxalq 
miqyasda  istehsalın müxtəlif sahələrinin və  xidmət dairə-
sinin əvvəllərə nisbətən surətli inkişafı, ölkələr arasındakı 
xarici ticarət dövriyyəsi həcminin durmadan genişlənməsi, 
qızılın  məhdud  miqdarı,  bank  əməliyyatlarının  və  köçür-
mələrinin  çevikliyi,  habelə  rahatlığı,  təhlükəsizliyi  qızılın 
dünya pulu vəzifəsini yerinə  yetirməsində ciddi problem-
lər yaratdı. 
Xüsusilə 1929-1933-cü illəri əhatə etmiş dünya iqti-
sadi böhranından sonra, beynəlxalq iqtisadi ticarət əlaqələ-


144 
 
rində,  tədavül  dairəsində  hesablaşmalarda  qızılla  yanaşı, 
dollar və funt sterlinq kimi kağız pullardan istifadə olun-
ması  təcrübəsi  özünü  doğrultmadığından,  XX  əsrin  70-ci 
illərindən  etibarən  qızıl  rəsmi  surətdə  dünya  pulu  rolunu 
oynamır.  Müasir  dünyada  40  min  tondan  artıq  qızıl  müx-
təlif ölkələrdə dövlət ehtiyatı kimi saxlanılır və adi əmtəə 
kimi  onun  qiyməti,  bazarda  yaranan  tələb-təklif  qanunu 
əsasında formalaşır. 
d)
 
Pul  tədavülü  iqtisadiyyatın  “qan  damarları”,  ya-
xud  “fırlanan  çarxın  sürtgü  yağı”  kimi  vəzifəsini  normal 
yerinə  yetirdikdə,  ölkənin  təsərrüfat  həyatının  müxtəlif 
sahələrinin  və  bütövlükdə  cəmiyyətin  hərtərəfli  inkişafı 
üçün daha əlverişli imkanlar yaranır. 
Milli  iqtisadiyyatda  fasiləsiz  surətdə  davam  edən 
nağd və qeyri-nağd hesablaşmalarla bağlı tədavül üçün zə-
ruri  sayılan  pul  kütləsi  (miqdarı),  onun  ayrı-ayrı  ümumi-
ləşdirilmiş aqreqatlarının (M-0, M-l, M-2, M-3, M-4 (L)) 
müəyyənləşdirilməsi  tələb  olunur.  Eyni  zamanda  iqtisadi 
nəzəriyyədə pul bazarı anlayışı vardır. Bu iqtisadi anlayış-
ların  izahı  və  qarşılıqlı  əlaqəsi,  ölkədə  pulun  hərəkəti, 
onun  kütləsi,  tədavülünün  tənzimlənməsi  proseslərini  ay-
dınlaşdırır. 
Pul bazarı dedikdə, ölkədə pula olan tələb və təklif 
əsasında  bank  faiz  dərəcəsinin  səviyyəsi  başa  düşülür. 
Başqa  sözlə,  bankların  bazar  konyukturası  şəraitində  də-
yişkən faiz dərəcələri, pulun “qiymətidir”. İqtisadi yüksə-
liş  mərhələsində  bank  faiz  dərəcəsi  artmağa  doğru  meyl 
etdiyi halda, əksinə iqtisadiyyatın geriləməsi və durğunlu-
ğu mərhələsində aşağı düşməyə başlayır. Bu mənada, san-
ki  milli  iqtisadiyyatın  fəallıq  və  geriləməsinin  barometri 
rolunu  oynayan  bank  faiz  dərəcələri,  ölkənin  dinamik 


145 
 
təsərrüfat  həyatında  baş  verən  dəyişiklikləri  özündə  əks 
etdirir.  Belə  bir  cəhət  də  maraqlıdır  ki,  doğrudur  pul 
bazarlarda  başqa  əmtəələr  kimi  “satılıb  alınmır”.  Lakin 
müxtəlif  sövdələşmələr  və  razılaşmalar,  habelə  işgüzar 
münasibətlər  prosesində  dəyişkən  bank  faiz  dərəcələri, 
hökmən nəzərə alınır. 
Pul  tədavülünün  tənzimlənməsi  prosesində  mühüm 
rol  oynayan  ümumiləşdirilmiş  anlayışlara  gəldikdə  isə 
qeyd etmək lazımdır ki: 
M-0 __ dövriyyədə olan nağd kağız və metal pulların 
bankda deyil, əhalidə yaxud əllərdə olan məbləğidir. 
M-1 __ tədavüldə  olan  nağd  kağız  və  metal  pullar, 
habelə çeklər vasitəsilə hər vaxt tələb edilə bilən əmanət-
lər - depozitlərdir. 
M-2 __ M-l  +  çeksiz  əmanətlər  +  az  məbləğdə  təcili 
(müddətsiz)  əmanətlər  (depozitlər)  +  pul  bazarının  qarşı-
lıqlı (əvəzləyici) fondlardan ibarətdir. 
M-3 __ M-2  +  iri  məbləğdə,  adətən  100  mindən 
yuxarı  məbləğdə  olan  təcili  (müddətsiz)  əmanətlərdən 
(depozitlərdən) ibarətdir. 
M-4  (L)__ölkənin  bütün  pul  kütləsi,  yəni  M-3  + 
banklarda saxlanılan qeyri-pul 
vəsaitləridir ki, hər vaxt pu-
la çevrilə yaxud likvid oluna bilər. Asanlıqla pula çevrilə 
bilən  şeylər  arasında  dövlətin  qiymətli  kağızları,  qızıl 
ehtiyatı,  qiymətli  sənət  əsərləri,  əntiq  əşyalar  mühüm  yer 
tutur. 
Müxtəlif ölkələrin pul-kredit siyasətində milli iqtisa-
diyyatda  pul  kütləsinin  həcmini  (miqdarını)  müəyyənləş-
dirmək  üçün,  məsələn  ABŞ-da  4,  Yaponiya  və  Almani-
yada  3,  İngiltərə  və  Fransada  2,  Azərbaycan  Respublika-
sında  isə  bir  neçə  aqreqatdan,  yəni  ümumiləşdirilmiş  pul 


146 
 
göstəricilərindən istifadə olunur. 
Pul  tədavülü  ölkədə  əmtəələrin  alqı-satqısı  və  xid-
mətlər  göstərilməsilə  bilavasitə  bağlı  olduğundan  təbiidir 
ki,  normal  dövriyyə  üçün  lazım  olan  pul  kütləsinin  kon-
kret həcminin müəyyənləşdirilməsi qarşıya çıxır. Ona görə 
də  bu  məsələ  iqtisadçı  və  mütəxəssislərin  nəzər-diqqətini 
həmişə özünə cəlb etmişdir. 
Çünki ölkənin pul sisteminin və onun tədavül dairə-
sinin sabitliyini, çevikliyini, etibarlığını, nəhayət kəmiyyət 
müəyyənliyini  təmin  etmədən  iqtisadiyyatın  hərtərəfli, 
habelə tarazlı inkişafına nail olmaq çətindir. 
Uzun illər boyu klassik iqtisadi nəzəriyyə nümayən-
dələri,  tədavül  üçün  zəruri  olan  pulun  miqdarını  (M),  3 
amillə - əmtəələrin ümumi kütləsi onun ümumi dəyəri 
(qiyməti), pulun tədavül dairəsində dövretmə sürəti ilə 
qarşılıqlı əlaqədə müəyyənləşdirməyi əsaslandırmışlar. 
Onların fikrincə, tədavül üçün lazım olan pulun küt-
ləsi  (M),  əmtəə  qiymətləri  cəminin  (ƏQ),  eyni  adlı  pul 
vahidlərinin  (manat,  dollar,  funt  sterlinq)  dövriyyə  sürə-
tinə (DS) olan nisbətinə bərabərdir. Deməli, 
 
   
  
  
 
 
Klassik  iqtisadi  nəzəriyyədə  pul  tədavülü  qanunu 
adlandırılmış  bu  formulda  tədavül  dairəsindəki  kredit 
(borc)  əməliyyatları,  qarşılıqlı  ödənişlər  və  xarici  ticarət 
əlaqələri nəzərə alınmamışdır. 
Sonralar  pul  kütləsinin  miqdar  nəzəriyyəsinə,  onun 
tədavül  dairəsindəki  hərəkət  sürətinə  dair  A.Marşall, 
C.Keyns və başqaları tərəfindən irəli sürülmüş yeni yanaş-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə